Фразеологический словарь азербайджанского языка

  • BIÇAQ ALTINA GETMƏK

    1. Cərrahiyyə əməliyyatına getmək.  2. Bilərəkdən təhlükəli bir işə əl atmaq.

    Полностью »
  • BIÇAQ ALTINDA QALMAQ

    cərrahiyyə əməliyyatından çıxmamaq, ölmək.

    Полностью »
  • BIÇAQ SÜMÜYƏ (BOĞAZA) DİRƏNİB

    vəziyyətin dözülməz olduğunu, narazılığın son həddə çatdığını bildirən ifadə; ~ boğaza yığılmaq, cana doymaq

    Полностью »
  • BIÇAQ VURSAN, QANI ÇIXMAZ

    qeyzlənmək, özünü itirəcək dərəcədə hirslənmək, həddən artıq hirslənmək.

    Полностью »
  • BIĞ AYRI, SAQQAL AYRI

    “hər şeyin öz yeri var” mənasında  işlədilən ifadə; ~ sazan ayrı, fazan ayrı; cin ayrı, şeytan ayrı.

    Полностью »
  • BIĞ YERİ TƏRLƏMƏK

    həddi-büluğa çatmaq.

    Полностью »
  • BIĞDAN GÖTÜRÜB SAQQALA YAXMAQ

    mənasız, faydasız işlər görmək.

    Полностью »
  • BIĞINI BURMAQ

    lovğalanmaq, özünə güvənmək.

    Полностью »
  • BIĞININ ALTINDAN GÜLMƏK

    istehza etmək; ~ ələ salmaq.

    Полностью »
  • BIĞININ ALTINDAN KEÇMƏK

    işinin həlli üçün müəyyən yolla kimisə razı salmaq; razılığını, məsləhətini, xeyir-duasını almaq.

    Полностью »
  • BIĞLARINI ÇEYNƏMƏK

    hirslənmək.

    Полностью »
  • BIĞYAĞI VERMƏK

    1. Rüşvət vermək.  2. Pay vermək.

    Полностью »
  • BİCLİK İŞLƏTMƏK

    bir işi hiylə ilə həll etmək, iş görərkən tədbirli olmaq.

    Полностью »
  • BİLDİR GEDƏN BİLDİRÇİN, HANI SƏNİN BİR QIÇIN

    özündənrazı, təkəbbürlü insanın pərt olmasını, işin öhdəsindən gələ bilməməsini bildirən ifadə.

    Полностью »
  • BİLDİYİNDƏN QALMAMAQ

    təkid, israr etmək, inad etmək, öz bildiyini etmək.

    Полностью »
  • BİLDİYİNİ BABASINA VERMƏMƏK

    fikrindən dönməmək, tərslik etmək, tərs və inadkar olmaq.

    Полностью »
  • BİLDİYİNİ QARNINDA SAXLAMAQ

    az danışmaq, sirrini açmamaq, sirrini özündə saxlamaq.

    Полностью »
  • BİLMƏDİYİ ŞEYƏ QURD DÜŞƏR

    çox bilən, hər şeydən xəbərdar olan şəxs haqqında söylənilən ifadə.

    Полностью »
  • BİNA QOYMAQ

    bax: özül atmaq.

    Полностью »
  • BİNƏ SALMAQ

    bir yеrdə məskən sаlmаq, bərkimək, yerini möhkəm eləmək, daimi yerləşmək, binələmək; ~ kök salmаq.

    Полностью »
  • BİR ADAMIN DA BURNU QANAMADI

    təhlükə yaradan hər hansı hadisədən insanların sağ-salamat çıxması haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR ADAMIN TOYUĞUNA “KİŞ” DEMƏZ (DAŞ ATMAZ)

    heç kəsə pislik etməyən, sakit, mülayim xasiyyətli adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR ADDIM DA GERİ ÇƏKİLMƏMƏK

    bax: geri çəkilməmək.

    Полностью »
  • BİR ADDIM DA GÖZÜNDƏN QOYMAMAQ

    bax: gözündən kənara qoymamaq.

    Полностью »
  • BİR ADDIMLIĞINDA

    çox yaxında.

    Полностью »
  • BİR AĞACDA OTURUB MİN BUDAĞI SİLKƏLƏMƏK

    hər işə qarışmaq, acgözlük, görməmişlik etmək; ~ bir eşşəyə minib əllisini döyəcləmək, bir əldə iki (beş) qarpız tutmaq

    Полностью »
  • BİR ALƏM

    çoxlu, hədsiz, bir dünya.

    Полностью »
  • BİR ALLAH BİLSİN, BİR DƏ SƏN

    “aramızda qalsın”, “heç kim bilməsin” mənasında işlədilən ifadə; ~ bir daş altda, bir daş üstdə.

    Полностью »
  • BİR ALMADIR, YARI BÖLÜNÜB

    bir-birinə çox oxşayanlar haqqında deyilən ifadə.

    Полностью »
  • BİR ALMANIN İKİ ÜZÜ

    bir-birinə oxşamaq, bənzəmək, təxminən eyni cür olmaq; ~ bir medalın iki üzü.

    Полностью »
  • BİR ARAYA GƏLMƏK

    həmfikir olmaq, birləşmək, eyni mövqedən çıxış etmək.

    Полностью »
  • BİR AŞAĞI, BİR YUXARI BAXMAQ

    çox fikirləşmək, nədəsə tərəddüd etmək.

    Полностью »
  • BİR AYAĞI BURDA, BİR AYAĞI ORDA

    iki yer arasında qalan, tez-tez gedib-gələn insanlar haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR AYAĞI BURDADIR, BİR AYAĞI GORDA

    bir adamın çox yaşlı olduğunu və ya ölümünün yaxınlaşdığını bildirən ifadə; ~ bir ayağı qəbirdə olmaq

    Полностью »
  • BİR AYAĞI QƏBİRDƏ OLMAQ

    qocalmaq, ağır, sağalmaz xəstə olmaq; ölümü yaxınlaşmaq; ~ bir ayağı burdadır, bir ayağı gorda.

    Полностью »
  • BİR BALTAYA SAP OLMAQ

    bir işə yaramaq, bir yerdə işləməyə başlamaq; ~ bir işin qulpundan yapışmaq.

    Полностью »
  • BİR BARMAQ QATIQDAN ÖTRÜ TULUĞU DƏLMƏK

    kiçik və əhəmiyyətsiz bir şey üçün mühüm işi məhv etmək.

    Полностью »
  • BİR BAŞ, BİR AYAQ OLMAQ

    1. Dostcasına hərəkət etmək, əl-ələ vermək.  2. Evlənmək, ailə qurmaq.

    Полностью »
  • BİR BAŞ YUXARI OLMAQ

    üstün olmaq, vəzifəcə yuxarı olmaq.

    Полностью »
  • BİR BAŞI, MİN SEVDASI OLMAQ

    olduqca çox problemi olmaq.

    Полностью »
  • BİR BAŞINA, BİR DİZİNƏ DÖYMƏK

    peşman olmaq, heyifsilənmək.

    Полностью »
  • BİR BATMAN BAL İLƏ YEMƏK OLMAZ

    deyilən sözün qəbuledilməz, ağır olduğunu bildirən ifadə.

    Полностью »
  • BİR BAYRAM BÖYÜK OLMAQ

    yaşca böyük olmaq; “bir” sözü say bildirən başqa sözlərlə də (beş-altı, on və s.) əvəz oluna bilər.

    Полностью »
  • BİR BEZİN QIRAĞI

    eyni mənfi xasiyyətləri olan; ~ eyni bezin qırağı, bir xəmirdən yoğrulmaq.

    Полностью »
  • BİR-BİRİNƏ DƏYMƏK (QARIŞMAQ)

    qarışıqlıq düşmək; ~ ara qarışmaq.

    Полностью »
  • BİR-BİRİNİ DİDMƏK

    tez-tez dava etmək, didişmək, bir-birinin sözünü götürməmək, yola getməmək; ~ bir-birinin ətini yemək

    Полностью »
  • BİR-BİRİNİN BELİNDƏ

    sıxlıq, gurluq, basırıq.

    Полностью »
  • BİR-BİRİNİN ƏTİNİ YEMƏK

    bax: bir-birini didmək.

    Полностью »
  • BİR CAN DEYİB MİN CAN EŞİTMƏK

    bax: can deyib can eşitmək.

    Полностью »
  • BİR ÇANAQ DARI ATSALAR, BİRİ DƏ YERƏ DÜŞMƏZ

    adətən, çopur adamlar haqqında işlədilən ifadə. 

    Полностью »