Azərbaycan dilinin etimologiya lüğəti

  • UBAYDULLA

    Abd sözü ilə qohumdur. “Allahın qulu” deməkdir (abd “qul” anlamını əks etdirir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • UC

    “Son” anlamını əks etdirən və bircə səsdən ibarət olan “u” sözü olub. Uc kəlməsi ondan törəmədir. (Bəşir Əhmədov

    Tam oxu »
  • UCA

    Rus dilindəki таз sözünün mənasını tatar dilinə oça kimi tərcümə edirlər. Крестец sözü oçabaşı kimi tərcümə olunur

    Tam oxu »
  • UCBAT

    Güman ki, üz və bət kəlmələrindən törəyib, (üzbət kimi olub) “sir-sifət” məna­sını verir; danışıqda ucbat sözünün sinonimləri kimi uc və üz kəlmələri

    Tam oxu »
  • UCQAR

    Əsli “uc yer” deməkdir. Yer sözü dəyişərək qar şəklinə düşüb. Dışarı “dış yer” deməkdir, yuxarı “yüksək yerdir”, içəri “iç yerdir”, bura “bu yerdir”,

    Tam oxu »
  • UÇMAQ

    “Kitabi-Dədə Qorqud”da bu söz “cənnət” anlamında işlədilib. Alınma söz­dür, Soğdaq dilinə mənsubdur. Həmin dildə sözün mənası “cənnət”, “göy” kimi açı

    Tam oxu »
  • UÇURUM

    Kökü uç feilidir, -ur təsirli feil əmələ gətirir, -um feildən isim düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • UDQUNMAQ

    Udmaq feilindən əmələ gəlmiş qayıdış növdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • UDUZ

    Mənbələrdə udul, uddur formalarında verilib, tatar dilində ottır şəklində işlədilir. Deməli, söz uddur olub, sonra r səsi z ilə əvəz olunub (ulduz), n

    Tam oxu »
  • UFAQ

    Uşaq, ovmaq, üyütmək sözləri kokdaş olub və hamısı ufaq kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • UĞULTU

    Təqlidi sözdür, çıxarılan səslə bağlıdır. uğ kökdür, -ultu şəkilçi. Sızıltı, zırıltı sözlərinin qəlibi üzrə əmələ gəlib

    Tam oxu »
  • UĞUR1

    Yaxşı arzumuzu bildirmək üçün “uğur olsun” deyirik. Ehtimal ki, buradakı uğur sözü qutğur kimi olub və qut kəlməsindən əmələ gəlib

    Tam oxu »
  • ULAQ

    İlgək, ilmə sözlərindəki il və ulaq kəlməsindəki ul tarixi baxımdan eyni sözdür, feildir. Arabanın ön və arxa oxlarını birləşdirən ağaca el arasında u

    Tam oxu »
  • ULAMA

    Arabanın dal və qabaq oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu, il feili əsasında yaranıb, ilmək, ilgək, ilmə, ilişmək sözlərinin kök

    Tam oxu »
  • ULAMAQ1

    İki yozumu ola bilər: 1. Qurdun ulaması və itin hürməsi eyni sözdən əmələ gəlib: r-l əvəzlənməsi təbii haldır

    Tam oxu »
  • ULDUZ

    Gündüz, ulduz tipli sözlərdəki duz hissəsi “od”, “işıq” mənasını verən söz olub. Gündüz “gün işığı” deməkdir

    Tam oxu »
  • ULTRAABİSSAL

    lat. ultra – ifrat, həddən artıq + yun. abyssos – dibsiz

    Tam oxu »
  • ULTRAMETAMORFİZM

    lat. ultra – fövq, daha çox, ifrat + yun. metamorphoomai – çevrilməyə məruz qalıram, şəklimi dəyişirəm

    Tam oxu »
  • ULU

    V.V.Velyaminov-Zernov yazır ki, “возвышаться” mənasını verən ul feili mövcud olub.-u şəkilçisi ul feilindən ulu sifətini əmələ gətirib

    Tam oxu »
  • ULUS

    Ehtimal etmək olar ki, ulus və el sözləri kökdaşdır. Bunların məna və forma yaxınlığı aydınca hiss olunur

    Tam oxu »
  • UMAC

    “Özünə umac oya bilmir” deyirik. Umac sözünün əsli ovmac olub. Ovmaq sözündəndir. İndi forması dəyişib: o səsi u səsinə keçib, v səsi ixtisara düşüb

    Tam oxu »
  • UMSUNMAQ

    Sözün kökü ummaq feili ilə bağlıdır, -sun şəkilçisi arzu, meyil bildirir (um feilindən umu ismi (umu-küsü deyirik), ondan isə umusun feili əmələ gəlib

    Tam oxu »
  • UN

    Yumşaq (əsli: uvşaq), uşaq, ufaq, ovmaq, üyütmək (измельчать), un sözlərinin hamısı kiçik, xırdalamaq mənaları ətrafında birləşir və tarixin qədim döv

    Tam oxu »
  • UNDULYASİYA

    lat. undulatus – dalğavarı

    Tam oxu »
  • UNUTMAQ

    Mənbələrdə unamaq feili “bilmək” mənasında açıqlanıb (indi də dialektlərdə bu mənada işlədilir); unumaq (indi müstəqil işlədilmir) feili isə “bildiyin

    Tam oxu »
  • URA

    1. Məhsul toplandıqdan sonra yerdə qalan xırda-xuruş şeylərə ura deyilir. Uralamaq –“irili-xırdalı bütün bostan məhsullarını toplamaq” deməkdir

    Tam oxu »
  • URALAMAQ

    Ura sözü or, oraq, orğun (biçin vaxtı) sözləri ilə qohumdur. “Biçindən sonra yerdə qalanı toplamaq” deməkdir

    Tam oxu »
  • URBANİZASİYA

    lat. urbanus – şəhərli

    Tam oxu »
  • URL

    ing. Uniform Resource Locator – «re­sursun vahid lokatoru» sözlərinin baş ­hərf­­lərindən yaradılmış abreviatura

    Tam oxu »
  • URVAT

    Ərəbcə hörmət sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • USANMAQ

    Usan kəlməsi həm ad (скука), həm də feil (испытывать скуку) kimi işlədilib. Feil olan usanmaq sözü “sıxıntı keçirmək” anlamını verir və belə yara­nıb:

    Tam oxu »
  • UŞAQ

    Feildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), u

    Tam oxu »
  • UŞAQÇI

    “Çürükçü” (буквоед, xırdaçı) mənasında qeydə alınıb. Uşa-l-maq (измел­чать), uşa-q (kiçik), uvşaq (və ya ufaq)”, ovulmuş sözləri də “xırda” anlamı ilə

    Tam oxu »
  • UTANMAQ

    1. Yuva yerinə bir vaxtlar uya işlətmişik. Uyad sözü utanmaq demək olub. Mənası: “yuvaya çəkil” (gizlən

    Tam oxu »
  • UY

    Abır sözünün qədim sinonimidir, utanmaq da uy kökü ilə bağlıdır, güc-ən-mək qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov

    Tam oxu »
  • UYEZD

    Rusca объезд sözünün dəyişilmiş formasıdır (torpağın sərhədlərini müəyyən etmək üçün gəzintidir), “sərhədləri müəyyən edilmiş ərazi” deməkdir

    Tam oxu »
  • UYĞUN

    Dilimizdə uymaq (подходить) feili var. Onun zəminində uydur, uyğun kimi sözlər əmələ gəlib. Uy kökü ad-feil omonimdir və ad anlamında “fikir” mənasını

    Tam oxu »
  • UYLUQ

    Əsli uy-u-luq kimi olub, dizlə bud arasındakı yerin adı olub. Çömbəlmək sözü belə açıqlanıb: qarnını uyluğa gətirib oturmaq

    Tam oxu »
  • UYMAQ

    Bu söz mənbələrdə təqlid etmək, yamsılamaq kimi şərh olunub.İndi “təsir altına düşmək” anlamını əks etdirir

    Tam oxu »
  • UZ

    Bu söz “iti” anlamında çox işlədilib. Əslində, uc kimi olub: uclu - “iti”, ucsuz - “küt” kimi açıqlanıb

    Tam oxu »
  • UZAQ

    Dilimizdə uz-a-n, uz-a-t, uz-a-q tipli sözlər var və hamısının kökü “uz”dur, mənası “çox” demək olub (özbəklər “çox yaşa” yerinə uzaq yaşa deyirlər)

    Tam oxu »
  • UZAN

    Uz kökündən uza feili, ondan da uzan, uzat sözləri əmələ gəlib. Nağıllarda deyilir: az getdi, uz getdi

    Tam oxu »
  • UZATMAQ

    Dialektlərdə qonağı yola salarkən müşayiət etməyə uzatmaq deyirlər: “Dostumu Gəncəyə qədər uzatdım, Bakıya getdi”

    Tam oxu »
  • UZUN

    Kökü “uz”dur, mənası “çox” deməkdir. Uzaq və uzun kökdaş kəlmələrdir. Uzun və enli, yoğun və nazik, qalın və yuxa antonimlərdir

    Tam oxu »
  • UZUN-UZADI

    Sözün kökü “uz”dur. Uz-un, uz-a-n kimi misallar da bunu sübut edir. Uzadı kəlməsinin əsli “uz-a-t-ı”dır

    Tam oxu »
  • ÜÇ

    Uc sözü ilə qohumdur. Say sistemində ilk dəfə son ədəd məhz üç olub, ondan sonrakı ədədlər adamlara məlum olmayıb; mənası “sonuncu ədəd” deməkdir

    Tam oxu »
  • ÜÇGÜL

    “Gül” sözünün “bucaq” mənası da var. Üçgül “üç bucağı (küncü)” olan de­məkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÜÇÜN

    “Üst-ün”, “sər-in” tipli sözlərin qəlibi üzrə səbəb bildirən üç (ucbat sözü də buradandır) kökündən əmələ gəlib

    Tam oxu »
  • ÜLGÜ

    Ehtimal ki, ölçü sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • ÜLGÜC

    Mənbələrdə yolğuc kimi qeydə alınıb. Yolmaq kəlməsi ilə bağlıdır (ehtimal ki, yon və yol eyni söz olub)

    Tam oxu »