Azərbaycan dilinin etimologiya lüğəti

  • BÖCƏK

    Əsli biçək kimi olub, “sancaq” deməkdir. Biçmək feilindən sancaq qəlibi üzrə əmələ gəlib. İkinci yozum: təqlidi sözdür, çıxardığı səslə bağlıdır

    Tam oxu »
  • BÖHTAN

    Ərəb dilində olan bu sözün türk dilində qarşılığının biri də yala kəlməsi olub (yalan sözü də buradandır)

    Tam oxu »
  • BÖRİ

    Bizdə canavar sözünün sinonimi kimi böri kəlməsi də olub. Mənası “tünd boz” deməkdir. Ehtimal ki, canavar öz rənginə görə böri adlanıb (porsuq da boz

    Tam oxu »
  • BÖRK

    Sözün börük forması da olub. Bəzi türkoloqlar sözün bürümək feili ilə bağlı ol­­duğunu yazıblar. İnandırıcıdır

    Tam oxu »
  • BÖYRƏK

    Bu, “üstü örtülü” (bükülü) mənasını əks etdirir, bükmək, bürümək feili ilə bağlıdır. Puçur sözü də mənbələrdə belə izah olunur, büri, bür, buruq kimi

    Tam oxu »
  • BÖYRƏKLİ

    Bəzi dialektlərdə kök, yağlı, piyli adamlarla bağlı işlədilir. Səbəbi isə odur ki, böyrək piylə örtülü olur

    Tam oxu »
  • BÖYÜMƏK

    Boy sözü ilə bağlıdır: boyun artması. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BÖYÜRMƏK

    Bağırmaq kəlməsi ilə qohumdur və təqlidi yolla yaranıb. Əsli böy +ğür –mək kimi olub, bu əlamət bağırmaq sözündə özünü daha çox büruzə verir

    Tam oxu »
  • BÖYÜRTKƏN

    Ədəbiyyatda, hətta məktəb dərsliklərində bu kəlmə “böyük tikanlı” şəklində açıqlanır. Türk dillərinin çoxunda həmin söz börleqen, bögürtlen (Ana­dolu

    Tam oxu »
  • BRAUZER

    ing. browser < browse – gözdən keçirmək

    Tam oxu »
  • BREKÇİYA

    ital. breccia – çınqıl, qırıntı

    Tam oxu »
  • BREND

    ing. brand – damğa

    Tam oxu »
  • BREZENT

    Fransız sözüdür, hərfi mənası “qabıq”, “pərdə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BRİZ

    fr. brises – zəif külək

    Tam oxu »
  • BU

    Əbu Həyyan (1256-1344) “Kitab Əl-idrak li-lisan əl-ətrak” (Bakı, 1992, s. 17) əsə­rində göstərir ki, bu əvəzliyi yerinə, şu (uş) əvəzliyi işlədilir (A

    Tam oxu »
  • BUCAQ

    Sözün kökü biçmək (kəsişmək) feili ilə bağlıdır. Xətlərin kəsişməsi bucaq əmələ gətirir. Bulunmaq feili ilə də əlaqələndirmək olar, mənbələrdə buluncu

    Tam oxu »
  • BUD

    Çanaq oynağı (el arasında “çanaqlıq” deyirlər) ilə diz arasında olan hissənin adıdır. Güman ki, budaq, buynuz və baldır sözləri ilə qohumluğu var

    Tam oxu »
  • BUDAQ

    Bu sözlə yanaşı, adır kəlməsi də mövcud olub, ayırmaq feili ilə bağlıdır. Budaq və bud (ayaq, qıç) sözləri kökdaşdır

    Tam oxu »
  • BUDAMAQ

    Bud (“çıxıntı” mənasında) sözündən -a şəkilçisi vasitəsi ilə düzəlmiş feildir. Budaq sözü ilə qohumdur

    Tam oxu »
  • BUDDİZM

    sanskr. budda – oyanmış, fərqində olan

    Tam oxu »
  • BUĞ

    “Buxarlanmaq” mənasını əks etdirən bu feili mövcud olub. Ba (bağla) feilindən bağ ismi əmələ gəldiyi kimi, həmin qəlib üzrə də bu feilindən buğ ismi t

    Tam oxu »
  • BUĞA

    Döllük kələdir. İki hörgüclü erkək dəvəyə “buğra” (buğur) deyilir. Ehtimal ki, buğa sözü buğra sözünün dəyişmiş formasıdır

    Tam oxu »
  • BUĞAC

    Buğa və öc sözlərindən əmələ gəlib (buğdadan öc alan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BUĞARSAQ

    Axsaq (əsli: ağsaq), bağırsaq (əsli: borusaq), qarsaq (əsli: göysaq), qur­saq (əsli: yumrusaq), sarımsaq, qaysaq kimi sözlərdəki –sa (-saq) şəkilçisi

    Tam oxu »
  • BUĞDA

    Buğday kimi də işlədilən bu kəlmə monqol mənşəlidir. Türk dillərində buğda yerinə, aşlıq işlədilib (Əbu Həyyanda və başqalarında belə verilib)

    Tam oxu »
  • BUĞLAMA

    Xörək adıdır, bozartmanın bir növüdür: azca su vurur, öz buğunda bi­şirirlər. Buğ kəlməsi əsasında əmələ gəlib, “buğda bişən” deməkdir

    Tam oxu »
  • BUĞUM

    Sümüklərin uclarının bir-birinə birləşdiyi yer, bənd, qamış kimi bitkilərdə dü­yün anlamında işlədilən bu söz qədim bo feilindən əmələ gəlib

    Tam oxu »
  • BUĞUMAYAQLILAR

    Sözün birinci hissəsi (buğum) boğmaq feili zəminində əmələ gəlib. Ayaqlarında boğuq yerlər olur (məsələn: yenəclər, yəni “xərçənglər”)

    Tam oxu »
  • BUXAQ

    “Şiş, sallantı” anlamı ilə əlaqədardır. Sözün mənşəyi boğaz kəlməsi ilə kökdaşdır: boğazla çənə arasında əmələ gələn ətli hissədir, bir qədər sallanmı

    Tam oxu »
  • BUXARI

    Alimlərin fikrincə, alınma sözdür və buxar kəlməsi ilə bağlıdır. Türk dil­lə­rində onun əvəzinə tarixən tütündük sözü işlədilib

    Tam oxu »
  • BUXOV

    Mənbələrdə boğağı kimi göstərilib. Boğmaq (ehtimal ki, bu da bağlamaq) feili ilə qohumdur. Buxovluq (mənbələrdə bokağılıq kimi qeydə alınıb) sözü də m

    Tam oxu »
  • BUXOVLUQ

    Buxov sözündəndir, atın ayağında buxov bağlanan hissənin (бабка) adıdır. El arasında buxoyluq kimi də işlədilir

    Tam oxu »
  • BUXTA

    alm. bucht – körfəz

    Tam oxu »
  • BUQƏLƏMUN

    Alınma sözdür, tələffüzü də ağırdır, xalq arasında da yayıla bilməyib. Bizdə onun əvəzinə qayakələri işlədilib, indi də el içində çox yayılıb

    Tam oxu »
  • BULA

    Mənbələrdə bulğaq kimi verilib və ruscaya “волнение” kimi çevrilib. Deməli, bulanmaq (qaynamaq) kəlməsi ilə bağlıdır

    Tam oxu »
  • BULAQ

    Mənbələrdə bulğaq kəlməsi var və “suyun dalğalanması”, “qaynaması” kimi açıqlanıb. Görünür, bulaq sözü bulanmaq (qaynamaq, poqquldamaq) kəlməsi ilə qo

    Tam oxu »
  • BULAMA

    Heyvan təzə doğulduqda onun ilk 2-3 günlük südü ağuz adlanır. Sonrakı bir neçə günün südünə “bulama” deyirlər

    Tam oxu »
  • BULANIQ

    Bulamaq (“qarışdırmaq” anlamında) feili ilə bağlıdır. Qarşılıq növdə bu­laş­maq kimi işlədilir. Mayeyə başqa şey (torpaq və s

    Tam oxu »
  • BULLU

    Qadın adıdır, ehtimal ki, büllur və ya Ballı sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BULUD

    Bu söz qədim hind dilində “сгуститься”, irland dilində “загустевший”, island dilində “густой” mənalarında işlədilib

    Tam oxu »
  • BURA

    Bu və yer sözlərinin birləşməsindən əmələ gəlib, sonra sadələşərək bura şək­linə düşüb. (Bəşir Əhmədov

    Tam oxu »
  • BURAĞAC

    Bir şeyin belini məftillə bərk sarımaq üçün onu (məftili) burur və bu zaman xüsusi ağacdan, dəmirdən burma vasitəsi kimi istifadə edirlər

    Tam oxu »
  • BURCUTMAQ

    Burmaq feilindən düzəldilib, -t şəkilçisi təsirli feil düzəldir, -cu, əslində, -ğu kimi olub: bur-ğut-maq

    Tam oxu »
  • BURĞU

    Burmaq feilindən əmələ gəlib. Sancıya da “buru” deyirlər. Hər ikisi eyni kökə malikdir. Ruslardakı бурение kəlməsi də bizdən keçib

    Tam oxu »
  • BURXUQ

    Sözün əsli soluxmaq qəlibi üzrə yaranıb və buruxmaq kimi olub. Səslərin yerdəyişməsi nəticəsində burxuq (burxulmaq və s

    Tam oxu »
  • BURMAÇÜY

    Rus dilindəki шуруп sözünün türk dilindəki qarşılığıdır. Sözün birinci hissəsi burmaq feili ilə bağlıdır, çüy isə ağacdan düzəldilmiş mıxa deyiblər

    Tam oxu »
  • BURULĞAN

    Dilimizdə boramaq feili olub və “boran, tufan” mənalarını da əks etdirib. Burmaq, burulğan (burağan forması da qeydə alınıb) sözlərinin kökü bor (bur)

    Tam oxu »
  • BURUM

    “Əsli və Kərəm”də “burum-burum qar gəlir” misrası var. Burum burmaq feili ilə bağlıdır. Əsməkdən əsim, burmaqdan burum və s

    Tam oxu »
  • BURUN

    Bu sözün mənası mənbələrdə “qabaq” kimi açıqlanıb. Görünür, burun qab”ağa doğru çıxıntı” deməkdir, bu baxımdan bir sözü ilə qohumdur (qabaqdan gə­lən)

    Tam oxu »
  • BURUN SOXMAQ

    Donuz yeri burnu ilə eşir. Bu ifadə “adamı donuza oxşatmaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »