Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ŞİBBİK

    (Cəbrayıl) qanqal, yemlik və s. qazıb çıxarmaq üçün ucu şiş ağac, qarğı. – Şibbiyim olseydı, yemlik yığardım

    Tam oxu »
  • ŞİBƏR

    (Zaqatala) meşə

    Tam oxu »
  • ŞİBİT

    (Dərbənd) şüyüd. – Şibit uladu büzdə

    Tam oxu »
  • ŞİBİTDAN

    (Salyan) liliput. – Şibitdan boyda boyu var, mə: kələk gəlir

    Tam oxu »
  • ŞİBRİ

    şibri cam: (Qax) ağzı enli balaca cam

    Tam oxu »
  • ŞİDAN

    (Qax) talvar

    Tam oxu »
  • ŞİDANAY

    (Qax) ağıldan yüngül, yüngülxasiyyətli, qeyri-sabit xasiyyətli

    Tam oxu »
  • ŞİKİLBASAN

    (Ucar) fotoqraf. – Məktəbə Ujardan şikilbasan gəlib

    Tam oxu »
  • ŞİL

    I (Ağdam, Barana, Gədəbəy, Salyan, Şəmkir, Tovuz, Zəngilan) şikəst, əlil. – Əliη şil döyül ki, bərk yapış dayna (Ağdam) II (Kürdəmir) çayda, arxda suy

    Tam oxu »
  • ŞİLAN

    I (Oğuz, Təbriz) böyük qonaqlıq II (Göyçay) bol, artıqlaması ilə. – Məclisdə hər şey şilandı III (Zəngilan) itburnu

    Tam oxu »
  • ŞİLAŞI

    (İrəvan) xörək növü

    Tam oxu »
  • ŞİLBƏND

    (Goranboy) qoyun xəstəliyi adı. – Şilbənd azarı tüşən sürüdən bir dənə də quzu alamme:rıx

    Tam oxu »
  • ŞİLBİT

    (Lənkəran) balıq növü

    Tam oxu »
  • ŞİLEYLİM

    I (Lənkəran) fasiləsiz, arası kəsilmədən, birbaşa. – Yağış şileylim tökür II (Salyan) arıq, cılız. – Şileylim olmağına baxma, zirəy uşaxdı

    Tam oxu »
  • ŞİLƏ

    I (Culfa, Goranboy, Şəki, Zaqatala) qırmızı rəngli çit parça adı. – Qabaxlar şilədən tuman geyirdix’ (Goranboy); – Baydax qırmızı şilədən olar (Culfa)

    Tam oxu »
  • ŞİLƏXOR

    (Şahbuz) ikiyaşar at

    Tam oxu »
  • ŞİLƏKANNIĞ

    (Dərbənd) kos-kosluq. – Meşədə şiləkannığ çoxdi

    Tam oxu »
  • ŞİLƏKEŞ

    (Ağdam) xəndək

    Tam oxu »
  • ŞİLƏSƏR

    I (Ağdam, Cəbrayıl, Zəngilan) evin üstünə düzülən millər. – Şiləsəri evin üstünə qoyullar, bir ujun atmıya bağlıyıllar, bir ujun da tufara (Ağdam); –

    Tam oxu »
  • ŞİLƏVARAN

    (Bakı) güclü yağış

    Tam oxu »
  • ŞİLGİL

    (Dərbənd, Göyçay, Oğuz) yabanı bitki adı

    Tam oxu »
  • ŞİLGİRRİX’

    (Mingəçevir) şilgir adlı yabanı bitkinin çox bitdiyi yer

    Tam oxu »
  • ŞİLĞAM

    şilğam eləməx’: (Zaqatala) dağıtmaq, korlamaq, qırıb tökmək. – Beyjə comuşdar dirriyi şilğam elədi

    Tam oxu »
  • ŞİLXOR

    (Culfa, Daşkəsən, Gədəbəy, Ordubad, Zəngilan) dayça. – Şilxoru canavar ye:if (Daşkəsən); – Şilxoru:z ə:ndə dərədeydi (Zəngilan); – Ə:, qörəη hanı şilx

    Tam oxu »
  • ŞİLİGƏ

    (Bakı) şadlıq

    Tam oxu »
  • ŞİLİNMƏX’

    (Çənbərək) müəyyən bir şeyi əldə etmək üçün çalışmaq, vurnuxmaq. – Xedi çox şilinir, də:n ət almağ isdiyirdi

    Tam oxu »
  • ŞİLKƏ

    (Salyan) cırıq. – İndi şilkə döşəgdə yatan yoxdu

    Tam oxu »
  • ŞİLKƏLƏMƏK

    (Cəbrayıl, Salyan) cırmaq, parça-parça eləmək. – Kitabı verdin uşağa, şilkələdi atdı yerə (Cəbrayıl) ◊ Şilkəşilkə eləmək (Cəbrayıl) – parça-parça eləm

    Tam oxu »
  • ŞİLOXOX

    (Tovuz) şil-küt, əzik ◊ Şiloxox eləməx’ (Tovuz) – şil-küt etmək, əzikəzik etmək. – Pəhlivanın hamısını şiloxox eli:r, qayıdır gəlir mənzilə

    Tam oxu »
  • ŞİLOVLİ

    (Dərbənd) çalağan, yırtıcı quş adı. – Ha bu şilovli toyuğlari gəlib həmin aparadu

    Tam oxu »
  • ŞİLTAĞLUĞ

    (Quba) maneçilik ◊ Şiltağluğ qatmağ (Quba) – 1. mane olmaq; 2. oyunu pozmaq. – Mə:n oynıma nüş şiltağluğ qatasan?

    Tam oxu »
  • ŞİLTƏ-ŞİLTƏ

    (Lənkəran) parça-parça, cırıq-cırıq

    Tam oxu »
  • ŞİLTİX’

    (Şuşa) köhnə, cırıq ◊ Şiltiyi çıxmış (Şuşa) – köhnəlmiş, cırıq-cırıq olmuş. – Corabın şiltiyi çıxıb geyəmmərəm

    Tam oxu »
  • ŞİLTİX’-ŞİLTİX’

    (Gədəbəy) bax şiltimşiltim ◊ Şiltix’-şiltix’ eləməx’ – cırıq-cırıq etmək, parça-parça etmək. – Şiltix’-şiltix’ elədi it gədənin paltarını

    Tam oxu »
  • ŞİLTİX’LƏMƏX’

    (Çənbərək) cırmaq, cırıq-cırıq etmək. – Surtoyu gədə şiltix’liyif

    Tam oxu »
  • ŞİLTİM-ŞİLTİM

    (Mingəçevir) cırıqcırıq, parça-parça

    Tam oxu »
  • ŞİLVƏR

    I (Cəbrayıl) çəpərin möhkəm olması üçün ona köndələninə vurulan qurşaq II (Mingəçevir, Şəki) evin divarlarını yağmurdan qorumaq üçün dam örtüyünün div

    Tam oxu »
  • ŞİLVƏRLƏMƏK

    (Cəbrayıl) çəpərə, hasara möhkəmlik üçün eninə qurşaq vurmaq

    Tam oxu »
  • ŞİMA:RA

    (Qazax) daim, həmişə. – Su burdan şima:ra axerdi, biyil kəsilif

    Tam oxu »
  • ŞİMİŞ

    (Ordubad) söyüd ağacının cavan zoğu. – Şimişnən narın süpürgəni bağlayırıx

    Tam oxu »
  • ŞİMŞƏD

    (Qax) hamar

    Tam oxu »
  • ŞİMŞƏT

    (Qax) bax şimşəd

    Tam oxu »
  • ŞİMŞİRMƏG

    (Salyan) həvəs göstərmək, meyil etmək. – Uşax həmişə yasağ olunmuş işə şimşirər

    Tam oxu »
  • ŞİN

    I (İmişli) sovrulmamış taxıl topası. – Şində iki xırman taxıl vardı II (Qax) taxtabiti

    Tam oxu »
  • ŞİNAX

    şinax salmax: (Şəki) diqqətlə baxmaq. – Yaxşı şinax salsan görərsən

    Tam oxu »
  • ŞİNAPIL

    (Lənkəran) çəltiyin qabığı

    Tam oxu »
  • ŞİNDAN

    (Cəbrayıl, İmişli, Tovuz, Zəngilan) dəyirmanda taxılın daşların arasına tökülməsin nizamlayan qab. – Şindanı qaldı, də:rmanı dən basdı (Zəngilan); – Ş

    Tam oxu »
  • ŞİNE:R

    (Kəlbəcər) gilas növü. – Şine:r qırmızı olur

    Tam oxu »
  • ŞİNƏBUB

    (Bakı) şanapipik

    Tam oxu »
  • ŞİNƏMAX

    (Şəki) 1. dayanıb durmaq 2. üzə durmaq 3. vecinə almamaq, qulaq ardına vurmaq, əhəmiyyət verməmək. – Niyə şinəmisən, danışsana

    Tam oxu »