Azərbaycan dilinin frazeologiya lügəti

  • ARANI DAĞA, DAĞI ARANA DAŞIMAQ (APARMAQ)

    müəyyən bir məsələ haqqında çox fikirləşmək, dərin fikrə getmək, götür-qoy etmək.

    Tam oxu »
  • ARANI KƏSMƏK

    münasibətə son qoymaq, get-gəli dayandırmaq.

    Tam oxu »
  • ARANI QATMAQ

    kiminsə işlərinə mane olmaq, cəncəl, qalmaqal salmaq; ~ isti aşına soyuq su qatmaq.

    Tam oxu »
  • ARANI SAZ ELƏMƏK

    dostlaşmaq, yaxşı münasibətlər qurmaq, daha da mehriban olmaq; ~ arası düzəlmək, arası kök (saz) olmaq

    Tam oxu »
  • ARANI SOYUTMAQ

    əlaqələri zəifləmək, get-gəli, ünsiyyəti azaltmaq.

    Tam oxu »
  • ARASI AÇIQ OLMAQ

    yaxın olmaq, səmimi münasibət qurmaq, hər sözü yanında danışa bilmək.

    Tam oxu »
  • ARASI AÇILMAQ

    yaxınlaşmaq, dostlaşmaq, daha yaxın olmaq.

    Tam oxu »
  • ARASI DƏYMƏK

    bax: araları dəymək.

    Tam oxu »
  • ARASI DÜZƏLMƏK

    münasibətləri yaxşılaşmaq; ~ aranı saz eləmək.

    Tam oxu »
  • ARASI KƏSİLMƏMƏK

    fasilə verməmək, bitməmək, qurtarmamaq, davam etmək; ~ ardı-arası kəsilməmək, ardı kəsilməmək.

    Tam oxu »
  • ARASI KÖK (SAZ) OLMAQ

    münasibətləri yaxşı olmaq; ~ aranı saz eləmək.

    Tam oxu »
  • ARASI OLMAQ

    əlaqəsi, dostluğu olmaq; xoşlamaq, istəmək.

    Tam oxu »
  • ARASI SOYUMAQ

    bax: araları soyumaq (sərinləmək).

    Tam oxu »
  • ARATA QOYMAQ

    toxum səpməzdən əvvəl şumu suvarmaq.

    Tam oxu »
  • ARATI ÇIXMAQ

    müəyyən dərəcədə quruyaraq səpin üçün münasib hala gəlmək.

    Tam oxu »
  • ARATI QAÇMAQ

    çox qurumaq (torpaq haqqında), lazımi dərəcəni keçmək.

    Tam oxu »
  • ARAYA DÜŞMƏK

    1. Vasitəçilik etmək.  2. Gözlənilmədən əlavə iş yaranmaq.

    Tam oxu »
  • ARAYA GİRMƏK

    1. Kimlərinsə münasibətinin pozulmasına səbəb olmaq; ~ ara vurmaq, ara qarışdırmaq.  2. Münaqişə edən tərəflər arasında vasitəçi olmaq, onları barışdı

    Tam oxu »
  • ARAYA QOYMAQ

    gülüş hədəfinə çevirmək, dolamaq; ~ məsxərəyə qoymaq, ələ salmaq, lağa qoymaq, söz qoşmaq, ortaya qoymaq, hoydu-hoyduya götürmək, vedrə bağlamaq

    Tam oxu »
  • ARAYA SÖZ QATMAQ (SALMAQ)

    1. Mübahisə törətmək, narazılıq yaratmaq.  2. Söhbət zamanı əsas məsələdən danışmamağa, fikri yayındırmağa çalışmaq; ~ söhbəti fırlatmaq, aralığa söz

    Tam oxu »
  • ARAYA SU SƏPMƏK

    münasibətləri yoluna qoymaq, sülh yaratmaq.

    Tam oxu »
  • ARAYA YAYLIQ ATMAQ

    dava-dalaşı dayandırmaq, dalaşanları ayırmaq.

    Tam oxu »
  • ARAZ AŞIĞINDANDIR, KÜR TOPUĞUNDAN

    heç bir dərdi, fikri, qayğısı olmayan, heç nəyi vecinə almayan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ARDI-ARASI KƏSİLMƏMƏK

    bax: arası kəsilməmək.

    Tam oxu »
  • ARDI KƏSİLMƏMƏK

    bax: arası kəsilməmək.

    Tam oxu »
  • ARĞAC KEÇMƏK

    kiməsə mane olmaq, düzəlmək üzrə olan bir işi cürbəcür yollarla pozmaq, düzəlməyə qoymamaq; ~ əngəl çıxarmaq, pəl vurmaq (qatmaq)

    Tam oxu »
  • ARXA-ARXAYA VERMƏK

    köməkləşmək, əlbir olmaq; ~ kürək-kürəyə vermək.

    Tam oxu »
  • ARXA ÇEVİRMƏK

    əlaqəni kəsmək, münasibətləri pozmaq; nankorluq, xəyanət etmək; ~ üz çevirmək (döndərmək), kürək çevirmək

    Tam oxu »
  • ARXA DURMAQ

    havadarlıq etmək, dayaq olmaq, müdafiə etmək; ~ hayan durmaq.

    Tam oxu »
  • ARXA QAPIDAN SOXULMAQ

    layiq olmadığı yeri tutmağa can atmaq.

    Tam oxu »
  • ARXADA DA GÖZÜ VAR

    hər şeyə ciddi nəzarət edən, gözündən heç nə qaçırmayan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ARXASI YERƏ GƏLMƏK (DƏYMƏK)

    basılmaq, məğlub olmaq; ~ kürəyi yerə gəlmək.

    Tam oxu »
  • ARXASINDA DAĞ KİMİ DAYANMAQ

    bax: arxasında dayanmaq.

    Tam oxu »
  • ARXASINDA DAYANMAQ

    yaxından tanıdığı bir adamı himayə etmək, çətin vəziyyətdə, dar məqamda öz köməyini əsirgəməmək, müdafiə etmək; ~ arxasında dağ kimi dayanmaq, dalında

    Tam oxu »
  • ARXASINI YERƏ VERMƏMƏK

    özünü günahkar bilməmək, ittihamı qəbul etməmək.

    Tam oxu »
  • ARXASINI YERƏ VURMAQ (QOYMAQ)

    məğlub etmək, çökdürmək; ~ kürəyini yerə vurmaq (qoymaq).

    Tam oxu »
  • ARXAYIN SALMAQ

    xatircəm etmək, əmin etmək, nigaranlıqdan qurtarmaq, qəlbən rahat etmək; ~ layla demək.

    Tam oxu »
  • ARXI TULLANMAMIŞ “HOP” DEMƏK

    işi bitirməmiş lovğalanmaq, görülməmiş işin nəticələri haqqında danışmaq; ~ çay gəlməmiş çırmanmaq (soyunmaq)

    Tam oxu »
  • ARI-NAMUSU YEMƏK

    həyasızlaşmaq, heç nədən utanmamaq; ~ abır-həyanı itirmək.

    Tam oxu »
  • ARI YEYİB NAMUSU ATMAQ

    abır-həyasını itirmək, abırsız olmaq.

    Tam oxu »
  • ARI YUVASI

    qələbəlik, insanların bir ağızdan danışdıqları yer.

    Tam oxu »
  • ARI YUVASINA ÇÖP SOXMAQ (UZATMAQ)

    hirsləndirmək, hiddətə, etiraza səbəb olmaq; ~ əsəbləri ilə oynamaq.

    Tam oxu »
  • ARIĞIN QORUQDA NƏ İŞİ

    arzu edilməyən bir yerə gedən, gücünə və imkanına uyğun gəlməyən işlə məşğul olaraq zərər çəkən adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • ARIM VAR, ARIM VAR - EŞŞƏKARISI

    birisinin çox təriflədiyi bir şeyi ortaya çıxararkən heç də deyilən kimi olmadığını bildirən ifadə.

    Tam oxu »
  • ARİFƏ BİR İŞARƏ

    bir şeyi çox tez, dərhal, adi eyhamdan başa düşən insanlar haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ARMUD SAPLAĞINA DÖNMƏK

    bax: boğazı armud saplağına dönmək.

    Tam oxu »
  • ARPA ÇÖRƏYİ

    adamlara yovuşmayan, özünə qapılan, tək qalmağı sevən şəxslər haqqında işlədilən ifadə; ~ quru balıq

    Tam oxu »
  • ARPASI ARTIQ DÜŞMƏK

    bax: yalı artıq düşmək.

    Tam oxu »
  • ARŞIN UDMAQ

    düz və hərəkətsiz dayanmaq, tərpənməmək; ~ lom udmaq.

    Tam oxu »
  • ARTIQ-ƏSKİK DANIŞMAQ

    danışarkən əndazəni aşmaq, etik hədləri keçmək.

    Tam oxu »