Диалектологический словарь азербайджанского языка.

  • PÖHRƏ

    (Cəlilabad, Meğri) bax pörə II. – Arinin balasinə deyük pöhrə (Cəlilabad)

    Полностью »
  • PÖJDƏLƏMMƏG

    (Lənkəran) qarsalanmaq, yaxşı bişmədən üzü yanmaq, qızarmaq

    Полностью »
  • PÖJDƏMƏK

    (İmişli) yolmaq (quş tükünə aiddir). – Pöjdeyün to:uğı, bişirün

    Полностью »
  • PÖKƏ

    (Cəlilabad) qorxu. – Heç kəssən pökəm yoxdi

    Полностью »
  • PÖLDÜ

    (Qax) sümüksüz ət

    Полностью »
  • PÖLİŞGƏMƏG

    (Cəlilabad) solğunlaşmaq (susuzluqdan). – Çiçəklər pölişgeyib

    Полностью »
  • PÖRƏ

    I (Göyçay) pöhrə II (Sabirabad) beçə arı. – Pörələr çoxalmağdadu

    Полностью »
  • PÖRNƏK

    (Qarakilsə, Zəngilan) bax pornax I. – Pörnəklər çobanın haqqını hər ayın axırında verillər (Zəngilan)

    Полностью »
  • PÖRPÖTƏ

    (Borçalı) pətənək (quşlarda). – Dən dəndəx’dən gedər töyüğun pötpötəsinə

    Полностью »
  • PÖRŞƏLƏMƏK

    (Ağcabədi, Çənbərək, Kürdəmir) pörtmək, pörtələmək (ət haqqında). – Bir az ət vardı, pörşələdik, yedik (Ağcabədi); – Toyuğı kəsib qaynar suda pörşəliy

    Полностью »
  • PÖRT

    (Zaqatala) ağciyər (iri buynuzlu heyvana aiddir)

    Полностью »
  • PÖRTDƏX’

    (Zəngilan) pörtülüb qurudulmuş zoğal. – Pörtdəx’ bişmişdə işdənir

    Полностью »
  • PÖRTDƏMƏ

    (Cəbrayıl, Qazax, Mingəçevir, Şəki, Zəngilan) 1. buğda, lobya və noxudu pörtlədərək hazırlanmış yemək

    Полностью »
  • PÖSGÜRMƏK

    (İrəvan) udma (oyunda). – Rəşidin aşıxlarını pösgürüf əlinnən aldım

    Полностью »
  • PÖŞDƏMƏX’

    (Qarakilsə, Zəngilan) isti suda pörtmək. – Sən cücüyü pöşdə, mən də ayrı iş görüm (Zəngilan); – Az, toyuxları pöşdə (Qarakilsə)

    Полностью »
  • PÖŞƏLƏMƏK

    (Oğuz) məc. yemək, yaxşı çeynəmədən tez-tez yemək. – Hümbət üç çörəyi pöşələdi

    Полностью »
  • PÖTPÖTÜ

    (Gəncə, Qazax) bax pötpötə. – Pötpötü yeməlidi (Qazax)

    Полностью »
  • PÖTÜYƏ

    (Şəmkir) böyrək. – Anam pötüyü mə:m daralqama qoydu

    Полностью »
  • PTİRİCİ

    (Çənbərək) kuryer

    Полностью »
  • PUÇGİNƏNDƏ

    (Bakı) vecsiz. – Əlinin oğli lap puçginəndədü

    Полностью »
  • PUÇUR

    (Gəncə, Qazax, Şəmkir, Şuşa, Tovuz, Zaqatala) tumurcuq. – Puçur xırdadı (Qazax); – A bala, ağajın puçurun niyə qırıf tökürsən! (Tovuz); – Ağacın puçur

    Полностью »
  • PUÇURRAMAX

    (Borçalı, Gəncə, Şəki, Şəmkir, Tovuz) tumurcuqlamaq. – Ağaşdar mart ayında puçurruyur, soηra ordan yarpağ açır (Borçalı); – Söyüt puçurruyuf (Gəncə);

    Полностью »
  • PUF

    I (Ağdaş, Oğuz) bax pıfa I. – Bu qoz pufdı (Ağdaş); – Biri qoz yığıf gətirir, ho biri də diyir: “Bu, cılğı pufdu” (Oğuz) II (Gədəbəy) gödək

    Полностью »
  • PUFA

    (Ağdam, Lənkəran, Mingəçevir, Oğuz) bax pıfa I. – Aldığın fındığın hamısı pufadı (Ağdaş)

    Полностью »
  • PUĞUN

    (Gədəbəy) yumşaq (alma). – Üşdörd almamız var, ikisi puğundu

    Полностью »
  • PUXAL

    (Balakən, Qax) bax pixal

    Полностью »
  • PUXAN

    (Qax) qadın alt paltarı

    Полностью »
  • PUXOY

    (Xanlar) kilim növü. – Puxoy qiymətli olduğu üçün bahadır

    Полностью »
  • PUXUNT

    (Gədəbəy) yaxşı (bişirmək). – Puxunt pişif qartof, də:siη

    Полностью »
  • PULA

    (Bakı) yumruq yerləşəcək boyda çala (pulapula oyunu üçün)

    Полностью »
  • PULAPULA

    (Bakı) uşaq oyunu adı

    Полностью »
  • PULQU

    (Quba) yabanı bitki adı. – Burda pulqu çox var

    Полностью »
  • PULOYLAMAX

    (Çənbərək) topalamaq. – Taxılı xırmanda üş yerə puloyladım

    Полностью »
  • PULPUL

    (Borçalı) uşaq oyunu adı

    Полностью »
  • PULUXLAMMAX

    (Mingəçevir) sınıb parça-parça olmaq

    Полностью »
  • PULUN

    (Borçalı) kiçik ot tayası

    Полностью »
  • PUNCUL-PUNCUL

    (Zaqatala) damcıdamcı

    Полностью »
  • PURX

    (Dərbənd) tövlənin qabağında üstüörtülü yer. – Ay balam, purxdan çıxar bu malları, bağa burax

    Полностью »
  • PURNA

    (Dərbənd) yarpız. – Purna iki cürə uladu: peyvəz purna, unə <ona> hələ purna da diyədüg, o biri də cir purna

    Полностью »
  • PURNƏ

    (Ordubad) bax purna. – Həsən purnəni dərdi

    Полностью »
  • PURNİ

    (Quba) bax purna. – Purni do:- ğada çux güzəl uladu

    Полностью »
  • PURSUXMAX

    (Şəmkir) bax pursulmax. – Məhəmmət yaman pursuxmuşdu, də:- sən nəsə bir iş var

    Полностью »
  • PURSULMAX

    (Tovuz) hirslənmək. – Hamayılın bəyaxkı sözdən yaman ajığı gəlif deyni pursuxuf

    Полностью »
  • PURSUMAĞ

    (Quba) bax pursulmax. – Nədən acuğuva gəlüb pursudun?

    Полностью »
  • PURTƏZƏLİ

    (Qax) od, köz qarışdırmaq üçün ucu əyri uzun dəmir

    Полностью »
  • PURTSİY

    (Zaqatala) yalançı. – İnsanın ən pis sıfatlarınnan biri də purtsiy olmaxdı

    Полностью »
  • PURUX

    (Zəngəzur) həmişəyaşıl yabanı bitki adı

    Полностью »
  • PURUXLIX

    (Zəngəzur) çoxlu purux bitən yer

    Полностью »
  • PUS

    (Axalsxi) duman

    Полностью »
  • PUSDAL

    (Qazax) bax posdal. – Pusdalı arvatdar geyir

    Полностью »