TOX – AC Biri acdır, biz toxuq (M.Talıbov)
TOXLUQ – ACLIQ Aclıq insanı hər şeyə məcbur edir (Çəmənzəminli); Toxluq mənim təxəyyülümü hərəkətə gətirdi (M
TOXTAQ – TƏNTİK Özünü toxtaq saxla, budur, camaat qayıdır (Ə.Haqverdiyev); O təntik vəziyyətdə içəri keçdi (H
TOXTAMAQ – KARIXMAQ Amma ürəyim yenə də toxtamır (Ə.Haqverdiyev); Səriyyə əvvəl karıxdı, sonra özünü ələ aldı (Ə
TOPA – DAĞINIQ O yanda dağlar; bulud topası kimi; ağappaq (R.Rza); Yumşaq gecələr, dağınıq saçlar; geridə qaldı (R
TOPLAMAQ – DAĞITMAQ Qarışqalar özlərinə yem toplayırlar, dəcəl uşaqlar gəlib dağıtdılar
TOPLAŞMAQ – DAĞILIŞMAQ Di gəl toplaşaq o çəmənzara; Ozanlar səs salsın uzaq dağlara (S.Vurğun); Gecədən bir xeyli keçmiş onlar dağılışdılar (“Azərbayc
TOPLU – DAĞINIQ Sabirin əsərləri əsrə yaxın bir müddət ərzində toplu şəkildə ana dilimizdə dəfələrlə çap olunmuş, rus, fars və digər xalqların dilləri
TORAN – DAN Toran qovuşurdu... (M.Süleymanov); Qəlbində hər çinlinin gün doğar, dan sökülər (S.Rüstəm)
TOTUŞ – ARIQ İlanboğan vaxtındır; O totuş əllərinlə; Boğ dəmir lülələri; Bu əfi “güllələri”; Ehtiyatlı ol; Qurbanın olum!
TOY – XEYRAT Toy mənim, xeyrat babamın (Ata. sözü). TOY – VAY Toy gününü qoyub, vay gününü oynayır (Ata
TOYLUQ – YASLIQ Toyluq qoçlar xınalandı, qulplu qazanlar asıldı (M.Süleymanov); Yaslı paltarını artıq atmışdır (“Azərbaycan”)
TOYSUZ – VAYSIZ Toysuz ev tapılar, vaysız ev tapılmaz (Ata. sözü)
TOZANAQLI – TƏMİZ Xəzrini xoşlamıram; yaman hay-küylü, tozanaqlıdır (R.Rza); Həyət-baca təmiz və səliqəli idi
TOZLAMAQ – TƏMİZLƏMƏK Tozlama həyəti, su səp, süpür (“Ulduz”); Külək elektrik silgəci kimi, bir anda təmizlədi dünyanın tavanını (R
TOZLU – AYDIN Küləkli və tozlu bir payız axşamında Qumru ağlayır (Mir Cəlal); Aydın bir yaz səhərində durub yola baxırdı
TÖHMƏT – MÜKAFAT Ulduzun səsində mənə qarşı töhmət və şikayət vardı (M.İbrahimov); Sən onların yerini mənə de, çox böyük mükafat alarsan (M
TÖKMƏK – DOLDURMAQ Gəlin, tökün, bu daşı ətəyinizdən yerə (S.Rüstəm); Şirəli, mollanın piyaləsini doldur (S
TÖKÜLMƏK – DOLMAQ Sel kimi töküldü göydən yağışlar (S.Vurğun); Həmin bu otağımız qonaq ilə doludu (S
TÖRƏMƏ – İLKİN Bağır Dədə palıdı bu meşənin ulu əcdadı hesab eləyirdi, fikirləşirdi ki, bu meşənin bütün ağacları Dədə palıdın törəmələridi
TURŞ – ŞİRİN Bir az cılxa şor, bir eymə də turş qatıq göndərmişdi (Ə.Vəliyev); Bu suyun rənginə, dadına baxın
TURŞMƏZƏ – ŞİRİN Maya turşməzə və meyxoş almanı dişinə çəkəndə Zeynəb gəlib oturdu (M.İbrahimov); A bala, ye, şirin almadır (Ə
TURŞULU – ŞİRİN Hələ bunun turşulu dolması var (S.S.Axundov); Nə şirindir xoş nəfəsin; Pərdə-pərdə axan səsin (R
TURŞULUQ – ŞİRİNLİK Meyvənin turşuluğu və ya şirinliyi yeyilən zaman bilinər (“Ulduz”)
TURŞUMAQ – ŞİRİNLƏŞMƏK Dünənki xörəklər günün qabağında qalıb turşumuşdu (M.Süleymanov); Buradan sərin meh gəlir, içəridə yatanların yuxusunu daha da
TUŞ – YALAN Falı tuş çıxdı (M.Hüseyn); Ölmək yalan deməkdən yaxşıdır (M.İbrahimov)
TUTQUN – GÜNƏŞLİ Hava bu gün səhərdən tutqun idi (S.Vəliyev); Hava o qədər xoş, o qədər mülayim və günəşli idi ki, dərhal bir yüngüllük hiss etdi (M
TUTQUNLUQ – AÇIQLIQ Bir tərəfdən Nazlının tutqunluğu, bir tərəfdən də eyvandakı istilik Bağırı təntitmişdi (İ
TUTMAQ – BURAXMAQ Quzğun cumdu, ovunu elə göydəcə tutdu (S.Qədirzadə); Quşu əlindən buraxdı (S.S.Axundov)
TUTULMAQ – AÇILMAQ Hava gah açıldı, gah da tutuldu. Lakin bir damcı da göydən düşmədi (H.Hüseynzadə)
TÜFEYLİ – ZƏHMƏTKEŞ Tüfeyli həyatdan əl çək, adam ol (C.Əmirov); Zəhmətkeşdir, işsiz dura bilmir (“Azərbaycan”)
TÜKLÜ – QIRXIQ Üzü tüklü idi (S.Qədirzadə); Yaş əlini qırxıq başına çəkdi (İ.Şıxlı)
TÜND – MÜLAYİM Xasiyyətim tünddür (C.Əmirov); Gözəl xasiyyəti var, mülayim arvaddır (S.Qədirzadə)
TÜNDMƏCAZ – MÜLAYİM Mənim ərim bir qədər tündməcazdır (Ə.Haqverdiyev); Mənim dostum mülayim adamdır
TÜNLÜK – SEYRƏKLİK – Evdədirlər, yaman tünlükdür (M.İbrahimov); Qatarda seyrəklikdir
TÜPÜRMƏK – YALAMAQ Vəkil hirs içində tüpürdü (M.Süleymanov); Kişi tüpürdüyünü yalamaz (Ata. sözü)
UC – ORTA Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksən (Ə.Haqverdiyev). UC – SON Bağının ucunu ağzına alıb çeynəyirdi (İ
UCA – ALÇAQ Alçaq uçan ucaya qonar (Ata. sözü). UCA – GÖDƏK Biri boyda gödəkdi, biri xeyli ucaydı (M
UCABOYLU – BALACABOYLU Anam deyər ki, onların məktəbində balacaboylu uşaqları qabaqda, ucaboyluları dalda oturdurlar, müəllimin yazdığını gərək hamı g
UCADAN – ASTADAN Bu sözlərdən qaşı çatılan zabit öz batıq səsi ilə bir az da ucadan xəbər aldı (M.Hüseyn); Məyus halda bir neçə dəfə kirpik çalaraq, o
UCALIQ – BALACALIQ Dostunun boyca ucalığına həsəd apardı (“Azərbaycan”); Səməd öz boyunun balacalığından birinci dəfə heyifsiləndi (M
UCALMAQ – ENMƏK Arzu göylərində qoşa ucalmaq; Durubsan ulduzlar sırasında sən (S.Tahir); Ağılların uçurumuna ütü çəkməli; Ürəklərin zülmətinə enmək is
UCQAR – YAXIN Gələrəm dalınca bir ucqar bağa; O səkir arxayın yaşıl otlağa (M.Rahim); Yaxın bir yerdə görüş təyin etdilər (“Ulduz”)
UCUZ – BAHA Lap ucuz verirəm, al, baha qiymətə sat (S.Vəliyev). UCUZ – BAHALI Artezian quyusu həm ucuz başa gələr, həm də həmişəlikdir (Ə
UCUZLAŞMAQ – BAHALAŞMAQ Şirindir sənətin, şerin neməti; Lakin ucuzlaşmış onun qiyməti (S.Vurğun); Xarici ölkələrdə qiymətlər günü-gündən bahalaşır
UCUZLUQ – BAHALIQ Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə (Ata. sözü)
UÇMAQ – ENMƏK Ona elə gəldi ki, uçur; günəşdir, kürəyini yandıran (R.Rza); Qalxdıqca qatar; buludlar endi yavaş-yavaş (R
UÇUQ – ABAD Xülasə hər iki oğru yaxınlıqdakı uçuq hasardan aşdılar (M.Talıbov); Buranı abad edə bilməzdilərmi? (S
UÇULMAQ – TİKİLMƏK Uçulacaq o bir gün zərbəmizlə kökündən (S.Rüstəm); Birmərtəbəli, dördkünc məktəb binası hər tərəfi açıq bir meydançada tikilmişdi (
UÇUNMA – QIZIŞMA Nəhayət, uçunma tez dəf oldu (Ə.Haqverdiyev); Birdən bədənində qızışma hiss etdi, tərlədi (“Ulduz”)