Azərbaycan dilinin frazeologiya lügəti

  • BOĞAZ ÇƏKMƏK (UZATMAQ)

    təkidlə xahiş etmək, yalvarmaq; ~ üz vurmaq, dil uzatmaq.

    Tam oxu »
  • BOĞAZ QALMAQ

    kiminsə yanında hər hansı səbəbdən borclu olmaq.

    Tam oxu »
  • BOĞAZ OLMAQ

    1. Birisi istəmədən ona şərik olmaq, qoşulmaq; ~ qabırğa olmaq, boğaz ortağı olmaq.  2. Borclu olmaq, kiminsə yanında gözükölgəli olmaq

    Tam oxu »
  • BOĞAZ ORTAĞI OLMAQ

    başqasının yeməyinə, mal-mülkünə şərik olmaq; ~ qabırğa olmaq, boğaz olmaq.

    Tam oxu »
  • BOĞAZ OTARMAQ (GƏZDİRMƏK)

    müftəxorluq etmək, orada-burada başqalarının hesabına qarnını doydurmaq.

    Tam oxu »
  • BOĞAZA KEÇMƏK

    ilişmək, yapışmaq; ~ başa bəla olmaq (kəsilmək).

    Tam oxu »
  • BOĞAZA QƏDƏR

    həddindən çox.

    Tam oxu »
  • BOĞAZA YIĞILMAQ

    bezmək, usanmaq; ~ təngə gəlmək, cana yığılmaq, cana doymaq, canı boğazına yığılmaq (gəlmək), cana gəlmək, zinhara gəlmək, hər şeyə tüpürmək, bıçaq sü

    Tam oxu »
  • BOĞAZA YIĞMAQ

    bezdirmək, usandırmaq; ~ təngə gətirmək, cana yığmaq, cana gətirmək, zinhara gətirmək, ürəyini çəkmək (üzmək), gen yerini dar eləmək, başını keçəl elə

    Tam oxu »
  • BOĞAZDAN YUXARI

    qeyri-səmimi, bayağı, boş-boş (ifadə, cümlə, nitq, danışıq haqqında).

    Tam oxu »
  • BOĞAZI ARMUD SAPLAĞINA DÖNMƏK

    çox arıqlamaq, zəifləmək; ~ ayaq üstə qırxı çıxmaq, bir dəri, bir sümük qalmaq.

    Tam oxu »
  • BOĞAZI ƏLDƏ QALMAQ

    çətin vəziyyətdə qalmaq.

    Tam oxu »
  • BOĞAZI ƏLİNDƏ OLMAQ

    birinin əlinə düşmək, taleyi kimdənsə asılı olmaq; ~ ipi başqasının əlində olmaq, əlində qalmaq, canı əlində olmaq

    Tam oxu »
  • BOĞAZI GAVAHINLA DEŞİLİB

    gur, yüksək və qıcıqlandırıcı səslə danışan adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • BOĞAZI GƏLMƏK

    boğazı ağrımaq, boğazında iltihab olmaq.

    Tam oxu »
  • BOĞAZI QURUMAQ

    1. Qorxmaq, cavab verə bilməmək, çətin sual qarşısında aciz qalmaq; ~ tüpürcəyi qurumaq.  2. Susamaq

    Tam oxu »
  • BOĞAZINA BAĞLAMAQ

    zorla və ya hiylə ilə qəbul etdirmək; ~ boynuna qoymaq.

    Tam oxu »
  • BOĞAZINA ÇÖKMƏK

    çıxılmaz vəziyyətə salmaq, bir şeyə məcbur etmək; ~ divara dirəmək (qısnamaq).

    Tam oxu »
  • BOĞAZINA İP SALMAQ

    özünə tabe etmək; ~ başına xalta salmaq, boynuna xalta keçirmək.

    Tam oxu »
  • BOĞAZINA KEÇİRMƏK

    birini başqasına calamaq, ilişdirmək, qəmiş eləmək.

    Tam oxu »
  • BOĞAZINA KEÇMƏK

    özünü zorla sırımaq, əl çəkməmək, qəmiş olmaq.

    Tam oxu »
  • BOĞAZINA KƏNDİR SALMAQ

    kimisə ələ alıb arxasınca aparmaq.

    Tam oxu »
  • BOĞAZINA QURĞUŞUN DOLDURMAQ

    işgəncə vermək, əziyyət etmək.

    Tam oxu »
  • BOĞAZINA ŞƏRİK ÇIXMAQ

    başqasının puluna, var-dövlətinə şərik çıxmaq.

    Tam oxu »
  • BOĞAZINDA BAŞMAQ TAYI QALMAQ

    susmaq, danışmamaq, kənarda qalıb məsələyə qarışmamaq.

    Tam oxu »
  • BOĞAZINDA DÜYÜNLƏNMƏK

    1. Demək istədiyini həyəcandan deyə bilməmək.  2. Həyəcandan, qorxudan yemək yeyə bilməmək.

    Tam oxu »
  • BOĞAZINDA QALMAQ

    dan. istəyinə, arzusuna nail olmamaq (mənfi çalarda); ~ gözündə qalmaq, ürəyində qalmaq.

    Tam oxu »
  • BOĞAZINDAN ÇIXARIB VERMƏK

    özünə yararlı olan bir şeyi məcburiyyət qarşısında qalıb başqasına vermək, özünün ehtiyacı olduğu halda başqasına maddi köməklik etmək

    Tam oxu »
  • BOĞAZINDAN ÇIXARMAQ

    qismət olmamaq, əlində olan bir şeyi itirmək.

    Tam oxu »
  • BOĞAZINDAN KƏSMƏK

    yemək-içməyə ciddi qənaət etmək, qıymamaq; özünə korluq vermək hesabına başqasına yardım etmək.

    Tam oxu »
  • BOĞAZINDAN SU KEÇMƏMƏK

    kədərlənmək, xiffət etmək, üzülmək.

    Tam oxu »
  • BOĞAZINDAN YAPIŞMAQ

    çətin vəziyyətə salmaq, bir şeyə məcbur etmək.

    Tam oxu »
  • BOĞAZINI ARITLAMAQ

    öskürməklə boğazını təmizləmək, danışmağa hazırlaşmaq.

    Tam oxu »
  • BOĞAZINI KƏNDİRDƏN QURTARMAQ

    çətin vəziyyətdən qurtarmaq, xilas etmək.

    Tam oxu »
  • BOĞAZINI KƏNDİRƏ VERMƏMƏK

    təslim olmamaq, inadkarlıq göstərmək.

    Tam oxu »
  • BOĞAZINI QƏHƏR TUTMAQ

    bax: qəhər tutmaq.

    Tam oxu »
  • BOĞAZINI YAĞLAMAQ

    dan. rüşvət vermək.

    Tam oxu »
  • BOĞAZINI YAŞLAMAQ (İSLATMAQ)

    dan. bir az içki içmək (əsasən, alkoqol nəzərdə tutulur).

    Tam oxu »
  • BOĞAZINI YIRTMAQ (CIRMAQ)

    dan. ucadan və əsəbi danışmaq, qışqırmaq; bir şey haqqında təkrar-təkrar və səmərəsiz yerə danışmaq.

    Tam oxu »
  • BOĞAZININ QULU OLMAQ

    ancaq maddiyyat haqqında düşünmək, öz mənfəətini güdmək, çox yeməyə həris olmaq; ~ nəfsinin qulu olmaq

    Tam oxu »
  • BOMBA PARTLATMAQ

    qeyri-adi bir şey eləmək.

    Tam oxu »
  • BOMBOZ BOZARMAQ

    1. Rəngi solmaq.  2. Əsəbdən üz ifadəsi dəyişmək.

    Tam oxu »
  • BORC İÇİNDƏ ÜZMƏK

    çoxlu borcu olmaq; ~ borcu xirtdəyə çıxmaq, xərcə-borca düşmək.

    Tam oxu »
  • BORC OLSUN

    birinin pisliyi müqabilində nə vaxtsa əvəz çıxacağını bildirən hədələyici ifadə.

    Tam oxu »
  • BORCDAN ÇIXMAQ

    əvəzini vermək, minnətdən çıxmaq, qarşılığını vermək.

    Tam oxu »
  • BORCLU ÇIXARMAQ

    başqasını əsassız yerə günahlandırmaq, haqsız hesab etmək; ~ minnət qoymaq.

    Tam oxu »
  • BORCU XİRTDƏYƏ ÇIXMAQ

    bax: borc içində üzmək.

    Tam oxu »
  • BORDAĞA BAĞLAMAQ

    kökəltmək, yedirib-içirmək, rahat həyat yaşatmaq.

    Tam oxu »
  • BORDAQDA SAXLAMAQ

    bax: bordağa bağlamaq.

    Tam oxu »
  • BOSTANI BAR GƏTİRMƏMƏK

    əziyyəti puça getmək, zəhmətinin qarşılığını almamaq.

    Tam oxu »