Azərbaycan dilinin dialektoloji lüğəti.

  • KÜLƏQUYLAMA

    (Cənubi Azərbaycan) oyun adı. – Küləquylama ən sövgili oyundu

    Tam oxu »
  • KÜLƏM

    (Cənubi Azərbaycan) bitki adı. – Küləmnən bir adam zəhərrəndi

    Tam oxu »
  • KÜLƏN

    (Cəlilabad) uşaq yelləncəyi

    Tam oxu »
  • KÜLƏNÇƏG

    (Yardımlı) yelləncək. – Bi külənçəg qa:r uşağ yellənsün

    Tam oxu »
  • KÜLƏŞƏNƏ

    (Cəlilabad) çayırlı yerdən kərpic şəklində kəsilmiş torpaq. – Qarım qazeydılar, küləşənə düzəldeydilər

    Tam oxu »
  • KÜLƏVƏN

    (Cənubi Azərbaycan) dəyirman təknəsi. – Küləvən artıx doldi

    Tam oxu »
  • KÜLƏYAĞ

    (Qazax) bərk əzilmiş

    Tam oxu »
  • KÜLFƏ

    I (Laçın) tövlədə pəncərə əvəzinə qoyulmuş deşik II (Gədəbəy, Qazax, Tovuz) təndir. – Külföyü kərpişdən öröllər, içində çörəx’ pişirellər (Gədəbəy)

    Tam oxu »
  • KÜLXAN

    (Bakı) hamamın ocaqxanası

    Tam oxu »
  • KÜLXANÇI

    (Şərur) ocaqçı. – Həsən hamamda külxançıdı

    Tam oxu »
  • KÜLXIRŞAN

    külxırşan olmax: (Qazax) bax külkirşan olmax

    Tam oxu »
  • KÜLK

    (Cəbrayıl, Zəngəzur) yunun darana bilməyən keyfiyyətsiz hissəsi. – Yazda qırxılmış qoyun yununun külkü çox olur (Zəngəzur); – Ay lə:, külkü apar sat (

    Tam oxu »
  • KÜLKƏ

    (Bakı, Quba) bax külk. – Mənim yurğanımın yuni külkədü (Quba)

    Tam oxu »
  • KÜLKİRŞAN

    külkirşan olmax: (Qazax) möhkəm əzilmək. – Dana qayadan uçuf külkirşan oluf

    Tam oxu »
  • KÜLLƏQƏN

    (Zaqatala) külqabı

    Tam oxu »
  • KÜLLƏMƏ

    I (Quba, Şamaxı) qorlu küldə bişirilmiş yumurta, meyvə və s. – Atamçün külləmə bişirdim (Quba) II (Cəbrayıl) bax küldəmə

    Tam oxu »
  • KÜLLƏMƏX’

    (Gəncə) kül ilə sürtüb təmizləmək. – Yağlı qavı külləməx’ yaxşıdı

    Tam oxu »
  • KÜLMƏ

    I (Lənkəran, Masallı) balıq növü. – Bıyil çoxli külmə tutdığ (Lənkəran) II (Təbriz) yaş baramanı qurutmaq üçün qab

    Tam oxu »
  • KÜLÖVSƏN

    (Naxçıvan) aşsüzən

    Tam oxu »
  • KÜLÖVÜŞ

    (Dərbənd) küləş. – Taxılı biçədüg, yerində külövüş qaladı

    Tam oxu »
  • KÜLTƏ

    (Qazax) cındır, köhnə paltar. – Əhmədin əynində bir kültə vardı

    Tam oxu »
  • KÜLTÜKƏN

    (Quba) külqabı. – U kültükəni quy bıra, sə:nçün urda biri var

    Tam oxu »
  • KÜLÜNCƏ

    (Meğri) qısabudaqlı tut ağacı. – Külüncədən yəxşi yarpax çıxmey

    Tam oxu »
  • KÜM

    I (Astara, Lənkəran, Masallı) evin üstü ◊ Küm bağlamağ – evin üstünü düzəltmək. – Ev tikmişəm, qalıb küm bağlamağı (Lənkəran) II (Cəlilabad) baramaqur

    Tam oxu »
  • KÜMAC

    (Ordubad) kömbə. – Dəyirmanda iki kümac saldıx

    Tam oxu »
  • KÜMBƏLƏMƏX’

    (Şərur) yığmaq, toplamaq. – Bizdər deyərix’, saçın kümbələyib

    Tam oxu »
  • KÜMDAR

    (Füzuli, Şəki) baramaçı, baramaqurdu bəsləyən. – Yaxşı kümdar çoxdu bizdə (Şəki)

    Tam oxu »
  • KÜMEYİL

    (Şəki) ağacların kökünü kəsib qurudan qurd. – Kümeyil ağacı qurudar

    Tam oxu »
  • KÜMƏ

    (Axalsxi) üzüm şirəsi və qoz ləpəsindən hazırlanmış halva. – Bu il çox kümə qayırdıx

    Tam oxu »
  • KÜMƏLƏMƏK

    (Kürdəmir) toplamaq. – Məhsulu kümələ, yağış yağır

    Tam oxu »
  • KÜMMÜLLÜĞ

    (Salyan) təpəlik. – Qabağ bı yerrər kümmüllüg olub

    Tam oxu »
  • KÜMÖYÜL

    (Ağdaş, Göyçay, Kürdəmir, Mingəçevir) bax kümeyil. – Kümöyül yaşıl olar (Ağdaş); – Kümöyül ağacı kəsir, yerin altında olur (Göyçay)

    Tam oxu »
  • KÜMÖYÜLLƏNMƏX’

    (Ağdaş, Mingəçevir) qurdlamaq, kümöyül qurdu düşmək. – Bizim ağaclar kümöyüllənib (Ağdaş)

    Tam oxu »
  • KÜMÜLDƏNMƏX’

    (Tovuz) öz-özünə deyinmək

    Tam oxu »
  • KÜNAL

    (Cəbrayıl, Kürdəmir) bax kunal. – Künaldan bir qış ocaxlığı çıxır (Kürdəmir); – Bizim qurdun altında künal çoxdu (Cəbrayıl) ◊ Künal eləməg (Quba) – ba

    Tam oxu »
  • KÜNC

    (Borçalı) dəvənin hörgücü. – Dəvənin küncü dəvənin belində olar

    Tam oxu »
  • KÜNÇAYİŞ

    (Şamaxı) oxşayış. – Mən ölüm, heç bu işin o işə künçayişi var?

    Tam oxu »
  • KÜNDAR

    (Meğri) bax kümdar. – Diyellə sə:r Mırğıda kündarrarın ijlasın çəğrellər

    Tam oxu »
  • KÜNDƏGİR

    (Naxçıvan) xəmirkündələyən. – Səkinə köhnə küdəgirdi

    Tam oxu »
  • KÜNDƏLƏNMƏX’

    (Qarakilsə) şişib yumrulanmaq. – Dizinin gözü bax elə kündələnip yumurta boyda

    Tam oxu »
  • KÜNDÜRGƏ

    (Salyan) təpə. – Babazaman dağının ətəklərində kündürgə çoxdı

    Tam oxu »
  • KÜNƏ

    I (Qazax, Naxçıvan, Şəmkir, Tovuz) 1. arıq, zəif (Qazax, Tovuz). – Bu qoyun o qoyunnan künədi (Qazax); – Bax bu, cücələrin ən künəsidi (Tovuz) 2

    Tam oxu »
  • KÜNƏCƏ

    (Mingəçevir, Şəki) qoz və tut çırpmaq üçün uzun ağac. – Çıx ağaca, künəcəni verim bir az tut töx’dür (Şəki)

    Tam oxu »
  • KÜNƏGİR

    (Bakı) tənbəl

    Tam oxu »
  • KÜNƏGİRLİG

    (Bakı) tənbəllik. – Künəgirliyinnən otırdığı yeri də yığışdırmır

    Tam oxu »
  • KÜNƏTAX

    (Cəbrayıl, Zəngilan) baramaqurduna verilmək üçün qırılmış tut ağacı çubuğunun kəsilib atılan yarpaqsız hissəsi

    Tam oxu »
  • KÜNG

    (Şamaxı) saxsı boru. – Bu bulağın suvi küngnən gəldiyinnən təmizdi

    Tam oxu »
  • KÜNGÜL

    (Cənubi Azərbaycan) bax nacax (enliağızlı, qısasaplı balta). – Küngül çox ağır olur

    Tam oxu »
  • KÜNGÜN

    (Ağbaba) qozbel

    Tam oxu »
  • KÜNGÜR

    I (Qazax) yoxsul, kasıb. – Kərim yaman küngüriydi, sonradan düzəliflər II (Bakı) tənbəl

    Tam oxu »