Фразеологический словарь азербайджанского языка

  • AZ AŞIM, AĞRIMAZ BAŞIM

    bax: ac qulağım, dinc qulağım.

    Полностью »
  • AZ AŞIN DUZU DEYİL

    çox şeydən agah olan, hazırcavab, çox hiyləgər, bic, araqarışdıran adam haqqında deyilən ifadə; ~ özünə görə deyil

    Полностью »
  • AZ GETMƏK, ÜZ GETMƏK, DƏRƏ-TƏPƏ, DÜZ GETMƏK

    çox yol qət etmək, dağlar-təpələr aşmaq.

    Полностью »
  • AZAD NƏFƏS ALMAQ

    çətinlikdən xilas olmaq, sərbəstlik yaranmaq; ~ rahat nəfəs almaq.

    Полностью »
  • AZAD OLMAQ

    doğmaq, dünyaya uşaq gətirmək.

    Полностью »
  • AZAR TUTMAQ

    azarlamaq, xəstələnmək.

    Полностью »
  • AZAR VERMƏK

    incitmək, narahat etmək; ~ əziyyət vermək.

    Полностью »
  • AZARA DÜŞMƏK

    1. Xəstələnmək, naxoşlamaq.  2. Çətin vəziyyətə düşmək, çətinliyə tuş gəlmək; ~ xataya düşmək.

    Полностью »
  • AZARA SALMAQ

    1. Kimisə bir şeyə həvəsləndirmək, cəlb etmək, dadandırmaq; xəstələndirmək; ~ yatağa salmaq.  2. Dolaşdırmaq, çətin vəziyyətə salmaq; ~ xataya salmaq

    Полностью »
  • AZARDAN QALXMAQ

    yenicə sağalmaq, səhhəti yaxşılaşmaq; ~ yataqdan qalxmaq, yorğan-döşəkdən durmaq.

    Полностью »
  • AZARI QALXMAQ

    tərgitdiyi vərdişə təzədən başlamaq, yenidən pis işə qurşanmaq.

    Полностью »
  • AZARINI ÇƏKMƏK

    başqasının əvəzinə əziyyət çəkmək.

    Полностью »
  • AZARINI ÖLDÜRMƏK

    istəyini gerçəkləşdirmək; ~ nəfsini öldürmək, qurdunu öldürmək.

    Полностью »
  • BAB GƏLMƏK

    1. Biri ilə ortaq cəhətləri çox olmaq, bir-birinə uyğun gəlmək, oxşar olmaq, gücləri bərabər olmaq.  2

    Полностью »
  • BABA OCAĞI

    ata-baba yurdu, əcdadların yaşamış olduğu məkan.

    Полностью »
  • BABALI BOYNUNA

    məsuliyyəti, günahı kiminsə üzərinə qoymaq.

    Полностью »
  • BABALINI YUYA BİLMƏMƏK

    başqasının məsuliyyətini, günahını öz üzərinə götürməkdən boyun qaçırmaq.

    Полностью »
  • BABAM MƏNƏ KOR DEYİB, HƏR YETƏNƏ VUR DEYİB

    heç kimi saya salmamaq, öz bildiyini eləmək.

    Полностью »
  • BABASININ QİYMƏTİNİ ÜSTÜNƏ QOYMAQ

    çox bahalı satmaq, satılan məhsulun qiymətini hədsiz dərəcədə şişirtmək.

    Полностью »
  • BACARANA BAŞ QURBAN

    bax: bacarana can qurban.

    Полностью »
  • BACARANA CAN QURBAN

    müəyyən işdə uğur qazanmış bacarıqlı, qabiliyyətli insanlar barəsində deyilən ifadə; ~ bacarana baş qurban

    Полностью »
  • BACARDIĞINI BEŞ QABA ÇƏKMƏK

    əlindən gələni etmək, qorxmamaq, çəkinməmək.

    Полностью »
  • BACASINDAN QUYRUQ YAĞMAQ

    varlanmaq, dövlətli olmaq; ~ əli gətirmək.

    Полностью »
  • BADA GETMƏK

    puç olmaq, zay olmaq; ~ boşa çıxmaq (getmək), hədər getmək.

    Полностью »
  • BADA VERMƏK

    yox etmək, məhv etmək, tələf etmək; ~ ölümə vermək, güllə qabağına vermək.

    Полностью »
  • BADALAQ GƏLMƏK (VURMAQ)

    mane olmaq, aldatmaq; birinin işini pozmaq, əleyhinə xəlvəti plan hazırlamaq; ~ hiylə gəlmək (işlətmək), fırıldaq gəlmək, kələk gəlmək, ayağının altın

    Полностью »
  • BAĞ BELƏ, BOSTAN BELƏ

    yalançı vəd, şişirtmə, uydurma söhbətlər haqqında söylənilən ifadə.

    Полностью »
  • BAĞANI YA ARXASI ÜSTƏ ÇEVİR, YA ÖLDÜR

    istənilən halda sonu pis nəticələnən hərəkət haqqında işlədilən ifadə.

    Полностью »
  • BAĞAYARPAĞI İLƏ QUZUQULAĞINI TANIMAMAQ

    axmaq, bəsit, səfeh olmaq.

    Полностью »
  • BAĞIRSAĞINI AYAĞINA DOLAŞDIRMAQ

    bıçaqlamaq, xəncərlə öldürmək.

    Полностью »
  • BAĞLARI QIRMAQ

    əlaqəni kəsmək, get-gəli dayandırmaq, ünsiyyətdə olmamaq; ~ körpüləri yandırmaq.

    Полностью »
  • BAĞLI QAPI ÜZÜNƏ AÇILMAQ

    müvəffəq olmaq, işi düzəlmək; ~ bəxti gətirmək, bəxti üzünə gülmək, işi düz gətirmək.

    Полностью »
  • BAĞRI ÇATLAMAQ

    1. İnfarkt olmaq, ölmək.  2. Bərk narahatlıq keçirmək, darıxmaq; ~ əzab çəkmək, ürəyi partlamaq.

    Полностью »
  • BAĞRI DAŞA DÖNMƏK

    sərtləşmək, hissini itirmək, insafsız, rəhmsiz olmaq.

    Полностью »
  • BAĞRI KÖZƏ DÖNMƏK

    çox üzülmək, hədsiz sıxıntı çəkmək.

    Полностью »
  • BAĞRI QAN OLMAQ

    kədərlənmək, qüssələnmək; ~ bağrı qana dönmək.

    Полностью »
  • BAĞRI QANA DÖNMƏK

    bax: bağrı qan olmaq.

    Полностью »
  • BAĞRI YANMAQ

    susamaq; ~ ürəyi yanmaq, ciyəri yanmaq.

    Полностью »
  • BAĞRI YARILMAQ

    çox bərk qorxmaq; ~ ürək-göbəyi düşmək, zəhri yarılmaq.

    Полностью »
  • BAĞRINA BASMAQ

    məhəbbətlə, nəvazişlə qucaqlamaq, ürəklə görüşmək.

    Полностью »
  • BAĞRINI DAĞLAMAQ

    həddindən artıq kədərləndirmək, əzab vermək.

    Полностью »
  • BAĞRINI DƏLMƏK

    dərindən kədərləndirmək, sarsıtmaq, dərddən üzmək.

    Полностью »
  • BAĞRINI QAN ELƏMƏK

    bax: bağrını qana döndərmək.

    Полностью »
  • BAĞRINI QANA DÖNDƏRMƏK

    həddən artıq kədərləndirmək; ~ bağrını qan eləmək, iztirab vermək.

    Полностью »
  • BAĞRINI YARMAQ

    bərk qorxutmaq; ~ zəhrini yarmaq, ürəyini partlatmaq, ürəkqopmasına salmaq, ürək-göbəyini salmaq. 

    Полностью »
  • BAHA BAŞA GƏLMƏK

    ağır nəticələr vermək, nəticəsi ağır olmaq; ~ baha oturmaq, xərc aparmaq.

    Полностью »
  • BAHA OTURMAQ

    1. Baha qiymətə almaq; ~ baha başa gəlmək.  2. Çox pis, ağır nəticələnmək.

    Полностью »
  • BAHARI XƏZAN OLMAQ

    gəncliyi erkən solmaq, üzüntülü bir ömür yaşadığından tez qocalmaq.

    Полностью »
  • BAHASINA PUL VERMƏMƏK

    bir şeyi pulsuz almaq, öz zəhməti hesabına (məs.: meyvə-tərəvəzi), havayı və ya təsadüfən əldə etmək

    Полностью »
  • BAXIŞ BUCAĞI

    bir şeyə konkret mövqedən yanaşma, fərqli prizmadan yanaşma; ~ nəzər nöqtəsi.

    Полностью »