Azərbaycan dilinin dialektoloji lüğəti.

  • İV

    I (Vedi, Şərur, Gəncə, Qarakilsə, Meğri) saçın ayrıcı, tağ. – İvi: düz ayırmıyıfsan (Qarakilsə) II (Qarakilsə) arx

    Tam oxu »
  • İVHALLI

    (Laçın) bax ifallı. – Sa:bir ivhallı oğlandı

    Tam oxu »
  • İVIR-CIVIR

    (Balakən) xırda-xuruş

    Tam oxu »
  • İY-CİY

    (Biləsuvar) səs-soraq ◊ İy-ciyi kəsilmək – səsi-sorağı kəsilmək. – Oların iy-ciyi kəsildi

    Tam oxu »
  • İYAR

    (Qax, Zaqatala) yəhər. – Təkəltisiz iyar olmaz

    Tam oxu »
  • İYƏ

    (Qax) sahib

    Tam oxu »
  • İYƏŞMƏX’

    (Ağdam, Borçalı, Cəbrayıl, Çənbərək, Füzuli, Gədəbəy, Qarakilsə, Mingəçevir, Şəmkir, Tovuz, Zəngilan) bax idəşməx’

    Tam oxu »
  • İYİDOĞLAN

    (Ağdam, Ağdərə, Balakən, Zaqatala) quş adı, boz qaratoyuq

    Tam oxu »
  • İYİRTKƏN

    (Zaqatala) gəndalaş

    Tam oxu »
  • İYLİFIS

    (Qazax) 1. natəmiz 2. səliqəsiz. – Niyar yaman iylifısdı, öy bir-birinə qarışıf, fikir vermer heç

    Tam oxu »
  • İYMƏ

    (Quba) süzmə

    Tam oxu »
  • İYMƏG

    (Dərbənd) yemək. – Narı payizdə iyədülər

    Tam oxu »
  • İYNƏ

    (Zaqatala) corab milli. – Corapı örüp iynəni hayana qoydun?

    Tam oxu »
  • İYNƏBATMAZ

    (Bakı) parça adı

    Tam oxu »
  • İYNƏQIYIX

    (Zərdab) çuval, xaral ağzını tikmək üçün böyük iynə (ağacdan da olur). – Nənəm iynəqıyığı sındırdı; – Xaralları tikməy üçün hər kəs özünə iynəqıyıx qa

    Tam oxu »
  • İYNƏLİX’

    (Qazax) iynə sancılan balaca balış. – O iynəlix’dən iyneyi çıxart maηa ver

    Tam oxu »
  • İYTİKƏN

    (Qazax) bitki adı

    Tam oxu »
  • İZAL

    izal olmağ: (Bakı) çıxıb getmək, rədd olmaq. – İzal ol başımnan

    Tam oxu »
  • İZAN

    izan olmax: (Bolnisi) bax izal olmağ

    Tam oxu »
  • İZDİ-RƏĞBƏTDİ

    (Oğuz) ləyaqətli. – U arvad izdi-rəğbətdi iş görəndi

    Tam oxu »
  • İZĞAR

    (Salyan) tərslik, inadkarlıq. – Bi pis xəsyəti var ki, irğarı tutanda heç kəsi eşitmir

    Tam oxu »
  • İZMAN

    (Tərtər) altıyaşar erkək qoyun. Kk

    Tam oxu »
  • KABALAK

    (Zaqatala) kəpənək

    Tam oxu »
  • KABAY

    (Zaqatala) kəpənək

    Tam oxu »
  • KA:BƏ

    (Bakı) qarğıdalı. – Qalxoz bi:l əmeg güninə xeyli ka:bə vərdi

    Tam oxu »
  • KADU

    (İrəvan) qabaq

    Tam oxu »
  • KAF

    kaf keşməx’: (Meğri) ac qalmaq. – Heyvannar kaf keşdilə dünənnəri

    Tam oxu »
  • KAFDARSIYIR

    (Ucar) qoca canavar. – Kafdarsıyır kəndə girməz

    Tam oxu »
  • KAĞ

    I (Cəbrayıl, Meğri, Zəngilan) qışda qoyun və quzuların saxlandığı üstüörtülü yer. – Fərzalı qoyunu kağa yığdı (Zəngilan); – Qoyunu əvvəlimci dəfə payı

    Tam oxu »
  • KAĞA

    (Şərur) mağara

    Tam oxu »
  • KAĞAL

    (Qarakilsə, Şəmkir, Tovuz) tənbəl. – Səni kimi kağal adam olmaz, niyə gedif bircə dəfə o mamaηnan görüşmürsəη? (Şəmkir)

    Tam oxu »
  • KAĞALA

    (Ağbaba) kiçik səbət. – Qoyunnara bir kağala ot verdim

    Tam oxu »
  • KAĞALAX

    (Oğuz) cəhrənin iyinə keçirilən dəyirmi taxta

    Tam oxu »
  • KAĞALLIX

    (Tovuz) tənbəllik. – Qırmızı Meyti kağallıxda təx’di, o:nçun da qojalmır

    Tam oxu »
  • KAĞAN

    (Çənbərək, Gədəbəy, Gəncə, Qazax, Tovuz) xışın və ya arabanın qolunu boyunduruğa birləşdirən qayış. – Boyunduruğun kağanı yiyilif, onu düzəlt (Tovuz);

    Tam oxu »
  • KAĞANQIRAN

    (Şəmkir) məc. – qanmaz. – Ə:, sən nə kağanqıran adamsaη, bir sa:tdı çağıreram, niyə cavaf vermersəη?

    Tam oxu »
  • KAĞANNAMAX

    (Çənbərək) arabanın qolunu qayışla boyunduruğa birləşdirmək, bağlamaq. – Durum haravıyı kağannıyım, tezdən qoşax haylıyax

    Tam oxu »
  • KAĞANNIX

    (Şəmkir) boyunduruğun üst hissəsi üçün yararlı ağac. – Dağe:dəji:x’, yaxşı kağannıx gətirejəm

    Tam oxu »
  • KAĞÇI

    (Şərur) alaq edən, kətmənçi. – Kağçılar da vər başında durmıllar

    Tam oxu »
  • KAĞLAMAX

    (Şərur) alaq etmək. – Kərdi-kərdi <lək> kağlaram

    Tam oxu »
  • KAH

    I (Əli Bayramlı, Salyan, Kürdəmir) tülkü yuvası II (Bakı, Salyan) kiçik ev, daxma. – Kişi axşamacan girib kaha, bağda-bağatda da işdəmir (Salyan)

    Tam oxu »
  • KAHA

    (Saatlı) bax kah

    Tam oxu »
  • KAHAL

    I (Mingəçevir, Şəki, Zəngilan) 1. könülsüz (Mingəçevir, Şəki). – Çox kahal ca:f verdi (Mingəçevir); – Qəhrəmanı gördüm, mq: çox kahal salam verdi (Şək

    Tam oxu »
  • KAHIL

    (Göyçay) çiy

    Tam oxu »
  • KAHİ

    (Ordubad) kaha, mağara. – O yağışda kahi dadımıza çatdı

    Tam oxu »
  • KAHLA

    (Dərbənd) hasarın altından keçən su yolu, deşik

    Tam oxu »
  • KAXI

    (Bolnisi) dağda tikilən çoban dəyəsi, alaçığı

    Tam oxu »
  • KAKƏ

    (Zaqatala) xəmir xörəklərindən birinin adı

    Tam oxu »
  • KAKROÇİK

    (Kəlbəcər) hülqum. – Tütərəm sənin kakroçikinnən, o qədər vurərəm ki, lap ölərsən

    Tam oxu »
  • KAKUR

    (Xaçmaz) qozbel (adam)

    Tam oxu »