1. Nəzarət etmək, qorumaq; ~ göz-qulaq olmaq. 2. İsrarlı olmaq (fikrində, sözündə, mövqeyində və s.), təkid etmək
hədsiz qayğı göstərmək, bərk-bərk qorumaq; ~ ikiəlli tutmaq, üfürə-üfürə saxlamaq.
bax: göz-qulaq olmaq.
bax: oturduğu budağı baltalamaq (kəsmək).
öhdəsindəki ağır işdən, iztirabdan, qayğıdan qurtarmaq, rahatlanmaq; ~ rahat nəfəs almaq, çiynindən dağ götürülmək
birdəfəlik unutmaq, olub-keçənləri bir daha yad etməmək, yox etmək; kiminsə xidmətlərini danmaq; ~ üstündən qələm çəkmək
bax: üstünü vurmamaq.
bax: üstündən xətt çəkmək.
xahiş üçün minnətçi göndərmək.
başqasını günahlandırmaq; ~ boynuna atmaq (yıxmaq).
qaralamaq, hücum, həmlə etmək; ~ üstünə getmək (yerimək).
həddindən artıq tənbəl, bivec adam haqqında işlədilən ifadə.
1. Bir şeyi həyata keçirməkdə inad göstərmək, ona nail olmağa var qüvvəsi ilə çalışmaq. 2. Davamlı tənqid və təzyiq etmək
bax: üstünə qaldırmaq (salışdırmaq).
hədələmək, hücum etmək; ~ üstünə ayaq almaq.
cavabdeh olmaq, məsuliyyəti öz üzərinə götürmək.
şeşələnmək, kişilənmək; ~ üstünə getmək (yerimək).
işləri tərs, nəhs gətirmək, bəxti, şansı olmamaq, uğursuzluğa düçar olmaq; ~ it ağzına keçmək.
qızışdırıb kiminsə əleyhinə çıxmağa, davaya təhrik etmək; ~ üstünə fitləmək.
1. Artırmaq, şişirtmək, əlavələr edərək danışmaq. 2. Hərəkətin sürətini artırmaq, qaçmağa başlamaq.
ifşa etmək, üzə, aşkara çıxarmaq.
haqlamaq, qaçmağa qoymamaq, çatıb dərhal yaxalamaq, özünü tez yetirmək; ~ başının üstünü almaq.
haqlamaq, çatmaq, haqq-hesab tələb etmək; ~ başının üstünü kəsmək (kəsdirmək).
təhlükə qarşısında qalmaq.
köhnəlmək; haqqında danışılmamaq, unudulmaq; ~ xatirədən silinmək.
zahiri görünüşünə görə kimisə aşağı səviyyəli hesab edib saymamaq, aşağılamaq.
kimisə zahiri görünüşünə görə aşağılamağa, hörmətdən salmağa etiraz bildirən ifadə.
pis cəhətləri haqqında danışmamaq, açıb-ağartmamaq; ~ üzə vurmamaq, üstündən keçmək.
yaxşı işi, nəcib hərəkəti ilə başucalığı gətirmək, etimadı doğrultmaq.
1. Küsmək, incimək, əlaqəni kəsmək, yaxınlıq etməmək; ~ arxa çevirmək, mehrini kəsmək. 2. Xəyanət etmək
mənfi münasibət, narazılıq ifadə etmək, xoş qarşılamamaq, sərt münasibət bildirmək; ~ sifətini turşutmaq, sifət göstərmək, sifət eləmək
yaxınlıq etməmək, xoş münasibətə rəvac verməmək.
münasibəti pozulmaq, narazılıq yaranmaq.
bir şeyi çox demək, nəyəsə məcbur etmək.
alışmaq, uyğunlaşmaq.
hiyləgər adam təsiri bağışlamaq; ~ gözləri qaynamaq, gözlərindən cin yağmaq.
bax: sifətindən zəhrimar yağmaq (tökülmək).
bax: üzünü turşutmaq.
utanc gətirən hərəkətə yol vermək, yanlışlığa yol vermək, peşmanlıq hissi oyatmaq.
getməyə başlamaq; ~ üz tutmaq.
arada olan-qalan hörməti də yox etmək, barışığa yer qoymamaq; ~ körpüləri yandırmaq.
1. Müraciət etmək. 2. Müəyyən istiqamətdə getməyə başlamaq; ~ istiqamət almaq, istiqamət götürmək, üz qoymaq
bax: döş-döşə gəlmək (durmaq).
qarşı-qarşıya gətirmək, konflikt yaratmaq, vuruşdurmağa çalışmaq.
sırtıq olmaq, xoş münasibətdən sui-istifadə etmək; ~ üzə salmaq.
1. Nazı ilə oynamaq, üzünə xoş baxmaq; ~ başına çıxarmaq. 2. Vaqe olmaq, ortaya çıxmaq, təsadüf etmək; birinin başına iş gəlmək; ~ baş vermək
bir şeyi təkidlə xahiş etmək; ~ boğaz çəkmək (uzatmaq), dil uzatmaq, üzdən-gözdən salmaq.
mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi yanaşmaq.
hörmətini, nüfuzunu itirmək.
təkid etmək, əl çəkməmək, dönə-dönə xahiş edib razı salmaq; ~ üz vurmaq.