Фразеологический словарь азербайджанского языка

  • AYAĞI AÇILMAQ

    bir yerə gedib-gəlməyə başlamaq.

    Полностью »
  • AYAĞI BÜDRƏMƏK

    səhvə yol vermək, yanılmaq; ~ ayağı sürüşmək.

    Полностью »
  • AYAĞI DALINCA GETMƏMƏK

    bax: əldən düşmək.

    Полностью »
  • AYAĞI DOLAŞMAQ

    büdrəmək.

    Полностью »
  • AYAĞI DÜŞƏRLİ (YÜNGÜL, SAYALI) OLMAQ

    bir işə müsbət təsiri olmaq, xoşqədəm olmaq, uğur gətirmək, gəlişi uğurlu olmaq; ~ ayağı düşmək.

    Полностью »
  • AYAĞI DÜŞMƏK

    1. Gəlişi ilə uğur gətirmək, xoşqədəm olmaq; ~ ayağı düşərli (yüngül, sayalı) olmaq.  2. Təsadüfən, yolüstü bir yerə gəlmək; ~ yolu düşmək

    Полностью »
  • AYAĞI KƏSİLMƏK

    bir yerə gəlib-getməmək, əlaqəsini kəsmək.

    Полностью »
  • AYAĞI SÖZÜNƏ BAXMAMAQ

    bərk yorulmaq, çətin yerimək, səndirləmək.

    Полностью »
  • AYAĞI SÜRÜŞMƏK

    yanlışlığa yol vermək; ~ düz yoldan çıxmaq, ayağı büdrəmək.

    Полностью »
  • AYAĞI YER ALMAQ

    ürəklənmək, özünü inamlı hiss etmək, yerini möhkəmlətdikcə dili uzun olmaq, özünə güvənmək.

    Полностью »
  • AYAĞI YER TUTMAQ

    1. Gəzə bilmək, yeriməyə başlamaq.  2. Güclənmək, özünə inamı artmaq; ~  ayağı yer almaq.

    Полностью »
  • AYAĞI YERDƏN ÜZÜLMƏK

    gözlənilməz hadisədən bərk  təsirlənmək, həyəcanlanmaq, qorxmaq; ~ ayağının altından yer qaçmaq.

    Полностью »
  • AYAĞI YIĞILMAQ

    bir yerə gediş-gəlişi dayandırmaq; ~ əl çəkmək.

    Полностью »
  • AYAĞIM HARA, BAŞIM ORA

    bir yerdən çıxaraq hələ hara gedəcəyini dəqiqləşdirməyən adamın işlətdiyi ifadə.

    Полностью »
  • AYAĞIMI DA QOYMARAM (BASMARAM)

    bir yerə qəti olaraq getməmək qərarını bildirərkən işlədilən ifadə.

    Полностью »
  • AYAĞINA APARMAQ

    bax: ayağına gətirmək.

    Полностью »
  • AYAĞINA ÇAĞIRMAQ

    yanına gəlməsini tələb etmək.

    Полностью »
  • ... AYAĞINA ÇIXMAQ

    qayğı, hörmət və ehtiram əlaməti olaraq kimisə qarşılamaq üçün qatar, avtobus və s. dayanacağına gəlmək

    Полностью »
  • AYAĞINA DURMAQ

    hörmət və ehtiram göstərmək.

    Полностью »
  • AYAĞINA DÜŞMƏK

    birinin qabağında diz çökərək yalvarmaq, kömək istəmək.

    Полностью »
  • AYAĞINA GETMƏK (GƏLMƏK)

    iradəsinin əleyhinə olaraq xahiş üçün kiminsə hüzuruna getmək (gəlmək) məcburiyyətində qalmaq.

    Полностью »
  • AYAĞINA GƏTİRMƏK

    kimisə aşağılamaq məqsədilə yanına gəlməyə məcbur etmək.

    Полностью »
  • AYAĞINA YAZMAQ

    xoşagəlməz, mənfi söz və ya hərəkəti başqasının adı ilə bağlamaq; ~ adına çıxmaq, adına yazmaq.

    Полностью »
  • AYAĞINDA QALMAQ

    borclu qalmaq; ~ boynunda qalmaq.

    Полностью »
  • AYAĞINDAN ÇƏKMƏK

    mane olmaq, paxıllıq etmək.

    Полностью »
  • AYAĞINDAN DAŞ ASILMAQ

    işi ləng getmək, gec həll olmaq.

    Полностью »
  • AYAĞINDAN SİLMƏK

    borcunu ləğv etmək.

    Полностью »
  • AYAĞINI ÇƏKMƏK

    bir yerə daha gedib-gəlməmək; ~ ayağını kəsmək.

    Полностью »
  • AYAĞINI DİRƏMƏK

    öz fikrindən, dediyindən dönməmək, inadkar olmaq, tərslik etmək; ~ iki ayağını bir başmağa dirəmək.

    Полностью »
  • AYAĞINI KƏNDİRLƏMƏK

    evləndirmək; ~ baş-göz eləmək, əl-ayağını bir yerə yığmaq, başını bağlamaq, başını bənd etmək.

    Полностью »
  • AYAĞINI KƏSMƏK

    üzülüşmək, bir yerə daha gedib-gəlməmək, gediş-gəlişi kəsmək, qapısını açmamaq; gedib-gəlməsinə icazə verməmək, əlaqəni kəsməyə məcbur etmək; ~ əl-aya

    Полностью »
  • AYAĞINI QOYDUĞU YERƏ BAŞINI QOYMAQ

    kimi isə fanatikcəsinə dəstəkləmək, uğrunda ölməyə hazır olmaq.

    Полностью »
  • AYAĞINI SÜRÜMƏK

    bir yerə və ya  bir buyruğun ardınca könülsüz getmək.

    Полностью »
  • AYAĞINI TAPDALAMAQ (BASMAQ)

    bax: quyruğunu basmaq (tapdalamaq).

    Полностью »
  • AYAĞINI YERDƏN GÖTÜRÜR

    az-çox işlək vəziyyətdə olan avtomobil haqqında işlədilən ifadə.

    Полностью »
  • AYAĞINI YERƏ VURMAQ

    hirslənmək, qeyzlənmək.

    Полностью »
  • AYAĞINI YORĞANINA GÖRƏ UZATMAQ

    öz imkanlarına görə hərəkət etmək, imkanına görə yaşamaq.

    Полностью »
  • AYAĞININ ALTI YER GÖRMƏMƏK

    dayanmadan fasiləsiz işləmək, istirahət etməmək, dinclik bilməmək.

    Полностью »
  • AYAĞININ ALTINA DAŞ QOYMAQ

    ürəkləndirmək, həvəsləndirmək, şirnikdirmək; ~ qoltuğuna qarpız vermək, belinə palan basmaq.

    Полностью »
  • AYAĞININ ALTINA DƏMİR ATIN

    gəlməsi arzuedilən və çoxdan görünməyən bir adam bir yerə birinci dəfə, ya da uzun müddət keçdikdən sonra gəldikdə işlədilən ifadə

    Полностью »
  • AYAĞININ ALTINA DÜŞMƏK

    bax: ayağına düşmək.

    Полностью »
  • AYAĞININ ALTINA SALMAQ

    döymək, təpikləmək.

    Полностью »
  • AYAĞININ ALTINDAN YER QAÇMAQ

    üzləşdiyi gözlənilməz vəziyyət və ya eşitdiyi xəbərdən bərk təsirlənmək, həyəcanlanmaq, qorxmaq; ~ əl-ayağı yerdən üzülmək, əli üzündə qalmaq, ayağı y

    Полностью »
  • AYAĞININ ALTINI QAZIMAQ (EŞMƏK)

    əleyhinə xəlvəti iş görmək, zərər vurmaq; ~ quyu qazmaq, badalaq gəlmək (vurmaq), məzarını qazmaq.

    Полностью »
  • AYAĞININ ALTINI ÖPMƏK

    birinin qabağında alçalaraq yalvarmaq, özünü son dərəcə alçaltmaq.

    Полностью »
  • AYAĞININ BİRİNİ GÖTÜRÜB BİRİNİ QOYMAQ

    narahatlıq keçirmək, həyəcanlanmaq, intizarda olmaq.

    Полностью »
  • AYAQ AÇMAQ

    1. Yeriməyə başlamaq.  2. Bir yerə tez-tez gedib-gəlməyə başlamaq.

    Полностью »
  • AYAQ ALMAQ

    tələsmək, tez-tez, cəld yerimək, qaçmaq, iri addımlarla yerimək; ~ ayaq götürmək.

    Полностью »
  • AYAQ ALTINA DÜŞMƏK

    tapdanmaq.

    Полностью »
  • AYAQ ALTINA SALMAQ

    hörmətdən, nüfuzdan, qiymətdən salmaq.

    Полностью »