Azərbaycan dilinin dialektoloji lüğəti.

  • HIÇA

    (Lənkəran) ağacın nazik, cavan budağı, zoğ

    Tam oxu »
  • HILIĞ

    (Salyan) gözdən axan çirk. – Sa:- lla, gözü:n hılığın axıdıb tökmə üssümüzə

    Tam oxu »
  • HILIXLI

    (Ağbaba) xəstə. – Hılıxlı İskəndər rayonda işdiyir

    Tam oxu »
  • HILMIĞ

    (Əli Bayramlı) 1. boğaz 2. hülqum. – Ət yaxşı bişməmişdi, ona görə hılmığımnan çox çətinnix’nən aşırdı

    Tam oxu »
  • HINDAMIRA

    (Lənkəran) bax hındamiro

    Tam oxu »
  • HINDIL

    (Astara, Lənkəran, Masallı) bax hindil. – Ürəgim hindil issiyir (Lənkəran)

    Tam oxu »
  • HINQA

    (Şəki) bax hənqa

    Tam oxu »
  • HINRIMAX

    (Ağdaş) astadan kişnəmək. – At elə kin, yemək görür, başdıyır hınrımağa

    Tam oxu »
  • HINTIL

    hıntıl eləməx’: (Meğri) bəxtəvər etmək. – Bacı: hıntıl eləmisən, qalıf qərdəşiη; – Əy bala, uxıyıb-uxıyıb bizi hıntıl eleyacaxsaη?

    Tam oxu »
  • HINZIR

    (Kürdəmir) çoxyeyən <adam>

    Tam oxu »
  • HIR

    I (Kürdəmir) hünər. – Tay əvvəlki hırım qalmayıb, qocalmışam II (Bolnisi, Çənbərək) axmaq III (Lerik) narın yağış

    Tam oxu »
  • HIR DÜŞMƏG

    (Bakı, Salyan) əldən düşmək, yorulmaq

    Tam oxu »
  • HIRDABI

    (Lənkəran) toyqabağı oğlan evindən qız evinə gedərkən yüngül musiqi ilə müşayiət edilən mərasim

    Tam oxu »
  • HIRHIRI

    (Bakı, Salyan) sırtıq. – Qız uşağı hırhırı olmaz (Salyan)

    Tam oxu »
  • HIRIX

    I (Tovuz) cüssəli. – Əli yaman hırıx adamdı II (Beyləqan) qanacaqsız, qanmaz

    Tam oxu »
  • HIRIN-ZIRIN

    (Tovuz) qaşqabaqlı, qaraqabaq ◊ Hırın-zırın olmax – qaşqabaq sallamaq. – Niyə yenə hırın-zırın olufsan?

    Tam oxu »
  • HIRMANNIX

    (Zaqatala) qalın kolluq

    Tam oxu »
  • HIRMIMIŞ

    (Saatlı) harınlaşmış

    Tam oxu »
  • HIRRIŞDIĞ

    (Lənkəran) keçilməz kolluq

    Tam oxu »
  • HIRSIZ

    I (Gəncə, Xanlar) zorlu, güclü. – Hırsız adam zorru olar (Xanlar); – Hırsız adamı birəz tüşümməz heysav eliyillər (Gəncə) II (Saatlı) yerli-yersiz hər

    Tam oxu »
  • HIRZIMANNIX

    (Balakən) meşənin çətin keçilən yeri

    Tam oxu »
  • HIZIRIĞ

    (Yardımlı) yanıq iyi. – Evdən hızırığ iysi gəley

    Tam oxu »
  • HİBOB

    (Bolnisi, Borçalı) şanapipik. – Hibob hiç kimə zərəl verməz (Borçalı)

    Tam oxu »
  • HİBOP

    (Başkeçid, Borçalı, Qazax) bax hibob. – Hibop başı pompıllı quşdu (Borçalı)

    Tam oxu »
  • HİD

    (Qax, Zaqatala) peyin

    Tam oxu »
  • HİDRƏ

    (Ağcabədi, Goranboy) hərzə. – Hidrə olma, bəsdi (Goranboy); – Soltan bəy hidrə danışırdı (Ağcabədi)

    Tam oxu »
  • HİDRƏCAVAB

    (Ağcabədi) hərzəcavab. – Arasbar kəndində hidrəcavab adamlar çox oluf

    Tam oxu »
  • HİDRƏCAVAF

    (Gəncə) bax hidrəcavab

    Tam oxu »
  • HİDRƏLİK

    (Ağcabədi) hərzəlik

    Tam oxu »
  • HİJMLƏ

    (Çənbərək) zərblə, var qüvvəsi ilə. – Alı məni hijmlə vurdu

    Tam oxu »
  • HİJMNƏN

    (Çənbərək) bax hijmlə. – Yüz kiloy duz qaldıdım axşam hijmnən, indi belim ağrıyır

    Tam oxu »
  • HİL

    I (Lənkəran, Şəki) bax hel II II (Salyan) topağac oyununda istifadə olunan kiçik taxta. – Hili elə at mətiyə düşsün III (Şəki) kələk ◊ Hil gəlmax – kə

    Tam oxu »
  • HİLBİÇİ

    (Salyan) yalançı, kələkbaz. – Ərəssun hilbiçi adammış də, mən bilməmişəm

    Tam oxu »
  • HİLİ-HİLİ

    (Lənkəran) uşaq oyunu adı

    Tam oxu »
  • HİLLAYİ

    (Salyan) avara, sərgərdan. – Hillayıya qoşılarsan, sən də hillayi olarsan

    Tam oxu »
  • HİLLƏ

    (Gədəbəy, Şamaxı) 1. xəstəlik, dərd-bəla 2. ağrı. – Canımın hilləsinnən yatammamışam be:jə (Gədəbəy) ◊ Hillə tapmağ (Şamaxı) – dərd-bəla tapmaq

    Tam oxu »
  • HİLLƏQABAX

    (Mingəçevir) dik alın

    Tam oxu »
  • HİLLƏMƏG

    I (Salyan) tullamaq. – Şö:lə, səni götürüb hilliyərəm qanoa II (Lənkəran) itələmək. – Bi bax Şaxı necə hillədi, yıxdı

    Tam oxu »
  • HİLLƏT

    (Salyan) xəstəlik, naxoşluq

    Tam oxu »
  • HİLMƏK

    (Biləsuvar) tezaçılan düyün ◊ Hilmək vurmağ – düyün vurmaq. – İpi hilmək vır danıya

    Tam oxu »
  • HİM

    I (Başkeçid, Borçalı, Şərur, Culfa, Gədəbəy, Kəlbəcər, Naxçıvan, Ordubad, Şamaxı) bünövrə, özül, əsas

    Tam oxu »
  • HİN

    (Qazax, Tovuz) 1. mağara (Qazax) 2. hisli daxma (Tovuz)

    Tam oxu »
  • HİNCƏVARA

    (Zaqatala) bax incavara

    Tam oxu »
  • HİNDİL

    (Ordubad) böyürtkən. – Hindildən yaxşı mürəbba olur

    Tam oxu »
  • HİNDİRABADI

    (Bakı) təlxək

    Tam oxu »
  • HİNDİRƏNQUŞ

    (Ağdam) uşaq oyunu adı

    Tam oxu »
  • HİNGİLƏĞOJ

    (Qazax) uşaq oyunu adı. – Qurşanıflar hingiləğoja, mal da qalıf başdıbaşına

    Tam oxu »
  • HİNGİLİ

    (Qax) xəmir xörəyi

    Tam oxu »
  • HİNGİLİMLƏŞMƏX’

    (Basarkeçər) mazaqlaşmaq. – Uşaxlar qapıda hingilimləşillər

    Tam oxu »
  • HİNGİLLƏMƏX’

    (Ağbaba) şit-şit gülmək. – Nəyə hingilliyirsən?!

    Tam oxu »