Azərbaycan dilinin dialektoloji lüğəti.

  • A:MA

    (Ağcabədi) əl ilə ovulmuş tənbəki. – No:ruz, a:manı maηa ver, bir qaylan çəkim

    Tam oxu »
  • A:MAX

    (Ağdam) xatırlamaq

    Tam oxu »
  • AMANAT

    (Şahbuz) qonaq. – Bı kəndə genə amanat gəlib

    Tam oxu »
  • AMANƏBƏND

    (Bakı, Şərur) davamsız, möhkəm olmayan. – Taxtəbənddə çox gezmiyun, amanəbənddu, uçulub elər (Bakı)

    Tam oxu »
  • AMBIL

    (Kəlbəcər) xışa qoşulmuş öküzlərin birinci cütü. – Ambıl öküzdər gərəx’ qüvvətdi olsun

    Tam oxu »
  • AMBILA-AMBILA

    ambıla-ambıla getməx’: (Tovuz) sağa-sola əyilərək getmək, səndələmək. – Odur ey, dayım ambılaambıla gedir

    Tam oxu »
  • AMBILMAX

    (Çənbərək) səndələmək. – Qulu çiynində də lapatqa ambılır; – Dada Murğuz genə ambılır

    Tam oxu »
  • AMBIR

    (Sabirabad, Şəki) axmaq, gic. – Ambıra bax gör, sə: un veriblər gətirməmisən (Sabirabad); – Hər ambırın sözünə inananda həylə olar də: (Şəki) Ambır g

    Tam oxu »
  • AMBIRÇA

    (Meğri) kiçik dagarcıq. – Xıcca dağarcığa ambırça diyellə

    Tam oxu »
  • AMBUR

    (Bakı) kəlbətin. – Amburı gət, mıxı çıxardım

    Tam oxu »
  • AMIX

    (Meğri) kənar; girəvə. – Amıxda dur, indi penir gətirecex’

    Tam oxu »
  • AMIRRAMAX

    (Cəbrayıl) bir şeyi acgözlüklə qamarlamaq, yığışdırmaq. – Pəkuza almanı amırradı

    Tam oxu »
  • AMITQA

    amıtqa olmağ: (Kürdəmir) dadanmaq. – Canavar bizim sürüyə amıtqa olmışdı

    Tam oxu »
  • AMMIR

    I (Salyan) acgöz. – Ammır Əbləsən çox yiyəndi II (İmişli) bax ambır. – Sən nə ammır uşağsan, heç niyə yaramassan

    Tam oxu »
  • AMNAĞ

    (Xaçmaz, Oğuz) key, anlamaz. – Cəlil olduğcan amnağ uşaxdı (Oğuz)

    Tam oxu »
  • AN

    (Qax) kandar

    Tam oxu »
  • ANABİLBİL

    (Qarakilsə) çılpaq, lüt

    Tam oxu »
  • ANADİL

    (Qazax) quş adı. – Bizim öyün qavağında hər gejə anadil ötör

    Tam oxu »
  • ANAHADDIX

    (Zəngibasar) xüsusiyyətçilik. – Anahaddıx vaxdı kim kiməydi

    Tam oxu »
  • ANAHÜRÜYƏN

    (Şəmkir) çılpaq, lüt. – Anahürüyən gəzmə, sö:x dəyər

    Tam oxu »
  • ANAXDAR

    (Başkeçid, Borçalı) açar. – Qapıyı anaxdarnan qıfılla, gəl (Borçalı)

    Tam oxu »
  • ANAMƏYQURDAVERMƏ

    (İmişli) uşaq oyunu adı. – Uşağlar anaməyqurdavermə oyneyir, ged sən də oyna

    Tam oxu »
  • ANAŞ

    (Xanlar) hər işdən baş çıxaran, hər biclik və əməl bilən. – Haşım kimi bu aralarda anaş kişi yoxdu

    Tam oxu »
  • ANAŞDAQARNA

    (Bakı) acqarına. – Adə, anaşdaqarna su içmə

    Tam oxu »
  • ANAYOLU

    (Gəncə) ərə gedən qızın anasına gətirilən hədiyyə. – O şalı anayolu almışam

    Tam oxu »
  • ANBIR

    (Şəki) bax ambır

    Tam oxu »
  • ANDIMAX

    (Tovuz) suda üzən vaxt nəfəsi tincıxmaq, təntimək

    Tam oxu »
  • ANEYİN

    (Meğri) qəribə, əcaib, gülməli. – Harda aneyin işlər var Ruhılladan çıxey

    Tam oxu »
  • A:η

    I (Daşkəsən, Gədəbəy) fəqərə. – Bədəndə işdəy yer a:ηdı (Gədəbəy) II (Qazax, Tovuz) alın. – Qəfəsini gəlinnər bağlardılar a:ηnarına (Qazax)

    Tam oxu »
  • A:η

    I (Daşkəsən, Gədəbəy) fəqərə. – Bədəndə işdəy yer a:ηdı (Gədəbəy) II (Qazax, Tovuz) alın. – Qəfəsini gəlinnər bağlardılar a:ηnarına (Qazax)

    Tam oxu »
  • AηARI

    (Gəncə, Qazax, Şəmkir, Tovuz) o tərəf, o yan, o biri tərəf, kənar. – Aηarı dur (Qazax); – Bir az aηarı dur görüm, a bala (Tovuz)

    Tam oxu »
  • AηARI-BƏRİ

    (Gəncə) məc. xırda-xuruş, şey-şüy. – Bu tükənnən bir az aηarı-bəri alıf gəlirəm ◊ Anarı-bəri danışmax – hərzəhərzə danışmaq

    Tam oxu »
  • ANGİLİ

    (Zaqatala) bitki adı. – Orada yaxşı angili bitib

    Tam oxu »
  • AηRI

    (Gəncə, Qazax, Şəmkir, Tovuz) bax aηarı. – A çovan, aηrıya itin qabağına dur, atdılar keşsin (Şəmkir)

    Tam oxu »
  • AηRI-BƏRİ

    (Tovuz) bax aηarı – bəri. – Uşaxlara bir az aηrı-bəri almışam

    Tam oxu »
  • ANĞA

    (Dərbənd) həm sifəti, həm də xasiyyəti pis (adam). – Anğa adama yaxşuluğ ələmağ istəmiyədü

    Tam oxu »
  • ANĞARMAX

    (Şərur) başa düşmək, anlamaq. – Onun sözdərin anğarmağ olmur

    Tam oxu »
  • ANĞIR

    (Qazax) o tərəf, o yan, o biri tərəf

    Tam oxu »
  • ANĞIRI

    (Balakən, Başkeçid) bax anğır

    Tam oxu »
  • ANIX

    (İsmayıllı) üstüörtülü. – Bu iş anıxdı

    Tam oxu »
  • ANQA

    (Zərdab) huşsuz. – Əhməd çox anqadı

    Tam oxu »
  • ANQALI

    (Şamaxı) sərsəri, dəli. – Adə, sən nə anqalı adamsan?!

    Tam oxu »
  • ANQƏRİB

    I (Cəlilabad, Şərur, Salyan) az qala. – İşığlar sönəndə anqərib qaley bağrımız çatdıya (Cəlilabad); – Əli anqərib qalmışdı ki, tuta, Vəli qaşdı (Salya

    Tam oxu »
  • ANQIL

    (Lənkəran) tor toxunan xana. – Tori anqılda toxi:ruğ

    Tam oxu »
  • ANQIRTMAX

    (Çənbərək) məc. kəsmək. – Bir heyvərə vələs <ağac adı> anqırdıflar qamışdıda

    Tam oxu »
  • ANQİRKİ

    (Şəki) o birisi, o yankı, o tərəfdəki. – Anqırki öy Lətifindi

    Tam oxu »
  • ANQUT

    I (Ağdam, Şuşa) uzunboğazlı ördəyə oxşar quş. – Zalım elə bil anqutdu (Ağdam) II (Ağdam, Bakı, Dərbənd, Şamaxı) acgözlüklə yeyən, hər nə gəldi yeyən

    Tam oxu »
  • ANQUTBOĞAZ

    (Bərdə) çox arıq, boğazı incəlmiş, uzunboğaz (adam). – Yazıx anqutboğazın biridi, nə canı var ki?

    Tam oxu »
  • ANNAĞLI

    (Bakı) mərifətli, qanacaqlı. – Namxuda, bu uşağ nə annağlıdu

    Tam oxu »
  • ANNAX

    (Şəmkir) qanacaq, mərifət. – Onda heş annax, mərifət nişanı yoxdu

    Tam oxu »