Диалектологический словарь азербайджанского языка.

  • ÖY

    (Əzizbəyov) arabanın oxu

    Полностью »
  • ÖYCİ-ÖYCİ

    (Göyçay) uşaq oyunu adı

    Полностью »
  • ÖYCÜ

    (Gədəbəy) fikir, məsləhət, tədbir. – Öycün nədi mən barədə?

    Полностью »
  • ÖYCÜL

    (Qarakilsə) öncül, qabaqda gedən (öküz, kəl). – Eçe deyən kimi öycül qabağı çəkir

    Полностью »
  • ÖYDAMI

    (Qazax) evin yanında və ya qabağında tikilən mətbəx

    Полностью »
  • ÖYDƏ

    (Gəncə) qabaq, əvvəl, tez. – Mən Əlidən öydə evə çatdım

    Полностью »
  • ÖYƏC

    (Ordubad, Şərur, Şəki) bax öəç. – Qalxozun yüzdən artığ öyəci var

    Полностью »
  • ÖYƏÇ

    (Culfa, Ordubad) bax öəç

    Полностью »
  • ÖYƏŞ

    (Ağdam) bax öəç

    Полностью »
  • ÖYƏŞDƏMƏX’

    (Xocavənd) bax öəşdəməx’. – Mən qoyunu öyəşdədim gətirdim

    Полностью »
  • ÖYƏYANA

    (Naxçıvan) həşərat adı

    Полностью »
  • ÖYGÖ:K

    (Cəbrayıl) göyərçinə oxşar quş adı. – Biz öygö:k yeri billix’

    Полностью »
  • ÖYGÜNƏMƏX’

    (Hamamlı) yamsılamaq. – Bu mənim ağzımı öygünö:ür

    Полностью »
  • ÖYHAL

    (Salyan) əhval. – Onun öyhalı yaxşı döy

    Полностью »
  • ÖYKƏLƏMƏX’

    (Qazax) könülsüz, iştahasız yemək. – İşdahı yoxdu, əppəyi ağzına alıf öykəle:r

    Полностью »
  • ÖYKÖŞDÜ

    (Çənbərək) oyun adı. – Gəlin ökyöşdü oynuyax

    Полностью »
  • ÖYLAD

    (Göyçay) bax övlad

    Полностью »
  • ÖYNƏ

    I (Beyləqan, Borçalı, Cəbrayıl, Göyçay, Hamamlı, Qazax, Şərur) bax övnə. – İnəyimiz bir öynə sağılır (Qazax); – Qoyun gündə bir öynə sağına gələr (Şər

    Полностью »
  • ÖYNƏMAĞ

    (Dərbənd) yellənmək (yelləncəkdə)

    Полностью »
  • ÖYÖY

    (Ağdam, Borçalı, Qazax) qumru. – Ona öyö də de:llər, qumru da de:llər (Borçalı)

    Полностью »
  • ÖYRALI

    (Şəki) bir neçə gün bundan qabaq. – Öyralı didilər ki, Bahar gəlir; – Öyralı bizə Məmmədalı gəlmişdi

    Полностью »
  • ÖYRƏLİ

    (Cəbrayıl, Mingəçevir) bax öyralı. – Öyrəli Müslimə xalam bizə gəlmişdi (Mingəçevir)

    Полностью »
  • ÖYSUMAT

    (Şahbuz) qara çörək

    Полностью »
  • ÖYSÜRÜG

    (İmişli) səliqə, qayda. – Öy öysürügdən düşüb, arvad yox, gəlin də uzağda

    Полностью »
  • ÖYŞƏX’

    (Gəncə) qonurrəngli quş. – Öyşəx’ çöplər üstündə yumurtdar

    Полностью »
  • ÖYÜANA

    (Gəncə) bax öyəyana

    Полностью »
  • ÖYÜCCƏ

    (Ucar) b ax nöyüccə. – Öyüccə gər ağacında yuva tikip

    Полностью »
  • ÖYÜX

    (Cəbrayıl) bax oyux III, 1

    Полностью »
  • ÖYÜX’

    (Tovuz) bax ovux

    Полностью »
  • ÖYÜL

    (Naxçıvan) dərə

    Полностью »
  • ÖYÜN

    (Karvansaray, Qazax, Şəki) o gün. – Öyün sizə:lmişdim, öydə yoxdun (Qazax)

    Полностью »
  • ÖYÜR

    (Meğri) mehriban, səmimi

    Полностью »
  • ÖYÜRRƏŞMƏX’

    (Meğri) 1. isinişmək 2. mehriban, səmimi olmaq, birlikdə gəzibdolanmaq. – Bu uşaxlar elə indidən öyürrəşsələ yaxşı olu

    Полностью »
  • ÖYÜŞMƏK

    (Zaqatala) tərslik etmək, əsassız mübahisəyə girişmək

    Полностью »
  • ÖZƏLƏMMƏX’

    (Çənbərək) təəssüflənmək. – Oruc axşam özələnirdi kin, büvümün yannələlmədim

    Полностью »
  • ÖZƏLLƏMƏG

    (Lənkəran) yoğurmaq. Pp

    Полностью »
  • ÖZƏLLƏMƏX’

    (Cəbrayıl) deyinmək, öz-özünə danışmaq

    Полностью »
  • ÖZƏLLƏMMƏX’

    (Karvansaray, Çənbərək) təəssüflənmək. – Səmət özəllənif büvümün yanına getmədiyinə ö:rə

    Полностью »
  • ÖZGƏ

    özgə vırmağ: (Dərbənd) çayda üzmək. – Uşağ çayda özgə vıradi

    Полностью »
  • ÖZGƏNDƏ

    (İsmayıllı, Salyan, Şəki) guya. – Özgəndə biz büyün kəndə getməliydüg (İsmayıllı)

    Полностью »
  • ÖZGƏNDİNƏ

    (Qazax) öz-özünə. – Özgəndinə nə fikirrəşirsən?

    Полностью »
  • ÖZİQAÇDİ

    (Cənubi Azərbaycan) quş adı

    Полностью »
  • ÖZMƏC

    (Qax) ipək sap

    Полностью »
  • ÖZMƏX’

    (Çənbərək) xəmiri yayıb kəsmək, doğramaq (əriştə üçün). – Ayna yaxşı özür ərişdiyi

    Полностью »
  • ÖZMƏNCDİ

    (İsmayıllı) nişastalı. – Əcəb özməncdi undu

    Полностью »
  • ÖZÜNƏBƏY

    (Gədəbəy) evlənən oğlan, bəy oğlan. – Özünəbəy kin ortuya çıxdı oynamağa, şavaş töküləjəx’ hər yerdən

    Полностью »
  • ÖZÜNƏBƏYLƏR

    (Tovuz) toy günü oğlan evindən gəlin gətirməyə gedən adamlar, oğlanın tay-tuşları

    Полностью »
  • ÖZÜNNƏNBƏY

    (Ağcabədi, Bərdə, Yevlax) bax özünəbəy. – Toyda özünnənbəy oynadı, ucuzduğ olar

    Полностью »
  • ÖZÜNNƏNBİTMƏ

    (İmişli) əkilmədən, toxum səpilmədən öz-özünə bitmə (taxıl və ya bəzi mədəni bitkilərdə). – Bı zəmi özünnənbitmə taxıldı, əkməmişig onu

    Полностью »
  • ÖZÜNÜ BOZARTMAX

    (Qazax) həddibüluğa çatmaq. – Gədənin səsi gərrənif, özünü bozardıf diyəsən

    Полностью »