Azərbaycan dilinin etimologiya lüğəti

  • GÜLTƏKİN

    “Gül kimi (gül tək)” olan deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • GÜLVAR

    Gül və varı (bənzəyən) sözlərindən əmələ gəlib, “gülə bənzəyən” de­mək­dir. Qadın adıdır. (Bəşir Əhmədov

    Tam oxu »
  • GÜLZAR

    Gül farscadır, zar (əsli: əzar) isə ərəb sözüdür (mənası “yanaq” deməkdir). Gülzar “gülyanaqlı” mənasını verir

    Tam oxu »
  • GÜN

    El sözünün sinonimidir, “xalq” deməkdir. El-gün (el-güz, el-cir, el-car kimi də olub) sinonimlər birləşməsi “aləm” mənasını verir

    Tam oxu »
  • GÜNBƏGÜN

    Gün sözünün təkrarından və bə bağlama vasitəsindən törəyib. Gün bi­zim sözdür, bə isə farscadır. Necə gəlib girib araya? Niyə dəlmədeşik, az-maz, qar­

    Tam oxu »
  • GÜNDƏM

    Ərdəm qəlibi üzrə əmələ gəlib. Yeldəm kəlməsi də mövcud olub (bərk qa­çan), yelbə variantında da işlədilib -dəm şəkilçisi təqribən “olan” mənalı söz y

    Tam oxu »
  • GÜNDÜZ

    Qədim mənbələrdə bu kəlmənin gündün variantı da qeydə alınıb. Aydın qə­libi üzrə (ay və dan, yəni “ay işığı”), gündün (gün və dan, yəni “gün işığı”) s

    Tam oxu »
  • GÜNEY

    Türk dillərində ey sözünün əsas mənası “tərəf” demək olub. Qabaq tərəf ye­rinə, iləy (müqayisə et: iləri, yəni irəli) işlədilib

    Tam oxu »
  • GÜNƏMUZD

    Mozd farsca “haqqın pulla ödənilməsi” deməkdir. Günəmuzd “haqqın gündəlik ödənilməsi”dir. (Bəşir Əhmədov

    Tam oxu »
  • GÜNƏŞ

    Ən qədim forması güyəş kimi olub. Kuy (küy, köy) sözü “işıq” (qaqauzlarda günəş sözünü ruscaya “свет” kimi tərcümə ediblər), “od”, “yanmaq” mənalarını

    Tam oxu »
  • GÜNÜ

    Mənası “paxıl” kimi açıqlanıb. Məncə, gün (od, yandırmaq) sözü ilə bağlıdır: günülər, adətən, bir-birini yandırmaqla, hirsləndirməklə (od qoymaqla) in

    Tam oxu »
  • GÜRZƏ

    Farscadır, ərəblər ona əfi deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • GÜVƏ

    Yunu yeyən bu varlığın adı gövşəmək (çeynəmək, doğramaq, yemək) sözü zəminində əmələ gəlmişdir (rus dilində də моль размельчать sözü ilə kökdaşdır)

    Tam oxu »
  • GÜZ

    Bax. küz (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • GÜZƏRAN

    Farscadır, güzar (əsli: qozər) sözünün cəmidir. Farsca qozaştən məsdəri ilə bağlıdır, mənası “keçib-gedən”, “daimi olmayan” deməkdir

    Tam oxu »
  • GÜZƏŞT

    Farsca qozəştən, yəni keçmək (əsası: qozər) feili ilə bağlıdır. Başqa bir qozəştən isə (əsası: qozar) “qoymaq” deməkdir (müq

    Tam oxu »
  • GÜZGÜ

    Görmək feili zəminində yaranıb. Əvvəlcə görgü, sonra gözgü, nəhayət, güzgü şəklində olub. Maraqlıdır ki, rus dilində olan зеркало kəlməsi зрачок sözü

    Tam oxu »
  • HAB

    ing. hub – mərkəz

    Tam oxu »
  • HACAT

    Ərəbcədir, ehtiyac sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HACILEYLƏK

    Anadolu türkləri buna “Hacı-baba” deyirlər, farslarda hacıleylək kimi işlədilir. Bizdə bəzən, sadəcə, “ley” deyirlər

    Tam oxu »
  • HACIOTU

    Əsli yunanca olan və rus dilində işlədilən мандрагора adlı bitkiyə bizdə hacıotu deyiblər (“sığınotu”, “maralotu” da deyiblər)

    Tam oxu »
  • HAÇAQAYA

    Tovuz rayonunun ən dilbər guşələrindən birində müqəddəs ziyarət­gah­dır. Rəvayətə görə, İmam Əli qılıncını yoxlamaq üçün qayaya vurmuş və qaya iki yer

    Tam oxu »
  • HAÇAN

    Hansı və çağ kəlmərinin birləşməsindən əmələ gəlib. Haçağ olub, sonra haçan formasına düşüb. (Bəşir Əhmədov

    Tam oxu »
  • HAFİZ

    Quranı əzbər bilənlərə deyirlər. Ərəbcədir, mühafizə, hifz tipli sözlərlə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HAL

    “Filankəsi hal aparıb” deyirlər. Bu söz, əslində,hal deyil, “al”dır (hiylədir), mə­na­sı da “demon” deməkdir

    Tam oxu »
  • HAL-HAZIR

    Sinonimlər birləşməsidir. Hal sözünün bir mənası “indi” (hazırda) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HALƏ

    Yunan mənşəlidir, “halqa” (aura) deməkdir. Bizə ərəb dilindən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HALİT

    yun. hals – duz

    Tam oxu »
  • HALQA

    Ərəbcədən alınma sözdür. Türk aləmində həmin mənada aylav (aylayu), yəni “dəyirmi olan” sözü işlədilib

    Tam oxu »
  • HALQAVARI

    Halqa məlumdur, varı isə farsca “oxşayan” deməkdir. Halqavarı “halqaya oxşayan” mənasını əks etdirir

    Tam oxu »
  • HALOSFER

    yun. haIs – duz + yun. sphaira – kürə

    Tam oxu »
  • HAM

    Təqlidi sözdür, itin çıxardığı səslə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HAMAR

    Farsca həmvar sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HAMBAL

    Ərəb sözüdür (əsli həmmal), hamilə (yüklü) sözü ilə eyni kökə malikdir. Biz­­də tarixən hambal yerinə yükçü sözü işlədilib

    Tam oxu »
  • HAMBALA

    Ərəbcə “yük götürən” deməkdir. Dəyirmanda oxun oturacaq hissəsində, evdə döşəmənin altında qoyulur. (Bəşir Əhmədov

    Tam oxu »
  • HAMBIL

    Farsca həm və pa sözlərindən əmələ gəlib. Ehtimal ki, “ayağı güclü” demək olub. Osman Sarıvəllidə “hampıllı kəl” ifadəsi var

    Tam oxu »
  • HAMİLƏ

    Ərəb sözüdür, hambal sözü ilə kökdaşdır.Mənası “yük” deməkdir.Türk dillərində həmin sözün yerinə yüklü, içlənmə və boğaz kimi sözlərdən istifadə olunu

    Tam oxu »
  • HARA

    Hansı yer kəlməsinin dəyişmiş və sadələşmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HARAM

    Ərəb mənşəlidir, mənası “qadağa” deməkdir.Antonimi “halal” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HARAMI

    Ərəbcədir, haram “qadağa” deməkdir. Hərami (harami) isə “qadağanı pozan, quldurluq edən şəxs”dir. (Bəşir Əhmədov

    Tam oxu »
  • HARIN

    Har hissəsi farslarda “qudurğan” anlamında işlədilir. -ın şəkilçisi üst-ün, sər-in sözlərindəki ilə qohumdur

    Tam oxu »
  • HARINLAŞMAQ

    Müəyyən mənada qudurmaq sözünün sinonimidir. Mənşəyi iki ehtimalla bağlıdır: 1. Qədim İsraildə Harun (Qarun) adlı ən varlı, lakin xəsis adam olub, heç

    Tam oxu »
  • HATƏM

    Ərəbcədir, el arasında hətəm kimi də işlədilir. Hərfi mənası “problemləri həll edən” deməkdir. Ad kimi, Hatəm-Tai (səxavət simvolu olan adamın adı) il

    Tam oxu »
  • HAVA

    Ərəb sözüdür, “воздух” mənasında işlədilir. Bundan başqa “istək”, “həyəcan”, “məhəbbət” mənaları da var

    Tam oxu »
  • HAVACAT

    -cat(-at) ərəbcə cəm şəkilçisidir. Saitlə bitən sözlərə -cat (hava-cat, meyvə - cat), samitlə bitənlərə -at (avaz-at, mövhum - at) artırılır

    Tam oxu »
  • HAVADAR

    Hava (əsli:havi) ərəbcədir,ehtiva sözü ilə kökdaşdır, “əhatəyə alan”, “sevən” deməkdir; -dar farscadır, daştən(malik olmaq) məsdərinin əsasıdır

    Tam oxu »
  • HAVALANMAQ

    “Həyəcanlanmaq”, “göyə qalxmaq” deməkdir. Deməli, hava sözü ilə bağlıdır. “Xəyalən göylərdə olmaq” anlamını əks etdirir

    Tam oxu »
  • HAVAYI

    Hava sözü ilə bağlıdır, isimdən düzəlmiş sifətdir. “Bəxşiş” (havayı vermək) və “boş” (havayı söhbətdir), “pulsuz” mənasında işlənir

    Tam oxu »
  • HAYAN

    Hansı yan ifadəsindən əmələ gəlib (xatırla; hayana,ceyran?). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • HAYIF

    Şair Həsən yazır: “Pərvanə Hasan olacam, bu hayfı onnan alacam...” heyif sö­zünün həm forma, həm də mənaca dəyişilmiş formasıdır

    Tam oxu »