Azərbaycan dilinin dialektoloji lüğəti.

  • ƏJDİM

    (Qarakilsə, Salyan, Lənkəran) çox duzlu, çox şor. – Yimək olmır ki, əjdimdi (Lənkəran); – Çörəgi əjdim eləmisən ki (Salyan)

    Tam oxu »
  • ƏJGEYİN

    (Şəki) işsiz, boş, asudə

    Tam oxu »
  • ƏJNƏ

    (Qarakilsə) var-dövlət. – Nə əjnələri vardı, yəhər bitəv qızıldı

    Tam oxu »
  • ƏJVƏL

    (Ağcabədi, Ucar) aciz, bacarıqsız. – Hümbət əjvəl adamdı (Ağcabədi); – Əjvəl adam öy tikəmməz; – Əjvəl adam çox işdiyəmməz (Ucar)

    Tam oxu »
  • ƏKABİR

    (Bakı) yaşlı

    Tam oxu »
  • ƏKƏBÜKƏ

    (Çənbərək) böyük, yaşlı. – Ballı qarı əkəbükə arvatdı, gənə də alaçatılığ eliyir

    Tam oxu »
  • ƏKƏC

    (Bakı) yaşlı, çoxbilmiş. – Lap əkəc arvada oxşi:r

    Tam oxu »
  • ƏKƏC-ƏKƏC

    əkəc-əkəc danışmağ: (Lənkəran) böyük-böyük, (lovğalovğa) danışmaq. – Munun ağzın yumsana, gör nə əkəc-əkəc danışır

    Tam oxu »
  • ƏKƏLİX’

    (Qazax, Salyan, Yardımlı) böyüklük, ağsaqqallıq ◊ Əkəliy eləməx’ – böyüklük etmək, ağsaqqallıq etmək

    Tam oxu »
  • ƏKƏMEMƏÇİ

    (Bakı) yabanı bitki adı

    Tam oxu »
  • ƏKƏNƏCƏK

    (Culfa) əkin sahəsi, əkin yeri

    Tam oxu »
  • ƏKƏNƏX’

    (Qazax, Yardımlı) əkin sahəsi, əkin yeri

    Tam oxu »
  • ƏKƏPÜKƏ

    (Qazax) bax əkəbükə. – Əkəpükə arvassaη, ayıf döymü, niyə danışersaη elə sözü?

    Tam oxu »
  • ƏKƏRAH

    (Kürdəmir, Salyan) əkin sahəsi, əkin üçün yararlı. – Əkərah yerrəri güdürük, korlamıruğ (Kürdəmir)

    Tam oxu »
  • ƏKƏRƏ

    (Göyçay, İmişli, Oğuz, Tovuz) bax əkərah. – Əkərə yerim azdı mə:n (İmişli); – Elə o əkərə yerdə işderəm; – O əkərə yeri bizim qalxoza versələr, yaxşı

    Tam oxu »
  • ƏKƏRRİ

    I (Qarakilsə) rahat əkilən yumşaq torpaqlı əkin sahəsi. – Əkərri yer olanda bir çüt üş çüt yarım əkirdi II (Şamaxı) xəstə, zəif heyvan

    Tam oxu »
  • ƏKƏŞDƏNMƏX’

    (Zəngilan) lovğalanmaq, özünü yaşlı adam kimi aparmaq. – Səni afat aparsın, nə əkəşdənirsən

    Tam oxu »
  • ƏKMƏCIDIL

    (Salyan) uşaq oyunu adı. – Əkməcıdılı bö:üg uşağlar oynü:r

    Tam oxu »
  • ƏKMƏX’

    (Cəbrayıl) basdırmaq. – Qabaxcan tavlanın xırçəx’lərin əkin

    Tam oxu »
  • ƏQƏLLƏM

    (Şərur) bax əqəllən. – Əqəlləm ışıx yansaydı, bir əz yazardım

    Tam oxu »
  • ƏQƏLLƏN

    (Culfa) heç olmazsa, barı. – Kəvşənə getmişdin işdəməyə, əqəllən bir çöp qıraydın, qoyaydıx oçağa

    Tam oxu »
  • ƏQRƏMƏN

    (Ordubad) tumanın ətəyində olan haşiyə. – Ay qız, tuma:n ətəyinə əqrəmən tik

    Tam oxu »
  • ƏL

    I (Ucar) təndir düzəltmək üçün dairəvi gil hissə. – Beş-altı əl qoysan, təndir baş olar II (Bakı, Salyan, Şamaxı, Şuşa) tərəf

    Tam oxu »
  • ƏL-ƏYAX

    əl-əyağa gəlməx’: (Başkeçid) hər hansı bir işi cəld yerinə yetirmək

    Tam oxu »
  • ƏLAH-SALAH

    (Cəbrayıl) boş, bikar, işsiz, avara. – Bü:yün uşaxlar əlah-salah qaldılar

    Tam oxu »
  • ƏLAMƏT

    I (Qax, Yardımlı) təəccüblü. – Ne diyim, helə əlamət işlər olarmı? (Qax) II (Salyan) yaxşı, qəribə. – Bu əlamət çitdi; – Sən yap əlamət adamsan

    Tam oxu »
  • ƏLARDAN

    (Ağdaş, Füzuli) 1. əl-üz dəsmalı 2. qazan və s. tutmaq üçün dəsmal

    Tam oxu »
  • ƏLBEŞİX’

    (Gədəbəy) meşəbəyi

    Tam oxu »
  • ƏLBƏHƏ

    (Zəngilan) o saat, o dəqiqə. – Ya:nda söz demişəm, əlbəhə cedif xəbər verif

    Tam oxu »
  • ƏLBƏHƏL

    (Cəbrayıl, Yardımlı) bax əlbəhə

    Tam oxu »
  • ƏLBƏHƏM

    (Şərur, Şahbuz) bax əlbəhə. – Əlbəhəm qəddimi əydi (Şahbuz)

    Tam oxu »
  • ƏLBƏNDƏ

    (Füzuli) uşaq oyunu adı. – Əlbəndə oynərdilər, iki adam tutar, o biriləri vırardı

    Tam oxu »
  • ƏLBƏSÖ:ÜN

    (Cəlilabad, Kürdəmir, Salyan, Ucar) acgöz, tamahkar. – Babaş çox əlbəsö:ün uşaxdı; – Əlbəsö:ün adamın hürməti olmaz (Salyan); – Əlbəsö:ün Əhmət gənə ə

    Tam oxu »
  • ƏLBƏSÖ:ÜN-ƏLBƏSÖ:ÜN

    (Şamaxı) acgözcəsinə, tamahkarcasına. – Çörəyi əlbəsö: ün-əlbəsö:ün yeməzzər

    Tam oxu »
  • ƏLBƏSÖ:ÜNNÜY

    (Ucar) acgözlük, tamahkarlıq ◊ Əlbəsö:ünnüy eləməy – acgözlük etmək, tamahkarlıq etmək. – Az əlbəsö: ünnüy elə, ayıbdı

    Tam oxu »
  • ƏLBİLƏSƏN

    (Çənbərək) görəsən. – Əlbiləsən, o kimin maşınıdı

    Tam oxu »
  • ƏLBİR

    (Bərdə, Ucar) su içmək üçün qab. – Əlbirdə su ver içim (Bərdə); – Əlbiri qəleylətdim; – Əlbiri suynan doldur, ver içim (Ucar)

    Tam oxu »
  • ƏLBOŞİ

    (İmişli) uşaq oyunu adı

    Tam oxu »
  • ƏLCƏ

    (Yardımlı) tikə, loğma. – Bi əlcə çörəy ver mənə

    Tam oxu »
  • ƏLCƏ-ƏLCƏ

    (Yardımlı) bax əlçə-əlçə

    Tam oxu »
  • ƏLCƏG

    (Göyçay, Salyan, Yardımlı, İmişli, İsmayıllı, Kürdəmir, Masallı) dəstə, dəstək. – Xışun əlcəgi xarap olup (Kürdəmir); – Qapının əlcəginnən asılan tütg

    Tam oxu »
  • ƏLCƏX’

    I (Çənbərək, Basarkeçər, Naxçıvan, Ordubad, Tovuz) bax əlcək I. – Kərəntinin əlcəyi qırılıf, gərəx’ təzəsin düzəldim (Basarkeçər); – Kərəntinin əlcəyi

    Tam oxu »
  • ƏLCƏX’LƏMƏX’

    I (Çənbərək) lopalopa qar yağmaq. – Gejə əlcəx’liyir, sava:catan bir metr qar yağır II (Füzuli) yunu darayıb əlçim düzəltmək

    Tam oxu »
  • ƏLCƏX’Lİ

    (Gədəbəy) qədim geyim adı. – Əlcəx’liyi darayıdan tikeydilər

    Tam oxu »
  • ƏLCƏK

    (Zaqatala) arxalıq və ya çuxanın qolunun arxa tərəfindən sallanan artıq hissə, parça

    Tam oxu »
  • ƏLCƏLƏMƏG

    (İmişli, Yardımlı) parçalamaq, tikə-tikə etmək. – Çörəgi əlcəleyib tökürsüz yerə (İmişli)

    Tam oxu »
  • ƏLÇƏ-ƏLÇƏ

    (Göyçay, Lənkəran, Mingəçevir, Salyan) parça-parça. – Səni görüm, əlçə-əlçə qan qusasan! (Salyan)

    Tam oxu »
  • ƏLÇİM

    I (Cəlilabad, Füzuli, Göyçay, Kürdəmir, Qarakilsə, Lənkəran, Masallı, Oğuz, Salyan, Yardımlı, Ucar) əl boyda təmiz daranmış yun

    Tam oxu »
  • ƏLDAŞİ

    (Dərbənd) əldəyirmanı. – Əldaşi hodı horda

    Tam oxu »
  • ƏLDƏMƏN

    (Meğri, Salyan) anası ölmüş körpə quzu. – Əldəmən quzunu kəlin qoyuna da əmişdirginən, dalaxlansın (Meğri)

    Tam oxu »