Словарь лексики азербайджанских дастанов

  • QÖVL

    Bax: qovl.

    Полностью »
  • QÖVSİ-QUZEH ƏRƏB

    Göyqurşağı, qarının örkəni. Qaşı qövs-quzeh, kiprik xunriz, Gözləri nərgiztək xoş nəzər olsun.                                (“Mahmudla Nigar”)

    Полностью »
  • QÖVSİ-QÜZEH

    Bax: qövsi-quzeh.

    Полностью »
  • QUBA

    Vəhşi qaz. Ölüm yeydi bu sağlıqdan, bu günnən, Sinəm fariq olmaz dağü düyünnən, Tərlan binəsinnən, laçın ovunnan, Ürküşdü qubalar, qaz gəlib gedir

    Полностью »
  • QUBA QAZ

    Bax: quba. Gəlsin bahar fəsli, açılsın yazlar, Göllərə tökülsün ağ quba qazlar, Bəynişan oğlanlar, şahzadə qızlar, Onlarla danışan dillər sevinsin!

    Полностью »
  • QUBA-QAZ

    Bax: quba.

    Полностью »
  • QUBAR

    ərəb. qübar 1. Toz. 2. Məcazi mənada: kədər, dərd, qəm, qüssə. Dastanlarda həm həqiqi, həm məcazi mənada işlənir

    Полностью »
  • QUBAR

    ər. qübar 1. Toz. 2. Məcazi mənada: kədər, dərd, qəm, qüssə. (“Koroğlu” dastanının lüğəti) Dastanlarda həm həqiqi, həm məcazi mənada işlənir

    Полностью »
  • QUCANMAQ

    Tərpənmək, qurcalanmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QUDBƏ

    Xütbə; xətibin minbərdən camaata xitabən söylədiyi nəsihətamiz sözlər. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QUĞI

    Uzun boyunlu gözəl su quşu, qu quşu. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QULAC

    Qolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında uzunluq ölçüsü kimi işlənir)

    Полностью »
  • QULAC

    Qolları açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər hər iki tərəfə olan məsafə (xalq arasında saylarla birlikdə uzunluq ölç

    Полностью »
  • QULAĞIZ

    Bələdçi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QULAM ƏRƏB

    Qul, kölə, xidmətçi oğlan. (“Koroğlu” dastanının lüğəti) Rövşən sözünü qurtarana kimi, padşah əmr etdi onu tutsunlar

    Полностью »
  • QULAN

    Vəhşi at və vəhşi eşşək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QULAN

    Bax: qulun. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • QULAN

    Bax: qulun. (“Koroğlu” dastanının lüğəti) Armudu dırnaqlı, hündür boyunlu, Meydana girəndə yüz min oyunlu, Dəyirman mədəli, ac qurd yeyimli, Ortası qu

    Полностью »
  • QULAŞ

    Bax: qulac. (“Koroğlu” dastanının lüğəti) Nərə çəkib düşmən üstə gedəndə, Meydanda göstərər hünər Koroğlu

    Полностью »
  • QULİ-BİYABANİ

    Bax: qulyabanı. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • QULUN

    Altıaylığa qədər olan at balası. Bu almanı soy, qabığını qulunluğundan doğmayan Qəmərnişan madyana ver; özünü də iki qısım elə, bir qısmını sən ye, bi

    Полностью »
  • QULUN

    Altıaylığa qədər olan at balası. (“Koroğlu” dastanının lüğəti) Qulunlar böyüyüb day oldular. (“Alı kişi”) * Ərəb atın dastanını söylərəm, Üç yaşında h

    Полностью »
  • QULUNCIQ

    Kiçik dayça, bala dayça. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QULYABANI FARS

    Tənha çöllərdə, qalın meşələrdə tək qaldıqda adamın gözünə görünən mövhumi bir vücud. (“Koroğlu” dastanının lüğəti) O, öz-özünə fikirləşdi: Əgər bu qu

    Полностью »
  • QUMA

    Koma. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QUMAŞ ƏRƏB

    İpək, yun, kətan və s.dən toxunmuş parça (əsasən, al-əlvan rənglərdə olur). (“Koroğlu” dastanının lüğəti) Əyləşibdi Çənlibelin elində, Deyil işlərində

    Полностью »
  • QUMRO

    Bax: qumroy.

    Полностью »
  • QUMROV

    Bax: qumroy.

    Полностью »
  • QUMROY

    Girdə zəng, zınqırov. Qızıldan qumroyu, ətlas düyməsi, Qayım-qədim olsun bağı tərlanın.                                                   (“Əmrah”)

    Полностью »
  • QUMRU

    Göyərçin cinsindən boz rəngli gözəl bir quş. (“Koroğlu” dastanının lüğəti) Məcazlarda “gözəl danışıq”, “gözəl söhbət” mənasında işlənir

    Полностью »
  • QUN1

    Balaca sərt dənələr şəklində olan daş qırıntısı, qum. (“Kitabi-Dədə Qorqud” leksikası) Qan kəlməsilə birlikdə “qanqun” şəklində işlənmişdir, bugünkü d

    Полностью »
  • QUNC

    Künc. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QUNT

    Sağlam, qüvvətli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QUNT-QUNT

    Düyün-düyün. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QUR

    Qurşaq, kəmər. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURD

    Canavar. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, mən hazardım, Ağ üstdən qara yazardım, Nə qədər miskin gəzərdim, Adım qurd oldu, qurd oldu

    Полностью »
  • QURĞUŞMAQ

    Uğraşmaq, qoşulmaq, qovuşmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURIMAQ

    Qurumaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURQURMA

    Başda saçın yuxarı toplanması; bəzəkli. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURMA

    Hörük. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURŞAQ

    1. Sıx tutmaq üçün belə sarılan parça; belbağı. 2. Bel. (“Koroğlu” dastanının lüğəti) Bunu deyib yapışdı Kürdoğlunun qurşağından yenə də başladılar

    Полностью »
  • QURŞANMAQ

    Belinə qurşaq, kəmər və s. bağlamaq. (“Koroğlu” dastanının lüğəti) Dastanda geyinmək mənasında işlənib

    Полностью »
  • QURT

    Yırtıcı, vəhşi canavar, qurd, yalquzaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURTLAR-QUŞLAR

    Bütün yırtıcı heyvanlar, yerdəki və göydəki yırtıcılar. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURUMSAQ

    Namussuz, qeyrətsiz. (“Koroğlu” dastanının lüğəti) Keçəl Düratı qaçırdıb. Qurumsaq, sənə demədim, keçəl at oğrusudu? Tez ol, Qıratın yəhər-yüyənini bə

    Полностью »
  • QURUMSI

    Qurum; bacada hasil olan qalın his. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QURUŞƏSLİ

    Qəpik mənasında işlənib. (“Koroğlu” dastanının lüğəti) Türkiyədə lirənin yüzdə biri qiymətində xırda pul quruş adlanır

    Полностью »
  • QURUT

    Yumru-yumru edilib qurudulmuş şor, süzmə. (“Koroğlu” dastanının lüğəti) Koroğlu çadırların qabağında saz çalıb oxuyur, təlxəklik edirdi

    Полностью »
  • QUŞAQ

    Qurşaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • QUŞAQLU

    Qurşaq bağlamış, qurşağı olan. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »