Фразеологический словарь азербайджанского языка

  • BEHİŞTİ SATIN ALMAQ

    xeyirxahlıq etmək, böyük savab iş görmək; ~ cənnətini qazanmaq, cənnəti satın almaq.

    Полностью »
  • BEL BAĞLAMAQ

    güvənmək, inanmaq, etibar etmək, arxalanmaq; ~ göz dikmək.

    Полностью »
  • BELİ BAĞLI OLMAQ

    1. Bir şeydən tam əmin olmaq.  2. Kiməsə arxalanmaq, arxasında adamı olmaq, güvənmək.

    Полностью »
  • BELİ BÜKÜLMƏK

    1. Qocalmaq; ~ əlif qəddi dal olmaq.  2. Ağır müsibət, bədbəxtlik üz vermək, bədbəxtliyə düçar olmaq; ~ qəddi əyilmək (bükülmək), qaməti əyilmək (bükü

    Полностью »
  • BELİ QIRILMAQ (SINMAQ)

    ağır mənəvi zərbə almaq, çox ağır itkiyə məruz qalmaq.

    Полностью »
  • BELİ ÜZÜKDƏN KEÇMƏK

    çox arıq olmaq, incəbel olmaq.

    Полностью »
  • BELİNƏ ÇÖPDƏN DİRƏK

    böyük imkanları olduğu halda cüzi, əhəmiyyətsiz və faydasız iş görən adam haqqında istehza ilə işlədilən ifadə

    Полностью »
  • BELİNƏ PALAN BASMAQ

    1. Həddindən artıq işlətmək, istismar etmək.  2. Birini həvəsləndirmək, bir işi gördürmək, yaxud ələ salmaq üçün yalandan üzünə tərifləmək, şirnikdirm

    Полностью »
  • BELİNƏ YÜKLƏMƏK

    1. Məsuliyyəti bir başqasının üzərinə atmaq.  2. Pul xərcləməyə məcbur etmək; ~ xərcə salmaq.

    Полностью »
  • BELİNİ ÇƏKMƏK

    1. Beli ağrıdığına görə normal yeriməmək.  2. Uşağa qalmaq üçün türkəçarə müalicə üsulu.

    Полностью »
  • BELİNİ QIRMAQ (SINDIRMAQ)

    ağır mənəvi zərbə vurmaq, son dərəcə sarsıtmaq.

    Полностью »
  • BEŞ KƏLMƏNİ BİR-BİRİNƏ CALAYA BİLMƏMƏK

    nitqi zəif olmaq, fikrini cəmləşdirib deyə bilməmək, savadsız olmaq.

    Полностью »
  • BEŞ KİŞİDƏN BİRİ

    nüfuzlu, hörmətli, sayılan.

    Полностью »
  • BEŞ QƏPİYƏ DƏYMƏZ

    bax: bir qara pula dəyməz.

    Полностью »
  • BEŞ-ÜÇ QƏPİK YİYƏSİ OLMAQ

    azacıq gəliri olmaq, ortabab dolanmaq.

    Полностью »
  • BEŞDƏ ALACAĞI YOX, ÜÇDƏ VERƏCƏYİ

    dərdsiz, qayğısız, heç nəyə görə məsuliyyət daşımayan bivec, səhlənkar adam haqqında işlədilən ifadə

    Полностью »
  • BEŞƏLLİ TUTMAQ (YAPIŞMAQ)

    bax: ikiəlli tutmaq.

    Полностью »
  • BEŞGÜNLÜK DÜNYA

    dünyanın fani, insan ömrünün qısa olduğunu bildirən ifadə; ~ dünya beş gündür, beşi də qara.

    Полностью »
  • BEŞİNCİ KOLON

    düşmənin gizli agentləri, təxribatçılar, casuslar.

    Полностью »
  • BEŞİYİ BAŞINDA DURMAQ

    əsasını qoyanlardan, yaradanlardan olmaq; qoruyub saxlamaq, keşiyini çəkmək.

    Полностью »
  • BEYNİ ÇÖNMƏK

    birdən, qəfil hirslənmək, coşmaq; inad etmək, razılaşmamaq, tərslik etmək; ~ tutması tutmaq.

    Полностью »
  • BEYNİ DAĞILMAQ

    bax: baş-beyni getmək (dağılmaq).

    Полностью »
  • BEYNİ DUMANLANMAQ

    1. Əsəbiləşmək, düzgün fikirləşə bilməmək, özündə olmamaq; ~ fikri dolaşmaq.  2. Sərxoş olmaq.

    Полностью »
  • BEYNİ QIZMAQ

    bərk hirslənmək, əsəbiləşmək, qəzəblənmək; ~ beyninə vurmaq.

    Полностью »
  • BEYNİ PEYİN OLMAQ

    ağılsız, səfeh insanlar haqqında deyilən ifadə.

    Полностью »
  • BEYNİ YERİNDƏN OYNAMAQ

    bir şeydən ani qıcıqlanaraq bərk hirslənmək, əsəbiləşmək; ~ özündən çıxmaq.

    Полностью »
  • BEYNİNDƏ FIRLANMAQ (FIRLATMAQ)

    dayanmadan bir şeyi və ya kimisə düşünmək, bir şey haqqında davamlı düşünmək, götür-qoy etmək.

    Полностью »
  • BEYNİNDƏ QALMAQ

    yaxşı qavramaq; ~ yadda qalmaq.

    Полностью »
  • BEYNİNDƏ ŞİMŞƏK ÇAXMAQ

    beynindən ani və ağlasığmaz bir fikir keçmək; qəfil və arzuolunmaz xəbərdən həyəcanlanmaq, sarsılmaq

    Полностью »
  • BEYNİNDƏ YER ELƏMƏK

    öyrənmək, nəyisə ağlına, yaddaşına həkk etmək.

    Полностью »
  • BEYNİNDƏN ÇIXARMAQ (SİLMƏK)

    bir şeyi unutdurmaq, yadından çıxarmaq.

    Полностью »
  • BEYNİNDƏN ÇIXMAMAQ

    yadından çıxmamaq, unutmamaq.

    Полностью »
  • BEYNİNƏ BATMAQ (GİRMƏK)

    dərk etmək, qəbul etmək, mümkün hesab etmək, inanmaq; ~ ağlı kəsmək, ağlına batmaq, başına batmaq.

    Полностью »
  • BEYNİNƏ DÜŞMƏK

    ağlına bir şey gəlmək, bir şeyi israrla istəmək; ~ ağlına gəlmək (gətirmək), yada salmaq, başına düşmək, ürəyindən keçmək, könlü istəmək

    Полностью »
  • BEYNİNƏ HƏKK ETMƏK (OLUNMAQ)

    dərk etmək, qavramaq, unutmamaq, yaddaşında saxlamaq; ~ yaddaşına yazmaq.

    Полностью »
  • BEYNİNƏ QAN VURMAQ

    bax: beyninə vurmaq.

    Полностью »
  • BEYNİNƏ SALMAQ

    bir şeyi tez-tez deyərək  inandırmaq; ~ beyninə yeritmək.

    Полностью »
  • BEYNİNƏ VURMAQ

    bərk əsəbiləşmək, hiddətlənmək; ~ beyni qızmaq, beyninə qan vurmaq.

    Полностью »
  • BEYNİNƏ YERİTMƏK

    inandırmaq, mənimsətmək, bir şeyi təlqin etmək; ~ beyninə salmaq, qulağını doldurmaq, beynini doldurmaq

    Полностью »
  • BEYNİNƏ YIĞMAQ

    öyrənmək.

    Полностью »
  • BEYNİNİ APARMAQ

    bax: baş-beynini aparmaq.

    Полностью »
  • BEYNİNİ DOLDURMAQ

    bir şeyi çox deyib təlqin etmək, təsir etmək; ~ beyninə salmaq, qulağını doldurmaq.

    Полностью »
  • BEYNİNİ GÖYƏ SOVURMAQ

    odlu silahla öldürmək.

    Полностью »
  • BEYNİNİ XARAB ETMƏK (DEŞMƏK)

    bax: boğaza yığmaq.

    Полностью »
  • BEYNİNİ İŞLƏTMƏK

    bax: başını işlətmək.

    Полностью »
  • BEYNİNİ TOZ ELƏMƏK

    öldürmək.

    Полностью »
  • BEYNİNİ YEMƏK

    təsir etmək, bezdirmək; ~ başını doldurmaq.

    Полностью »
  • BEYNİNİN QAPAĞI ATMAQ

    qəflətən və bərk əsəbiləşmək; ~ özündən çıxmaq.

    Полностью »
  • BEYNİNİN QURDU TƏRPƏNMƏK

    hirslənmək; ~ cin atına minmək, özündən çıxmaq.

    Полностью »
  • BƏD AYAQDA

    çətin vəziyyətdə, ağır məqamda; ~ bərk ayaqda, imtahan ayağında.

    Полностью »