Azərbaycan dastanlarının leksikası

  • SEÇİLƏCƏKLƏYİN

    Ayrılacaq kimi, seçiləcək kimi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SELAB

    Bax: selav.

    Tam oxu »
  • SELAV

    ərəb. seylab – sel, sel suyu Sel axan yer, dərə. Dialektlərdə “sel yuyan yer, torpaq” mənasında da işlənir

    Tam oxu »
  • SETAR

    Bax: setarə.

    Tam oxu »
  • SETARƏ

    fars. sətar Çalğı aləti, tarın bir növü. Canını qurban edəsən, Bir belə cənnət quşuna. Götürüb setarəni, Basıb mərməri döşünə

    Tam oxu »
  • SEVDA ƏRƏB

    Eşq, məhəbbət; həvəs, arzu. Desələr: Qurbani, bu nə sevdadı? Söylə: bir Pərinin yadigarıdı.                                       (“Qurbani”)        

    Tam oxu »
  • SEYRAĞUB

    Bax: səgrəqib. Telini daraya-daraya hamamdan çıxan Pərini görən Qurbani cusa gəlib: Sallana-sallana çıxdı hamamdan, Asta yeri, gözəl, sənə göz dəyər

    Tam oxu »
  • SEYRAQUB

    Bax: səgrəqib. Aman vəzir, əlac eylə dərdimə, Görünmür gözümə oralar indi. Seyraqublar yaman düşdü araya, Necə uzaxlaşdı aralar indi

    Tam oxu »
  • SEYRƏQİB

    Bax: səgrəqib. Mənim günüm keçər ah-zar, Aləm olub başıma dar. Arada seyrəqiblər var, Oğlan, inan, mən səninəm!                       (“Fərhad və Şiri

    Tam oxu »
  • SEYVAN

    Eyvan. Fələk, şad könlümdən alma həvəsi, Ayırma yarımdan, tutaram yası. Necə oldu bu seyvanın yiyəsi? Dərd-qəmi var, tamam ağlar qalıbdı

    Tam oxu »
  • SƏDƏMƏ ƏRƏB

    1. Çarpma, vurma, toxunma, toqquşma. 2. Gözlənilmədən başa gələn bəla, müsibət, fəlakət, afət. Münəccimlər dedilər: – Göydən bəla gələcək, taxt-taca s

    Tam oxu »
  • SƏDRİ-ƏZƏM ƏRƏB

    Hökumət başçısı. Şimdi paşa qulluğunda, Sədri-əzəm yanında. Haqqınan divan kəssinlər, Ədalət divana gəl

    Tam oxu »
  • SƏF BAĞLAMAQ

    Sıra ilə düzülmək, cərgə-cərgə durmaq.

    Tam oxu »
  • SƏF ÇƏKMƏK

    Bax: səf bağlamaq.

    Tam oxu »
  • SƏF DÜZMƏK

    Bax: səf bağlamaq.

    Tam oxu »
  • SƏF ƏRƏB

    Sıra, cərgə, düzüm. Ərənlər üstümə gəldi nümayan, Bir ayə göstərdi bəyanbəbəyan, Bir səf mələk gördüm huriyi-qılman, Dal gərdəndə şanaları neçədi?    

    Tam oxu »
  • SƏFİNƏ ƏRƏB

    Gəmi. Min səfinəm dəryalarda qışlaya, Qırx qulunlu min qısrağım kişnəyə, Yanında iki yüz çoban işləyə, Hər bir sürüsündə min beş yüz ola

    Tam oxu »
  • SƏGİRDİŞ

    Səyirtmə (at üçün). (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏGİRDMƏK

    Səyirtmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏGİRMƏK

    Sıçramaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏGRƏQİB

    Farsca “it” mənasını verən səg və ərəb mənşəli rəqib sözlərindən əmələ gəlib, it rəqib, it xasiyyətli rəqib mənasını verir

    Tam oxu »
  • SƏHƏNG

    Bax: sənək.

    Tam oxu »
  • SƏXA ƏRƏB

    Səxavət, əliaçıqlıq, comərdlik. Özü bir səxa kanı, Adildivandı bu gələn. Özü gül, saçı sünbül, Yaqut-yəməndi bu gələn

    Tam oxu »
  • SƏXT FARS

    Pərtlik, sərt. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏQİRƏN-KƏBİRƏN

    ərəb. səqir – kiçik, balaca, azyaşlı, kəbir – böyük, yaşlı, qoca Uşaqdan (kiçikdən) böyüyədək. Dastanlarda fəqirən-səğirən şəklində də rast gəlinir

    Tam oxu »
  • SƏLSƏBİL ƏRƏB

    1. Cənnətdə olan bir çeşmənin adı. 2. Yüngül və dadlı su. Girdim bağa, bağım təğayir oldu, Xoryat əli dəydi, tağ ayir oldu

    Tam oxu »
  • SƏLVİ

    Bax: sərv. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏMAĞ ƏRƏB

    Qulaq borusu, eşitmə üzvü. Qurbani der: göz gözlədim, göz aldım, Səmağ oldum, ağılmənddən söz aldım, Düz tərpəndim, mərufumu tez aldım, Ədəb götürdüm,

    Tam oxu »
  • SƏMAX

    Bax: səmağ.

    Tam oxu »
  • SƏMƏK ƏRƏB

    Balıq. Hər yetən hərcayı tərpədir yaram, Qoymullar halıma gəzdiyim yerdə. Bir quru qəfəsəm Nil dəryasında, Səməklər də udur üzdüyüm yerdə

    Tam oxu »
  • SƏMƏN FARS

    1. Yasəmən. 2. Yaşıl. Səhər bülbülləri nə fəğan eylər, Düşərsə güzarı çəməndən ayrı, Səhər-səhər qönçəsindən ayrılan, Şəqayiqlər gülməz səməndən ayrı

    Tam oxu »
  • SƏMƏND ƏRƏB

    Qızılı və boz rənglər arasında bir rəngdə olan at. Dirili Qurbani, götür, din indi! Boynundadı məhəbbətin kəməndi

    Tam oxu »
  • SƏMƏNDƏR

    Əsatirə görə, odda yaşayan heyvan. Çoxu aşıqlığı asan şey sandı, Cəfasını gördü, çox tez usandı, Abbas bir pərinin oduna yandı, Görənlər dedilər: bax,

    Tam oxu »
  • SƏMÜZ

    Kök. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏNƏK

    Su daşımaq üçün misdən və ya gildən hazırlanmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Axşamdan yağan qar çıxıbdı dizə, Kəsilib bulaxdan yolu qızların

    Tam oxu »
  • SƏNG FARS

    Daş. Fərhad qaya çapar, sənginə yetməz, Kimsə ərənlərin dənginə yetməz, Heç cəng o mövlanın cənginə yetməz, Ya Rum, ya Qeysər, ya Firəng ola

    Tam oxu »
  • SƏNUBƏR ƏRƏB

    1. Şam ağacı, küknar ağacı. 2. Gözəlin qaməti. Sürahi gərdənsiz tamam xoşnəzər, Bir güllü bağlara edirsiz güzar

    Tam oxu »
  • SƏR FARS

    1. Baş. 2. Ən yaxşı, əla. Yanaram, yanaram, tütünüm tütməz, Ah çəkərəm, ahım kimsəyə yetməz, Əslimin sevdası sərindən getməz, Əcəb rüsvay olub dillərd

    Tam oxu »
  • SƏRÇEŞMƏ

    fars. sər və çeşmə Çeşmə başı, bulaq başı. Geyinib Abbas ilə bərabər təzədən atlanıb, Abbasınan haman sərçeşmə üstə dayanmışdı ki, gördülər qoşun səda

    Tam oxu »
  • SƏRƏNCAM FARS

    Nəticə, aqibət, son. Yüz il də olasan bir bağa bağban, Axır sərəncamı bağ sənə qalmaz. Nə can qalar cəsədinin içində, Nə də ki, cəsədin sağ sənə qalma

    Tam oxu »
  • SƏRGƏŞTƏ FARS

    1. Heyran, çaşqın, çaşmış. 2. Sərsəm. 3. Məcazi mənada: aşiq. Sərgəştə canım olsun birinə qurban bunların, Sinəyə, sima gərdənə tökülüb gəysuların, Bə

    Tam oxu »
  • SƏRİB

    Sərib-pırtmaq – yerləşdirib əzmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRMƏRMƏK

    Yuxudan birdən-birə sıçrayaraq oyanmaq, sayıqlayaraq oyanmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRMÜZƏ FARS

    Çəkmə (ayaqqabı), qaloş tipli yapı. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRNİGUN

    Bax: sərnügun.

    Tam oxu »
  • SƏRNİGÜN

    Bax: sərnügun.

    Tam oxu »
  • SƏRNÜGUN FARS

    1. Başıaşağı. 2. Alt-üst olmuş, devrilmiş. 3. Məcazi mənada: talesiz, bədbəxt. Şah sağ olsun, sənin düşmənlərinin sərnügun olmasını və sənin sağlığuvi

    Tam oxu »
  • SƏRPA

    fars. sər – baş, pa – ayaq Başdan-ayağa, bütün, tamamilə. Meydanı sərpa dolanıb atının cilovunu çəkib durdu

    Tam oxu »
  • SƏRPƏ-SƏRPƏ

    Səpə-səpə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SƏRRAF ƏRƏB

    1. Pul dəyişdirən, pul xırdalayan. 2. Qiymətli şeylər taciri. 3. Məcazi mənada: tez başa düşən, arif, bilici

    Tam oxu »