MARAQLI – BOŞ Dinləyirdim maraqlı söhbətini: qoca müəllimin (R.Rza); Mən and içirəm ki, boş sözdü (Mir Cəlal)
MARAQSIZ – MƏNALI Əsər maraqsızdır, oxumaq olmur (“Azərbaycan”); Bu gün hər şey gözəl, hər şey mənalıdır, – dedi (M
MATƏM – SEVİNC Matəm içindədirlər gördülər hamı (M.Rahim); Bu kəndin əhalisi elə bil sevincdən yatmaq istəmirdi (S
MATƏMLİ – ŞAD O qara matəmli günləri unut (S.Rüstəm); Qonaq cənnətə düşmüş kimi, heyran və şad idi (Mir Cəlal)
MAYMAQ – GÖZÜAÇIQ – Görmürsən, maymağın biridir (M.İbrahimov); Yəqin o şofer bacarıqlı adamdır, gözüaçıqdır (M
MAYMAQLIQ – GÖZÜAÇIQLIQ Maymaqlıqdan nə çıxar, gözüaçıqlıq lazımdır
MEHRİBAN – SƏRT Üzünü Silaya tutub mülayim və mehriban səslə dedi (S.Vəliyev); Yollar uzun, mənzil uzaq; sərt daşlara dözmür ayaq (R
MEHRİBANÇILIQ – ƏTİACILIQ O gündən onların arasındakı mehribançılıq ədavətə çevrilir (M.İbrahimov); Ətiacılıq onun canında var (M
MEHRİBANLAŞMAQ – SƏRTLƏŞMƏK Günəş mehribanlaşır; Bağçada gül üşümür (R.Rza); Mələyin ürəyi sərtləşirdi (M
MEHRİBANLIQ – ƏTİACILIQ Əhməd onun səsindəki süni mehribanlığı duydusa da, üstünü vurmadı (İ.Şıxlı); Elə ətiacılığı onu hörmətdən salmışdı (S
MƏCBURİ – KÖNÜLLÜ Qızcığaz hansı tərəfə qaçsaydı, hər yerdə onu bu cür ağır, məcburi əziyyət gözləyirdi (S
MƏCHUL – BƏLLİ Məchul bir vahimə ikimizi də sarsıtdı, divara sıxıldıq (M.İbrahimov); Aslan yatışından da bəllidir (Ata
MƏDAXİL – MƏXARİC Məgər mənim mədaxilim budur? (Ə.Haqverdiyev); Bu da kolxozun məxaricini xeyli azaltdı (M
MƏDƏNİ – KOBUD Mədəni adam belə yerlərdə yaşaya bilməz (C.Cabbarlı); Qorxma, sən kobud deyilsən axı (M
MƏDƏNİLİK – ƏDƏBSİZLİK Oğlan mədəniliyindən başını aşağı saldı və cavab vermədi (Ə.Vəliyev); Danışanın sözünü kəsmək ədəbsizlik hesab olunurdu (M
MƏDƏNİYYƏT – CƏHALƏT Orada gördüyü yüksək mədəniyyət və tərəqqi nümunələri onu ruhlandırır (F.Qasımzadə); Əl çək bu cəhalətdən, ata! (M
MƏDƏNİYYƏTSİZ – TƏRBİYƏLİ Bacarıqsız, mədəniyyətsiz əkinçi vardır (Ə.Vəliyev); Tərbiyəli ailədəndir (S
MƏDƏNİYYƏTSİZLİK – MƏRİFƏTLİLİK Mən bərkdən danışanları sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm (S
MƏDH – HƏCV Xoşlanmaz heç vaxt o mədhlərdən (B.Vahabzadə); XIX əsr ədəbiyyatında ayrı-ayrı şəxslərin eyiblərini tənqid edən və fərdi mahiyyət daşıyan
MƏĞLUB – QALİB Cavanşirin ordu başçısı Qartal, məğlub olub geri çəkilir (M.Hüseyn); Dözə bilsən gərək: qalib gələ biləsən gərək; Sevincə də, dərdə də
MƏĞLUBİYYƏT – QALİBİYYƏT Qalibiyyəti də dadmışdı, məğlubiyyəti də (F.Kərimzadə)
MƏĞRİB – MƏŞRİQ Tutaq ki, məşriqdən məğribə qədər; Mənə xərac verdi bütün ölkələr; Nə olsun? Bədbəxtəm, bədbəxtəm, inan! (S
MƏHDUD – GENİŞ Onun imkanları geniş deyil, məhduddur
MƏHDUDLUQ – GENİŞLİK Vaxtın məhdudluğu onun əl-qolunu bağladı. Burada R.Rza sərbəst şerinin imkan genişliyi ilə özünü bir daha büruzə verir
MƏHƏBBƏT – NİFRƏT Məhəbbət sonsuz, nifrət dərin (H.Hüseynzadə)
MƏXFİ – AŞKAR Doktor, sizə bir işim düşüb, ancaq məxfidir, gərək heç kəs bilməsin (C.Əmirov); Sənə açıq deyirəm, dalda bir cür, aşkarda başqa cür hərə
MƏXRƏC – SURƏT Kəsr xəttinin altındakı ədəd məxrəc, üstündəki ədəd surət adlanır
MƏKR – MƏHƏBBƏT Məkr onun gözlərində oynayır. Məhəbbət mənim gözlərimdə Çandranı xilqətin tacına çevirmişdi (M
MƏKRLİ – MƏHƏBBƏTLİ H.Turabovun qəhrəmanı qüvvətli xarakterdir: məkrlidir, tədbirlidir, amansızdır. Onun məhəbbətli nəğmələri dinləyiciləri nəşələndir
MƏLAHƏTLİ – CIR Birdən kişi yaşına uyğun olmayan zil və məlahətli səslə oxudu (İ.Şıxlı); Misraların axır kəlmələrində cır səsini uzadıb ulayırdı (S
MƏLUM – MƏCHUL Onun nəyə işarə vurduğu məlum idi (S.Qədirzadə); Lakin sevgisi də adı kimi məchuldur (M
MƏLUMLUQ – MƏCHULLUQ Fellərdə məlumluq məzmunu felin mənası ilə bağlıdır. Yoxsa bu məchulluqdan nə çıxar? (İ
MƏNA – FORMA Məna sözün məzmunu, daxili cəhəti ilə, forma isə sözün zahiri ilə, səs tərkibi ilə əlaqələrdir (H
MƏNALI – BOŞ Çünki Məşədi Kazım ağanın iki mənalı sözündən bir şey anlamışdı (M.S.Ordubadi); Boş söz niyə danışırsan? (Mir Cəlal)
MƏNASIZ – MARAQLI Nə qədər buna mənasız xərc vururdular (Ə.Haqverdiyev); Burada işləmək, yaşamaq çox maraqlıdır
MƏNBƏ – MƏNSƏB Mənbə çayın başlanğıcı, mənsəb isə onun başqa bir çaya və dənizə töküldüyü yerdir
MƏNƏVİ – CİSMANİ Sən məndən yaxşı bilirsən ki, cismani ölüm mənəvi ölümdən qat-qat yaxşıdır (F.Kərimzadə)
MƏNFƏƏT – ZƏRƏR Tacir ancaq iki şey tanıya bilər: o da zərər, bir də mənfəət (M.S.Ordubadi)
MƏNFƏƏTLİ – ZƏRƏRLİ Ən mənfəətli şeydir (Ə.Vəliyev); Çox vermək də az vermək qədər zərərlidir (Ə.Vəliyev)
MƏNFİ – MÜSBƏT Bəli, mənfi atəşə tutulmaqla da müsbət müdafiə və təsdiq oluna bilər (M.İbrahimov)
MƏNFİLİK – MÜSBƏTLİK Yəni ancaq onun naqis cəhətlərini görmək, mənfiliyin təsvirinə aludəlik göstərmək (M
MƏNFUR – GÖZƏL Pərşana rəzil və mənfur göründü (M.İbrahimov); Axı Rasim elə o zaman da gözəl idi (M.İbrahimov)
MƏNFURLUQ – GÖZƏLLİK Onun mənfurluğu rəzilliyindən irəli gəlir (“Ulduz”); Gözəllik ondur, doqquzu dondur (Ata
MƏRDANƏ – GİZLİ Mərdanə qardaş qabağında yüz dəfə ölüb dirilsən, yenə azdır (Ə.Haqverdiyev); Yoldaşlar bunu gördükcə aralarındakı gizli məhəbbətin uzu
MƏRDANƏLİK – QORXAQLIQ Ömrün zinətidir, bil: Mərdanəlik, dəyanət (M.Rahim); Götürüb baxdıqca qorxaqlığımdan utanırdım (Mir Cəlal)
MƏRDİMAZAR – XEYİRXAH Mərdimazarı axtarmaqla deyil, rast gəlməklədir (Ata. sözü); Təbiəti belədir, xeyirxahdır (M
MƏRDİMAZARLIQ – XEYİRXAHLIQ Axı mərdimazarlıq yaxşı şey deyildir (C.Əmirov); – Nə olar, xeyirxahlıq pis şey deyil ki (M
MƏRƏKƏ – SAKİTLİK Danış, danış eşidək gördüyün o mərəkəni (S.Rüstəm); Çadıra bir müddət tam sakitlik çökdü (S
MƏRHƏMƏT – QƏZƏB Kəramət və mərhəmət isə böyüklük və geniş qəlbimdən doğur (M.Talıbov); Gör ürəklərində nə boyda kin və qəzəb gizlənir (M
MƏRHƏMƏTLİ – İNSAFSIZ Sanki o mərhəmətli kişi həvəslə çalışan toxucuya baxır, mənalı sükutu ilə ona sözlər deyirdi (Mir Cəlal); O, qansız və insafsız