ŞADLANMAQ – HEYİFSİLƏNMƏK Sevinsin, şadlansın çöl də, çəmən də (C.Novruz); Mən başqa şeyə heyifsilənirəm (C
ŞADLIQ – BƏDBƏXTLİK Bir kəlmə bu halım ya şadlıqdır və ya bədbəxtlik (C.Cabbarlı)
ŞAX – ƏYRİ Camaatın üzünə şax baxım (M.İbrahimov); Həmişə çalışırdı ki, başqasına əyri baxsın. ŞAX – ƏZİK Qalın və şax yarpaqları başında boşqab kimi
ŞAXLI – KÖHNƏ Köynəyi köhnə, amma kostyumu şaxlı idi (“Ulduz”). ŞAXLI – QIRIŞIQ Şaxlı köynəyinin üstündən qırışıq qalstukunu bağlamaq istədi
ŞAXTA – İSTİ Sizin başınızı şaxta vurmuşdur (C.Cabbarlı); Adam bilmirdi ki, istidən başını hara soxsun (“Azərbaycan”)
ŞAXTALI – BÜRKÜLÜ Sanki onu şaxtalı, boranlı qış günündə buzlu suya saldılar (İ.Şıxlı); O günün sabahı bürkülü yay axşamında Gülşən kolxoz idarəsinə g
ŞAQRAQ – KƏDƏRLİ Ömrümüzdən bir gün belə incə, şaqraq keçirdik (A.İldırım); Kədərlidir, imkandan artıqdırsa (R
ŞƏFƏQLİ – SOLĞUN Göyərçin üzü bədirlənmiş ay kimi şəfəqli idi (Ə.Vəliyev); Varaqlar solğun, sarı (R.Rza)
ŞƏFFAF – BULANLIQ Bu gecələrin birində; ayrılan yolumuz kimi; şəffaf buz kimi (R.Rza); Üfüqlər boz; elə bil ki, bir bulanlıq gölə düşüb günəş (R
ŞƏXSİ – ÜMUMİ Şəxsi məsələlərin vaxtını uzada bilərik (M.S.Ordubadi); Kolxozun ümumi iclası onları bəzi əlavələrlə təsdiq etmişdi (M
ŞƏKLƏMƏK – SALLAMAQ Gah qulaqlarını sallayır, gah da yad bir səs eşitmiş kimi şəkləyirdi (Mir Cəlal)
ŞƏLƏ – BALACA Şələ quyruğunu o yan-bu yana sürüyür (M.İbrahimov); Elə bil balaca daxma tamamilə boş idi (A
ŞƏN – CANSIXICI Şən və gülər, həmişə şad olsun (C.Məmmədov); Şəhərin cansıxıcı həyatı, bekarçılıq Hüseynqulunu təngə gətirmişdi (A
ŞƏNLƏNMƏK – KƏDƏRLƏNMƏK Günəşdən şənlənir; Geniş çöllər, ulu Tanrım (C.Cabbarlı); Baxıb dörd tərəfə kədərləndilər (C
ŞƏNLİK – QƏMGİNLİK Küçədə şənlik artmışdı (Çəmənzəminli); Evimizdə bir matəm qəmginliyi vardı (M.İbrahimov)
ŞƏR – XEYİR Şər xeyirə, xeyir şərə bağlıdır (H.Hüseynzadə)
ŞƏRƏFLİ – BƏDNAM Bu gün ən şərəfli bir gündür bizə (A.Şaiq); Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır (Ata
ŞƏRƏFSİZ – QEYRƏTLİ Heç vaxt pis əmələ qoşulmamış, şərəfsiz iş görməmişdi (S.Vəliyev); Qeyrətli cavanlarımızdan biridir (M
ŞƏRƏFSİZLİK – QEYRƏTLİLİK Anlaya bilmir ki, şərəfsizliyi; Altun dünyasında şərəf sayırlar (B.Vahabzadə); Qeyrətliyinə görə boğulub qalıb (“Ulduz”)
ŞƏRQ – QƏRB Şərqin qızıl qəndili sallanır, onu yandırın (S.Rüstəm); Düşmən çəkilir qərbə pərişan; Sən cəbhəni sükunətlə yaranda (S
ŞƏRQLİ – QƏRBLİ Sizinlə birinci dəfə görüşdükdə orijinal bir şərqli görmüş oldum (M.S.Ordubadi); Gənc qadın tam mənası ilə bir qərbli qadın qiyafəsini
ŞƏVƏ – AĞ Üzündə şəvə saqqalının xətti pozulmuş, çənəsindəki ağ tüklər çoxalmışdı (S.Qədirzadə)
ŞIDIRĞI – ARABİR Göz dolu nəvaziş daha yaxşıdır; Tərifin şıdırğı yağışlarından (S.Tahir); Mən arabir: qayğıların qayğısından bişirəm (M
ŞILTAQ – SAKİT Xəyalat qucaqladı hər şıltaq dalğasını (S.Rüstəm); Kislovodskda səhər açılanda hava sakit və aydın idi (M
ŞILTAQLIQ – SAKİTLİK Bu naz, bu şıltaqlıq, əbəsdir, əbəs (S.Rüstəm); Dəniz də bu sakitlik içində; Nəhəng mavi bir damla (R
ŞİDDƏTLƏNMƏK – ZƏİFLƏMƏK Külək şiddətləndi (İ.Şıxlı); Qan dövranı zəifləyir (M.Hüseyn)
ŞİDDƏTLİ – ZƏİF Şiddətli vuruşma gedirdi (M.Hüseyn); Zəif gözlərinə düşdükcə işıq; Qamaşır... Kim bilir qəlbində nə var? (S
ŞİMAL – CƏNUB Eyni gündə, eyni saatda şimaldan cənuba gedən qatar Mir Əlini gətirdi (Mir Cəlal)
ŞİMALİ – CƏNUBİ Siz də bu barədə Cənubi və Şimali Azərbaycan xalqını xəbərdar etməli və əlahəzrətə olan itaətlərini təmin etməyə çalışmalısınız (M
ŞİMALLI – CƏNUBLU Şimallı qardaşım, dinlə sözümü; Bölündü ikiyə ürəyim mənim (S.Rüstəm); Təbiətdən nə zövq alsın cənublu qardaş (S
ŞİRİN – ACI Qızım, gəl, qəndi doğra, yeməkdən qabaq bizə bir yaxşı şirin çay verərsən, gəlinin şirnisini içərik (M
ŞİRİNLƏŞMƏK – ACILAŞMAQ Getdikcə söhbət şirinləşdi və ortalıqda məktəb qızı unuduldu (Çəmənzəminli); Elə bil ki, sonradan soğan daha da acılaşdı (“Uld
ŞİRİNLİK – ACILIQ Acılıqdan yemək olmur, şirinlikdən tullamaq (Ata. sözü)
ŞİŞ – ALÇAQ Tək bir göz qırpımında şiş dağlar dümdüz olur (S.Rüstəm); Alçaq dağa qar yağmaz (Ata. sözü)
ŞİT – CİDDİ Kələntərin üzündə daha şit bir təbəssüm oynadı (M.İbrahimov); Yox. Boş söhbət deyil, çox ciddi söhbətdir (M
ŞİTLƏŞMƏK – CİDDİLƏŞMƏK Üzündəki təbəssüm bir az da şitləşdi, iri dodaqları qulağının dibinə qədər açıldı (M
ŞİTLİK – CİDDİLİK Qızın birdən şitliyi tutdu (M.İbrahimov); Ciddilik onun təbiəti ilə bağlıdır (“Azərbaycan”)
ŞOR – ŞİRİN Bu torpağın altında şor sular axır (M.İbrahimov); Şirin aşına zəhər qatma (Ata. sözü)
ŞORAN – ŞİRİN Axı, sən briqadirsən, bilirsən ki, Muğan torpağı şoran torpaqdır (M.İbrahimov); Üç ay qabaq qazılmış quyu bol, şirin su verirdi (Ə
ŞORGÖZ – NAMUSLU Sonra da İdrisə dedim ki, bir də bu şorgözü evə buraxma (M.İbrahimov); O vaxt heç kim sənə namuslu qardaş deməzdi (M
ŞUX – KƏDƏRLİ Sən də vaxtilə cavan idin, bizim kimi şux idin və şənlik edərdin (M.Talıbov); Dinləyirəm məyus, kədərli (R
ŞUXLUQ – QƏMGİNLİK İki il sonra o da şuxluqdan düşmüş və attraksiondan qovulmuşdu (S.Qədirzadə); Qəmginliyin şərbətin dadan adamların damağında şəkəri
ŞULUQ – DİNC Nə vaxt dəliləşib şuluq salardım; Xəmir yoğurardı qulaqlarımdan... (S.Tahir); Əhməd dinc uşaqdır
ŞULUQLUQ – DİNCLİK Yoxdur daha şuluqluq əsla, baxız, İranda… (A.Səhhət); Xalq mənimdir, bilirəm, dinclik sevən xalq deyil (S
ŞUMAL – KƏLƏ-KÖTÜR Bu şumal pöhrəni; bir vurğa qələm elədi; və qürurla dedi (R.Rza); Bu taxta kələ-kötürdür
ŞÜBHƏ – İNAM Əlbəttə, şübhəyə düşmək olardı (S.S.Axundov); Yaşamaq olarmı inam olmasa (R.Rza)
ŞÜBHƏLƏNMƏK – İNANMAQ Yəqin uşaqlardan şübhələnəcək (İ.Şıxlı); Axı mən ona inanmıram (C.Əmirov)
ŞÜBHƏLİ – İNAMLI Niyaz doğru deyir, çox şübhəli adama oxşayır (S.S.Axundov); Mən də onların içindəyəm; siz də; bu gün inamlı, sabah ümidli qəlbimiz (R
ŞÜCAƏT – QORXAQLIQ Əbədi şöhrətə yetirdi səni; Cəsarət, şücaət, kamal, ay Maral! (B.Vahabzadə); Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstl
ŞÜCAƏTLİ – QORXAQ Fırlanardım daim könlüm sıxılmayan yerlərdə; Adım Almas, qorxu bilməz, şücaətli bir övlad (A