Azərbaycan dilinin dialektoloji lüğəti.

  • GÜLLƏSƏR

    (Təbriz) xiyar. – Vəxtində yığılman gülləsər saralırı

    Tam oxu »
  • GÜLMƏRƏNDƏ

    (Füzuli) üzüm növü

    Tam oxu »
  • GÜLMIX

    (Ağdam) mıx. – Gülmıx balajasına de:illər

    Tam oxu »
  • GÜLMUX

    (Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz) bax gülmıx. – Öyün divarına biriki gülmux çalıf, papağımızı onnan asırdıx (Tovuz)

    Tam oxu »
  • GÜLO:ŞAN

    (Bakı) dəniz sahilində bitən ağyarpaqlı, ətirli bitki adı

    Tam oxu »
  • GÜLPƏNƏG

    (Dərbənd) novruzgülü. – Muğartililər gülpənəgə hələkkar diyədülər

    Tam oxu »
  • GÜLSABA:

    (Bərdə, Tərtər) sarımsağa bənzər bitki adı

    Tam oxu »
  • GÜLŞƏFTƏLİ

    (Lənkəran) dördkünc baş yaylığı. – Qıza, Sima, gülşəftəlin hanı?

    Tam oxu »
  • GÜLŞİNNİG

    (Bakı) bax gülçinnig

    Tam oxu »
  • GÜLÜL

    I (Ordubad) iridamcılı yağış. – Göydən gülül yağır II (Lənkəran) buğdanın içində olan qara acı toxum

    Tam oxu »
  • GÜLÜMBƏ

    (Bakı) təndirdə küt getmiş çörək

    Tam oxu »
  • GÜLÜSOR

    (Şahbuz) buğda növü adı. – Gülüsoru payız əkirik

    Tam oxu »
  • GÜLVƏNG

    (Tovuz) toyda gəlin gətirilən vaxt verilən yemək. – Gülvəngdən soηra cama:t dağıldı

    Tam oxu »
  • GÜLYAN

    (Böyük Qarakilsə) hiyləgər (adam)

    Tam oxu »
  • GÜ:M

    (Mingəçevir, Naxçıvan, Oğuz) bax güyüm. – A:z, u gü:mi doldur mə: ver (Oğuz); – Gü:m çox su tutur (Naxçıvan)

    Tam oxu »
  • GÜMBÜL

    (Gədəbəy) iri, ağır çəkic. – Qağam daş çıxarmağa geder, gümbülünüzü isde:r

    Tam oxu »
  • GÜMƏŞMƏX’

    (Çənbərək) bax göməşiməx’. – Əlim-ə:ğim güməşdi, tutəmmədim səni

    Tam oxu »
  • GÜMMÜLLÜK

    (Salyan) zibillik. – Bıra şey tökmə, gümmüllük olar

    Tam oxu »
  • GÜMRƏŞMƏK

    (Başkeçid) titrəmək

    Tam oxu »
  • GÜMÜLDƏMƏX’

    (Qazax) bax gumuldamax

    Tam oxu »
  • GÜMÜLTÜ

    (Qazax) zümzümə

    Tam oxu »
  • GÜNAĞAŞI

    (Şəmkir) gün düşən yer. – Gəlin bu günağaşıda oturuf bir əz qızınax

    Tam oxu »
  • GÜNA:RŞI

    (Tovuz) bax günağaşı. – Yayda güna:rşıda otumazdar, qışda oturallar

    Tam oxu »
  • GÜNAŞMAX

    (Qazax) məhsulu əməkgününə görə bölmək

    Tam oxu »
  • GÜNDƏXOŞ

    (Bakı) bax gündəquş

    Tam oxu »
  • GÜNDƏQUŞ

    (Bakı) şərq

    Tam oxu »
  • GÜNDOĞUŞ

    (Bakı, Lənkəran) 1. b a x gündəquş 2. şərq küləyi

    Tam oxu »
  • GÜNDÜC

    (Zaqatala) böyük iynə. – Corablarmı gündüclə yama

    Tam oxu »
  • GÜNDÜRRÜG

    (İmişli) yaşayış, dolanacaq. – So:ra gündürrügləri olmadı, dolanışığ pis oldı

    Tam oxu »
  • GÜNƏBAXAN

    (Ağcabədi, Ağdam, Bərdə, Salyan, Zərdab) körpə quzu saxlanılan yer. – Quzuları günəbaxana saldım (Ağdam); – Quyi kimi yer qazırduğ, ona günəbaxan deyi

    Tam oxu »
  • GÜNƏLGƏ

    (Bərdə) daldalanacaq. – Yevlaxdan gələndə yolda məni yağış tutdu, dönüf qarağacın divində özümə günəlgə qayırdım

    Tam oxu »
  • GÜNGƏNƏ

    (Zaqatala) buğda növü

    Tam oxu »
  • GÜNİ

    (Təbriz) ot tayası. – Qurumuş otı gətirrux, qapıda güni düzəldirux

    Tam oxu »
  • GÜNKÜR

    (Qusar) qozbel

    Tam oxu »
  • GÜNNÜX’

    (Gədəbəy, Qazax) bir gündə şumlanmış sahə. – Qalxozun çox günnüx’ləri var (Gədəbəy)

    Tam oxu »
  • GÜNNÜK

    I (Zəngilan) əməkgünü II (Yardımlı) papağın günlük hissəsi

    Tam oxu »
  • GÜNÖYSÜ

    (Gədəbəy) gündüşən (yer). – Günöysü yerin otu tez çalıner

    Tam oxu »
  • GÜNSÜX’

    (Tovuz) günün təsiri ilə xarab olan, çürüyən (qatığa aiddir). – Günsüx’ qatığı itə atallar, a bajı

    Tam oxu »
  • GÜNSÜMƏX’

    I (Çənbərək) boş, bikar gəzmək. – Usuf günüzü axşamatana aralıxlarda günsüyür II (Tovuz) günün təsiri ilə xarab olmaq, çürümək (qatığa aiddir)

    Tam oxu »
  • GÜNÜ

    (Gədəbəy) xalçaçılıqda istifadə olunan alət. – Günü düzətdiηizmi xanıya?

    Tam oxu »
  • GÜNÜK

    (Borçalı) bir hektar yer

    Tam oxu »
  • GÜNYƏ

    (Tovuz) sütunların baş tərəfinə vurulan bəzəkli taxta

    Tam oxu »
  • GÜPSƏMAX

    (Təbriz) yıxmaq, arxasını yerə vurmaq. – Qardəşim onu güpsəmişdi yerə

    Tam oxu »
  • GÜRDƏX’

    I (Cəbrayıl, Zəngilan) iri üzüm salxımı. – Bir gürdəx’ yedim qarnımı doydudu, düz bir kilov olardı (Zəngilan) II (Lerik) qar topası

    Tam oxu »
  • GÜRDİG

    (Yevlax) çuxur yerlərə dolmuş qar

    Tam oxu »
  • GÜRGƏLƏMƏX’

    (Cəbrayıl) gözümçıxdıya salmaq, bezikdirmək. – A:z, o da bacı qızıdı dayna, uşağı niyə gürgəliyirsəη

    Tam oxu »
  • GÜRGƏNƏ

    (Meğri) qorxaq. – Gözüm su işmer Fəxratdan, çox gürgənə uşaxdı

    Tam oxu »
  • GÜRGƏNİ

    (Ağdam, Bərdə, Borçalı) buğda növü. – Gürgəni buğdanın çörəyi yaxşı olmur (Ağdam)

    Tam oxu »
  • GÜRGƏVAZ

    (Ağbaba) biabır, rüsvay. – El içində gürgəvaz olmax çox pis işdi

    Tam oxu »
  • GÜRNƏC

    (Tovuz) bax kürnəc. – Heyvannarı isdidə gürnəcə yığırıx

    Tam oxu »