Azərbaycan dilinin dialektoloji lüğəti.

  • MECƏHƏT

    (Dərbənd) güman ki, ola bilər ki, ehtimal ki. – Mecəhət bu iş düzələr

    Tam oxu »
  • MEÇAN

    (Füzuli, Gədəbəy) saç, hörük. – Tutaram meçannarınnan buralarnan bir elərəm səni (Gədəbəy)

    Tam oxu »
  • MEÇƏN

    I (Gədəbəy) bax meçan II (Oğuz) saf, yaxşı (qoz). – Qoy o meçən qozadır seçim ordan

    Tam oxu »
  • MEÇİ

    (Füzuli) saç, hörük. – Ay qız, sözümə baxmasan meçilərini yolaram

    Tam oxu »
  • MEDDƏ

    (Mingəçevir) 1. zirək 2. xeyrini güdən

    Tam oxu »
  • MEGƏC

    (Dərbənd, Tabasaran) pendir suyundan və ya ayrandan alınan şor. – Megəc ayrannan da uladu (Dərbənd)

    Tam oxu »
  • MEH

    (Ordubad) yavaş

    Tam oxu »
  • MEHDODAĞ

    (Salyan) güldən cövhər çəkən alət. – Mehdodağnan gülab çəkəllər

    Tam oxu »
  • MEHİR

    (Mingəçevir, Oğuz, Şəki) evlənərkən oğlan evinin qızın atasına, qız evinə verdiyi pul, qızıl və s. – Nə alasısan mənnən mehir (Qğuz); – Mənnən iyirmi

    Tam oxu »
  • MEHİRRƏNMƏX’

    (Çənbərək, Qazax, Kürdəmir) alışmaq, isinişmək, öyrəşmək. – Düyə xamdı deyin əmizdirmerdi buzoyu, indi yu:aş-yu:aş mehirrəner (Qazax); – Dəvəçi mehirr

    Tam oxu »
  • MEHİRRİ

    (Qazax) mehriban. – Fatmanisə adama yaman mehirridi

    Tam oxu »
  • MEHLƏNMƏK

    (Kürdəmir) hirslənmək. – Mehlənib düşdi yola

    Tam oxu »
  • MEJDİN

    (Çənbərək, Karvansaray) fərsiz. – Murğuz mejdin şeydi, görəx’ həncəri dolaner (Çənbərək)

    Tam oxu »
  • MEMƏ

    (Bakı) ana. – Ay memə, dəsməli mənə vər

    Tam oxu »
  • MENCƏR

    (Dərbənd) bax ağıl (2-ci məna). – Mencər düzəlt quyunnari salmağa

    Tam oxu »
  • MERET

    (Gəncə) miras

    Tam oxu »
  • MERƏTAJ

    (Culfa) qeyri-məhsuldar torpaq

    Tam oxu »
  • MEŞ

    (Hamamlı) oyunu başlayan, oyunda birinci gediş edən oyunçu ◊ Meş durmax – oyunu başlamaq üçün birinci olmaq

    Tam oxu »
  • MEŞARDI

    (Gədəbəy) oyunda ikinci gediş edən oyunçu

    Tam oxu »
  • MEŞƏ

    (Şəki) gön qurudulan yer. – Gönnəri meşəyə sərmişəm

    Tam oxu »
  • MEŞGƏ

    (Goranboy) kimi. – Mən yola çıxan meşgə maşın gəldi

    Tam oxu »
  • MEŞXANA

    (Dərbənd) dəmirçixana. – Osman meşxanada işliyədü

    Tam oxu »
  • MEŞMEŞİ

    (Dəvəçi, Quba, Ordubad, Sabirabad) qaysı, qurudulmuş ərik. – Meşmeşi yaxşı yiməli meyvədü, üzü də çux uladı (Quba); – Ə: bı ərix’ lap meşmeşidi (Ordub

    Tam oxu »
  • METƏ

    (Laçın) nənə

    Tam oxu »
  • MEV

    (Culfa, Ordubad, Zəngilan) tənək. – Qapıda saldığım mev dırmanıb eyvana çıxıb (Zəngilan); – Biz bağda mev əkmişıx (Ordubad)

    Tam oxu »
  • MEVBƏND

    (Ordubad) tənək zoğlarını ağaca bağlamaq üçün şiv. – Mevbənd söyüt şivinnən olar, qarağaş şivinnən olar

    Tam oxu »
  • MEVİÇ

    (Ordubad) bax meviz

    Tam oxu »
  • MEVİZ

    (Culfa, Ordubad) qurudulmuş üzüm. – Meviz quru üzümdü (Culfa)

    Tam oxu »
  • MEVLIX

    (Culfa, Ordubad) üzümlük. – Bizdər üzüm olan yerə mevlıx de:rıx (Ordubad)

    Tam oxu »
  • MEVRƏ

    (Culfa, Ordubad) tənəyin qurumuş zoğları. – Təneyin mevrəsin qır, yarpaxları xarab eləməsin (Culfa)

    Tam oxu »
  • MEY

    (Kürdəmir) tənək zoğu

    Tam oxu »
  • MEYƏL

    (Şəki) kəl, camış yatan gölməçə. – Camışdar meyəldə yatıfdı

    Tam oxu »
  • MEYRƏMNOXUDU

    (Daşkəsən, Gədəbəy, Füzuli) dərman bitkisi adı. – Meyrəmnoxudunun çaycığazını qayrıv içellər (Gədəbəy)

    Tam oxu »
  • MEYRƏNNİSƏ

    (Bakı) məryəmqurdu

    Tam oxu »
  • MEYRULİ

    (Bakı) xırdagiləli üzüm salxımı. – U məynə hələ hər il meyruli gətirir, bilmirəm nəyniyim u:nçün

    Tam oxu »
  • MEYZƏR

    I (Goranboy, Qax, Mingəçevir, Naxçıvan, Şəki, Zaqatala) bax mayzər. – Qavaxlar qızdar, arvaddar – hammı meyzər taxardı (Şəki) II (Şamaxı) üstünə tut ç

    Tam oxu »
  • MEZƏR

    I (Cəbrayıl, Kəlbəcər, Qax, Qarakilsə, Ordubad, Şuşa) bax mayzər. – Pitəv mezər də olıy, yarım mezər də (Qax); – Mezər mö:kəm parçadan tikilir (Orduba

    Tam oxu »
  • MEZZƏR

    (Qax, Zaqatala) bax mayzər. – Gülara mezzər tikməkçün parça aldı (Qax)

    Tam oxu »
  • MƏCƏL

    (Əli Bayramlı) yay vaxtı

    Tam oxu »
  • MƏ:CƏR

    (Bakı) pəncərəaltı

    Tam oxu »
  • MƏCGƏL

    (Başkeçid, Borçalı) bax majgal. – Məcgəl məjdən tutana deyirix’ (Borçalı)

    Tam oxu »
  • MƏDBƏR

    I (İsmayıllı) qapıdan qıfıl asmaq üçün dəmir halqa. – Mədbər laxlıyır, çəkiş ver vurub bərkizim II (İsmayıllı) dəmir halqa, heyvan boynuna salınan xüs

    Tam oxu »
  • MƏDD

    (Astara, Lerik, Lənkəran) meyvə şirəsi. – Anam bir bankə mədd aldı (Lerik)

    Tam oxu »
  • MƏDDƏ

    (Qazax) bax meddə. – Nəsir çox məddə adamdı (Qazax) Məddə dağarcığı (Hamamlı) – acıdil. – Vəli başdanə:ğa məddə dağarcığıdı

    Tam oxu »
  • MƏDƏD

    (Bakı) kömək ◊ Mədəd verməg – kömək etmək. – İş görənə mədəd verməg yaxçı işdü

    Tam oxu »
  • MƏDƏDÇİ

    (Naxçıvan) köməkçi, köməyə gələn adam. – Adam gərək elə iş görə ki, dara düşəndə bir mədədçisi olsun

    Tam oxu »
  • MƏDƏX’

    (Bolnisi, Şəki) camış balası. – Camışın balasına diyərıx mədəx’ (Şəki)

    Tam oxu »
  • MƏDƏXİL

    (Meğri) naxış adı. – Əyriəyri qoş buynuzu kimin olur mədəxil

    Tam oxu »
  • MƏDƏŞ

    (Şəki) qərzəkdən çıxarılmış (qoz). – Mə:n çoxlu mədəş qozum var

    Tam oxu »
  • MƏDİX’

    (Ağbaba, Qarakilsə) yeməli yabanı bitki adı. – Gedəyiη, mədix’ çıxardağıη yə:n (Qarakilsə)

    Tam oxu »