Диалектологический словарь азербайджанского языка.

  • ƏZA-CƏZA

    (Salyan, Yardımlı) cəza, qulaqburması. – Uşəğə əza-cəza ver, özün düz aparsün (Yardımlı)

    Полностью »
  • ƏZƏ-CƏZƏ

    (Salyan) əzab-əziyyət, zülm. – Elə axlım kəsənnən əzə-cəzə çəkmişəm

    Полностью »
  • ƏZFAN

    əzfana getməx’: (Füzuli) məhv olmaq. – Yazıx əzfana getdi naxaxca yerə

    Полностью »
  • ƏZGƏN

    (Xanlar) bax əzyən

    Полностью »
  • ƏZİK

    (Kəlbəcər) suvaşqanlığı az olan un. – Unumuz çox əzikdi

    Полностью »
  • ƏZİNMƏK

    (Ağdaş) naz etmək

    Полностью »
  • ƏZMAN

    (Xocavənd) beşillik qoyun

    Полностью »
  • ƏZMƏ

    (Basarkeçər, Gədəbəy, Gəncə, Qazax, Şəmkir, Tovuz) bülöv daşı, xart daşı. – Ay qağa, qadan alım, əzməni ver, kərəntini itiliyim (Basarkeçər); – Əzmiyə

    Полностью »
  • ƏZRAĞ

    (Cəlilabad) zülmkar. – Bir adamın kin adama rəhmi gəlmiyəndə əzrağ oley

    Полностью »
  • ƏZVAY

    I (Ağdam, Bakı, Gəncə, Göyçay, Kürdəmir) 1. aciz, iş bacaramayan 2. tənbəl II (Bakı, Kürdəmir, Salyan) acıdil

    Полностью »
  • ƏZVAYİŞ

    (Cəbrayıl, Salyan, Füzuli, Meğri) vəziyyət. – Gedəcəm əzvayişnən tanış olacem, sora yazacem sizə (Meğri); – Oraların əzvayişi nejədi? (Füzuli)

    Полностью »
  • ƏZYƏN

    (Ağdam) yabanı, tikanlı bitki növü

    Полностью »
  • ƏZZAVARA

    (Bakı, Salyan) aciz. – Mə:m əzzavara adamnan acığım gəlir (Bakı)

    Полностью »
  • ƏZZƏLƏMƏK

    (İmişli) tapdalamaq, əzişdirmək. – Aldı əyağının altına munu əzzələdi. Ff

    Полностью »
  • FAHMA

    (Salyan) minnət, danlaq. – Mən heç dədəmnən fahma götürməmişəm

    Полностью »
  • FAHMALAMMAĞ

    (Salyan) utanmaq, həya etmək. – Nişannı qız qaynatasınnan, qaynənəsinnən fahmalanar

    Полностью »
  • FAHMALI

    (Salyan) 1. minnətli. – Başqasının fahmalı surfasının başında oturmağdansa, öz halal çörəgi 2. utancaq, həyalı

    Полностью »
  • FAXRA

    (Sabirabad) 1. bilikli, savadlı 2. ağıllı

    Полностью »
  • FAKİN

    (Lənkəran) müxtəlif əşya qoymaq üçün evin arxa hissəsində ona bitişik tikilən otaq, daxma

    Полностью »
  • FAQQI

    (Çənbərək, Karvansaray, Qazax) bic, hiyləgər, fırıldaqçı. – Fatma çox faqqı arvatdı (Qazax); – Əyri Səmət çox faqqı adamdı (Çənbərək); – Bu faqqı gədə

    Полностью »
  • FAQQILIX

    (Qazax, Ordubad) hiyləgərlik, biclik. – Faqqılığ eler, ona inanma (Qazax); – Ay qız, özu͂: nə üçün faqqılığa qoyursan (Ordubad)

    Полностью »
  • FAL

    fal çıxartmağ: (Bakı) qovun və ya qarpızdan nümunə üçün dilim kəsmək. – Qarpuzdan bir fal cağart, görəg necədü?

    Полностью »
  • FALAQQA

    (Salyan) cəftə. – Ya cəfdə, ya falaqqa ikisi də bi şeydi

    Полностью »
  • FALAY

    (Oğuz) aciz, əlindən iş gəlməyən, bacarıqsız. –Sən nə falay adamsan

    Полностью »
  • FALDA

    (Şəki) nişastadan hazırlanmış horra. – Faldanı öskürən adam içər

    Полностью »
  • FALIĞ

    (Qax) çolaq. – Falığ adam kimi elinə ne alsa, salıp sındıriy

    Полностью »
  • FARAĞATDAMAX

    (Mingəçevir, Şəki) rahatlamaq. – Malları farağatdi:f sora ge:rux işimizə (Şəki)

    Полностью »
  • FARAŞDAMMAX

    (Qazax, Şəmkir) böyümək, iriləşmək. – Altı ay buzoy de:rix’, faraşdananda dana de:rix’ (Qazax); – Buzov ta: faraşdanıf, bü:nə-sava: otuxar (Şəmkir)

    Полностью »
  • FARX

    (Meğri) qadının başında tüklərin sağa və sola ayrıldığı yer, tağ. – Səkinanın farxı gör na qəşex’di, bibisi!

    Полностью »
  • FARIĞ

    (Şamaxı) tağ (saçda)

    Полностью »
  • FARIŞ

    (Salyan) səhəng. – Süzün farışu:z bizzədi

    Полностью »
  • FARMAC

    (Şərur) məfrəş. – Farmacı yunnan toxuyullar, arasına da yorğan-döşək yığıllar

    Полностью »
  • FARMATOR

    (Şəki) ovulmuş quru tütün

    Полностью »
  • FARŞ

    (Qafan, Quba, Masallı, Sabirabad) suqabı, güyüm. – Farşı al git su duldur, gütür (Quba)

    Полностью »
  • FARTIĞ

    (Salyan) 1. önlük. – İş görəndə fartığı gey, üssün-başın təmiz qalsın 2. pambıq yığmaq üçün belə bağlanan torba

    Полностью »
  • FASIX

    (Çənbərək, Karvansaray) hiyləgər. – Ə:r düzünü xavar alırsansa, Noyruzdan fasıx adam yoxdu bu kətdə (Karvansaray)

    Полностью »
  • FAŞIN

    (İmişli) suyun qabağını kəsmək üçün bağlanıb hazırlanan budaq, qamış və s. – Əyə, faşın atun, su dayansun

    Полностью »
  • FATMA

    (Mingəçevir) şanapipik Fatma nənənin hanası (Culfa) – qövsiqüzeh

    Полностью »
  • FATMAQUŞU

    (Gəncə) şanapipik

    Полностью »
  • FAYIĞ

    (Bakı) tay, bərabər. – Qapımıza gələn helə bizə fayığ adamdu, vəriceyəm qızı

    Полностью »
  • FAYIŞDIX

    (Cəbrayıl) asudəlik, sakitlik. – Get, fayışdıxda gələrsən

    Полностью »
  • FELBAR

    (Bakı, Lerik, Şərur) 1. çoxbilmiş 2. hiyləgər

    Полностью »
  • FELLƏNMİŞ

    (Şəki) çoxbilmiş. – Yaman fellənmiş adamsan

    Полностью »
  • FELMAN

    I (Ağcabədi) çoxbilmiş II (Tovuz) aravuran, araqarışdıran arvad

    Полностью »
  • FEYSƏL VERMƏX’

    (Meğri) yardım etmək. – Sən elə bicəkdə feysəl ver, bu sa:t daşdarın hammısın aşırecem

    Полностью »
  • FƏFƏ

    (Borçalı, Goranboy) 1. bacarıqsız, küt, aciz 2. sadəlövh. – Hər sözə allanan adama fəfə deyillər (Borçalı)

    Полностью »
  • FƏFİ

    (Qazax) bax fəfə

    Полностью »
  • FƏFİX’

    (Başkeçid, Daşkəsən, Gədəbəy, Tovuz) bax fəfə. – Nə fəfix’ adamsıη, saηa bir iş tafşırdım onu da eləmədiη (Daşkəsən); – Ə;, sən nə fəfiy adamsan (Başk

    Полностью »
  • FƏHƏM

    (Meğri) yaddaş, hafizə, ağıl. – Çubanda ulan fəhəm heş kimdə ulmaz

    Полностью »
  • FƏHƏMSÜZ

    (Quba) yaddaşsız, hafizəsiz. – Bunun kimi mən fəhəmsüz adam gürməmişəm

    Полностью »