Azərbaycan dilinin dialektoloji lüğəti.

  • KİMEK

    (Qax, Zəngilan) kimi, qədər, dək. – Axşama kimek gidax (Qax); – Bi neçə günə kimek manğa vax ver (Zaqatala)

    Tam oxu »
  • KİMİG

    (Dərbənd) cür. – Hamı bir kimig danışmıyadi

    Tam oxu »
  • KİMİK

    (Balakən) bax kimek

    Tam oxu »
  • KİMİKİ

    (Dərbənd) kimi. – Anası diyən kimiki iliyədü

    Tam oxu »
  • KİNAV

    (Cəbrayıl) su dəyirmanını işlədən pərin altından keçən su yolu, arx. – Dəyirmanın kinavı suyu nəysə yaxşı çəx’mir

    Tam oxu »
  • KİNDAR

    (Quba) kin saxlayan, kinli. – O, çux kindar adamdu

    Tam oxu »
  • KİNO:NA GETMƏG

    (Salyan) yerinə çatmaq, axıradək bilmək. – Adam hər deyilən sözün kino:na gessə, tez qocalar

    Tam oxu »
  • KİNTİRİX’Lİ

    (Hamamlı) səliqəsiz, pinti. – Yaman kintirix’li adamsaη, özüηə fikir vermirsəη

    Tam oxu »
  • KİRAL

    (Çənbərək) anbar. – Taxılı kirala doldudux

    Tam oxu »
  • KİRDAR

    (Bakı, Ordubad) səbir, hövsələ. – Mənim kirdarım gəlmir (Bakı); – Sizin kirdarı͂:z yoxdi (Ordubad)

    Tam oxu »
  • KİRDƏ

    (Oğuz, Zaqatala) iki il dalbadal düyü əkilməmiş sahə, yer. – Şumlammıyıncax kirdə yerində yaxşı məsil olmaz (Oğuz)

    Tam oxu »
  • KİRDƏYLƏMƏY

    (Cəlilabad) atmaq, tullamaq. – Valla, indi bu ağaci qolım getdikcən kirdəyliyəcəm

    Tam oxu »
  • KİRDİKİ

    (Quba, Şamaxı) bərk. – Kirdiki armudu yiəndə bərkliginnən dişlərim ağrıdı (Şamaxı)

    Tam oxu »
  • KİRƏ

    (Meğri) zoğ. – Ot kirələrin də şoravaya qoymax təzə dəb düşüp bu kətdə

    Tam oxu »
  • KİRGİT

    (Ağcabədi, Ağdam, Basarkeçər, Bərdə, Gədəbəy, Gəncə, Hamamlı, Xaçmaz, Qazax, Quba, Laçın, Şahbuz, Şəmkir, Tabasaran, Tərtər, Tovuz, Zəngilan, Zərdab)

    Tam oxu »
  • KİRGİTDƏMƏG

    (Salyan) məc. susmaq. – Sən kirgitdə, sə: dindirən yoxdı

    Tam oxu »
  • KİRGİTDƏMƏX’

    (Gəncə, Tovuz) hanadakı ilmələri kirgitlə döyüb bərkitmək. – Xananı yaxşı kirgitdə (Gəncə); – Sən də kirgitdirsən xanıyı (Tovuz)

    Tam oxu »
  • KİRİX’MİŞ

    kirix’miş olmax: (Tovuz) sakitləşmək, sakit olmaq. – Usuf gəldi yördü yiməx’ var, kirix’miş oldu

    Tam oxu »
  • KİRİK

    (Gəncə, Xanlar) sakit. – Kirik olsaη nə başıη ağrar, nə dişin tökülər (Xanlar)

    Tam oxu »
  • KİRİMƏX’

    (Ağdam, Borçalı, Cəbrayıl, Hamamlı, Laçın, Mingəçevir, Şəki, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax) 1

    Tam oxu »
  • KİRİMİŞCƏ

    (Borçalı, Salyan, Qazax, Ucar) sakitcə, dinməzcə. – Sə: deyirəm dur kirimişcə get (Ucar); – Əli iclasda kirimişcə oturmuşdu (Borçalı)

    Tam oxu »
  • KİRİMİŞƏRƏX’

    (Qazax) sakit. – Kirimişərəx’ adam yaxşı olar

    Tam oxu »
  • KİRİN-KİRİN

    (Füzuli, Qazax) yavaşyavaş. – Bu də:rman kirin-kirin işdi:r (Füzuli)

    Tam oxu »
  • KİRİNKAN

    (Ordubad) bax kilincan

    Tam oxu »
  • KİRİŞ

    I (Cəbrayıl, Cənubi Azərbaycan, Gədəbəy, Gəncə, Kürdəmir, Qax, Qarakilsə, Salyan, Tovuz) 1. cəhrəni işlədən ip (Cəbrayıl, Tovuz)

    Tam oxu »
  • KİRİŞKƏNMƏK

    (Kürdəmir) fikirləşmək, götür-qoy etmək. – Kirişkənirəm ki, görəsən bı işi başdasam nə tə:r olar

    Tam oxu »
  • KİRKƏ

    (Qax) bax kilkə III

    Tam oxu »
  • KİRKİ

    (Şəmkir) bax qırqıt. – Ala bu kirkiyi, o hüyələri vur

    Tam oxu »
  • KİRKİNƏ

    (Ordubad) bax kilkilə. – Bığdanı kirkinədə yarma eliyırıx

    Tam oxu »
  • KİRKİRƏ

    (Bərdə, Bolnisi, Borçalı, Cəbrayıl, Culfa, Çənbərək, Gəncə, Salyan, Goranboy, Göyçay, Qazax, Laçın, Mingəçevir, Şəmkir, Ucar) bax kilkilə

    Tam oxu »
  • KİRMƏGİYO

    (Quba) mədədəki qurdları tökmək üçün qaynadılıb suyu içilən ot. – Kirməgiyonun suyi aci uladu

    Tam oxu »
  • KİRNAS

    (Basarkeçər, Borçalı) xəsis. – Kirnas adam malın yeməz (Borçalı); – Munun nənəsi elə kirnas arvatdı kı, onnan heş zad almağ olmaz (Basarkeçər)

    Tam oxu »
  • KİRNİMƏX’

    (Şərur) sakitləşmək. – Yazıx uşax gücünən kirniyib, səsivi çıxatma

    Tam oxu »
  • KİRNİS

    (Əli Bayramlı, Şamaxı, Salyan, Zərdab) bax kirnas. – Əhməd çox kirnis adamdı (Əli Bayramlı)

    Tam oxu »
  • KİRNİTMƏX’

    (Şərur) sakitləşdirmək

    Tam oxu »
  • KİRO

    I (Kürdəmir) xalçada olan əyrilik. – Xala, xalçada bir az kiro var II (Salyan) acı. – Alma hələ yetişimi: b, kirodı III (Salyan) bax kiroy

    Tam oxu »
  • KİROY

    (Qazax) saçda əmələ gələn çirk ◊ Kiroy olmax – çirklənmək, çirk olmaq. – Qızın başı kiroy oluf

    Tam oxu »
  • KİRS

    I (Daşkəsən) küləyin çökək yerə topladığı qar II (Zaqatala) xörək adı. – Bizə gəl, kirs bişirmişix’

    Tam oxu »
  • KİRŞƏN

    (Zaqatala) kükürdlə yağın qarşığından hazırlanmış dərman. – Osman barmağına kirşən sürtmüşdü

    Tam oxu »
  • KİRT

    (Cəlilabad, Füzuli, Mingəçevir) 1. tən (Füzuli). – Əvi kirt iki yerə bölüllər 2. tamam (Cəlilabad). – Sənün sözün kirt yadımnan çıxıb

    Tam oxu »
  • KİRT-KİRT

    (Göyçay) yekə-yekə. – Kirt-kirt qırmızı gül açır

    Tam oxu »
  • KİRTDƏY

    (Cəlilabad) səlbə, ağacdan meyvə salmaq üçün ağac. – Bala, kirtdəynən bi:ki alma sal

    Tam oxu »
  • KİRTƏKLƏMƏK

    (Salyan) tullamaq, atmaq. – Ay bala, günahdı, adam çörəgi kirtəkləməz

    Tam oxu »
  • KİRTIŞ

    (Oğuz) bir neçə il əkilməmiş sahə

    Tam oxu »
  • KİRTİK

    I (Ağcabədi, Bərdə, Borçalı, Çənbərək, Göyçay, Hamamlı, Qazax, Mingəçevir, Oğuz, Sabirabad, Salyan, Ucar, Yevlax) işlədilmiş sabunun qalığı

    Tam oxu »
  • KİRTİNƏ VIRMAĞ

    (Salyan) axırına çıxmaq. – Səfər malların kirtinə vırıb, indi cərmiyə düşmüşəm

    Tam oxu »
  • KİRTİNİ KƏSMƏK

    (Salyan) yormaq. – Sən lap mə:m kirtimi kəsmisən

    Tam oxu »
  • KİRTİŞ

    (Cəbrayıl) yun ipin çıxıntılarını sürtüb hamarlamaq üçün işlədilən alət. – Nabat xala kirtişi apardı

    Tam oxu »
  • KİRTİŞDƏMƏX’

    (Cəbrayıl) yun ipin çıxıntılarını sürtüb hamarlamaq. – Nabat xala, kirtişi ver, biraz ip kirtişdiyim

    Tam oxu »
  • KİRTMİX’

    (Cəbrayıl, Zəngilan) bax kirtik I. – Bı kirtmiynən paltar yumağ olmaz (Zəngilan)

    Tam oxu »