Этимологический словарь азербайджанского языка

  • SANİDİN

    yun. sanis, sanidos – lövhə; adı kristalların hamar formalı olması ilə əlaqədardır

    Полностью »
  • SANKİ

    Kökü san hissəsidir, “elə bil”, “elə hesab et” mənalarını əks etdirir. Xalis türk sözüdür. Sanmaq (düşünmək, fikirləşmək) sözündən əmələ gəlib

    Полностью »
  • SANLI

    Adlı-sanlı sözümüz var. San sözü qaynaqlarda həm də “hörmət” mənasında açıqlanıb. Sayın kəlməsi də san sözü ilə qohumdur

    Полностью »
  • SANMAQ

    Dilimizdə sanki, belə sayıram ki söz və ifadələri mövcuddur. San feili mənbələrdə “fikirləşmək” kimi də açıqlanıb

    Полностью »
  • SAP

    Türkmən dilində “связывать” mənasını verən sıq sözü var. Güman ki, sap hə­min kəlmə ilə qohumdur. Sırımaq feili də həmin sıq, sap sözləri ilə bağlıdır

    Полностью »
  • SAPALAQ

    Hərbi kommunizm dövründə sapalaq vergisi (разверстка) mövcud olmuşdur. Sapalaq mənbələrdə “qamçı” kimi açıqlanıb, görünür, bu gün işlət­diyimiz şapala

    Полностью »
  • SAPAND

    Mənbələrdə bir variantı sapatan kimi verilib. Sap (sıq) isə “daş-kəsək” anlamında işlədilən bir kəlmə olub

    Полностью »
  • SAPFİR

    yəh. sappir – göy daş

    Полностью »
  • SAPILCA

    Qərb dialektlərində “сковородка” anlamında işlədilən bu sözün əsli “sa­pıl­ca”dır (quyruğu, yəni dəstəyi uzun olduğundan belə adlanıb)

    Полностью »
  • SAPLAQ

    Sap sözü ilə eyni kökə malikdir. Saplamaq feilindən -q şəkilçisinin köməyi ilə əmələ gəlib. (Bəşir Əhmədov

    Полностью »
  • SAPMA

    “Kənara çıxmaq” deməkdir. Sapdırmaq, sapaq (kənar yol) və s. sözlərlə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • SAPMAQ

    Qaqauz dilində sapa sözü var və “расположенный встороне” deməkdir. Sapmaq isə “сбить с пути, поворачивать” deməkdir

    Полностью »
  • SAPONİT

    lat. sapo, saponis – sabun

    Полностью »
  • SAPROLİT

    yun. sapros – çürük + yun. lithos – daş

    Полностью »
  • SAPROPEL

    yun. sapros – çürük + yun. pelos – lil

    Полностью »
  • SARA

    Yəhudi sözüdür, “təmiz, saf” deməkdir. Sarra şəklində olub və “knyaginya” mə­­nasında işlədilib. Bizdəki bəyim sözünə uyğun gəlir

    Полностью »
  • SARAC

    Saracov soyadı, Saraclı kəndi var. Bu, sərrac sözünün dəyişmiş formasıdır. Alınma sözdür. Peşə bildirən söz olub yəhər, palan tikən ustalara deyiblər

    Полностью »
  • SARDİN BALIĞI

    Ruslar buna сардель deyirlər. Sardin sularında yetişən balıq növü­dür. Bu balıqdan hazırlanan sucuğa (yəni sosiskaya) isə ruslar сарделька deyirlər

    Полностью »
  • SARDONİK

    Sahəsinə görə yalnız Siciliyadan geri qalan Sardiniya Aralıq dənizinin ikinci böyük adasıdır. Ancaq Siciliyanın zəngin tarixə malik olmasına rəğmən Sa

    Полностью »
  • SARĞI

    Kökü sarmaq feilidir. Sarmaşıq sözü də bu köklə bağlıdır. İndi sar az-az hallarda işlədilir, çünki sarımaq forması onu bir qədər sıxışdırıb

    Полностью »
  • SARI MƏTBUAT

    XIX əsrin sonunda qəzetlər ictimaiyyəti məlumatlandıran yeganə informasiya vasitəsi idi. Qəzetlər bir-biri ilə mübarizədə mümkün bütün vasitələrdən is

    Полностью »
  • SARILIQ

    Bu xəstəlik ödlə bağlı olur. Tuva dilində sarılıq xəstəliyinə öd ağrısı deyirlər. Öd sözü dillərin əksəriyyətində “sarı” (farslar zərdov, ərəblər səfr

    Полностью »
  • SARIMAQ

    Sarmaşıq, sarılmaq feilləri göstərir ki, kök sar(maq) hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • SARIMSAQ

    Sarmaşmaq, sarmaşıq sözləri ilə kökdaşdır. Sarmaq feilindən dolma qəlibi üzrə sarma ismi kimi yaranıb, -sa şəkilçisi meyil bildirən feil düzəldir (su-

    Полностью »
  • SARISINI UDMAQ

    Sarı sözünün bir mənası “öd” deməkdir. Sarısını udmaq “ödünü udmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • SARITALA

    Kənd adıdır, tala ismindən və sarı sifətindən əmələ gəlib. Bu qəlib üzrə yaranmış yer adları az deyil

    Полностью »
  • SARITEL

    Sarı sözü simə işarədir, tel isə ərəbcə “qızıl” deməkdir. Sinonimlər bir­ləşməsidir, “havaların ən dəyərlisi” deməkdir, (sarı siməvurdu deyirik)

    Полностью »
  • SARIYAĞIZ

    Yağız sözünün qədim mənası “bəniz” deməkdir. Söz “bənizi sarı olan” deməkdir (yağız elə “bəniz”in təhrifidir)

    Полностью »
  • SARQANIQ

    İçalat sözünün sinonimi olub, sarılmaq (bağlanmaq, əlaqəyə girmək) sözü ilə kökdaşdır. (Bəşir Əhmədov

    Полностью »
  • SARMAŞIQ

    Sarmaq (sarımaq) sözündəndir. Sarmaşıq ağaca və s. dolanır (sarınır). Ona görə də bu adla adlanıb. Sözün törəmə kökü sarma hissəsidir

    Полностью »
  • SARSAQ

    Farscadır, əsli sər saxte (saxta baş) kimi olub. Tərs adamlarla bağlı işlədilir. Sarsılmaq sözü ilə əlaqəsi haqqında fikir söyləyə bilmədim

    Полностью »
  • SARSILMAQ

    Sarsmaq feili “titrəmək” demək olub. Söz bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • SARVAN

    Fars mənşəlidir, əsli sərban kimidir. Farslar dəvəyə sar deyirlə (sər isə fars­ca “baş” deməkdir). Sarvan hərfi mənada “dəvəçi” deməkdir, indi karvanı

    Полностью »
  • SATAŞMAQ

    Anadolu türklərində sata feili “işə qarışmaq” mənasında qeydə alınıb.  -ş şəkilçisi qayıdış feil də düzəldir (dırma-ş-maq, gərnə-ş-mək, gic-i-ş-mək, d

    Полностью »
  • SATIL

    Ərəbcədir, vedrəyə oxşar qabın adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • SATİN

    Parça növüdür. Çində Syuançjou şəhərində hazırlanıb və şəhərin adını daşıyıb, təhrif nəticəsində satin (el arasında: sətin) formasına düşüb

    Полностью »
  • SATLIQ

    Satlıq mal ifadəsi mövcuddur. Sat feilidir və o, -lıq şəkilçisini qəbul etməməlidir (qırxlıq, əmlik, udlaq kimi sözlərdə də bu qanun pozulub)

    Полностью »
  • SATRAP VƏ NÜVVAB

    XIX əsrə qədər nəqliyyat və rabitə vasitələri zəif inkişaf etdiyindən iri imperiyaları idarə etmək olduqca çətin idi

    Полностью »
  • SAUND-BAYT

    ing. sound – səs + ing. bite – dişlək, parça

    Полностью »
  • SAVANNA

    isp. sabana – ağacsız sahə

    Полностью »
  • SAVAŞ

    Dilimizdə sözün-savın sözü var. Həmin kəlmədə sav söz kəlməsinin sinonimi kimi işlədilib. Söz və sav tarixi baxımdan eyni kökə malikdir

    Полностью »
  • SAVAŞMAQ

    (Əsli: savlaşmaq, yəni sözləşmək) feili ilə dalaşmaq və davalaşmaq kəlmələri sinonim sözlərdir. Bunların fərqi belədir: 1

    Полностью »
  • SAY-SEÇMƏ

    Türkmən dilində say sözü “sağlam” mənasında işlədilir. Deməli, say və sağ kökdaşdır. Say-seçmə “sağlamları (igidləri) seçmək” deməkdir

    Полностью »
  • SAYAÇI

    Sarıq sözü qoyun sözünün sinonimi olub. Qoç əvəzinə, sarıq təkəsi də iş­lədilib. Sayaçı kəlməsi sarıq-çı sözünün təhrifidir

    Полностью »
  • SAYEBAN

    Farscadır, “sayə” “kölgə”, “kölgəlik” deməkdir. “Беседка” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • SAYIQ

    Mənbələrdə saq sifəti var, “diqqətli” mənasında işlədilib. San feili də olub, “hör­mət etmək” mənasında işlədilib

    Полностью »
  • SAYMAQ

    Sözün ilkin kökü sa feilidir. Ruscaya считать kimi tərcümə edilib (indiki sınmaq feilinin də qədim kökü sı sözü olub), onun üzərinə -n şəkilçisi artır

    Полностью »
  • SAZ

    Farsca saxtən feilinin əsasıdır, “düzəldən”, “yaradan”, “təmir edən” deməkdir: saatsaz və s. Saz həm də çalğı alətinin adıdır (sazandə

    Полностью »
  • SAZAQ

    Sızmaq feili ilə bağlıdır (soyuq sanki iliyə sızır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • SAZBƏND

    Farsca “saz bağlayan” (bənd hissəsi bəstən, yəni bağlamaq feilinin əsasıdır) deməkdir. (Bəşir Əhmədov

    Полностью »