Azərbaycan dilinin dialektoloji lüğəti.

  • TO:

    (Salyan) kələk, hiylə. – Gülşə:n to:- unnan hələm-hələm adam çıxəmməz ◊ Toa düşmək – aldanmaq. – Ürəyitəmiz adam tez toa düşər To: vermək (Cəlilabad,

    Tam oxu »
  • TO:A

    (Qazax) bax tava. – To:ada süd, xörəx’ qayrellar

    Tam oxu »
  • TO:ASAR

    (Ağdaş, Gədəbəy, Qax, Qəbələ, Oğuz, Şəki, Tərtər, Zaqatala) bax tavasar. – To:asarı götü, qoyma yağı yammağa (Oğuz); – Atam bazardan to:asar almışdı (

    Tam oxu »
  • TODAR

    (Naxçıvan) hamar olmayan, kələ-kötür

    Tam oxu »
  • TOFQALLAX

    (Mingəçevir, Oğuz, Tərtər) uşaq oyunu adı. – Getdilər tofqallax oynamağa (Oğuz); – Tofqallax yaxşı oyundu (Tərtər)

    Tam oxu »
  • TOFLAŞMA

    (Füzuli) uşaq oyunu adı

    Tam oxu »
  • TOFLU

    (Şəki) toğlu, altıaylıq quzu. – Altı ay olanda toflu diyillər, altı ay keçəndə qoyın diyirıx

    Tam oxu »
  • TO:GİR

    (Salyan) fırıldaqçı, kələkbaz. – Sə: qınamazdım, to:gir əlinə düşmüsən

    Tam oxu »
  • TOĞAY

    I (Əli Bayramlı, Sabirabad, Salyan) çay kənarında qalın ağaclıq, meşə. – Sə:r gəl toğaydan odın gətirməğə gedək (Salyan) II (Bərdə) sahil

    Tam oxu »
  • TOĞLUCU

    (Borçalı, Qazax) süpürgə düzəltmək üçün istifadə olunan yabanı bitki adı

    Tam oxu »
  • TOĞLULUĞ

    (Astara) 20-25 qoyundan ibarət sürü. – Həsən kişinin on toğluluğ qoyunu variydi

    Tam oxu »
  • TOĞULLUX

    (Böyük Qarakilsə, Xocavənd, Şəmkir) bax toğluluğ. – İ:rmi qoyuna də:llər bir toğullux, yüz qoyuna də:llər beş toğullux (Xocavənd); – Çobannıx elyəndə

    Tam oxu »
  • TOĞUNTİ

    (Salyan) ağımtıl

    Tam oxu »
  • TOXA

    (Barana, Basarkeçər, Bolnisi, Daşkəsən, Qazax, Şəmkir, Tovuz, Zaqatala) kətmənin bir növü. – Toxanı gəti gedəx’ tütünün alağını vurax (Oğuz); – Toxayn

    Tam oxu »
  • TOXAC

    (Ordubad) yun çubuğu

    Tam oxu »
  • TOXALAMAX

    (Barana) kətmənləmək. – Get, kolun divini toxala

    Tam oxu »
  • TOXANMAX

    (Şəmkir) sataşmaq. – İrva: m maηa yaman toxanır

    Tam oxu »
  • TOXAY

    (Sabirabad) bax toğay I. – Toxayda mal qalıb

    Tam oxu »
  • TOXDAĞ

    (Bakı, Cəlilabad) təskinlik, ürək-dirək ◊ Toxdağ verməy (Cəlilabad) – təskinlik vermək, ürək-dirək vermək

    Tam oxu »
  • TOXDAMAX

    I (Çənbərək, Şəki, Zəngilan) sakitləşmək, özünə gəlmək, özünü ələ almaq. – Urəyim heş toxdamır, elə bil indijə ağzımnan çıxajax (Zəngilan); – Savaxdan

    Tam oxu »
  • TOXDƏMƏY

    (Cəlilabad) bax toxdamax I. – Dayan bi, toxda, tər səni yuyib aparey

    Tam oxu »
  • TOXQƏRƏZƏ

    (Lerik) darvaza

    Tam oxu »
  • TOXMAYA

    (Ağdam, Şamaxı) pendir mayasının tərkibinə qatılan quzu qursağı

    Tam oxu »
  • TOXMƏRƏX’

    (Naxçıvan) gödərək. – Əsgər toxmərəx’ adamdı

    Tam oxu »
  • TOXMİŞƏMS

    (Ordubad) qaysının bir növü. – Toxmişəms qaysı al

    Tam oxu »
  • TOXNA

    (Balakən) bax toxa. – Toxnamız itib, tütün alağına gedə bilmədim

    Tam oxu »
  • TOQQAC

    I (Cəbrayıl, Zəngilan) paltar yumaq üçün taxdadan düzəldilmiş alət. – Keçmişdə sabun olmadığınaö:rə paltarı toqqacnan yuyurdular (Cəbrayıl) II (Cəbray

    Tam oxu »
  • TOQQADANÇIXMA

    (Füzuli) uşaq oyunu adı (dirədöymə)

    Tam oxu »
  • TOQQADÖYDÜ

    (İmişli) uşaq oyunu adı (dirədöymə). – Toyda toqqadöydü, qayışqoydı oynallar

    Tam oxu »
  • TOQQALAX

    (Oğuz) uşaq oyunu adı (topqalaq). – Uşaxlar səhərdən toqqalağ oynuyullar

    Tam oxu »
  • TOQQAŞAĞACI

    (Qarakilsə) palaz çırpmaq üçün ağac

    Tam oxu »
  • TOQQAŞDAMAX

    I (Ağdam, Kürdəmir, Mingəçevir, Şuşa) paltarı və sairəni sabunsuz yumaq. – Ala bu köynəyi toqqaşda, sər, qoy qurusun (Ağdam); – Tənbəllix’ eləmə, dur

    Tam oxu »
  • TOQLUBAŞ

    (Çənbərək) xırda daş qırıntıları, çınqıl. – Örgüyə əzəl toqlubaş töküllər, sonra da palçıx, boyl düzənniyillər

    Tam oxu »
  • TOQU

    (Qarakilsə) çəlləyə keçirilən dəmir qurşaq

    Tam oxu »
  • TOLAĞAYİ

    (Şahbuz) topal, axsaq. – Tolağayi adam tez yeriməz

    Tam oxu »
  • TOLAQQAYİ

    (Ordubad) quş adı. – Tolaqqayi çıqqılca serçə kimi quşdu

    Tam oxu »
  • TO:LAMAX

    I (Şamaxı) bax toylamax I. – İpi to:lamamış gətirib II (Ağdam, Bərdə, Şuşa) bax toylamax II. – O əti at qazana to:la, qoy qalsın sabaha (Ağdam)

    Tam oxu »
  • TOLAMAZ

    (Mingəçevir, Oğuz, Tovuz) səlbə. – Tolamazı meyviyə atıllar (Oğuz); – Əlində bir tolamaz var (Tovuz)

    Tam oxu »
  • TOLAMAZDA

    (Bərdə, Qazax) səlbə. – Bir tolamazda at çö:uz tökülsün

    Tam oxu »
  • TOLAMAZDAMAX

    (Bərdə, Qazax) bax tolazdamax. – Çomağı elə tolamazdadım ki, düz inəyin buynuzuna dəydi (Bərdə)

    Tam oxu »
  • TOLAMAZDI

    (Ağdam, Bərdə, Borçalı, Cəbrayıl, Çənbərək, Goranboy, Qazax, Şuşa, Zəngilan) bax tolamazda. – Tolamazdı atdım ağaca üş-dört armud düşdü (Ağdam); – Tol

    Tam oxu »
  • TOLAZATMA

    (Meğri) səlbə. – Qurban bir tolazatmeyə qırx çəviz saldi

    Tam oxu »
  • TOLAZDAMAX

    (Ağdam, Bərdə, Şuşa) tullamaq, atmaq. – Hirsdənif dədəm, əlinə nə keçir hamısın tolazdıyır çölə (Ağdam); – Götü tolazda getsin oyana, kimə lazımdı bul

    Tam oxu »
  • TOLAZZAMAX

    (Mingəçevir) bax tolazdamax

    Tam oxu »
  • TOMA

    (Qax) təpə, hündür yer

    Tam oxu »
  • TO:MACARAX

    (Gədəbəy) kök və qısaboylu. – O da tomacaraxdı elə bir az

    Tam oxu »
  • TOMALĞA

    I (Şəmkir) nəsil, tayfa. – Bu kətdə dört tomalğa var II (Şəmkir) kəkil. – Tomalğa tüx’dən olur to:uxda

    Tam oxu »
  • TOMAR

    I (Qax) kitab. – Tomarı qoyı qoltuğuna gediy II (Şəmkir) ucları yuxarı tərəfdən bir-birinə qarışmış şivlər; kol-kos

    Tam oxu »
  • TOMBA

    (Gədəbəy, Kəlbəcər) topa. – Otu çalıf bir yerə yığırıx, olur tomba; – Tomba da, xotma da bir şeydi; bəzi adam tomba deir, bəzisi xotma (Kəlbəcər); – Q

    Tam oxu »
  • TOMBALAMAX

    (Gədəbəy, Kəlbəcər) bir yerə topalamaq, topa şəklində bir yerə yığmaq. – Otu tombalıyırıx, so:ra da tayya yığırıx (Kəlbəcər)

    Tam oxu »