Фразеологический словарь азербайджанского языка

  • BAXYA TUTMAQ

    bir yerdə və ya bir işdə sabitləşmək, dayanmaq; sakitləşmək, rahat olmaq; ~ qərar tutmaq (tapmaq), bir yerdə tikiş tutdurmaq

    Полностью »
  • BAQAJA QOYMAQ

    dan. satqınlıq, çuğulluq etmək, pis vəziyyətdə qoymaq; ~ ələ vermək.

    Полностью »
  • BALABANÇIYA DƏM TUTMAQ

    tərəfkeşlik etmək, birisinin tərəfini saxlamaq; ~ züy tutmaq.

    Полностью »
  • BALABANDA QANDIRMAQ

    mətləbi, sözü dolayısı ilə, incə işarələrlə başa salmaq.

    Полностью »
  • BALALARININ BAŞINA ÇEVİRMƏK

    bağışlamaq, əfv etmək, sərt qərarını dəyişərək güzəşt etmək; ~ başına dolandırmaq.

    Полностью »
  • BALIĞIN BÖYÜYÜ TABAQ ALTINDADIR

    birisinin yalan danışdığına, əsl həqiqəti gizlətməyə çalışdığına eyham vurmaq məqsədilə işlədilən ifadə

    Полностью »
  • BALTA ÇALMAQ

    bilərəkdən zərər vurmaq, məhv etmək, bir işi pozmaq, sarsıtmaq; ~ balta vurmaq.

    Полностью »
  • BALTA GÖRMƏMİŞ

    əl dəyməmiş, əl vurulmamış, təbii halında qalmış.

    Полностью »
  • BALTA VURMAQ

    bax: balta çalmaq.

    Полностью »
  • BALTANI DİBİNDƏN (KÖKÜNDƏN) VURMAQ

    problemi kökündən həll etmək; sərt yanaşmaq, kəskin qərar qəbul etmək; ~ kökündən baltalamaq (qazımaq), əl yeri qoymamaq

    Полностью »
  • BALTASI DAŞA DƏYMƏK

    işi baş tutmamaq, işi düz gətirməmək.

    Полностью »
  • BALTASI DÜYÜNƏ DÜŞMƏK

    ciddi maneə ilə qarşılaşmaq, işləri düz gətirməmək, çətinliklə üzləşmək; ~ işi düyünə düşmək, işi dolaşığa düşmək

    Полностью »
  • BALTASI KƏSMƏMƏK

    nüfuzu, etibarı olmamaq; ~ sözü keçməmək, ağzı qatıq kəsməmək.

    Полностью »
  • BANAN RESPUBLİKASI

    siyasi sabitliyin olmadığı, tez-tez hərbi çevrilişlərin baş verdiyi ölkə.

    Полностью »
  • BANK ÜSTÜNDƏ OTURMAQ

    bax: xəzinə üstündə oturmaq.

    Полностью »
  • BARIT ÇƏLLƏYİ

    münaqişə və gərginlik mənbəyi.

    Полностью »
  • BARIT QOXUSU GƏLMƏK

    dava-dalaş, müharibə havası duyulmaq.

    Полностью »
  • BARITI ÇATMAMAQ

    bir işə gücü çatmamaq, iqtidarı olmamaq.

    Полностью »
  • BARITI QURU SAXLAMAQ

    hər an döyüşə hazır olmaq.

    Полностью »
  • BARITI YAŞ OLMAQ

    mübarizə aparmağa, iş görməyə imkanı, bacarığı olmamaq.

    Полностью »
  • BARITINI ÇOX ELƏMƏK

    nitqdə və ya davranışda müəyyən qədər sərtliyə yol vermək.

    Полностью »
  • BARITLA ODUN NƏ AŞNALIĞI

    reallaşması heç cür mümkün olmayan birlik, münasibət haqqında işlədilən ifadə.

    Полностью »
  • BARMAĞI AĞZINDA QALMAQ

    heyrətlənmək, təəccüblənmək, donub-qalmaq; ~ mat qalmaq, əli üzündə qalmaq.

    Полностью »
  • BARMAĞI BALA BATMAQ

    bax: əli bala batmaq.

    Полностью »
  • BARMAĞI OLMAQ (İŞLƏMƏK)

    bir işin gizli iştirakçısı olmaq (adətən, mənfi mənada), üzdə görünməsə də, hadisə və proseslərə təsir etmək; ~ əli olmaq

    Полностью »
  • BARMAĞINA DOLAMAQ

    aldatmaq, əlində oyuncaq etmək; ~ ələ salmaq, əlində oynatmaq, barmağında oynatmaq.

    Полностью »
  • BARMAĞINDA OYNATMAQ

    təsiri altında saxlamaq, əlində oyuncaq etmək, istədiyi kimi idarə etmək; ~ əlində oynatmaq.

    Полностью »
  • BARMAĞINI DA TƏRPƏTMƏMƏK

    bax: əlini ağdan-qaraya vurmamaq.

    Полностью »
  • BARMAĞINI DİŞLƏMƏK

    bir şeyi ani olaraq xatırlamaq, sonradan başa düşmək; ~ dodağını dişləmək.

    Полностью »
  • BARMAĞINI GÖZÜNƏ SOXMAQ

    qorxutmaq, əl-qol hərəkətləri ilə hədələmək; ~ hədə-qorxu gəlmək.

    Полностью »
  • BARMAĞINI İLİŞDİRMƏK

    müvəqqəti də olsa, bir işə düzəlmək; müəyyən yeri, mövqeyi tutmaq; ~ özünə yer eləmək.

    Полностью »
  • BARMAĞINI KƏSSƏN, XƏBƏR TUTMAZ

    çox dərin yuxuya gedən barəsində  işlədilən ifadə.

    Полностью »
  • BARMAĞINI SORMAQ

    çox kasıb olmaq, ac olmaq; ~ bir həsirdir, bir Məmmədnəsir, bir lələdir, bir şələ.

    Полностью »
  • BARMAQ QOYMAQ

    başqasının işinə qarışmaq, bir işə mane olmaq; ~ barmaq uzatmaq.

    Полностью »
  • BARMAQ SİLKƏLƏMƏK

    hədələmək, qorxutmaq, təhdid etmək.

    Полностью »
  • BARMAQ UZATMAQ

    başqasının işinə qarışmaq, bir işə mane olmaq; ~ barmaq qoymaq.

    Полностью »
  • BARMAQ YERİ

    bəhanə, girəvə, fürsət.

    Полностью »
  • BARMAQ YERİ QOYMAQ

    münasibəti tam korlamamaq, münasibət üçün əl yeri qoymaq, özünə əlavə ümid yeri qoymaq.

    Полностью »
  • BARMAQHESABI GÖSTƏRMƏK

    hesabda aldatmaq; ~ kələk gəlmək.

    Полностью »
  • BARMAQLA GÖSTƏRİLMƏK

    yaxşı və ya pis əməlləri ilə tanınmaq, məşhur olmaq; ~ ad çıxarmaq.

    Полностью »
  • BARMAQLA SAYILMAQ

    sayı çox az olmaq.

    Полностью »
  • BARMAQLARI QIZILDIR

    bax: əli qızıl olmaq.

    Полностью »
  • BAS BAYIRA

    “rədd ol”, “gözüm səni görməsin” mənasında əmr, təkid bildirən ifadə.

    Полностью »
  • BASARATI BAĞLANMAQ

    duya bilməmək, kütləşmək, qafil olmaq; ~ gözləri bağlanmaq, gözləri yumulmaq, bəsirəti bağlanmaq.

    Полностью »
  • BASDIĞINI KƏSMƏMƏK

    mərhəmətli, rəhmdil olmaq, günahından keçmək, bağışlamaq; ~ qaçanı qovmamaq, aman vermək.

    Полностью »
  • BAŞ AÇMAQ

    anlamaq, dərk etmək; ~ öhdəsindən gəlmək, baş tapmaq.

    Полностью »
  • BAŞ AĞARTMAQ

    bir işdə çox çalışıb təcrübə qazanmaq; ~ saç ağartmaq.

    Полностью »
  • BAŞ AĞRITMAQ

    incitmək, vaxtını almaq, mane olmaq, dəng etmək.

    Полностью »
  • BAŞ ALIB GETMƏK

    1. Hara gəldi çıxıb getmək, uzaqlaşmaq; ~ baş götürüb getmək.  2. Arzuedilməz dərəcədə çoxalmaq.

    Полностью »
  • BAŞ APARMAQ

    bax: baş-beynini aparmaq.

    Полностью »