Фразеологический словарь азербайджанского языка

  • DƏB SALMAQ

    yad bir şeyi yaymaq, bir şeyi adətə çevirmək.

    Полностью »
  • DƏBBƏ ÇIXARMAQ

    razı olduğu bir şeydən vaz keçmək, dəbbələmək; ~ sözündən dönmək (qaçmaq).

    Полностью »
  • DƏDƏSİ DƏ GƏLSƏ ...

    “qətiyyən, kim gəlir-gəlsin, heç cür, əsla” mənasında işlədilən ifadə.

    Полностью »
  • DƏDƏSİ QƏBİRDƏN DURUB GƏLSƏ DƏ

    birisi ilə heç vaxt razılaşmayacağını, kompromisin mümkün olmayacağını bildirən ifadə.

    Полностью »
  • DƏDƏSİNƏ OD VURMAQ (QOYMAQ)

    bax: dədəsini yandırmaq.

    Полностью »
  • DƏDƏSİNİ DALINA ŞƏLLƏMƏK (SARIMAQ)

    bax: dədəsini yandırmaq.

    Полностью »
  • DƏDƏSİNİ YANDIRMAQ

    divan tutmaq, ciddi cəzalandırmaq; ~ atasını yandırmaq, dədəsinə od vurmaq (qoymaq).

    Полностью »
  • DƏDƏSİNİN QİYMƏTİNİ ÜSTÜNƏ QOYMAQ

    bir şeyi hədsiz baha qiymətə satmaq.

    Полностью »
  • DƏFTƏRİ QARA GÜNDƏ YAZILMAQ

    taleyi uğursuz olmaq, uğursuzluğa düçar olmaq, bəxti gətirməmək.

    Полностью »
  • DƏQİQƏLƏRİ SAYMAQ

    vaxtın tez keçməsini gözləmək.

    Полностью »
  • DƏLİ DAMARI TUTMAQ

    bax: tərs damarı tutmaq.

    Полностью »
  • DƏLİ KÖNÜL

    eşqin təsirindən havalı, eşqlə döyünən qəlb.

    Полностью »
  • DƏLİ ŞEYTAN DEYİR

    bir işi görərkən tərəddüd bildirən ifadə; ağılla nəfsin arasında qalmaq.

    Полностью »
  • DƏLİDƏN DOĞRU XƏBƏR

    daim yalan danışan qeyri-ciddi bir adamın birdən-birə gerçəyi deməsini bildirən ifadə.

    Полностью »
  • DƏLİLİYİ TUTMAQ

    tərslik etmək.

    Полностью »
  • DƏLİNİN ƏLİNƏ DƏYƏNƏK VERMƏK

    pislik edə biləcək birinin əlinə fürsət vermək; ~ kor əlinə ağac vermək, dəlinin yadına daş salmaq.

    Полностью »
  • DƏLİNİN YADINA DAŞ SALMAQ

    kiminsə ağlına gəlməyən bir şeyi ona xatırlatmaqla pis hərəkətə təhrik etmək; ~ kor əlinə ağac vermək, dəlinin əlinə dəyənək vermək

    Полностью »
  • DƏLİYƏ YEL VER, ƏLİNƏ BEL VER

    ağıldankəm olan birisini hansısa ziyanlı işi görməyə təhrik etmək, qızışdırmaq məqamında işlədilən ifadə

    Полностью »
  • DƏLLAL BAZARINA DÖNDƏRMƏK

    alış-veriş yerinə çevirmək.

    Полностью »
  • DƏLLƏKLİYİ BAŞINDA ÖYRƏNMƏK

    naşı, təcrübəsiz bir adamın hansısa bir işi başqasının üzərində təcrübədən, sınaqdan keçirməsi. 

    Полностью »
  • DƏM TUTMAQ

    bax: züy tutmaq.

    Полностью »
  • DƏM VERMƏK

    hərəkətə gətirmək, işə başlamaq.

    Полностью »
  • DƏM VURMAQ

    1. Səlahiyyəti, məlumatı, xəbəri və ya haqqı olmadığı bir şeydən ağızdolusu danışmaq, bəhs etmək.  2

    Полностью »
  • DƏMDƏM HALVASI

    yüngül, asan.

    Полностью »
  • DƏMƏ ÇƏKMƏK

    şirnikləndirərək təhlükəli bir şeyə həvəsləndirmək, həyatı üçün təhlükə yaratmaq.

    Полностью »
  • DƏMİ GƏLMƏK

    məqamı çatmaq, növbəsi yetişmək; ~ havası gəlmək, əsəri gəlmək.

    Полностью »
  • DƏMİR ƏL

    sərt idarə etməyə üstünlük verən.

    Полностью »
  • DƏMİR PƏRDƏ

    keçilməz sədd, möhkəm sərhəd, ciddi mühafizə.

    Полностью »
  • DƏMİRİ İSTİ-İSTİ DÖYMƏK

    bir işi tez, vaxtı uzatmadan operativ həll etmək.

    Полностью »
  • DƏN DÜŞMƏK

    tək-tük ağarmaq, ağarmağa başlamaq (saç, saqqal); ~ çal düşmək, saç-saqqalına qar yağmaq.

    Полностью »
  • DƏNİNİ-DUZUNU VERMƏK

    bax: dərs vermək.

    Полностью »
  • DƏNİZDƏ(N) BİR DAMLA

    hədsiz az, çox cüzi, yox dərəcəsində olan bir şey.

    Полностью »
  • DƏNİZƏ GETSƏ, DƏNİZİ QURUDAR

    çox bacarıqsız və iş yarıtmayan adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DƏNİZİ ÇÖMÇƏ İLƏ BOŞALTMAQ

    çox böyük zəhmət və əziyyət tələb edən səmərəsiz və mənasız işlə məşğul olmaq; ~ iynə ilə gor qazmaq

    Полностью »
  • DƏRD ALIB QƏM SATMAQ

    ömrü sıxıntı və kədərlə keçmək.

    Полностью »
  • DƏRD-QƏM YEMƏK

    kədər içində olmaq.

    Полностью »
  • DƏRD-SƏR ÇƏKMƏK

    narahatlıq keçirmək, narahat olmaq.

    Полностью »
  • DƏRD YARIDIR

    bir şeyin güman edildiyindən daha pis olduğunu bildirən ifadə.

    Полностью »
  • DƏRDİ BAŞINDAN AŞMAQ

    problemləri, qayğısı həddən çox olmaq; ~ dərdi yerə-göyə sığmamaq.

    Полностью »
  • DƏRDİ YERƏ-GÖYƏ SIĞMAMAQ

    dərdi, qayğısı həddən çox olmaq; ~ dərdi başından aşmaq.

    Полностью »
  • DƏRDİNDƏN DƏLİ-DİVANƏ OLMAQ

    bərk sevmək, vurulmaq.

    Полностью »
  • DƏRDİNDƏN ÖLMƏK

    son dərəcə dərin məhəbbətlə sevmək, vurulmaq, dəlicəsinə sevmək.

    Полностью »
  • DƏRDİNƏ QALMAQ

    birinin dərdini, fikrini çəkmək, onun haqqında düşünmək; ~ qeydinə qalmaq.

    Полностью »
  • DƏRDİNƏ ŞƏRİK OLMAQ

    birinin dərdini yüngülləşdirməyə çalışmaq, çətin məqamda təskinlik vermək; ~ fikrini çəkmək.

    Полностью »
  • DƏRDİNƏ YANMAQ

    acımaq, kömək etməyə çalışmaq; ~ yazığı gəlmək.

    Полностью »
  • DƏRDİNİ ÇƏKMƏK

    bir şeyin, yaxud başqasının fikrini, qayğısını çəkmək.

    Полностью »
  • DƏRDİNİ DAĞITMAQ

    fikrini, zehnini məşğul edən bir qayğını, qəmi özündən uzaqlaşdırmaq.v

    Полностью »
  • DƏRDİNİ TƏZƏLƏMƏK

    yaddan çıxmış üzücü, çox kədərli bir hadisəni yadına salmaq, dərdini yada salmaq, yenidən kədərlənmək; ~ yarasını təzələmək, yarasının qaysağını (közü

    Полностью »
  • DƏRDİNİ YÜNGÜLLƏŞDİRMƏK

    dərdinə ortaq olmaq, kədərinə şərik olmaq.

    Полностью »
  • DƏRƏ XƏLVƏT, TÜLKÜ BƏY

    özbaşınalıq olan yer haqqında işlədilən ifadə.

    Полностью »