Фразеологический словарь азербайджанского языка

  • ALNI ƏLHƏD DAŞINA DƏYMƏYİB

    çətinlik görməmiş, bərkə-boşa düşməmiş, həyat  təcrübəsi olmayan adamlar haqqında işlədilən ifadə; ~ boynu qoltuq görməyib, başı əlhəd daşına dəyməyib

    Полностью »
  • ALNINA GÜN DOĞMAQ

    bax: bəxtinə gün doğmaq.

    Полностью »
  • ALNINA YAZILMAQ

    taleyi qabaqcadan müəyyən olmaq.

    Полностью »
  • ALNINDA YEDDİ QIRIŞ VAR

    çox ağıllı, müdrik adamlar haqqında işlədilən ifadə.

    Полностью »
  • ALOV PÜSKÜRMƏK

    qəzəblənmək, hədələmək, asıb-kəsmək.

    Полностью »
  • ALT-ALTDA, ÜST-ÜSTDƏ QOYMAQ

    işi yarımçıq, dağınıq vəziyyətdə dayandırmaq.

    Полностью »
  • ALT DODAĞI YER SÜPÜRÜR, ÜST DODAĞI GÖY

    çirkin, zəhmli, qorxunc adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ALT-ÜST VURMAQ

    bax: altdan-üstdən danışmaq.

    Полностью »
  • ALTDAN GEYİNİB ÜSTDƏN QIFILLANMAQ

    davaya, səfərə və s.-yə hazırlaşarkən döyüş paltarı geyinmək və silahlanmaq (əsasən, nağıllarda işlədilən ifadə)

    Полностью »
  • ALTDAN-ÜSTDƏN DANIŞMAQ

    lazım olan sözü deməmək, həqiqətdən yayınmaq, artıq-əskik danışmaq; ~ nala-mıxa vurmaq.

    Полностью »
  • ALTI DOLU OLMAQ

    var-dövləti, pulu, ehtiyatı çox olmaq.

    Полностью »
  • ALTINDAN ÇIXMAQ

    1. Günahını etiraf etməmək məqsədilə yalandan bəhanələr gətirmək, məsuliyyətdən qaçmağa çalışmaq.  2

    Полностью »
  • ALTINDAN QAÇMAQ

    1. Bir işin məsuliyyətini öz üzərinə götürməmək, məsuliyyətdən qaçmaq.  2. Öhdəsinə götürdüyü işdən imtina etmək; ~ vədinə xilaf çıxmaq

    Полностью »
  • ALTINDAN VURUB ÜSTÜNDƏN ÇIXMAQ

    çox axtarmaq, ələk-vələk eləmək, töküb-töküşdürmək, dağıtmaq; ~ altını üstünə çevirmək, başdan girib ayaqdan çıxmaq, aləmi bir-birinə vurmaq

    Полностью »
  • ALTINI ÇƏKMƏK

    ziyanını görmək, peşman olmaq.

    Полностью »
  • ALTINI ÜSTÜNƏ ÇEVİRMƏK

    cidd-cəhdlə axtarmaq, səylə ələk-vələk etmək, dağıdıb-tökmək; ~ altından vurub üstündən çıxmaq, başdan girib ayaqdan çıxmaq, aləmi bir-birinə vurmaq

    Полностью »
  • ALVERİ ÖLMƏK

    müştərisi azalmaq, pul qazana bilməmək, sərf etdiyi, qoyduğu pulun xeyrini, bəhrəsini görməmək; ~ bazarı bağlanmaq, mayası batmaq

    Полностью »
  • AMAN VERMƏK

    bağışlamaq, güzəşt etmək, mərhəmət göstərmək; ~ basdığını kəsməmək, qaçanı qovmamaq.

    Полностью »
  • AMANI KƏSİLMƏK

    üzülmək, yorulmaq; ~ əldən düşmək, taqətdən düşmək.

    Полностью »
  • AMANINI QIRMAQ

    bərk yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq,  əhədini kəsmək, nəfəsini kəsmək, taqətdən salmaq, haldan salmaq, kələyini kəsmək

    Полностью »
  • AMERİKA AÇMAQ

    məlum olan şeylərdən danışmaq; ~ velosiped icad etmək.

    Полностью »
  • ANA-BALA ELƏMƏK

    eyni şeydən bir neçə ədəd almaq.

    Полностью »
  • ANA XƏTT

    əsas, həlledici, leytmotiv.

    Полностью »
  • ANA UŞAĞI

    müstəqil həyata alışmamış, sakit, utancaq.

    Полностью »
  • ANADAN ƏMDİYİ SÜD BURNUNDAN GƏLMƏK

    hədsiz əzab-əziyyət çəkmək, ağır çətinliklərlə üzləşmək.

    Полностью »
  • ANADAN OLMAQ

    doğulmaq; ~ dünyaya gəlmək.

    Полностью »
  • ANASI AĞLAR QALMAQ

    ölmək, gözüyaşlı qalmaq.

    Полностью »
  • ANASI NAMAZ ÜSTƏ İMİŞ

    xata-bəladan xilas olmuş, böyük təhlükədən salamat çıxmış adam haqqında deyilən ifadə; ~ Allah üzünə baxıb

    Полностью »
  • ANASINI AĞLAR QOYMAQ

    öldürmək, bədbəxt etmək, zülm etmək; ~ divan tutmaq.

    Полностью »
  • ANASINI AĞLATMAQ

    zülm etmək; bərk cəzalandırmaq; ~ divan tutmaq.

    Полностью »
  • ANASININ ƏMCƏYİNİ KƏSƏN

    dan. hər cür yaramazlıq edən əclaf, qəddar və şərəfsiz adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ANASININ QARNINDA ÖYRƏNİB

    çox kiçik yaşlarından dərin ağıl, bilik, fəhm nümayiş etdirən uşaq haqqında işlədilən ifadə.

    Полностью »
  • ANASININ SÜDÜ HALAL OLSUN

    çox tərbiyəli, ağıllı, xeyirxah adam haqqında söylənilən ifadə, nitq etiketi.

    Полностью »
  • AND İÇMƏK

    müqəddəs varlıqların, yaxud ən istəkli bir şəxsin adını çəkməklə dediyinin həqiqiliyinə inandırmaq.

    Полностью »
  • AND VERMƏK

    müqəddəslərin, möhtərəm şəxslərin adını çəkməklə kimdənsə nəyisə təvəqqe, xahiş etmək.

    Полностью »
  • ANQUTA DÖNMƏK

    arıqlıqdan (anqut kimi) boğazı uzanmaq; ~ anqutu çıxmaq.

    Полностью »
  • ANQUTU ÇIXMAQ

    bax: anquta dönmək.

    Полностью »
  • AR GƏLMƏK

    utanmaq; ~ xəcalət çəkmək, özünə sığışdırmamaq.

    Полностью »
  • ARA DÜZƏLTMƏK

    barışdırmaq, yaxınlaşdırmaq, vasitəçilik etmək, mehribanlıq yaratmaq; ~ ara sazlamaq.

    Полностью »
  • ARA QARIŞDI, MƏZHƏB İTDİ

    qarışıqlıq düşmüş, xaos yaranmış vəziyyət, situasiya haqqında; ~ kimin əlinin kimin cibində olduğu bilinməmək

    Полностью »
  • ARA QARIŞDIRMAQ

    xaos, qarışıqlıq yaratmaq; ~ ara vurmaq, ara qatmaq, araya girmək, nifaq salmaq, çaxnaşma salmaq, ləc salmaq, ocağa odun atmaq, odun üstünə yağ tökmək

    Полностью »
  • ARA QARIŞMAQ

    qarışıqlıq düşmək; ~ kimin əlinin kimin cibində olduğu bilinməmək,  bir-birinə dəymək (qarışmaq), qiyamət qopmaq

    Полностью »
  • ARA QATMAQ

    bax: ara qarışdırmaq.

    Полностью »
  • ARA QIZIŞDIRMAQ

    vəziyyəti gərginləşdirmək.

    Полностью »
  • ARA SAZLAMAQ

    bax: ara düzəltmək.

    Полностью »
  • ARA SÖZÜ

    şayiə, yalan xəbər, uydurma.

    Полностью »
  • ARA VERMƏK

    dayanmaq, fasilə etmək.

    Полностью »
  • ARA VURMAQ

    münasibətləri korlamaq, kimləri isə küsdürmək, əlaqələrini kəsmək; ~ ara qarışdırmaq, araya girmək, ləc salmaq, suyu bulandırmaq, söz aparıb-gətirmək

    Полностью »
  • ARA YERDƏ QALMAQ

    sahibsiz, kimsəsiz, əlacsız qalmaq; ~ ortalıqda qalmaq.

    Полностью »
  • ARABA İLƏ DOVŞAN TUTMAQ

    1. Bir şeyi tədbirlə, hiylə və siyasətlə əldə etməyi bacarmaq.  2. Çox ləng işləmək, bir işi çox ağır, yavaş görmək

    Полностью »