Azərbaycan dilinin dialektoloji lüğəti.

  • STAN

    (Qazax) xəsis, simic

    Tam oxu »
  • STİL

    (Lerik) 400 qramlıq çəki vahidi. – İki stil çay aldım

    Tam oxu »
  • SUA:BI

    (Cəbrayıl) üzüm növü adı

    Tam oxu »
  • SUACAX

    (Göyçay, Mingəçevir) bax savajax

    Tam oxu »
  • SUAD

    (Tovuz) göl, çay və su götürmək, mal-qara suvarmaq üçün düzəldilən yer. – Anam suadda paltar yuyur

    Tam oxu »
  • SUAX

    suax qalmax: (Mingəçevir) dən olmadığı üçün işləməmək, boş qalmaq (dəyirmana aiddir)

    Tam oxu »
  • SUAL

    (Biləsuvar, Lənkəran, Masallı) bax saval

    Tam oxu »
  • SUAMA

    (Salyan) tamamilə, başdan-başa. – Bizim yerimiz suama çayırdı

    Tam oxu »
  • SUAN

    (Salyan) iri yeyə. – Balta:n ağzın suannan itilə

    Tam oxu »
  • SUAR

    (Mingəçevir, Oğuz, Ucar) gec. – Keçən il armud suar yetişdi (Ucar) ◊ Suara qalmağ (Göyçay) – gecikmək

    Tam oxu »
  • SUARA

    (Ağdam) palan

    Tam oxu »
  • SUARAPALAN

    (Cəlilabad) palan. – Eşşəgin suarapalanı itib

    Tam oxu »
  • SUAT

    (Borçalı, İmişli, Kürdəmir, Qazax, Zərdab) bax suad. – Anam suatda paltar yü:r (Şəmkir); – Malları suata aparmamış olma ha! (Zərdab); – Oxarda suat va

    Tam oxu »
  • SUATDAX

    (Qazax) bax soadax. – Uşağın üzünü yara suatdax götürüf

    Tam oxu »
  • SUBIDMAĞ

    (İmişli) qəsdən ləngitmək. – Bu işi düzəltməyə başı:z ağrı:r, subıdmasaz olmaz

    Tam oxu »
  • SUCUĞ

    (Bakı, Kürdəmir, Şamaxı) 1. nişastadan hazırlanmış yemək adı (Bakı, Şamaxı) 2. halvanın bir növünün adı (Kürdəmir)

    Tam oxu »
  • SUCUX

    I (Bolnisi, Ordubad) xörək adı (qoz, xəmir və s.-dən hazırlanır) II (Borçalı) sırsıra. – Qışda damnan sucux sallaner III (Qax, Zaqatala) sulu yer

    Tam oxu »
  • SUÇ

    I (Hamamlı) növbə II (Cəbrayıl, Çənbərək, Gədəbəy, Qax, Tovuz, Zaqatala) təqsir, günah. – Başıηa dönöm, suçum varsa, mən saηa tabı (Gədəbəy); – Suç öz

    Tam oxu »
  • SUÇUXMAX

    (Ağcabədi, Çənbərək, Qazax) 1. duruxmaq (Ağcabədi). – Sən niyə suçuxdun? 2. utanmaq (Qazax) 3. günahkarlığı büruzə vermək (Çənbərək)

    Tam oxu »
  • SUÇULAMAX

    (Çənbərək) içmək. – O:ğul, südü əbbəx’siz suçula

    Tam oxu »
  • SUÇUM

    (Qazax) bir nəfəsə içmə

    Tam oxu »
  • SUDƏFİ

    sudəfi toy: (İmişli) çalğısız, aşıqsız toy. – Sudəfi toy eliyərdi kasıb-kusub

    Tam oxu »
  • SUDUR

    (Gədəbəy) 1. xarab, çürük. – Sudur qartovu suda asma 2. irin, çirk (Ağcabədi, Gədəbəy). – Sudura çörülüf malın iliyi azar-bezardan (Gədəbəy); – Tişimi

    Tam oxu »
  • SUFAYI

    (Göyçay, İmişli, İsmayıllı, Kürdəmir) bax sifayi. – O, çox sufayı qızdır (İmişli); – Hafiz əcəb sufayı uşağdı (İsmayıllı); – Ağır otu, qoy sa: sufayı

    Tam oxu »
  • SUĞANSUYİ

    (Quba) bax soğansu. – Anama dimişəm, axşama bir suğansuyi bişirsün

    Tam oxu »
  • SUĞMAX

    (Gədəbəy) güdmək, pusmaq. – Səni vadar edən nədi ki, adamı suğursaη?

    Tam oxu »
  • SUĞUŞTƏ

    (Bakı) sınıq yumurta

    Tam oxu »
  • SUXANÇI

    (Basarkeçər) aravuran, xəbərçi

    Tam oxu »
  • SUXTUM

    (Bakı) xəsis

    Tam oxu »
  • SUXURA

    (Lənkəran) çini qab adı

    Tam oxu »
  • SUİRƏNGİ

    (Culfa) açıq-qırmızı. – Suirəngi açıx-qırmızıdı

    Tam oxu »
  • SUQARIŞAN

    (Borçalı, Qazax) iki çayın birləşdiyi yer. – Təvədöy çayıynan Kür çayı qarışır, bu yerə suqarışan de:rix’ (Qazax)

    Tam oxu »
  • SUQİ

    (Quba) göbələk. – Meşədən bu gün çuxli suqi yığduğ

    Tam oxu »
  • SUQQULİ

    (Lənkəran) çox arıq (adam). – Bizim Beydulla lap suqqulidi

    Tam oxu »
  • SUQQUR

    (Bakı) xəsis. – Nə suqqur adamdu a!

    Tam oxu »
  • SULACAX

    (Şəki) bax savajax. – Sulacağı qoyif suyu yana axıdıllar

    Tam oxu »
  • SULAKAN

    (Dərbənd) 1. badya 2. gildən qab düzəldən adam

    Tam oxu »
  • SULANÇAX

    (Şəki) bax sulanğac. – Sicimi bağliyrıx ağacə, sulançax düzəldif sulaniyıx

    Tam oxu »
  • SULANÇIX

    (Şəki) bax sulanğac. – Gidax sulançıxda sulanax

    Tam oxu »
  • SULANĞAC

    (Şəki) yelləncək. – Uşaxlar sulanğaşda sulanır

    Tam oxu »
  • SULANMAX

    (Şəki) yellənmək (yelləncəkdə). – Uşaxlar sulanğaşda sulanır

    Tam oxu »
  • SULASƏN

    (Bakı) tövlədə heyvan bağlamaq üçün düzəldilmiş halqa

    Tam oxu »
  • SULĞAR

    (Ağstafa, Balakən, Qazax, Şəmkir) uzun, uzundraz. – Öydəki qardaşım sulğar uşaxdı (Ağstafa), – Sulğar adam uzun oler (Şəmkir)

    Tam oxu »
  • SULĞARRAMAX

    (Şəmkir) hündürləşmək, boyca uzanmaq (adama aiddir). – Tapba kimi sulğarranıf

    Tam oxu »
  • SULĞUC

    (Bərdə, Yevlax) bax solğunc

    Tam oxu »
  • SULĞUN

    (Borçalı, Qazax, Yevlax) yulğun. – Sulğun o yerdə olar kin, o yeri su basıb çəkilmiş ola (Yevlax)

    Tam oxu »
  • SULĞUNC

    I (Oğuz) b ax solğunc. – Sulğunc dəhrədə, məngəldə, qıymakeşdə olur II (Qax, Şəki, Zaqatala) bax solğunc

    Tam oxu »
  • SULĞUNNUX

    (Borçalı) yulğunluq, çoxlu yulğun olan yer. – Kür çayının yaxası sulğunnuxdu

    Tam oxu »
  • SULĞUNSÖYÜDÜ

    (Ucar) söyüd ağacının bir növü. – Sulğunsöyüdü yaraşıxlı ağaşdı; – Sulğunsöyüdü sucax yerrərdə pitir

    Tam oxu »
  • SULİYA

    (Culfa) suvarılan əkin sahəsi. – Çılpax arpa suliyada da olar, demiyədə də

    Tam oxu »