Azərbaycan dilinin dialektoloji lüğəti.

  • SİB

    (Dərbənd) qarzaq. – Quzun sibin aladig

    Tam oxu »
  • SİBƏ

    I (Balakən) çay daşqınının qarşısını almaq məqsədilə qurulan bənd. – Briqadir cama:tı sibəyə işdəməyə apardı II (Qax) porsuq yuvası

    Tam oxu »
  • SİBİL

    (Balakən, Zaqatala) 1. künc daşı 2. künc. – Evimizin sibili uçur (Balakən); – Sibilləri hamar daşnan düzəlt (Zaqatala)

    Tam oxu »
  • SİBİLLƏTMƏX’

    (Zaqatala) evin künclərinə sibil (b a x 1-ci məna) qoydurmaq. – Usdalara sibili sibillətdirdim

    Tam oxu »
  • SİBİNC

    (Qax, Zaqatala) sidik və ifrazat yığılmaq üçün uşaq beşiyinin altından asılmış qab. – Sibinci təmizdə

    Tam oxu »
  • SİBİR

    (Culfa, Ordubad) üçillik erkək keçi. – Sibirin də südü olmaz, erkəkdi (Culfa)

    Tam oxu »
  • SİBİRYANNIĞ

    (Salyan) sahibsiz, boş yer. – Qabağları bu kəndin yeri sibiryannığ olub

    Tam oxu »
  • SİBİTCƏ

    (Lənkəran) b ax sibinc. – Beşigin sibitcəsi vardi

    Tam oxu »
  • SİBYƏG

    (Lənkəran) hərdənbir, arabir. – Sibyək qızdırırdım, bı dərmanı içənnən so:ra yaxşı oldim

    Tam oxu »
  • SİCAĞ

    (Salyan) yaxşı. – Ziyafətnən mə:m münasibətim sicağdı

    Tam oxu »
  • SİCƏR

    (İmişli, Sabirabad, Salyan) cərgə, sıra. – İki sicər adam düzüldi yolun qırağına (İmişli); – Bırda pambığ sicərnən əkilib (Salyan)

    Tam oxu »
  • SİCƏRRƏMƏ

    (Salyan) 1. birdən 2. sürətlə. – Balaş sicərrəmə getdi

    Tam oxu »
  • SİCİLLƏMƏ

    (Zəngibasar) hərbə-zorba, ultimatum. – Ma: yekə bir sicilləmə göndərif ki, nədi-nədi mən o diyənə baxmamışam

    Tam oxu »
  • SİÇANALAN

    (Quba) qırğı. – Siçanalan yaxşı quşdu, siçannarın küküni kəsədü

    Tam oxu »
  • SİÇANTİŞİ

    (Borçalı) bəzək üçün taxtanın üzərində müxtəlif naxış açan alət. – Siçantişinnən həmən o naxışdarı açerıx, hası ki, ləmpə üçündü

    Tam oxu »
  • SİÇOVUL

    (Dərbənd) kərtənkələ. – Büzdə çux uladı siçovul, adamın bəğrin çattatadu

    Tam oxu »
  • SİÇRATMA

    (Qazax) heyvan xəstəliyi adı. – Siçratma dəyən heyvan dirilməz

    Tam oxu »
  • SİÇRƏTMƏ

    (Lənkəran) xırda qurd

    Tam oxu »
  • SİƏZİ

    (Bakı, Quba) kisə

    Tam oxu »
  • SİF

    (Lənkəran) sıx. – Bı parça sif toxınıb

    Tam oxu »
  • SİFAHİ

    (Mingəçevir) bax sifayi

    Tam oxu »
  • SİFAYİ

    (Kürdəmir, Şamaxı) gözəl, qəşəng. – Əşrəfin bir sifayi qızı var; – Az özüvə təhto ver, onsuz da sifayisən (Şamaxı)

    Tam oxu »
  • SİFAYİLƏŞDİRMƏG

    (Şamaxı) gözəlləşdirmək, qəşəngləşdirmək. – Özüvə nə təhto verirsən, özü: sifayiləşdirirsən

    Tam oxu »
  • SİFAYİLƏŞMƏG

    (Şamaxı) gözəlləşmək, qəşəngləşmək. – Fatmanı yolda gördüm, elə sifayiləşib ki!

    Tam oxu »
  • SİFCİMMƏX’

    (Çənbərək, Gəncə, Şəmkir) 1. sıx oturmaq, sıxlaşmaq (Çənbərək, Şəmkir). – A:sar, ə:nə sifcin, məndoturum (Çənbərək) 2

    Tam oxu »
  • SİFDƏMƏX’

    (Şərur) əti sümükdən ayırmaq

    Tam oxu »
  • SİFİRT

    (Bakı, Naxçıvan, Salyan) bax sivirt. – Su:n üzi sifirt nö:utdi (Bakı); – Bazarda bi ət vardı, sifirt yağdı (Salyan)

    Tam oxu »
  • SİFİT

    (Şəki) bax sivirt. – Mə:n u işdən sifit xəbərim yoxdu

    Tam oxu »
  • SİFT

    (Ordubad) zirzəmi. – Həsən siftdədü

    Tam oxu »
  • SİGEZİ

    (Bakı, Quba) bax siəzi. – Sigezi getirmisən? (Bakı)

    Tam oxu »
  • SİGƏZİ

    I (Dərbənd, Tabasaran) kəndirdən toxunmuş parça. – Niğalay devrində canumuz sigəzi tumannan çixeydi (Dərbənd); – Sigəzi kəndirdən tuxunuladı (Tabasara

    Tam oxu »
  • SİĞİRDİLİ

    (Şamaxı) arpa və ya qarğıdalı unundan bişirilən uzunsov, qalın sac çörəyi. – Siğirdili qalindu

    Tam oxu »
  • SİĞİRXANA

    (Qazax) qaramal tövləsi. – Mali siğirxanadan çıxar

    Tam oxu »
  • SİĞMƏĞ

    (Dərbənd) bax seğmağ. – Üzimi tükəllər çeşələ, başdiyəllər sigməğə; – Üzüm siğədəm

    Tam oxu »
  • SİQBİR

    (Cənubi Azərbaycan) xəlbir. – Siqbirnən buğdanı ələyəllər

    Tam oxu »
  • SİL

    I (Quba) yulaf. – Un put sil atim üçün almişəm II (Salyan) balıq tutmaq üçün alət. – Silnən balığ tutullar III (Cəbrayıl, Zərdab) vərəm

    Tam oxu »
  • SİLAV

    (Qax) dik yol, yoxuş Silav eləməg (Şamaxı) qarışdırmaq. – Arpeyi, buğdeyi silav ele:r

    Tam oxu »
  • SİLBİNC

    (Qax, Quba, Zaqatala) bax sibinc. – Beşigə silbinc quyadular ki, uşağ bulaşmasun

    Tam oxu »
  • SİLBİŞ

    (Füzuli) 1. küpə 2. külbə

    Tam oxu »
  • SİLDİR

    (Ordubad) sıldırım. – Həsən dağda sildirə düşmüşdü

    Tam oxu »
  • SİLƏ

    I (Şəki) ağac təknə (dabbağlar bunun içərisində dəri aşılayırlar). – Dərilərin hamısını siləyə basmışam II (Balakən, Cəbrayıl) ağzına qədər dolu

    Tam oxu »
  • SİLƏC

    (Göyçay) ikiüzlü, yaltaq

    Tam oxu »
  • SİLƏCƏ

    (Oğuz) lobya, düyü, qoz və sairədən hazırlanan çörək adı. – Yə:n vaxdı pusux tökürüx’, yağ da siləciyə

    Tam oxu »
  • SİLƏFCƏ

    (Gədəbəy) yaltaq. – Nə siləfcə adamsıη, əmbə heç tayıη tapılmaz

    Tam oxu »
  • SİLƏFCƏLƏMƏX’

    I (Gədəbəy) bax silə:fcələməx’. – Sən nə siləfcələnersən II (Çənbərək) təkrarlamaq. – Dünənki məsələyi Mühəmmət hər gündə siləfcəliyir III (Çənbərək)

    Tam oxu »
  • SİLƏ:FÇƏLƏMƏX’

    (Qazax) yaltaqlanmaq. – Niyə silə:fçəlersəη, günahı varıydı da

    Tam oxu »
  • SİLƏMPİLƏ

    (Çənbərək) siləbəsilə. – Tavıyı ağıznan siləmpilə doldudular

    Tam oxu »
  • SİLƏNC

    (Gədəbəy) silgi. – Müəllim, Məmməd özi növətçidi, silənc də gətirməyif

    Tam oxu »
  • SİLƏ:Ş

    (Şəmkir) əl dəsmalı, salfet. – Silə:şi ver, əlimin yağın silim

    Tam oxu »
  • SİLƏVAR

    (Bakı) silə, ağızbaabız doldurma

    Tam oxu »