Azərbaycan dilinin dialektoloji lüğəti.

  • KORİK

    (Kəlbəcər) keçi balası. – Novriz, koriklər hanı?

    Tam oxu »
  • KORKÖ:NG

    (Oğuz) mozalan. – Korkö: ng kimi yandırma adamı

    Tam oxu »
  • KORQAY

    (Qax) kölgə

    Tam oxu »
  • KORMİLÇƏG

    (Dərbənd) ağcaqanad

    Tam oxu »
  • KOROVA

    (Zaqatala) üzüm bəkməzi. – Bazarda korova satılırdı

    Tam oxu »
  • KOROYLAMA

    (Qazax) kor-koranə. – Koroylama iş görmöyün

    Tam oxu »
  • KORŞUMAX

    (Meğri) doymaq. – Apar gilasdan-zaddan yesinnə korşusunna

    Tam oxu »
  • KORT

    I (Cəlilabad, Masallı) iri bıçaq. – A gədə, kortu mənə ver (Cəlilabad) II (Qarakilsə, Şahbuz, Şərur) bax kor II

    Tam oxu »
  • KORTALMAX

    (Şərur) kütləşmək, kəsərdən düşmək. – Kortalıpdısa ver çəkim daşa

    Tam oxu »
  • KORTUM

    (Ağdam, Ağdərə, Kəlbəcər) dəvədabanı. – Kortumu at, bir də əlix’ yaxşı ye:r (Kəlbəcər)

    Tam oxu »
  • KORTUN

    (Xocavənd) bax kortum. – Kortunun divi köx’lümü olur?

    Tam oxu »
  • KORU

    (Ağdam) baramaqurdunun birinci yuxusu. – Mənim bir qutu qurdum var, koruya yatıf

    Tam oxu »
  • KORUXŞUMAX

    I (Qazax) kütləşmək, kəsərdən düşmək II (Qazax) yorulmaq, yorulub əldən düşmək. – Da: koruxşumuşam, işdiyəmmerəm

    Tam oxu »
  • KORUŞ

    (Bolnisi, Qazax, Tərtər) küt, kəsməyən. – Pıçax koruşdu, kəsmir (Tərtər); – Bu balteyi oxarradıη, koruşdu kəsmer (Qazax)

    Tam oxu »
  • KORUŞDAŞMAX

    (Ağdərə) kütləşmək, korşalmaq. – Uşağ aparıf daşa döəndə koruşdaşır baltanın ağzı

    Tam oxu »
  • KOS

    I (Qax, Oğuz, Zaqatala) böyük nağara II (Astara, Bakı) top. – Kos ata bilmirsən? (Bakı) III (Şəki) qısaboy, kök (adam)

    Tam oxu »
  • KOSARA

    (Lənkəran) çəltik topası

    Tam oxu »
  • KOSASAQQALI

    (İrəvan) yemlik

    Tam oxu »
  • KOSAVAY

    (Bakı, Salyan) yelkənli gəmi. – Kosavay lötgədən böüg olır (Bakı)

    Tam oxu »
  • KOSPALAN

    (Qax) uşaq oyunu adı

    Tam oxu »
  • KOSUT

    (Çənbərək) məhsul verməyən (arı). – Kosut beçə heç özün saxlıyəmmir, maηa balmı verəjəx?

    Tam oxu »
  • KOŞLAMAX

    (Naxçıvan) kişləmək, qovmaq (toyuğu, qazı). – Qazları koşla gessin

    Tam oxu »
  • KOTALA

    (Salyan) halva bişirmək üçün ağac dəstəli ərsinə oxşar alət ◊ Kotala vırmağ – halva bişirərkən kotala ilə onu qarışdırmaq

    Tam oxu »
  • KOTALLI

    (Qazax) varlı, dövlətli. – Zəyəmdə bir kotallı kişi varıydı

    Tam oxu »
  • KOTANLƏ:Nİ

    (Basarkeçər) böyük ləyən. – Kotanlə:ni on adamın xörəyini tuturdu

    Tam oxu »
  • KOTDALAMAX

    (Yevlax) başdan eləmək

    Tam oxu »
  • KO:TƏPPƏ

    (Salyan) hay-küy. – Ədə, qulangərişdə ko:təppə salmo:un, düşün aşağa

    Tam oxu »
  • KOTİ

    (Salyan) kobud, inadkar, tərs. – Səyyad koti adamdı, onı başa salmağ çətindi

    Tam oxu »
  • KOTQALAMAX

    I (Çənbərək) bir yerə yığmaq, toplamaq. – Otu bir yerə kotqala isdammasın II (Çənbərək) tikmək. – Bir də: <dəyə> kotqaladım

    Tam oxu »
  • KOTMUL

    (Ağcabədi) qısaboy və yaraşıqsız. – Tafdax kotmul adamdı

    Tam oxu »
  • KOTUĞU

    kotuğu çarıx: (Borçalı, Çənbərək, Hamamlı, Qazax) bağsız çarıq. – Bir var deyillər kotuğu, bir var bağlı çarıx (Borçalı); – Kotuğu çarıx tək köşeynən

    Tam oxu »
  • KOTUL

    (Şuşa) kök, dolu (adam). – Kotul adam çox ye:ir

    Tam oxu »
  • KOUDAN

    (Bakı) tövlə

    Tam oxu »
  • KOV

    (Qax) böyük çəllək

    Tam oxu »
  • KOVDAN

    (Ordubad) küt, aciz, bacarıqsız. – Keşmişdə kovdan adamlar çoxidi

    Tam oxu »
  • KOVĞA

    (Zaqatala) ucu qarmaq şəkilli uzun ağac və ya dəmir. – Budağı kovğaynan əysənə

    Tam oxu »
  • KOZAR

    (Qazax, Ordubad, Şahbuz) bax qozar. – Xırmanda kozar çoxdı (Ordubad); – Kozarnan başkozar bir şeydi (Qazax)

    Tam oxu »
  • (Qəbələ) bir qulplu qab (həm suqabı kimi, həm də qatıq çalmaq üçün işlədilir). – Mahmud babası üçün kö:də qatıx gətirdi

    Tam oxu »
  • KÖBƏK

    (Biləsuvar) nəsil. – Bizim köbəkdəndi Əli

    Tam oxu »
  • KÖBƏR

    (Ağcabədi, Bərdə, Qax, Yevlax) dik yer. – Köbər yerə su çıxmaz (Ağcabədi)

    Tam oxu »
  • KÖÇƏ

    (Cəlilabad, Yardımlı, Masallı) qoyun salmaq üçün düzəldilmiş üstüaçıq yer. – İsdidü, qoyinnəri köçiyə sal; – Elə bildim qoyinnər köçədədi (Cəlilabad)

    Tam oxu »
  • KÖÇƏL

    I (Cəbrayıl, Cəlilabad, İmişli, Kürdəmir, Mingəçevir, Salyan, Zəngəzur, Zəngilan) xırmanda tamam döyülməyib əzilmiş halda qalan sünbül

    Tam oxu »
  • KÖÇƏRGİN

    (Şahbuz) köçəri. – Köçərgin yaylağa gedib-gələn adama deyirix’

    Tam oxu »
  • KÖÇKÖÇÜ

    (Borçalı) uşaq oyunu adı. – Uşaxlar köçköçü oynuyur

    Tam oxu »
  • KÖDƏX’

    (Culfa) qıt. – Çörəx’ gödəy oldu əkin gəlmədi:nə

    Tam oxu »
  • KÖDİYƏ

    ködiyə verməx’: (Meğri) qışlağı müvəqqəti olaraq qoyun sahiblərinə kirayəyə vermək. – Balecə həmmişə örişin ködiyə vereydi

    Tam oxu »
  • KÖƏR

    (Gədəbəy, Xanlar, Tovuz) iki və ya üçillik dişi keçi. – Ay uşax, o köəri qaytarın (Xanlar)

    Tam oxu »
  • KÖF

    (Cəlilabad) güc, qüvvə ◊ Köfdən düşməg – gücdən düşmək. – Xəssələnib mən də köfdən düşmişəm

    Tam oxu »
  • KÖĞÜŞ

    (Xanlar) əyri. –Bel sapına köğüş ağaş yaramaz

    Tam oxu »
  • KÖHLƏMAX

    (Şəki) ağacı kökündən çıxarmaq. – Qoruxdaki ağaşdəri divinnən köhliyif taxıl ehmax isdiyrıx

    Tam oxu »