Фразеологический словарь азербайджанского языка

  • DALINCA ATLI QOVUR

    sürətlə hərəkət edən, tez-tez yeriyən, daim tələsən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DALINDA DAĞ KİMİ DURMAQ

    bax: arxasında dayanmaq.

    Полностью »
  • DALINDA DURMAQ

    kömək etməyə hazır olmaq, himayə etmək, müdafiə etmək; ~ dayaq durmaq.

    Полностью »
  • DALINDAN DƏYMƏK

    qovmaq, işdən azad etmək, cəzalandırmaq; ~ sıradan çıxarmaq.

    Полностью »
  • DALINI DAĞA SÖYKƏMƏK

    bir şeyə və ya bir adama arxayın olub heç bir şeydən qorxmamaq, heç nədən çəkinməmək.

    Полностью »
  • DALINI GÜNƏ VERMƏK

    tənbəllik etmək, bir iş görməmək.

    Полностью »
  • DALINI-QABAĞINI DÜŞÜNMƏMƏK

    danışığında emosional olmaq, ehtiyatlı hərəkət etməmək, təmkinli olmamaq; ~ dalına-qabağına baxmamaq

    Полностью »
  • DAM DİRƏYİNİ KƏLƏ QOŞUB ÇƏKMƏK

    yıxıb tökmək, məhv etmək.

    Полностью »
  • DAMA BASMAQ

    həbs etmək, həbsə salmaq; ~ dama salmaq.

    Полностью »
  • DAMA GİRMƏK

    tutulmaq, həbs edilmək.

    Полностью »
  • DAMA SALMAQ

    bax: dama basmaq.

    Полностью »
  • DAMAĞINA DƏYMƏK

    narazı salmaq; ~ kefini pozmaq, xətrinə dəymək.

    Полностью »
  • DAMAQ ETMƏK

    istəyinin gerçəkləşməsinə imkan verməmək; ~ arzusunu ürəyində qoymaq, tamarzı qoymaq, damaq qoymaq.

    Полностью »
  • DAMAQ QALMAQ

    arzusuna çatmamaq, bir şeydə gözü qalmaq; daim aldadılaraq gözləmək; ~ tamarzı qalmaq.

    Полностью »
  • DAMAQ QOYMAQ

    bax: damaq etmək.

    Полностью »
  • DAMARI BOŞ OLMAQ

    tez yola gəlmək, üzüyumşaq, üzüyola olmaq.

    Полностью »
  • DAMARI TUTMAQ

    bax: tərs damarı tutmaq.

    Полностью »
  • DAMARINA BAXIB QAN ALMAQ

    imkanını nəzərə almaqla xərcə salmaq.

    Полностью »
  • DAMARINA DÜŞMƏK

    bax: damarını tutmaq (tapmaq).

    Полностью »
  • DAMARINI TUTMAQ (TAPMAQ)

    xasiyyətini bilmək; zəif yerini bilib ona uyğun hərəkət etmək; ~ yumşaq damarını tutmaq (tapmaq), zəif damarını tutmaq (tapmaq), nazik damarını tutmaq

    Полностью »
  • DAMAZLIĞINI KƏSMƏK

    bax: kökünə daş atmaq.

    Полностью »
  • DAMDAN DÜŞMƏK

    gözlənilmədən, təsadüfən, qəfil ortaya çıxmaq.

    Полностью »
  • DAMDAN VURUB BACADAN ÇIXMAQ

    bacarıqlı olmaq, gözüaçıq, diribaş olmaq.

    Полностью »
  • DAMĞA VURMAQ

    ləkələmək, böhtan atmaq, əsassız ittiham etmək.

    Полностью »
  • DAMI BAŞINA UÇMAQ

    bax: ocağı sönmək (qaralmaq).

    Полностью »
  • DAMINA ŞİVƏN DÜŞMƏK

    bədbəxtlik baş vermək, şər və fəlakətlə üzləşmək.

    Полностью »
  • DAMOKL QILINCI

    hər kəs üçün gözlənilən daimi təhlükə.

    Полностью »
  • DAN ATMAQ

    tədricən işıqlanmaq, səhər açılmaq.

    Полностью »
  • DAN YERİ AĞARMAQ

    sübh açılmağa başlamaq, səhər tezdən üfüqdə qızartı görünmək; ~ dan yeri sökülmək.

    Полностью »
  • DAN YERİ SÖKÜLMƏK

    bax: dan yeri ağarmaq.

    Полностью »
  • DANANI QURDA VERMƏK

    başı söhbətə qarışıb hər şeyi unutmaq.

    Полностью »
  • DANIŞANIN AĞZINA DAŞ BASMAQ

    etiraz edəni cəzalandırmaq, susdurmaq.

    Полностью »
  • DANIŞIĞINI BİLMƏMƏK

    danışarkən etik qaydalara məhəl qoymamaq, səfehləmək; ~ dəyirmanı torpaq vermək, sözünün dalını-qabağını bilməmək, ağzının danışığını bilməmək, ağzını

    Полностью »
  • DANIŞMAĞA DİLİ OLMAMAQ

    təqsirkar, günahkar olmaq, diliqısa olmaq.

    Полностью »
  • DAR AĞACI QURMAQ

    mühakimə etmək, təhqiqat aparmaq, sorğu-suala çəkmək; ~ məhşər ayağına çəkmək.

    Полностью »
  • DAR AĞACINA ÇƏKMƏK

    bax: dara çəkmək.

    Полностью »
  • DAR AYAQDA

    çətin vəziyyətdə; ~ dar gündə.

    Полностью »
  • DAR KÖYNƏKDƏN QURTULMAQ

    hamiləlikdən azad olmaq.

    Полностью »
  • DAR VAXTI

    axşamüstü, günbatan vaxtı.

    Полностью »
  • DARA-BARA SALMAQ

    səs-küy salıb ara(nı) qarışdırmaq.

    Полностью »
  • DARA ÇƏKMƏK

    çətinliyə salmaq, sıxışdırmaq, sorğu-sual etmək, cəzalandırmaq; ~ dar ağacına çəkmək.

    Полностью »
  • DARISINI KOLA TÖKMƏK

    eşidib-bildiyinin hamısını danışmaq.

    Полностью »
  • DARLIĞA DÜŞMƏK

    maddi cəhətdən sıxıntı çəkmək, çətin yaşamaq, ehtiyacı olmaq; ağır, çətin vəziyyətə düşmək.

    Полностью »
  • DARLIQ ÇƏKMƏK

    bax: korluq çəkmək.

    Полностью »
  • DARTMA, YAXAM CIRILDI

    dan. yersiz və gərgin mübahisə, dava-dalaş şəraiti haqqında işlədilən ifadə.

    Полностью »
  • DARVAZASINI FƏLƏK VURUB

    “bədbəxtlik, fəlakət üz vermək, bədbəxt olmaq” mənasında işlədilən ifadə.

    Полностью »
  • DASTAN AÇMAQ

    uzun-uzadı və detallı danışmaq; ~ mətləbi uzatmaq.

    Полностью »
  • DASTAN QOŞMAQ

    baş vermiş hadisəni şişirdilmiş şəkildə, bəzək-düzək vuraraq danışmaq; haqqında pis danışmaq, mənfi mənada məşhurlaşdırmaq; ~ dilə-dişə salmaq

    Полностью »
  • DAŞ ATIB BAŞINI TUTMAQ

    qəti razılaşmamaq, nəyi isə danmaq, inkar etmək, boynuna almamaq, imtina etmək.

    Полностью »
  • DAŞ ATMAQ

    eyham vurmaq, nəyəsə işarə etmək; sataşmaq.

    Полностью »