Azərbaycan dilinin dialektoloji lüğəti.

  • GÜCƏPİSDIĞNAN

    (Şəki) güclə, zorla, çətinliklə. – Gücəpisdığnan qapını açər; – Bir gücəpisdığnan gəlif çıxmışam

    Tam oxu »
  • GÜCÜLLƏMƏK

    (Ordubad) artmaq, çoxalmaq. – To:us xanım çox işdiyib, axırı noxsannarı gücüllüyüb

    Tam oxu »
  • GÜCÜRRƏMƏY

    (Cəlilabad) zorlamaq. – Biz gücürreyib almışüg bılardan

    Tam oxu »
  • GÜDARA

    (Ordubad) tənək çubuğu. – Mən bağımızda güdara basdırdım

    Tam oxu »
  • GÜDƏN

    (Dərbənd) bax gödə (1-ci məna). – Aldi u almaları də güdəninə saldi

    Tam oxu »
  • GÜDƏNXUR

    (Xaçmaz, Quba) qarınqulu, acgöz

    Tam oxu »
  • GÜDİL

    I (Cəlilabad) səhəng II (Lerik) gödək

    Tam oxu »
  • GÜDMAN

    (Oğuz) bax gödman

    Tam oxu »
  • GÜDMÜL

    (Qazax, Tovuz) bax gödül. – A bala, bizim yava belə ha döydü, bu nədi güdmül şey, sapı-zadı da sınıx (Tovuz)

    Tam oxu »
  • GÜDÜ

    (Qazax) çoxbilmiş (adam)

    Tam oxu »
  • GÜDÜX’

    I (Tovuz) yersiz danışan, sözünün yerini bilməyən. – Fatma güdüy adamdı, heş sözü:n yerini bilmir II (Goranboy) koğuş III (Tovuz) gödək

    Tam oxu »
  • GÜDÜKÇÜ

    (Ağdaş, Göyçay, İmişli, Kürdəmir, Qax) malotaran, naxırçı, çoban. – Güdükçü bi baş malı ayda omma:ta güdür (Kürdəmir)

    Tam oxu »
  • GÜDÜL

    I (Ağdaş) dibçək II (Çənbərək) quyruqsuz toyuq III (Cəlilabad) bax güdil I IV (Zaqatala) qulpu sınıq saxsı suqabı

    Tam oxu »
  • GÜDYANI

    I (Qazax) bax güdyan. – Gülsara yaman güdyanı adamdı II (Çənbərək) çovdar. – Biyilki güzdəx’də yaman güdyanı var

    Tam oxu »
  • GÜƏLƏX’LİX’

    (Qazax) yaşıllıq

    Tam oxu »
  • GÜƏNİMƏX’

    (Çənbərək) işıqlanmaq. – Ay çiji, güəniyif, dur gedəx’

    Tam oxu »
  • GÜƏRMƏ

    (Çənbərək, Gəncə) bax göyərmə. – Güərmə doğannan so:ra qoyuna so:x su verəndə ölür (Gəncə)

    Tam oxu »
  • GÜƏZƏ

    (Çənbərək) bax göyəzə. – Güəzə adam həmməşə adamı xəjələt elər

    Tam oxu »
  • GÜƏZƏLƏMƏX’

    (Tovuz) gəvələmək. – O nədi ağzıηda güəzələdiyin?

    Tam oxu »
  • GÜƏZƏMƏX’

    (Şəmkir) bax güəzələməx’. – Yuan-yuan nə güəzirsəη

    Tam oxu »
  • GÜFLƏMƏX’

    (Çənbərək, Tovuz) məc. – çox yemək. – Əyə, bu ətdən az güfləsəηə (Çənbərək)

    Tam oxu »
  • GÜGÜM

    (Göyçay, Lerik, Sabirabad, Salyan, Şamaxı) bax güyüm. – Sona gügümdə su gətirirdi (Şamaxı)

    Tam oxu »
  • GÜJDƏMƏK

    (Culfa) dərmək. – Meyvəni gəlib-gedən güjdər

    Tam oxu »
  • GÜJÜLƏMƏX’

    (Füzuli) arğac vermək. – Gücü ağacı qoyub güjülüyürüx’

    Tam oxu »
  • GÜJÜRRƏMƏX’

    (Cəbrayıl) cəhd etmək. – Güjürrə, işi qutar

    Tam oxu »
  • GÜL

    I (Qazax) düymə II (Göyçay) əncir ağacının ilk, birinci meyvəsi III (Gədəbəy) ildırım IV gül qoymağ: (İmişli) məc

    Tam oxu »
  • GÜLAB

    (Ordubad) taxıla verilən ikinci su. – Taxıla gülab vırmağın vaxtıdı

    Tam oxu »
  • GÜLBACI

    (Yardımlı) qardaşarvadı

    Tam oxu »
  • GÜLBA:RƏK

    (Dərbənd) novruzgülü. – Gülba:rək bənövşiynən bir vaxtdə çixədü

    Tam oxu »
  • GÜLBƏSƏR

    (Cəlilabad, Culfa, Qazax, Naxçıvan, Ordubad, Zəngilan) xiyar. – Gülbəsərdən xoşum gəlir (Zəngilan)

    Tam oxu »
  • GÜLBIRNI

    (Zəngilan) itburnu

    Tam oxu »
  • GÜLBİ

    (Bakı) heyva çiçəyi. – Gülbi qutardi, mən heç bi dənə də yiə bilmədim

    Tam oxu »
  • GÜLBURNU

    (Xanlar) bax gülbırnı

    Tam oxu »
  • GÜLÇİNNİG

    (Bakı) gülməli söhbət

    Tam oxu »
  • GÜLDÜRƏMƏX’

    (Daşkəsən) kasıblaşmaq, yoxsullaşmaq

    Tam oxu »
  • GÜLƏBATIN

    I (Bakı) tərtəmiz II (Bakı) zərli sap

    Tam oxu »
  • GÜLƏBƏSDƏ

    (Ağdam, Şəki) şamama. – Üş dənə güləbəsdə alıf, hər uşağa birini verdim (Şəki)

    Tam oxu »
  • GÜLƏBZAY

    (Ordubad) mürəbbəqabı. – Güləbzay saxsıdan olar, şüşədən olar

    Tam oxu »
  • GÜLƏCƏ

    (Ordubad) keçmişdə qadınların evdə geydikləri qolsuz qofta. – Güləcəni keşmişdə çox geyərdilər

    Tam oxu »
  • GÜLƏCƏQARĞA

    (Xaçmaz) göycəqarğa

    Tam oxu »
  • GÜLƏH

    (Culfa) ikinci və üçüncü dəfə biçilən, çalınan yonca

    Tam oxu »
  • GÜLƏMBİR

    (Ağdam, Xocavənd, Şəki, Yevlax) taxıla verilən ikinci su. – Taxıla güləmbir verdim (Yevlax); – Yazda güləmbir vururdux taxıla, yağınnığ olanda vurmurd

    Tam oxu »
  • GÜLƏNBİR

    (Mingəçevir) bax güləmbir

    Tam oxu »
  • GÜLƏNGƏRİŞ

    (Salyan) eyvan

    Tam oxu »
  • GÜLGAVAZ

    (Meğri) gülünc. – Belə gülgavaz iş yux idi ki, Eranda dul avrədi də gətirip qaçeydilar

    Tam oxu »
  • GÜLGÜLƏMƏX’

    (Füzuli) gözümçıxdıya salmaq, danlamaq. – O, getdiyi evdə onu çox gülgülüyürdülər

    Tam oxu »
  • GÜLGÜNNÜG

    (Salyan) şənlik

    Tam oxu »
  • GÜLQƏND

    (Naxçıvan) qızılgül mürəbbəsi. – Gülqəndi çaynan yeyəllər

    Tam oxu »
  • GÜLLAHLAMAX

    (Çənbərək) bir nəfəsə içmək. – Sudan yaman güllahladım, genə susalığım qaşmadı

    Tam oxu »
  • GÜLLƏMƏX’

    I (Ağdam, Füzuli, Şamaxı) təndir çörəyinin üzündə yanıq qabarcıqlar əmələ gəlmək. – Bir təndir çörəyin hamısı güllədi (Ağdam); – Çörəyim güllədi (Füzu

    Tam oxu »