Фразеологический словарь азербайджанского языка

  • AYAĞINI YERDƏN GÖTÜRÜR

    az-çox işlək vəziyyətdə olan avtomobil haqqında işlədilən ifadə.

    Полностью »
  • AYAĞINI YERƏ VURMAQ

    hirslənmək, qeyzlənmək.

    Полностью »
  • AYAĞINI YORĞANINA GÖRƏ UZATMAQ

    öz imkanlarına görə hərəkət etmək, imkanına görə yaşamaq.

    Полностью »
  • AYAĞININ ALTI YER GÖRMƏMƏK

    dayanmadan fasiləsiz işləmək, istirahət etməmək, dinclik bilməmək.

    Полностью »
  • AYAĞININ ALTINA DAŞ QOYMAQ

    ürəkləndirmək, həvəsləndirmək, şirnikdirmək; ~ qoltuğuna qarpız vermək, belinə palan basmaq.

    Полностью »
  • AYAĞININ ALTINA DƏMİR ATIN

    gəlməsi arzuedilən və çoxdan görünməyən bir adam bir yerə birinci dəfə, ya da uzun müddət keçdikdən sonra gəldikdə işlədilən ifadə

    Полностью »
  • AYAĞININ ALTINA DÜŞMƏK

    bax: ayağına düşmək.

    Полностью »
  • AYAĞININ ALTINA SALMAQ

    döymək, təpikləmək.

    Полностью »
  • AYAĞININ ALTINDAN YER QAÇMAQ

    üzləşdiyi gözlənilməz vəziyyət və ya eşitdiyi xəbərdən bərk təsirlənmək, həyəcanlanmaq, qorxmaq; ~ əl-ayağı yerdən üzülmək, əli üzündə qalmaq, ayağı y

    Полностью »
  • AYAĞININ ALTINI QAZIMAQ (EŞMƏK)

    əleyhinə xəlvəti iş görmək, zərər vurmaq; ~ quyu qazmaq, badalaq gəlmək (vurmaq), məzarını qazmaq.

    Полностью »
  • AYAĞININ ALTINI ÖPMƏK

    birinin qabağında alçalaraq yalvarmaq, özünü son dərəcə alçaltmaq.

    Полностью »
  • AYAĞININ BİRİNİ GÖTÜRÜB BİRİNİ QOYMAQ

    narahatlıq keçirmək, həyəcanlanmaq, intizarda olmaq.

    Полностью »
  • AYAQ AÇMAQ

    1. Yeriməyə başlamaq.  2. Bir yerə tez-tez gedib-gəlməyə başlamaq.

    Полностью »
  • AYAQ ALMAQ

    tələsmək, tez-tez, cəld yerimək, qaçmaq, iri addımlarla yerimək; ~ ayaq götürmək.

    Полностью »
  • AYAQ ALTINA DÜŞMƏK

    tapdanmaq.

    Полностью »
  • AYAQ ALTINA SALMAQ

    hörmətdən, nüfuzdan, qiymətdən salmaq.

    Полностью »
  • AYAQ ALTINDA QALMAQ

    tapdanmaq, təzyiqə məruz qalmaq, sayılmamaq; ~ tapdaq altında olmaq.

    Полностью »
  • AYAQ-AYAĞA QOYMAQ

    davamlı etiraz etmək, mübahisə etmək, dirəşmək, razılaşmamaq; ~ qoz-qoz oynamaq, kəllə-kəlləyə gəlmək

    Полностью »
  • AYAQ BASMAĞA YER OLMAMAQ

    bir yerdə çox tünlük, qələbəlik, izdiham olmaq; ~ iynə atsan, yerə düşməz.

    Полностью »
  • AYAQ BASMAQ

    gəlmək, daxil olmaq; ~ qədəm basmaq.

    Полностью »
  • AYAQ BASMAMAQ

    bir yerə gedib-gəlməmək, əlaqəsini kəsmək.

    Полностью »
  • AYAQ DÖYMƏK

    bir işin dalınca həddindən çox getmək, bir yerə tez-tez gedib-gəlmək; ~ təpik döymək, daban döymək, yol ağartmaq

    Полностью »
  • AYAQ GÖTÜRMƏK

    tələsmək, tez-tez, cəld yerimək, qaçmaq, iri və sürətli addımlarla yerimək; ~ ayaq almaq.

    Полностью »
  • AYAQ QOYMAĞA YER TAPMAMAQ

    bax: ayaq basmağa yer olmamaq.

    Полностью »
  • AYAQ SAXLAMAQ

    dayanmaq, durmaq.

    Полностью »
  • AYAQ TUTMAQ

    təzə-təzə yeriməyə başlamaq.

    Полностью »
  • AYAQ ÜSTƏ CANI ÇIXMAQ

    bax: ayaq üstə qırxı çıxmaq.

    Полностью »
  • AYAQ ÜSTƏ QIRXI ÇIXMAQ

    çox zəif, arıq olmaq; ~ ayaq üstə üzülmək, ayaq üstə canı çıxmaq, ortası ortasından keçmək, bir dəri, bir sümük qalmaq

    Полностью »
  • AYAQ ÜSTƏ QOYMAQ

    dirçəltmək, sağaltmaq, gücləndirmək; ~ ayağa qaldırmaq.

    Полностью »
  • AYAQ ÜSTƏ QURUMAQ

    çox arıqlamaq; ~ ayaq üstə ölmək, çöpə dönmək.

    Полностью »
  • AYAQ ÜSTƏ ÖLMƏK

    1. Qorxudan, həyəcandan sarsılmaq; ~ sarısını udmaq, dirigözlü ölmək.  2. Çox arıqlamaq; ~ ayaq üstə qurumaq

    Полностью »
  • AYAQ ÜSTƏ ÜZÜLMƏK

    bax: ayaq üstə qırxı çıxmaq.

    Полностью »
  • AYAQ ÜSTƏ YATMAQ

    çox yorğun olmaq; ~ taqətdən düşmək.

    Полностью »
  • AYAQ VERMƏK

    başqasının söhbətə başlaması üçün nə isə demək; ifa zamanı bir pərdədən, bir şöbədən başqasına keçid etmək

    Полностью »
  • AYAQALTI ELƏMƏK

    1. Bir yerə tez-tez gedib-gəlmək.  2. Alçaltmaq, təhqir etmək.

    Полностью »
  • AYAQDA OLMAQ

    daim hazır vəziyyətdə olmaq, ayıq olmaq, gözlənilən hər şeyə cəld reaksiya vermək.

    Полностью »
  • AYAQDAN DÜŞMƏK

    1. Yeriməkdən, gəzməkdən yorulmaq.  2. Qocalmaq; ~ taqətdən düşmək, əldən düşmək.

    Полностью »
  • AYAQDAN SALMAQ

    1. Çox gəzdirib yormaq; ~ əldən salmaq, haldan salmaq; 2. Üzmək, iztirab, cəfa və əziyyət vermək.

    Полностью »
  • AYAQLARI DOLAŞMAQ

    səndələmək, normal yeriyə bilməmək; ~ müvazinətini itirmək, ləngər vurmaq, səkkiz yazmaq.

    Полностью »
  • AYAQLARI YERƏ MIXLANMAQ

    bax: yerə mıxlanmaq.

    Полностью »
  • AYAQLAŞA BİLMƏMƏK

    nəyi isə başqaları kimi bacarmamaq, onlarla bir səviyyədə olmamaq, geridə qalmaq.

    Полностью »
  • AYAQYALIN QOYMAQ

    var-yoxunu əlindən almaq; ~ lüt qoymaq, əliyalın qoymaq.

    Полностью »
  • AYBI ÇÖLƏ ÇIXMAQ

    sirr və nöqsanları camaata məlum olmaq, rüsvay olmaq.

    Полностью »
  • AYBINA GƏLMƏK

    özü üçün nöqsan və qəbahət  hesab etmək, utanmaq; ~ xəcalət çəkmək, özünə sığışdırmamaq, ar gəlmək.

    Полностью »
  • AYBINA KOR OLMAQ

    öz eyib və nöqsanlarını anlayaraq peşman olmaq, utanmaq; ~ xəcalət çəkmək.

    Полностью »
  • AYDA-İLDƏ BİR

    hərdən, hərdənbir, gec-gec, çox nadir hallarda.

    Полностью »
  • AYDAN ARI, SUDAN DURU

    təmiz, pak, məsum.

    Полностью »
  • AYDAN GƏLMƏK

    heç nədən məlumatı olmamaq, xəbərsiz olmaq.

    Полностью »
  • AYDINLIĞA ÇIXMAQ

    uzun əzab və çətinlikdən sonra xoşbəxt, rahat və məsud həyat yaşamağa başlamaq; ~ ağ günə çıxmaq (çatmaq)

    Полностью »
  • AYI XİDMƏTİ

    kömək etmək əvəzinə çətinlik yaradan bacarıqsız addım, xeyirxah niyyətlə görülən, lakin zərərlə nəticələnən iş

    Полностью »