Azərbaycan dilinin etimologiya lüğəti

  • BÜDCƏ

    İngilis sözüdür, “dövlətin, müəssisənin müəyyən müddət üçün gəlir və çıxar smetası” deməkdir. (Bəşir Əhmədov

    Tam oxu »
  • BÜDRƏMƏK

    Bud (ayaq) sözü ilə bağlıdır, –rə şəkilçisi feil düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BÜK

    Burmaq, bürümək, bükmək kəlmələri etimoloji baxımdan kökdaş sözlərdir. Gö­rünür, sözün ilk kökü bu kəlmədir, onun üzərinə -k şəkilçisi artırmaqla yeni

    Tam oxu »
  • BÜKMƏK

    Bürümək, pətək, fitə sözləri ilə qohum ola bilər, əsli betədir (hər tərəfdən örtmək). (Bəşir Əhmədov

    Tam oxu »
  • BÜLÖV

    Mənbələrdə bilək daşı kimi qeydə alınıb, əsli biləklayu olub, biləgü kimi də işlədilib, “biləyə oxşayan” deməkdir

    Tam oxu »
  • BÜLUĞ

    “Həddi-büluğa çatıb” deyirik. Büluğ ərəb mənşəlidir, “yetkinlik” (ərgənlik) deməkdir. (Bəşir Əhmədov

    Tam oxu »
  • BÜRC

    Həməl, Sur, Cövza, Sərətan, Əsəd, Sünbülə, Mizan, Əqrəb. Qövs, Cedy, Dəlv, hut-bu 12 ulduz topasının hər biri bürc adlanır

    Tam oxu »
  • BÜRCƏLİ

    “Əlinin doğulduğu bürcdə doğulan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BÜRHANƏDDİN

    Ərəbcə “dinin təsdiqi” deməkdir. Bürhan ”sübut, dəlil, isbat” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BÜRKÜ

    Rus dilindəki духота sözünün qarşılığı kimi işlənən bu kəlmə bürümək (bəlkə də boğmaq) sözü ilə bağlıdır

    Tam oxu »
  • BÜRÜNCƏK

    Bəzi türk dillərində börkençek kimi işlədilir. Ehtimal ki, “papaq” mənasını əks etdirən börk sözü ilə eyni kökə malik olub

    Tam oxu »
  • BÜRÜŞMƏK

    “Yığmaq” mənasında işlədilən burmaq feili lə bağlıdır. r-z əvəzlənməsi nəticəsində bürüşməkdən büzüşmək də törəyib

    Tam oxu »
  • BÜSAT

    Basat kimi də işlədilir. Ərəb mənşəlidir, “şənlənmə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • BÜTXANA

    Bütpərəstlərin səcdə etdikləri məbəd belə adlanıb, “pravoslav kilsəsi” mənasında işlədilib. Buddanın adı ilə bağlayırlar

    Tam oxu »
  • BÜTÖV

    Mənbələrdə bütrü (целиком), bütün (целый) kimi sözlər verilib. Dialektlərdə bütrəm sözü də mövcuddur

    Tam oxu »
  • BÜYƏLƏK

    Qərb dialektlərində gögöyünlə yanaşı, büyələk (biyələk) sözü də işlədilir. Qaqauz dilində gögöyün yerinə böyrək sinəyi (milçəyi) işlədilir

    Tam oxu »
  • BÜZÜŞMƏK

    Kök burmaq (büzmək) məsdəri ilə bağlədır, -üş şəkilçisi qayıdış növdə olan feil düzəldir. Qızışmaq, bürüşmək tipli sözlərdə də belədir

    Tam oxu »
  • BYEF

    fr. bief – kanal

    Tam oxu »
  • CA

    Bu şəkilçi cür sözünün zəminində yaranıb (rusca, yəni “rus cür”…). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CABBAR

    Allahın adlarından biridir. Ərəbcə “hər şeyə qadir olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CADAR

    Cad sözü “qırılan, ovxalanan, hissələrə bölünən” kimi anlamlarda işlədilir. Qarğıdalı və darı unundan bişirilən əppəyə cad deyirlər (tez parçalanır)

    Tam oxu »
  • CADU-PİTİ

    İlk komponenti fars dilindən alınmadır və cadugər sözünün köküdür. Piti isə türk mənşəlidir. Qədim mənbələrdə “müqəddəs yazı, mətn” mənalarında (bitik

    Tam oxu »
  • CAĞ

    Bu, araba laydırının alt və üst hissələrini (qollarını) birləşdirən taxtalardan iba­rət­dir. Təkərin topu ilə qasnağını (el arasında qəsək kimi də işl

    Tam oxu »
  • CAĞBACAĞ

    Farscadır. Ca fars dilində “yer” deməkdir, sözün əsli ca-be-ca olub, sonra cağbacağ şəklinə düşüb. Kəlmə “yerbəyer” mənasını əks etdirir

    Tam oxu »
  • CAHAL

    Qərb dialektlərində “cavan” anlamında işlədilir, ərəbcə olan cahil sözünün təhrifi ilə bağlı yayılıb

    Tam oxu »
  • CAHANBAXŞ

    Fars mənşəlidir, iki yozumu var: 1) İlahinin dünyaya (cahana) bəxş etdiyi (şəxs); 2) Elə bir şəxs ki, cahanı ona bəxş etməyə dəyər

    Tam oxu »
  • CAHANGİR

    Gir hissəsi farsca qereftən (götürmək, almaq) məsdərinin əsasıdır. Cahan isə “dünya” deməkdir. (Bəşir Əhmədov

    Tam oxu »
  • CALAL

    Ərəbcə “böyüklük” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CALAMAQ

    Güman olunur ki, yamamaq sözü ilə qohum olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAMAŞIR

    Farsca camə “paltar” deməkdir, şur isə şostən (yumaq) feilinin əsasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAMI-CƏM

    Rəvayətə görə, şərabın ilk ixtiraçısı Cümşüd (Cəmşid) olub. Cami-cəm sözündəki birinci hissə qab deməkdir, cəm isə Cümşüd (Cəmşid) sözünün ixtisarıdır

    Tam oxu »
  • CAMIŞ

    Əsli qavmış kimidir. Farsca inəyə qav, camışa qavmış deyirlər. Bizdə isə mü­vafiq qaydada sığır və su sığırı (bəzən də qara sığır) deyilib

    Tam oxu »
  • CAMIŞQIRAN

    Qarı nənə deyərmiş: “mart gözünə barmağım, yaza çıxdı oğlağım”. Sonra soyuq olur, oğlaqlar qırılır. Camışqıran buna tam uyğun gəlir: aprelin 1-ci ongü

    Tam oxu »
  • CAMO

    Cümə sözü ilə qohumluğu ehtimal olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAN

    Dilimizdə can, canan və cənan sözləri var. Mənbələrdə sonuncu (cənan) ərəb, əvvəlkilər isə fars mənşəli hesab olunur

    Tam oxu »
  • CANAMAZ

    Farscadır,ca“yer” deməkdir, canamaz “namaz xalçası” (namaz zamanı yerə salınan kiçik xalça) deməkdir

    Tam oxu »
  • CANAVAR

    Bu sözü fars mənşəli hesab edənlər var. Lakin qədim mənbələrdəki hə­min sözü rus dilinə “кровожадный” kimi tərcümə ediblər

    Tam oxu »
  • CANİ

    Yəqin ki, can sözü ilə bağlıdır, “canı məhv edən” deməkdir, cinayət sözü ilə qohumdur. (Bəşir Əhmədov

    Tam oxu »
  • CANİŞİN

    Farsca ca (yer) və neşen (oturma) sözlərindən əmələ gəlib, “müavin” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CANPOLAD

    Farscadır, “canı polad kimi möhkəm olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CANTARAQ

    Əsli can-lı-raq kimi olub. Yaxşıraq kəlməsi “çox yaxşı” mənasını əks etdirib. İndi -raq şəkilçisi tamam əks mənada işlədilir, kiçiltmə bildirir

    Tam oxu »
  • CARÇI

    Şəmkirdə aşırım adıdır, car (çəkmək) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CARULLA

    Ərəbcə “Allahın car çəkəni” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAVABDEH

    Cavab ərəbcədir, deh isə farsca dadən (vermək) məsdərinin əsasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAVAN

    Fars mənşəlidir, gənc sözünün sinonimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAVANŞİR

    Farsca “gənc şir”, “qüvvətli şir” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAVİD

    Ərəbcə cavidan sözü ilə kökdaşdır. “Əbədi”, “ölməz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CAZVA

    El arasında cezva kimi də işlədilir. Ərəbcə “isterika” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CECİM

    Fars mənşəlidir, yun ipdən toxunmuş zolaqlı, ala-bəzək, nazik palazdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • CEHİZ

    Ərəbcədir və təchiz sözü ilə kökdaşdır. Bizdə onun yerinə qoşunqu (qoşuntu) işlədilib, (gəlin gedəndə ona qoşulan şeylər)

    Tam oxu »