Azərbaycan dilinin dialektoloji lüğəti.

  • (Qəbələ) bir qulplu qab (həm suqabı kimi, həm də qatıq çalmaq üçün işlədilir). – Mahmud babası üçün kö:də qatıx gətirdi

    Tam oxu »
  • KÖBƏK

    (Biləsuvar) nəsil. – Bizim köbəkdəndi Əli

    Tam oxu »
  • KÖBƏR

    (Ağcabədi, Bərdə, Qax, Yevlax) dik yer. – Köbər yerə su çıxmaz (Ağcabədi)

    Tam oxu »
  • KÖÇƏ

    (Cəlilabad, Yardımlı, Masallı) qoyun salmaq üçün düzəldilmiş üstüaçıq yer. – İsdidü, qoyinnəri köçiyə sal; – Elə bildim qoyinnər köçədədi (Cəlilabad)

    Tam oxu »
  • KÖÇƏL

    I (Cəbrayıl, Cəlilabad, İmişli, Kürdəmir, Mingəçevir, Salyan, Zəngəzur, Zəngilan) xırmanda tamam döyülməyib əzilmiş halda qalan sünbül

    Tam oxu »
  • KÖÇƏRGİN

    (Şahbuz) köçəri. – Köçərgin yaylağa gedib-gələn adama deyirix’

    Tam oxu »
  • KÖÇKÖÇÜ

    (Borçalı) uşaq oyunu adı. – Uşaxlar köçköçü oynuyur

    Tam oxu »
  • KÖDƏX’

    (Culfa) qıt. – Çörəx’ gödəy oldu əkin gəlmədi:nə

    Tam oxu »
  • KÖDİYƏ

    ködiyə verməx’: (Meğri) qışlağı müvəqqəti olaraq qoyun sahiblərinə kirayəyə vermək. – Balecə həmmişə örişin ködiyə vereydi

    Tam oxu »
  • KÖƏR

    (Gədəbəy, Xanlar, Tovuz) iki və ya üçillik dişi keçi. – Ay uşax, o köəri qaytarın (Xanlar)

    Tam oxu »
  • KÖF

    (Cəlilabad) güc, qüvvə ◊ Köfdən düşməg – gücdən düşmək. – Xəssələnib mən də köfdən düşmişəm

    Tam oxu »
  • KÖĞÜŞ

    (Xanlar) əyri. –Bel sapına köğüş ağaş yaramaz

    Tam oxu »
  • KÖHLƏMAX

    (Şəki) ağacı kökündən çıxarmaq. – Qoruxdaki ağaşdəri divinnən köhliyif taxıl ehmax isdiyrıx

    Tam oxu »
  • KÖHLÜ-KÖMƏLƏX’Lİ

    (Şəki) yerlidibli, tamam, bütövlüklə

    Tam oxu »
  • KÖHLÜ-KÖMƏŞDİ

    (Ağdam, Mingəçevir) bax köhlü-kömələx’li. – Abas ağacı köhlü-köməşdi dartıf çıxartdı; – Onnar köhlüköməşdi köçüf gedəjəx’lər (Ağdam)

    Tam oxu »
  • KÖHÜL

    (Salyan) nohur. – Su bəndi oyub, ortasında köhül açıb

    Tam oxu »
  • KÖ:X’

    (Basarkeçər) yeməli bitki adı. – Kö:ğun yuxarısı da yi:lir, kökü də

    Tam oxu »
  • KÖX’LƏMƏX’

    (Gədəbəy) bax köhləmax. – Köx’ləməx’ lazımdı ağacı

    Tam oxu »
  • KÖ:JƏ

    (Yevlax) mis kasa, mis piyalə. – Kö:jədə qatıx yi:llər

    Tam oxu »
  • KÖK

    (Bakı, Xanlar, Qazax, Salyan) nəsil. – Olar bizim kökdəndi (Qazax) ◊ Kökünü qazmax (Gəncə) – nəslini kəsmək

    Tam oxu »
  • KÖKƏLƏNMƏX’

    (Gəncə) böyümək, dairəvi şəkildə böyümək (yaraya aiddir). – Üzündəki yara kökələnif

    Tam oxu »
  • KÖKƏNƏG

    (Salyan) qırğı cinsindən quş. – Kökənəg ət yiyən quşdı

    Tam oxu »
  • KÖKƏNƏM

    (Cəbrayıl) az, azacıq. – Dünən kökənəm yağış yağdı

    Tam oxu »
  • KÖKÜR

    I (Bolnisi, Cəbrayıl, Gədəbəy, Qazax, Mingəçevir, Şəmkir, Yevlax) kəfgir. – Kişi, bir kökür al gətir (Qazax) II kökür olmax: (Balakən, Borçalı, Hamaml

    Tam oxu »
  • KÖLBƏND

    (Oğuz) beşiyə qoyulan ortası deşik döşək. – Kölbəndi uşağın beşiyinə qoyullar

    Tam oxu »
  • KÖLƏ

    (İmişli, Kəlbəcər) bax kola. – Keçinin bıynızsızına kölə deyillər (İmişli)

    Tam oxu »
  • KÖLGƏLƏNƏCƏG

    (Bakı, Salyan) kölgəlik. – Kölgələnəcəg də yoxdu ki, oturub dincələsən (Bakı)

    Tam oxu »
  • KÖMBƏLƏNKÖZ

    (Gəncə, Mingəçevir) çox odlu, çox közlü. – Təndir kömbələnközdü (Gəncə)

    Tam oxu »
  • KÖMBƏSURƏT

    (Qazax) sifəti kök və qırmızı. – Dadaş kömbəsurət kişidi

    Tam oxu »
  • KÖMƏÇ

    (Qax) köhnə ayaqqabı

    Tam oxu »
  • KÖMƏNC

    (Gədəbəy) dilin arxası. – Dilimin köməncinnən yara çıxıf

    Tam oxu »
  • KÖMƏRƏ

    (Basarkeçər) baca. – Tüsdü kömərədən çıxır

    Tam oxu »
  • KÖMƏŞİMƏX’

    (Şəmkir) həvəsdən salmaq, soyutmaq. – Əlimi-ə:ğımı köməşidifsəη, qoyarsaηmı işdiyəm

    Tam oxu »
  • KÖMÜRDANNIĞ

    (Şamaxı) kömür saxlanılan yer. – Kömürdannığdan kömür qurtarıb

    Tam oxu »
  • KÖND

    (Kürdəmir, Salyan) 1. meyil, həvəs (Kürdəmir). – Bırda oturmağa köndim yoxdu 2. yön, istiqamət (Salyan)

    Tam oxu »
  • KÖNDALAN

    (Şamaxı) kobud. – Həsən yaman köndalandi

    Tam oxu »
  • KÖNDƏLƏN

    I (Tovuz) tərs, tərsinə. – Səni göröm köçün köndələn sürülsün, a bala II (Füzuli, Masallı, Şəmkir, Şuşa, Tovuz) 1

    Tam oxu »
  • KÖNDƏR

    (Zaqatala) bitki adı

    Tam oxu »
  • KÖ:NƏXİRİ

    (Quba) bir il dincə qoyulmuş yer. – Xır yerini bir il dincə quyaduğ, sura əkəduğ, bu yərə kö:nəxiri diyəduğ

    Tam oxu »
  • KÖNƏLGƏ

    I (İmişli, Tərtər) daldalanacaq. – Orda könəlgə düzəldillər ki, so:ğ olmasın (Tərtər); – Yağış yağer, bir könəlgə tapax (İmişli) II (Bərdə, Şuşa, Tərt

    Tam oxu »
  • KÖNƏZ

    (Saatlı) bax konaz. – O çox könəz adamdı

    Tam oxu »
  • KÖNTƏK

    (Balakən) bax kənto. – Nə köntək adamsan

    Tam oxu »
  • KÖNTÖ:-KÖNTÖ:

    (Bakı, Quba, Salyan) kobud-kobud. – Ziyafət hərdən bir köntö:- köntö: danışadu (Quba)

    Tam oxu »
  • KÖNTÖY

    (Tovuz, Salyan, Hamamlı) bax kənto. – Maηa nə köntöy baxırsaη, nə köntöy sözdər vurursaη (Tovuz); – Ə:, nə köntöy adamsan (Hamamlı)

    Tam oxu »
  • KÖNTÖY-KÖNTÖY

    (Bakı, Qazax, Tovuz) bax köntö:-köntö:. – A səni göröm köntölöy çıxasaη, bə maηa niyə elə köntöyköntöy baxırsaη (Tovuz); – Bösdü köntöyköntöy danışdun

    Tam oxu »
  • KÖPBƏCƏ

    (Basarkeçər, Qazax, Tovuz, Zaqatala) yumurta və ya südlə unun qarışığından bişirilmiş çörək. – Unnan murtdoyu yağda pişirerix’, olur köpbəcə (Tovuz);

    Tam oxu »
  • KÖPBƏCƏLİ

    (Qazax, Mingəçevir, Tovuz) üzünə yumurta yaxılmış çörək. – Büvüm yaxşı pişirer köpbəcəli əpbəyi (Qazax)

    Tam oxu »
  • KÖPDƏN DÜŞMƏK

    (Bakı, Salyan) sakitləşmək, susmaq. – Onı dingillədən pıldı, pılı əlinnən çıxannan so:ra köpdən düşəcəg (Salyan)

    Tam oxu »
  • KÖPƏLMƏK

    (Ağsu, Ucar) qocalmaq. – Kərim kişi, doğrudan da, köpəlip (Ucar)

    Tam oxu »
  • KÖPƏŞİMAX

    (Meğri) köpmək. – Heyvan bicə sa:tda yedi köpəşidi

    Tam oxu »