Диалектологический словарь азербайджанского языка.

  • ÇÖCƏ

    (Ağdaş, Qəbələ, Oğuz) bax çöycə. – Bir çöcə qaymağ aldım (Qəbələ); – Çöcəmiz çox paslıyıf (Ağdaş); – Sütü çöcəyə töküb bacıma verdim (Oğuz)

    Полностью »
  • ÇÖÇƏ

    I (Ordubad, Şərur) şirin çörək növü. – Bayram olanda çöçə yapırıx (Ordubad) II (Şəki) pəncə. – İt çöçələrini pəncərəyə qoyuf öyə baxırdı

    Полностью »
  • ÇÖÇƏLƏMƏX’

    (Gədəbəy) kiçik addımlarla yerimək. – Nə çöçəlersəη, belin-zadın sınme:f ki?

    Полностью »
  • ÇÖÇÜN

    (Meğri) bacarıqsız, yarıtmaz. – Xacca çöçün arvatdı Çöçün gəlməx’ (Ağcabədi, Cəbrayıl, Kürdəmir, Laçın, Mingəçevir, Lerik, Salyan, Yardımlı, Şamaxı)

    Полностью »
  • ÇÖÇÜY

    (Qax) qardaş. – Çöçüy, gəl morux yığmağa gidax

    Полностью »
  • ÇÖDİ

    (Dərbənd) bax çodi

    Полностью »
  • ÇÖFLƏMƏ

    (Basarkeçər) toyuq xəstəliyi adı. – Tö:xlərə çöfləmə azarı tüşüf

    Полностью »
  • ÇÖFLƏMƏX’

    (Qazax) otlamaq. – A bala, malları yellə çöfləsin

    Полностью »
  • ÇÖGƏCƏ

    (Qax) bax çöycə

    Полностью »
  • ÇÖX’SƏX’

    (Daşkəsən) çökək. – Hop çöx’səy oloy, orya ağajı keçireylər, da çıxası olmoy

    Полностью »
  • ÇÖX’SÜTMƏX’

    (Gədəbəy) hədə-qorxu gəlmək, qısma-boğmaya salmaq. – Nə çöx’- südüfsüη, ə: uşağı, götü göröm burdan

    Полностью »
  • ÇÖJ

    (Bərdə, Tərtər) fırfıra. – Çöjün uzu nəziy olur (Bərdə)

    Полностью »
  • ÇÖKƏCİMƏX’

    (Qax) büdrəmək. – Ha burda onun ayağı çökəciyər

    Полностью »
  • ÇÖKƏNƏX’

    (Zaqatala) çökək

    Полностью »
  • ÇÖKÜR

    I (Gədəbəy) biçilmiş ot və ya taxılın yerdə qalan gövdə hissəsi. – Əyğımı atan kimi bir çökür düz barmağımın arasın yardı II (İmişli) kol-kos yarası

    Полностью »
  • ÇÖKÜRRƏNMƏX’

    (İmişli) kol-kosdan yaralanmaq. – Qoyunun ə:ğı çökürrənif

    Полностью »
  • ÇÖLÇİ

    (Göyçay) çöl işləri ilə məşğul olan şəxs

    Полностью »
  • ÇÖLMƏ

    (Culfa) xörək bişirilən saxsı qab. – Çölmədə ət bişirəllər

    Полностью »
  • ÇÖLMƏG

    (Cəlilabad, Salyan) 1. b a x çölmə 2. dibçək

    Полностью »
  • ÇÖLMƏX’

    (Gədəbəy, Naxçıvan, Şərur, Ordubad) bax çölmə. – Çölməx’ləri yü, piti qoyuram indi (Gədəbəy); – Çölməx’də biz qərtop bişirərıx (Ordubad)

    Полностью »
  • ÇÖLMƏY

    (Göyçay, Lənkəran, Masallı) bax çölmə. – Nənəm çölməydə xörəy pişirmişdi; – Çölməy düşdü yerə tikə-tikə oldu (Lənkəran)

    Полностью »
  • ÇÖMÇƏ

    (Salyan) dəfə. – Sən onnan da yüz çömçə ötəsən (yaxşısan)

    Полностью »
  • ÇÖMÇƏQURUTMAZ

    (Ağdam) payızın son ayı

    Полностью »
  • ÇÖMƏLƏN

    (Çənbərək) toyuq xəstəliyi adı. – Ballının töyğünü çömələn qırdı

    Полностью »
  • ÇÖNÇƏ

    çönçə olmax: (Füzuli) kiflənməmək, kif atmamaq. – Xamra vurulan lavaş yaxşıdı, çönçə olur, bir ay qalır

    Полностью »
  • ÇÖNDƏRMƏG

    (Cəlilabad) çevirmək, döndərmək. – Üzin çöndərdi oğlı İbrahimə tərəf

    Полностью »
  • ÇÖPBAŞI

    (Ağcabədi) inqilabdan əvvəl heyvanların otlaqda otlamasına görə alınan vergi. – Çöpbaşı, yəni heyvanın otduyur düzdə, qoyuna bir abbası, qara mala on

    Полностью »
  • ÇÖPİX’

    (Şəki) yorğan-döşəyin içərisində işlənib xarab olmuş yun. – İki döşşeyə tezə yün lazımdı, içindəki çöpix’di, ha didif düzəldiyəm bi şey çıxmiyi

    Полностью »
  • ÇÖPÜX’

    I (Ağdam, Basarkeçər, Gədəbəy, Xocavənd, Qazax, Zaqatala) 1. b a x çöpix’ (Ağdam, Xocavənd). – Çömpüx’dən bir şey olmur (Ağdam) 2

    Полностью »
  • ÇÖRƏGQATIĞI

    (Salyan) ətsiz bişirilmiş borş

    Полностью »
  • ÇÖRƏX’LƏMƏX’

    (Cəbrayıl, Gədəbəy) çörək vermək, yedirmək. – Qonaxları çayle: f, çörəx’le:f yola saldım (Gədəbəy)

    Полностью »
  • ÇÖRMƏ

    (Kürdəmir) düzənlik, çöl. – Qoyunnar çörmədə otduyur

    Полностью »
  • ÇÖSKÜ

    (Qarakilsə, Şahbuz) yurd, müvəqqəti düşərgə. – Gəlmələr Vəngda yalaçıx çöskü salıblar (Şahbuz); – Bir çöskü saldı bırda (Qarakilsə)

    Полностью »
  • ÇÖYCƏ

    (Qəbələ, Oğuz, Şəki, Zaqatala) mis piyalə, kasa. – Qonşudan bi çöycə un alıf yuxa salmışam (Şəki); – Bir çöycə bozbaş yi:f gəlirəm (Oğuz); – Çöycəni m

    Полностью »
  • ÇÖYCƏLƏŞMAX

    (Şəki) qıvrılmaq, yumrulanmaq. – Arxın başində bi dənə qızıl ilan çöycələşif yatmişdi

    Полностью »
  • ÇÖYƏN

    (Şəki) arabanın hissəsi. – Oxa taxılan hissiyə diyillər çöyən

    Полностью »
  • ÇÖYSÜ

    (Basarkeçər, Çənbərək, Hamamlı) alaçığın orta dirəyi. – Çırıyı dəyənin çöysüsünnən as (Hamamlı); – Bizim alaçığın çöysüyü palıtdandı (Basarkeçər)

    Полностью »
  • ÇÖYSÜMƏX’

    (Çənbərək) daraşmaq. – Qoyun sürüsü biçənə: çöysümüşdü

    Полностью »
  • ÇÖZ

    (Çənbərək, İmişli) bağırsaq. – Qoyunun çözün siniyə yığdım (Çənbərək); – Çözzən gəti, tök ocağa bişsün (İmişli)

    Полностью »
  • ÇÖZDƏMƏG

    (Yardımlı) bax çözdəməx’. – Sapı çözdəməginən

    Полностью »
  • ÇÖZDƏMƏX’

    (Ağdam, Borçalı, Cəbrayıl, Culfa, Çənbərək, Xanlar, Meğri, Şahbuz) açmaq, uzatmaq. – Bağırsağı çözdəllər, ipi çözdəllər (Xanlar); – A:z, o baramanı ni

    Полностью »
  • ÇÖZƏLƏMƏG

    (Cəlilabad, Sabirabad) açmaq. – Bu kəndiri çözəliyə-çözəliyə dalımcan gələrsən (Sabirabad)

    Полностью »
  • ÇÖZƏLƏMƏX’

    (Gədəbəy, Gəncə, Şərur) bax çözələməg. – İpi çözələmə hayıfdı (Gəncə); – Niyə çözəleysiη, a:z, sapı? (Gədəbəy)

    Полностью »
  • ÇÖZƏRƏX’

    (Ağdam) çürük. – Elə qoz var çözərəy olur, yeməli olmur

    Полностью »
  • ÇÖZÜMƏX’

    (Çənbərək) ərimək. – Qar çözüyür güneylərdə

    Полностью »
  • ÇUALLAMAX

    (Xanlar) çuvala yığmaq, doldurmaq. – Şadarə:tireydix’, şadaradan da çıxeydi taxıl, sonra bir yerə tığleydıx, soηra çualleydıx

    Полностью »
  • ÇUBUĞALTI

    (Şamaxı, İrəvan) külqabı. – Çubuğaltını ver (Şamaxı); – O çubuğaltını bəri gəti (İrəvan)

    Полностью »
  • ÇUCEY

    (Zaqatala) bax çöçüy. – Çuceyin əsgərdən kağızı gəlibdi

    Полностью »
  • ÇUDU

    (Quba) bax çodi

    Полностью »
  • ÇUGUN

    (Quba) samovarın altına qoyulan qab. – Get bayirdan çugunu gətir

    Полностью »