Этимологический словарь азербайджанского языка

  • ÇƏÇİK

    “Koroğlu”da bu söz atın qabaq ayaqları mənasında işlədilib. Bəzi dialekt­lər­də çənə mənasını əks etdirir

    Полностью »
  • ÇƏÇİMƏK

    Əbu Həyyan (1256-1344) yazır ki, türk dillərində çüçkürmək sözü var. İn­­diki “asqırmaq, öskürmək” anlamlarına uyğun gəlir

    Полностью »
  • ÇƏHLİM

    Çə hissəsi “su” anlamı ilə bağlıdır. Şehli ot üzərində açılan izdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇƏKİC

    Bu söz qədim mənbələrdə çokan kimi verilib, “zərbə” anlamı ilə bağlıdır. Ruslardakı чеканка kəlməsi də bizdən keçib

    Полностью »
  • ÇƏLƏBİ

    Çələb “tanrı” deməkdir, çələb-i isə “tanrıya layiq, alicənab” anlamında işlədilir. Kişi adı olan Çələbi də bu mənanı əks etdirir

    Полностью »
  • ÇƏLİK

    “Söykənmək” mənasında çölə feili olub. Çəlik həmin feildən düzəlmiş isimdir. Çölə feili çəl şəklinə düşüb, ondan da çevik qəlibi üzrə çəlik kəlməsi əm

    Полностью »
  • ÇƏLİMSİZ

    Çəlim – “qiyafə” (zahiri görkəm) deməkdir. Çəlimsiz “gözəl görün­mə­yən”dir, “Zəif” mənasında da işlədilir

    Полностью »
  • ÇƏLLƏK

    Xalis türk sözüdür, qədim özbək (çığatay) dilində çəllək kimi işlədilib və “vedrə” mənasını əks etdirib

    Полностью »
  • ÇƏLTİK

    “Su” anlamını verən çək, çisək kimi sözlər ilə qohumdur və “su sevən” (bitki) deməkdir. (Bəşir Əhmədov

    Полностью »
  • ÇƏM-XƏM

    Farsca hər ikisi əyri anlamını əks etdirir, sinonimlər birləşməsidir; “naz-qəmzə” deməkdir. (Bəşir Əhmədov

    Полностью »
  • ÇƏN

    Alimlər bunu Çin dili ilə bağlayırlar (onlarda çjan kimi işlədilir) və “şərab qabı” kimi yozurlar. Badya yerinə, çinlilər çönək sözündən istifadə edir

    Полностью »
  • ÇƏNBƏRƏK

    Farsca çənbər “çevrə”, “dəyirmi” deməkdir, çənbərək isə onun kiçiltmə formasıdır, samovarın odluğuna da deyirlər

    Полностью »
  • ÇƏNBƏRQUYRUQ

    Çənbər farsca “dəyirmi” deməkdir. “Əqrəb”in sinonimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇƏNGƏ

    “Dırnaq”, “pəncə” mənasını əks etdirən çəng sözü ilə bağlıdır. Bir əlin bar­maqlarının (dırnaqlarının) tutumu qədər olan miqdarı (горсть) bildirir

    Полностью »
  • ÇƏNGƏL

    Farsca kökü çənq (çəng) sözüdür, “pəncə”, “dırnaq” deməkdir. Dırnaqla yaralamaya çənqe (çəngi) deyirlər

    Полностью »
  • ÇƏNGİ

    Həyasız adamlara, xüsusən də qadınlara el arasında çəngi deyirlər. Bu söz qaraçılarla bağlıdır; göbəyini oynadaraq rəqs edən qaraçı qızlarına çəngi de

    Полностью »
  • ÇƏPƏL

    Bu söz “çirkli” mənasında işlədilir. Fars mənşəlidir və əsli “pəçəl”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇƏPƏR

    Güman ki, fars mənşəlidir və çəhar pər (və ya çəharpərək) kimi olub. Pərək indi “pərdə” (burun pərdəsi, qoz ləpələrini ayıran pərdə) anlamını əks etdi

    Полностью »
  • ÇƏPİK

    Əl çalmağa həm də çəpik çalmaq deyirk. Bu, çap sözü ilə bağlıdır, təqlidi sözdür: “çap-çap edərək əl ilə səs salmaq” deməkdir

    Полностью »
  • ÇƏPİŞLİK

    Çəpiş sözündən əmələ gəlib. Ağa öz nökərinə ildə hər 15 keçi üçün bir çəpiş verirmiş. (Bəşir Əhmədov

    Полностью »
  • ÇƏR

    Xəstəlik adıdır, vərəm sözünün sinonimi kimi işlədilir. El arasında “adamı çər­lədir” cümləsi az işlədilmir

    Полностью »
  • ÇƏRÇİ

    Bu sözün əsli çəhar və su kəlmələrindən ibarətdir. Çahar farsca “dörd”, su isə ərəbcə “tərəf” deməkdir

    Полностью »
  • ÇƏRÇİVƏ

    Fars sözüdür, çəhar çube hərfi mənası “dörd (çər) ağac (çube)” deməkdir, çünki pəncərə (qapı...) çərçivəsi dörd qoldan ibarət olub

    Полностью »
  • ÇƏRƏK

    Fars sözüdür, çahar və yek kəlmələrindən əmələ gəlib, “tamın 1/4-i” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇƏRƏNLƏMƏK

    Kökü (çərənd) farscadır, “hədyan danışmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇƏRKƏZ

    Osetin sözüdür, “qartal” deməkdir. Həm xalq adıdır, həm də şəxs adı. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇƏRLƏMƏK

    Mənbələrdə çər sözü həm isim (запор), həm də feil (гноиться, засорить) kimi verilib. Çərləmək və çərlətmək sözlərinin də şərhi verilib: bər­kimək, dur

    Полностью »
  • ÇƏRMƏK

    Tumanbağını salmaq üçün şalvarda və s. belboyu dəyirmi boşluğa deyib­lər, çırmalama sözü ilə qohumdur, “qatlanmış yer” deməkdir

    Полностью »
  • ÇƏRŞƏNBƏ

    Həftənin altıncı günü şənbə adlandığından farslarda bazar – “yek­şənbə”, bazar ertəsi – “düşənbə”... adlanır və üçüncü günə “çərşənbə” (dördüncü şənbə

    Полностью »
  • ÇƏTƏN

    Çitəmək sözü ilə bağlıdır, “ilişdirmək”, “hörmək”, “topluluq” anlamlarını əks etdirir. Ehtimal ki, çit kəlməsi də buradandır, çünki o da “toxumaq, hör

    Полностью »
  • ÇƏTİR

    Çadır sözü ilə qohumdur, əl çadırı da deyiblər, fars mənşəlidir: çəhar (dörd) və tar (ip) sözlərindən əmələ gəlib

    Полностью »
  • ÇƏYİRDƏK

    Güman olunur ki, “çıxmaq” anlamı ilə bağlıdır. Çıxarlıq –çıxardıq –çı­xardaq –çəyirdək ardıcıllığı üzrə formalaşıb

    Полностью »
  • ÇƏYİRTKƏ

    Sözün əsli səyirtkə kimi olub, səkmək, sıçramaq tipli kəlmələrlə eyni kö­kə malikdir. Çəyirtkə sıçradığı üçün bu adı ona veriblər

    Полностью »
  • ÇIĞIRTMA

    Xörək adıdır, bişirəndə çıxardığı səslə bağlı belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇIXDAŞ

    Çıxmaq feili ilə daş (dışarı, kənar) sözlərindən əmələ gəlib. “Kənara çıxa­rılan, atılan” mənasını əks etdirir

    Полностью »
  • ÇILĞIN

    Kökü indi işlənməyən çıl feilidir, (çıldır sözü də burdandır) “Ağlını itirmək” de­məkdir. Çılğın feildən düzəlmiş sifətdir

    Полностью »
  • ÇILTIRAQ

    Qaraqalpaq dilində “parlaq” (блеск) anlamında işlənib. (yıl, yəni od, alov sözü ilə qohumdur. Çilçıraq ilə də qohum ola bilər

    Полностью »
  • ÇINQIL

    Çaqıl forması da mövcuddur. Su axarkən bir-birinə, ya da iri daşlara to­xunaraq (çaxılaraq) səs salan xırda daşlara deyilir

    Полностью »
  • ÇIRPI

    Qırpmaq sözü “kəsmək” deməkdir. Biçindən sonra yerdə qalan hissə “qırpı” ad­lanıb. Çırpı da bununla qohum ola bilməzmi? Qırpıq (kəsik), qıt (kəsilmiş)

    Полностью »
  • ÇIRPIQ

    Qədim sözlərdəndir. Ev ustaları divarda, yerdə iz salmaq üçün uzun bir ipi tozlamış (təbaşir, əhəng və s

    Полностью »
  • ÇİBAN

    Bunun müxtəlif növləri olub: 1) qan çibanı (furunkul), 2) göz çibanı (itdirsəyi), 3) ərgənlik çibanı (üzdə sızaqlar), 4) atəş çibanı (прыщ) və s

    Полностью »
  • ÇİBİN

    Çi “su”, “şirə”, “şeh” demək olub, çibin şirə sözü ilə bağlıdır, “şirəyə yığılan”dır. Çügün, çigün variantları da olub

    Полностью »
  • ÇİÇƏK

    Bu xəstəliyin adı mənbələrdə çekek kimi verilib. Çökək sözü ilə bağlıdır, üzdə çökəklər yaradır. Bəzən düşünürlər ki, çiçək xəstəliyinə tutulanların ü

    Полностью »
  • ÇİÇİ

    Uşaq nitqində işlədilir, çiçək sözü ilə bağlıdır, “qəşəng” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇİDAR

    Bu, fars mənşəlidir, çadır, çətir kəlmələri ilə qohumdur, çi (ça, çə) hissəsi çəhar sözünün ixtisarından əmələ gəlib, -dar(-dır, -tir) hissəsi farsca

    Полностью »
  • ÇİLÇIRAQ

    Farsca çehel (qırx) və çıraq kəlmələrindən törəyib. Buradakı çil (40) his­sə­si qeyri-müəyyən çoxluq bildirir (bizdəki qırxayaq kimi), konkret miqdarı

    Полностью »
  • ÇİLƏ

    Farscadır, çellə variantı da var. “Kiriş” (yay-oxda) deməkdir, “Koroğlu”da işlədilib. (Bəşir Əhmədov

    Полностью »
  • ÇİLƏKƏN

    Çi “su”dur. Çiləkən “suda zir-zibilin ilişib bir yerdə yığılması”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Полностью »
  • ÇİLƏMƏK

    Su anlamı ilə bağlıdır. Çimmək, çamır, çuyuq, suyuq, çay tipli sözlərdəki çi (ça, çu, çı) hissəsi qədimdə, su mənasını əks etdirib

    Полностью »
  • ÇİLİNGƏR

    Çilin “dəmir” deməkdir, -gər isə “zərgər” sözündəkinin eynidir. Çilingər “əl ilə metaldan müxtəlif şeylər düzəldən usta’ya deyiblər, indi “dəmirçi” an

    Полностью »