Azərbaycan dilinin frazeologiya lügəti

  • BOSTANINA DAŞ ATMAQ

    sataşmaq, qıcıqlandırıcı hərəkətlər etmək.

    Tam oxu »
  • BOŞ BURAXMAQ

    bax: boş tutmaq.

    Tam oxu »
  • BOŞ DAMAR

    zəif cəhət, qüsur, xarakterin zəif tərəfi; ~ zəif damar.

    Tam oxu »
  • BOŞ DAMARINI TUTMAQ

    kiminsə zəif cəhətindən istifadə etmək.

    Tam oxu »
  • BOŞ TUTMAQ

    məsuliyyətsizlik etmək, ciddi yanaşmamaq; ~ dərinə getməmək, boş buraxmaq, işin dalına düşməmək. 

    Tam oxu »
  • BOŞ VERMƏK

    ciddiyə almamaq, əhəmiyyət verməmək.

    Tam oxu »
  • BOŞA ÇIXMAQ (GETMƏK)

    1. Gözlədiyi olmamaq, puç olmaq, heç bir nəticə verməmək, niyyəti baş tutmamaq; ~ puça çıxmaq, fıs çıxmaq, bada getmək, hədər getmək

    Tam oxu »
  • BOŞQAB DİBİ YALAMAQ

    yaltaqlanmaq; ~ qazan dibi yalamaq, quyruq bulamaq.

    Tam oxu »
  • BOŞLUQ ETMƏK

    məsuliyyətsizlik etmək; iradəsiz olmaq.

    Tam oxu »
  • BOY ATMAQ

    böyümək, inkişaf etmək; ~ boya vermək.

    Tam oxu »
  • BOY-BOYA VERMƏK

    ayaq üstə yanaşı dayanmaq.

    Tam oxu »
  • BOY GÖSTƏRMƏK

    hansısa xidmətləri ilə tanınmaq, seçilmək, məşhurlaşmaq.

    Tam oxu »
  • BOY OXŞAMAQ

    əzizləyərək xoş sözlər demək.

    Tam oxu »
  • BOY VERMƏK

    1. Boyca, yaxud uzunluqca bərabər olmaq.  2. Adam boyundan yuxarı olmamaq (suyun səviyyəsi).

    Tam oxu »
  • BOYA-BAŞA ÇATDIRMAQ

    böyütmək, yetişdirmək; ~ ərsəyə çatdırmaq.

    Tam oxu »
  • BOYA VERMƏK

    uzanmaq, boy atmaq.

    Tam oxu »
  • BOYAQXANA KÜPÜ DEYİL

    çox da asan və əlçatan deyil.

    Tam oxu »
  • BOYNU BOYUNDURUQLU OLMAQ

    kiminsə tabeliyində olmaq, əsarətdə olmaq, əsir kimi yaşamaq.

    Tam oxu »
  • BOYNU ÇİYNİNƏ QISILMAQ

    yazıq vəziyyətə düşmək, nə edəcəyini bilməmək, əlacsız, çarəsiz qalmaq; ~ boynuburuq qalmaq.

    Tam oxu »
  • BOYNU ƏTLƏNMƏK

    varlanmaq, əlinə pul gəlmək.

    Tam oxu »
  • BOYNU QIRILMIŞ

    daha çox qarğış, bəzən də əzizləmə bildirən ifadə.

    Tam oxu »
  • BOYNU QOLTUQ GÖRMƏYİB

    təcrübəsiz, sınaqdan çıxmamış, çətinlik görməmiş, bərkə-boşa düşməmiş adam haqqında işlədilən ifadə; ~ alnı əlhəd daşına dəyməyib

    Tam oxu »
  • BOYNU TÜKDƏN (QILDAN) NAZİK (İNCƏ)

    kiməsə münasibətdə səhvə yol vermiş suçlu, günahkar, təqsirkar adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BOYNUBURUQ QALMAQ

    bax: boynu çiyninə qısılmaq.

    Tam oxu »
  • BOYNUNA ALMAQ

    bir işi görmüş olduğunu etiraf etmək, açıb söyləmək; ~ boynuna götürmək (çəkmək).

    Tam oxu »
  • BOYNUNA ATMAQ (YIXMAQ)

    təqsiri başqasında görmək, kimi isə günahlandırmaq; ~ boynuna qoymaq (yükləmək), üstünə atmaq (yıxmaq)

    Tam oxu »
  • BOYNUNA DÜŞMƏK

    yerinə yetirmək məcburiyyətində qalmaq; ~ çiyninə düşmək, üzərinə düşmək, öhdəsinə düşmək, üzə düşmək

    Tam oxu »
  • BOYNUNA GÖTÜRMƏK (ÇƏKMƏK)

    1. Bir işi görmüş olduğunu etiraf etmək, açıb söyləmək; ~ boynuna almaq.  2. Öhdəsinə götürmək, üzərinə götürmək; ~ işin altına girmək

    Tam oxu »
  • BOYNUNA XALTA KEÇİRMƏK

    özünə tabe etmək, öz itaəti altına almaq; ~ başına xalta salmaq, boğazına ip salmaq.

    Tam oxu »
  • BOYNUNA KƏFƏN SALMAQ

    ölümü gözünün altına alaraq mübarizəyə qalxmaq; ölüm təhlükəsini gördüyü halda bir şeyə etiraz etmək

    Tam oxu »
  • BOYNUNA QOYMAQ (YÜKLƏMƏK)

    1. Kimi isə haqsız yerə günahlandırmaq; ~ ayağına yazmaq, boğazına bağlamaq, boynuna atmaq (yıxmaq).  2

    Tam oxu »
  • BOYNUNA MİNDİRMƏK

    həddən çox sərbəstlik vermək, güzəştə gedib üz vermək; ~ başına mindirmək, başına çıxarmaq.

    Tam oxu »
  • BOYNUNA MİNMƏK

    birinin üzərində tam hakim olmaq; ~ ixtiyarını əlindən almaq.

    Tam oxu »
  • BOYNUNA MİNNƏT QOYMAQ

    bax: minnət qoymaq.

    Tam oxu »
  • BOYNUNA TORBA SALMAQ

    dilənmək; ~ əl açmaq.

    Tam oxu »
  • BOYNUNA UŞAQ DÜŞMƏK

    hamilə qalmaq; ~ uşağa qalmaq, ikicanlı olmaq.

    Tam oxu »
  • BOYNUNDA HAQQI OLMAQ

    birisinə nə vaxtsa yaxşılıq etmək; söz demək üçün ərki çatmaq.

    Tam oxu »
  • BOYNUNDA QALMAQ

    məsuliyyəti üstündə olmaq; ~ ayağında qalmaq, öhdəsində qalmaq.

    Tam oxu »
  • BOYNUNDA OTURMAQ

    əzab-əziyyət vermək, incitmək, ərköyün böyümək.

    Tam oxu »
  • BOYNUNDA OTURTMAQ

    hədsiz sərbəstlik vermək, cəzasız qoymaq, qudurtmaq.

    Tam oxu »
  • BOYNUNDAN ATMAQ

    imtina etmək, istəməmək, öhdəsinə götürməmək; ~ əlini çəkmək, boyun qaçırmaq.

    Tam oxu »
  • BOYNUNU BÜKMƏK (BURMAQ)

    bikef olmaq, kədərli, yazıq-yazıq, məzlum-məzlum dayanmaq.

    Tam oxu »
  • BOYNUNU SINDIRMAQ

    cəzalandırmaq; ~ dərs vermək.

    Tam oxu »
  • BOYNUNUN ARDINI GÖRƏR

    “imkan vermərəm”, “heç vaxt istəyinə nail olmaz” mənasında işlədilən ifadə; ~ qulağının ardını (dalını, dibini) görər

    Tam oxu »
  • BOYNUNUN KÖKÜNÜ KƏSDİRMƏK

    ciddi nəzarət etmək; tələsdirmək; ~ başının üstünü kəsmək (kəsdirmək).

    Tam oxu »
  • BOYU BİR QARIŞ, SAQQALI İKİ QARIŞ

    azyaşlı, əsasən, alçaqboylu, amma böyük işlər görməyə iddia edən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BOYUN ƏYMƏK

    tabe olmaq, itaət etmək, alçalmaq, təslim olmaq; ~ baş əymək, qılıncının altından keçmək.

    Tam oxu »
  • BOYUN QAÇIRMAQ

    bir işə qarışmamaq, qoşulmamaq, məsuliyyətdən qaçmaq, imtina etmək; ~ özünü qırağa (kənara) çəkmək, kənar durmaq, yaxasını qırağa (kənara) çəkmək, yük

    Tam oxu »
  • BOYUN OLMAQ

    işin həllini öz öhdəsinə götürmək; ~ boynuna götürmək (çəkmək), söz vermək, öhdəsinə almaq (götürmək)

    Tam oxu »
  • BOYUNA BİÇİLMƏK (BİÇİLİB)

    bir şeyin (vəzifə, əşya və s.) şəxsə uyğun olması;  yaraşmaq, uyğun olmaq, düz gəlmək.

    Tam oxu »