Azərbaycan dilinin dialektoloji lüğəti.

  • CUDAM

    (Başkeçid, Borçadı, Qazax) ağılsız. – Cudam adam düşünmədən danışar (Borçalı)

    Tam oxu »
  • CUL

    cula salmax: (Başkeçid, Borçalı) əlavə toxum səpmək. – Bosdanım seyrəx’ pitif, gərəx’ cula salam (Borçalı)

    Tam oxu »
  • CULAŞA

    (Şəmkir) qohum. – Uğuzdarnan Zeynallar bir-birinən culaşadı

    Tam oxu »
  • CULAZ

    I (Şamaxı) bax cılız I. – Rahman yaman culazzi II (Ucar) yoxsul. – Burda hindi culaz adam tapammassan III (Gədəbəy, Kürdəmir, Saatlı, Sabirabad, Şamax

    Tam oxu »
  • CULFAÇI

    (Şəki) yun şal, şalvar, pencək və s. toxuyan. – Qavaxlar kəntdə yunnan şal toxuyana diyərdilər culfaçı

    Tam oxu »
  • CULLAB

    (Lənkəran) suda isladılmış quru meyvə

    Tam oxu »
  • CULOY

    (Qazax) bax ciloy II. – Öküzdəri culoya qoş, harava ağırdı, kallar aparammer

    Tam oxu »
  • CULU

    culu barmağ: (Biləsuvar) çeçələ barmaq. – Ayağımın culu barmağı suluğlıyıbdı

    Tam oxu »
  • CULUMBAY

    (Gədəbəy) məskənsiz “adam”

    Tam oxu »
  • CULUMPAY

    (Qazax) bax culumbay. – Yeri-yurdu bəlli olmayan adama culumpay de:rix’

    Tam oxu »
  • CULUZ’

    (Quba) bax cılız I. – Uşağ nüş belə culuz ulıb?

    Tam oxu »
  • CULUZ

    (Cəlilabad, Əli Bayramlı, Göyçay) bax culaz III

    Tam oxu »
  • CULVA

    (Şəki) iki əkin sahəsinin arasından keçən arx. – Qajdən ayrıf culviyə su salırsan, apa:rsan yerin əyağına sulamağ üçün

    Tam oxu »
  • CUMAXATAN

    (Bakı) yorğan-döşək üçün divar şkafı. – Dur yorğan-döşəgi yığ cumaxatana

    Tam oxu »
  • CUMBAZDAMAĞ

    (Quba) yeyin qaçmaq

    Tam oxu »
  • CUMBU

    (Ağdam) çöl quşu adı

    Tam oxu »
  • CUMBUL

    I (Şəki) qoma <meyvədə>. – Bi cumbul ba:lını verdi maηa II (Şəki) damcı. – Gözünnən cumbul da yeş çıxmadı

    Tam oxu »
  • CUMBUL-CUMBUL

    (Şəki) damcıdamcı. – Gözünnən yeş cumbul-cumbul axıf töküldü

    Tam oxu »
  • CUMBULLAMAX

    (Şəki) qoma-qoma qoparmaq. – Uşaxlar budaxları cumbulladılar

    Tam oxu »
  • CUMBUT

    (Xanlar) düşüncə. – Oğul, cumbutun varsa, yaxşı oxu

    Tam oxu »
  • CUMCULUĞ

    (Cəlilabad) tamamilə. – Yağış tökib isladıb bizi, cumculuğ sudı ◊ Cumculuğ olmax (Cəbrayıl, Şahbuz) – tamamilə islanmaq

    Tam oxu »
  • CUMXUR

    (Ağdam, Bakı, Cəbrayıl) 1. cəmi (Ağdam, Bakı) 2. birlikdə (Cəbrayıl). – Hamısı cumxur işdiyirdilər (Cəbrayıl)

    Tam oxu »
  • CUMLAX

    (Qax) uçurum

    Tam oxu »
  • CUN

    (Quba) tikan

    Tam oxu »
  • CUNUK

    (Quba) tənbəl. – Qalxozumuzda heç cunuk adam yuxdu

    Tam oxu »
  • CUR

    I (Ağcabədi, Ağdam, Kürdəmir) çöl quşu adı. – Cur yeməli quş degil (Kürdəmir) II (Mingəçevir) həşərat adı III (Kürdəmir) şərik

    Tam oxu »
  • CURBAŞ

    (Qax) qıvrımsaç

    Tam oxu »
  • CURCUMUŞ

    (Kürdəmir) hazırcavab. – Curcumuş öyladın utanğacı olmaz

    Tam oxu »
  • CURCUR

    I (Qəbələ) şəlalə II (Kəlbəcər) çöl quşu adı. – Curcur ağaşdarda yuvalıyır III (Qax) duru

    Tam oxu »
  • CURCURAMA

    (Beyləqan) duru. – Mənim xörəyim curcurama oldu

    Tam oxu »
  • CURTDAMAX

    (Şəki) cəhd etmək. – Ha curtdadı ki, məni də apar, aparmadux

    Tam oxu »
  • CURTDAŞMAX

    (Zəngilan) asta danışmaq. – Gecə sə:rəcən curtdaşıflar, heş yatmıyıflar

    Tam oxu »
  • CURUX

    (Kürdəmir) xırda (meyvə). – Almanın curuxlarını seç, bazarda pula getmir

    Tam oxu »
  • CURUMBUL

    I (Oğuz) gavalı növü adı. – Curumbul yiməli döy II (Qax, Oğuz) 1. paltarsız, lüt. – Paltarı soyunub curumbul yatırsan (Oğuz) 2

    Tam oxu »
  • CURUMBULLAMAX

    (Oğuz) qabıqdan çıxarmaq, ləpələmək (qozu, fındığı). – Qozu curumbulla

    Tam oxu »
  • CURUMUD

    (Qax) büzüşmüş. – Mən curumud armudu yimiyəm

    Tam oxu »
  • CURUP

    (Gədəbəy) daş növü adı. – Bu qıraxdakı öylər curupnan tikilif

    Tam oxu »
  • CURUR

    (Gədəbəy) bax curup. – O curufdan gətirə:η, bir örüx’ çəkə:η məhliyə

    Tam oxu »
  • CUVA

    (Qax, Zaqatala) ensiz uzun ağac və ya əski. – Cuvaları saxla, lazım olar (Zaqatala)

    Tam oxu »
  • CUYUX

    (Gədəbəy, Qazax, Qubadlı) sıyıq. – Biz xörəyi cuyux pişirerəx’ (Gədəbəy)

    Tam oxu »
  • CÜBBƏRƏ

    (Çənbərək) qısaboylu. – Sıvaxçı Qurvan cübbərə adamdı

    Tam oxu »
  • CÜCƏ

    (Yevlax) cücü

    Tam oxu »
  • CÜCƏGÖZ

    (Ucar) xırdagöz. – Bu öy cücəgöz Əhmədin öyüdü

    Tam oxu »
  • CÜCƏGÖZİ

    (Cəlilabad) bax cüjəgözü. – Bi cücəgözi köynəg aldım

    Tam oxu »
  • CÜCƏLƏMƏX’

    (Tərtər) cücə çıxarmaq. – Tö:x cücəli:r

    Tam oxu »
  • CÜCƏNƏK

    (Ağcabədi) bax cürcənə. – Cücənə:i yağışda ge:rdilər

    Tam oxu »
  • CÜCÜX’LÜ

    (Oğuz) ağac həncamalı (qapı). – Cücüx’lü qapı indi to:lalarda var

    Tam oxu »
  • CÜCÜK

    (İmişli, Qax) bax cüjüx’ II. Qoyunu gərək otuη cücük vaxdı otarasan (İmişli)

    Tam oxu »
  • CÜCÜLÜ

    (Balakən) sacda bişirilən çörək adı

    Tam oxu »
  • CÜDMƏK

    (Zaqatala) ilmək, düyün

    Tam oxu »