Словарь лексики азербайджанских дастанов

  • MEHRAB ƏRƏB

    1. Məscidlərdə qiblə tərəfdəki divarın içində oyuq yer (önündə namaz qılınır). 2. Qiblə. 3. Məcazi mənada: inanılan yer

    Полностью »
  • MERAC ƏRƏB

    Məhəmməd peyğəmbərin (s.a.s.) göyə çıxması və Allahla danışması. Nərdivan; çıxılacaq yer, yüksəklik mənaları da var

    Полностью »
  • MƏĞRİB ƏRƏB

    Qərb, günbatan mənasında işlənir. Qərb, qürub sözləri ilə flektivlik cəhətdən eyniköklüdür. Məğribnən məşriqi seyr elədim, Viranə şəhərdə bir pəri gör

    Полностью »
  • MƏĞŞUŞ

    Bax: məxşuş.

    Полностью »
  • MƏHBUB ƏRƏB

    Sevgili, istəkli, dost. Flektivlik baxımından həbib (dost) sözü ilə eyniköklüdür. Alimləri yazı yazar, mənadı, Gülləri var – min dərdlərə davadı, Gözə

    Полностью »
  • MƏHƏL ƏRƏB

    1. Əsr. 2. Ara. 3. Sıra. 4. Zaman. 5. Fürsət. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MƏXŞUŞ ƏRƏB

    Qarışıq, qarma-qarışıq. İğtişaş sözü ilə flektivlik baxımından eyniköklüdür. Haraya baxıram, hava məxşuşdu, Gördüyüm oylaqlar yadıma düşdü

    Полностью »
  • MƏKƏS

    Milçək. Arı şirə çəkir yazda çiçəkdən, Nə çıxar boş yerə yalan deməkdən! Bir fayda axtarma məkəs – milçəkdən, Şanında tapılar bal desəm, olmaz!      

    Полностью »
  • MƏKKAR

    Bax: məkkara.

    Полностью »
  • MƏKKARA ƏRƏB

    Məkrli, hiyləgər, aldadıcı. Dünyaya düşənlər qismətin yeyər, Kamillər agahdı, cahillər uyar, Sehrkardı, işin bilənlər duyar, Vəfasızdı, həm məkkara dü

    Полностью »
  • MƏQBUL GƏLMƏK

    Xoşa gəlmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MƏLAYİK ƏRƏB

    Mələk sözünün cəmi, mələklər. Məlayikə şəklində də işlənir. Gərdəni çəkilmiş tazə sürahı, Məlayik hurizən bir bəşər olsun

    Полностью »
  • MƏMƏR

    Nəmər, muzd. Üç gündən sonra mənim bacım Pəri xanımın toyudu, gələrsən ora, toy məclisində oxuyarsan və çoxlu da məmər yığarsan

    Полностью »
  • MƏNLƏMƏK

    Ağlayıb inləmək, sızlamaq; (munlamaq) məhzun olmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MƏNRƏTMƏK

    Bağırtmaq, böyürtmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MƏNZİLİ-MAVA ƏRƏB

    Sığınacaq, daldalanacaq, məskən; yer. Günbəzlərdə etdim mənzili-mava Ədalət olmadı yetişsin hova.                  (“Dilsuz və Xəzangül”)

    Полностью »
  • MƏRƏ

    Hey! (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MƏRƏKƏ ƏRƏB

    Səs-küy, qalmaqal, qovğa, dava-dalaş, həngamə. Dialektlərdə yığıncaq, məclis mənalarında da işlənir. Gəl biçarə Nəcəf, fəhm et alimlər həyatına, Mərək

    Полностью »
  • MƏRG FARS

    Ölüm, vəfat. Bu söz mərgümüş sözünün tərkibində də işlənir. Cəhənnəm mərgini sənə qıllam nuş Fayda verməz sənə qəvi xan, haramı

    Полностью »
  • MƏRUF ƏRƏB

    Tərifli, adlı-sanlı, məşhur, şöhrətli, tanınmış. Flektivlik baxımından tərif sözü ilə eyniköklüdür. Qurbani der: göz gözlədim, göz aldım, Səmağ oldum,

    Полностью »
  • MƏSMƏ

    Bax: vəsmə. Məsməni çəkibdi qələm qaşına, Ağ ipək çalmanı salıb başına...                                 (“Əsli və Kərəm”)

    Полностью »
  • MƏŞRİQ ƏRƏB

    Şərq, gündoğan. Şərq sözü ilə flektivlik baxımından eyniköklüdür. Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər, Yer üzünə qülqülə düşdü ki, oldu ta

    Полностью »
  • MƏŞŞATƏ ƏRƏB

    Gəlinə, qadına bəzək vuran şəxs. Bir nəfər məşşatə gəldi ki, qızın başını bəzəsin. (“Arzı-Qənbər”)

    Полностью »
  • MƏTA ƏRƏB

    1. Əmtəə, satlıq mal. 2. Var-yox. 3. Sərmayə. Flektivlik baxımından əmtəə sözü ilə eyniköklüdür. Hüseyn sözün nə gizləyər, nə dana, Nə yaranar, daha d

    Полностью »
  • MƏTAH

    Bax: matah. Ay ağalar, gəlin sizə söyləyim, Yalquz daşdan olmaz divar deyərlər, Bəzirgansan, aç mətahın, xırd elə, Alanlar yükündə nə var, deyərlər

    Полностью »
  • MƏTLUB ƏRƏB

    Tələb olunan, arzulanan, istənilən şey; arzu, istək. Flektivlik baxımından tələb sözü ilə eyniköklüdür

    Полностью »
  • MIRLAMAQ

    Mırıldanmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MİL

    Dağın beli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MİNA FARS

    1. Büllur şüşə. 2. Qızıl və gümüşdən olan bəzək şeylərinin üstünə çəkilən xüsusi təbəqə, incə və parlaq naxış

    Полностью »
  • MİNTƏNƏ

    Bax: nimtənə. Alışan külk geysən ziba mintənə, Qızılgüllər ağ buxağa düzsənə. Gümüşdən aşırma, almasdan tənə, Başda Kişmir işi tirmə şal gərək

    Полностью »
  • MİRQƏZƏB

    fars. mir + ərəb. qəzəb Cəllad. Əmr elədi ki, mirqəzəblər, qulamlar köç tədarükünü görsünlər. (“Dilsuz və Xəzangül”)

    Полностью »
  • MİSLİ-MANƏND FARS

    Bənzər, oxşar. Hüseynalı xan Qurbanini görəndə baxdı ki, vallah, bir gözəl oğlan gəlib onun yanında dayanıb ki, misli-manəndi dünyada yoxdu

    Полностью »
  • MİYAN FARS

    1. Bel, kəmər. 2. Orta, aralıq, ara. Doymamışam şəkər kimi dilindən, Qorxum yoxdu mənim heç də ölümdən, Sarılıbsan incə miyan belimdən, Aman Kərəm, mə

    Полностью »
  • MİZ

    Biz (I şəxs əvəzliyinin cəm forması). (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MİZAN ƏRƏB

    1. Ölçü, meyar, tərəzi. 2. Qiyamətdə savab və günahları ölçmək üçün tərəzi. Mehdi görər qoşununun sanını, İnsan üçün qurar haqq mizanını, Bir gün alar

    Полностью »
  • MOLATMAQ

    Miyoldamaq, pişiklərin çıxardığı səs, miyovultu. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MÖHÜB ƏRƏB

    Sevən, aşiq, vurulmuş. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MÖTƏDİL ƏRƏB

    Mülayim; azla kifayətlənən, aza qane olan. İgidlər xasısan, özün mötədil, İgidlər sözünə mən ollam qail

    Полностью »
  • MÖVC ƏRƏB

    Dalğa, ləpə. Dastanlarda daha çox mövc vermək şəklində rast gəlinir.

    Полностью »
  • MÖVC VERMƏK

    Dalğalanmaq, ləpələnmək. Bir də gördü qabağı dəryadı, mövc verir. Qorxmayıb özünü suya vurdu. (“Şahzadə Əbülfəz”)                                    

    Полностью »
  • MÖVLA ƏRƏB

    Allah, Yaradan. Yeddi oğlun biri Sayat, Çıx mövlaya et əmanət. Elə bilin yoxdu Sayat, Gedirəm, ana, gedirəm

    Полностью »
  • MU

    Bu (işarə əvəzliyi). (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MU FARS

    Saç, tük, tel. Zülfüm muyi səndə qaldı nişana, Ayrılıq atəşi kar eylər cana, Deyərlər ki, sevən gedər sevənə, Yaxşısan, yaxşı sev, yaman istəmə!      

    Полностью »
  • MUDBAQ ƏRƏB

    Mətbəx, yemək evi, yemək bişirilən yer. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MUŞ FARS

    Siçan. Ətə çatmayanda bir muşun əli, Qan sormasa zəli tez olar dəli. Olarmı şeytanın düzgün əməli? Lənət torbasına soxulub ölsün

    Полностью »
  • MUŞTÇI

    Müjdəçi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MUŞTULAMAQ

    Muştuluqlamaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MUŞTULAYU

    Muştuluqlayaraq, müjdələyərək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • MUY

    Bax: mu. Samı bənd elədi zülfü muyuncan, Sərv olmaz qamətincə, boyunca.                                        (“Sam şahzadə”)

    Полностью »
  • MÜCAVİR

    Bax: mücəvür.

    Полностью »