Azərbaycan dilinin frazeologiya lügəti

  • ENƏ VERMƏK

    kökəlmək, ətlənmək; ~ eni ilə uzunu bir olmaq.

    Tam oxu »
  • ENİ İLƏ UZUNU BİR OLMAQ

    hədsiz dərəcədə kökəlmək, piylənmək; ~ enə vermək.

    Tam oxu »
  • ENİNƏ-UZUNUNA ÖLÇMƏK

    boş-boşuna gəzmək, faydasız, lazımsız işlərlə məşğul olmaq, veyillənmək.

    Tam oxu »
  • ENİNƏ YEYİB UZUNUNA GƏZMƏK

    özünü işə verməmək, dərd-qəm bilməmək, başqalarının hesabına kef çəkmək.

    Tam oxu »
  • ERKƏK ƏNCAMƏ

    Əncamənin qapı açılıb-örtüləndə çərçivədə hərəkətsiz duran hissəsi.

    Tam oxu »
  • ERKƏK TÜKƏZBAN

    kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, incə davranmayan qadın haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ERKƏKSƏN DƏ DOĞ, DİŞİSƏN DƏ

    “mən nə deyirəmsə, o da olacaq”, “nə olursa olsun, mən deyəni etməlisən” mənalarında işlədilən ifadə

    Tam oxu »
  • ESTAFETİ QƏBUL ETMƏK

    başlanmış bir işi ələ alaraq davam etdirmək.

    Tam oxu »
  • EŞQ ODUNA DÜŞMƏK

    aşiq olmaq, sevmək; ~ eşq oduna yanmaq.

    Tam oxu »
  • EŞQ ODUNA YANMAQ

    bax: eşq oduna düşmək.

    Tam oxu »
  • EŞQƏ DÜŞMƏK

    1. Aşiq olmaq, vurulmaq, sevmək.  2. Hədsiz dərəcədə bir şeyin həvəsində, həsrətində, arzusunda olmaq

    Tam oxu »
  • EŞQƏ GƏLMƏK

    həvəslənmək, coşmaq, ruhlanmaq; ~ ilhama gəlmək, vəcdə gəlmək, cuşa gəlmək.

    Tam oxu »
  • EŞQƏ SALMAQ

    sevməsinə, aşiq olmasına səbəb olmaq, özünə aludə etmək; ~ könlünü ovlamaq.

    Tam oxu »
  • EŞQİ BAŞINA (TOPUĞUNA) VURMAQ

    dəlicəsinə sevmək, vurulmaq; ~ məcnuna dönmək.

    Tam oxu »
  • EŞŞƏK HƏMİN EŞŞƏKDİR, ÇULUNU DƏYİŞİB

    xarici görünüşü dəyişən, lakin daxilən, mənən inkişaf etməyən, kobud və axmaq adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • EŞŞƏK NAXIRDA BAŞ SAYILMIR

    heç bir hörməti, nüfuzu olmayan, sayılmayan adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • EŞŞƏK NƏ BİLİR XURMANIN DADINI

    bax: eşşək nə bilir zəfəran nədir.

    Tam oxu »
  • EŞŞƏK NƏ BİLİR ZƏFƏRAN NƏDİR

    axmaq, qanmaz, yaxşı ilə pisə fərq qoya bilməyən adam haqqında işlədilən ifadə; eşşək nə bilir xurmanın dadını

    Tam oxu »
  • EŞŞƏKDƏN YIXILIB HOŞ-HOŞDAN ƏL ÇƏKMƏMƏK

    məğlub olsa da, özünü o yerə qoymamaq; ~ özünü tox tutmaq, özünü sındırmamaq.

    Tam oxu »
  • EŞŞƏYƏ GÜCÜ ÇATMIR, PALANI DÖYÜR

    güclüdən qorxub gücsüzün yaxasından yapışmaq, güclünün qisasını fağırdan almaq, gücünü gücsüzə göstərmək; ~ eşşəyi qoyub palanı toqqaşdamaq

    Tam oxu »
  • EŞŞƏYƏ TƏRS MİNDİRMƏK

    rüsvay etmək, biabırçı hala salmaq.

    Tam oxu »
  • EŞŞƏYİ QOYUB PALANI TOQQAŞDAMAQ

    bax: eşşəyə gücü çatmır, palanı döyür.

    Tam oxu »
  • EŞŞƏYİ ÖLMƏK

    vəzifəsini, səlahiyyətlərini itirmək, sonu çatmaq; ~ işi bitmək, kəlmeyi-şəhadəti oxunmaq, zurnası çalınmaq, kitabı bağlanmaq

    Tam oxu »
  • EŞŞƏYİM ÖLÜB, BAŞI QIZILDAN

    dəyəri, hörməti olmayan birinə öləndən sonra həddindən artıq dəyər verilməsinə münasibətdə işlədilən ifadə

    Tam oxu »
  • EŞŞƏYİN DAL AYAĞI

    vulqar. kobud, tərbiyəsiz, yaramaz adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ETİBARDAN DÜŞMƏK

    1. Dəyərini, nüfuzunu, etibarını itirmək, etibar edilməmək, əvvəlki kimi mötəbər olmamaq; ~ nüfuzdan düşmək

    Tam oxu »
  • ETİBARLI ƏLLƏRDƏ OLMAQ

    bir insanın (dəstənin, qrupun və s.) himayəsində olmaq, bir kəsin və ya bir şeyin salamat, təhlükəsiz qalmasına tam güvənmək

    Tam oxu »
  • ETİMAD GÖSTƏRMƏK

    inanmaq, etibar etmək.

    Tam oxu »
  • EV BİZİM, SİRR BİZİM

    gizli qalmalı olan söz, iş haqqında deyilən ifadə; ~ bir daş altda, bir daş üstdə.

    Tam oxu »
  • EV DUSTAĞI

    evdən kənara çıxmağa icazə verilməmək, evdə saxlanılmaq.

    Tam oxu »
  • EV-EŞİK YİYƏSİ (SAHİBİ) OLMAQ

    evlənmək, ailə qurmaq, ata-anadan ayrılaraq müstəqil yaşamaq.

    Tam oxu »
  • EV YIĞMAQ

    qazandığı pulun qədrini bilmək, pulunu ora-bura dağıtmamaq, sağa-sola xərcləməmək, yığıcı olmaq, bədxərc olmamaq

    Tam oxu »
  • EV YIXMAQ

    birinə pislik etmək, bədbəxt etmək.

    Tam oxu »
  • EVDƏ BİŞMƏYİB, QONŞUDAN GƏLMƏYİB

    ilk dəfə görülən, haqqında  təsəvvür, məlumat olmayan bir şey haqqında işlədilən ifadə.

    Tam oxu »
  • EVDƏ XORUZ, BAYIRDA (ÇÖLDƏ) FƏRƏ

    evdə hər kəsə ağalıq edən, ancaq bayırda səsi çıxmayan, söz deməyə qorxan adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • EVDƏ QALMAQ

    ərə getməmiş qız haqqında deyilən ifadə; ~ yurdda qalmaq.

    Tam oxu »
  • EVDƏN ÇIXMAQ

    incimək, küsüb getmək; ~ qapını çırpmaq.

    Tam oxu »
  • EVƏ DÜŞMƏK

    qonaq olmaq, gecələmək.

    Tam oxu »
  • EVƏ YIĞIŞMAQ

    veyillənməyi, sərgərdan gəzməyi dayandırmaq; ~ küçədən ayağı yığılmaq.

    Tam oxu »
  • EVİ BAŞINA UÇMAQ

    ağır bir fəlakətlə üzləşmək, fəlakətə düçar olmaq, bədbəxt olmaq; ~ evi yıxılmaq.

    Tam oxu »
  • EVİ DAĞILMAQ

    1. Fəlakətlə üzləşmək; ~ nəsli kəsilmək, ocağından tüstü çıxmamaq, ocağı sönmək (qaralmaq), çırağı sönmək, yurdunda bayquşlar ulayır, evində ocaq yanm

    Tam oxu »
  • EVİ DOLANDIRMAQ

    ailəni maddi cəhətdən təmin etmək.

    Tam oxu »
  • EVİ ELÇİ ÜZÜ GÖRMƏMƏK

    ərə getməmək, ailə qurmamaq; ~ qız qalmaq, yurdda qalmaq.

    Tam oxu »
  • EVİ YIXILMAQ

    ağır bir fəlakətə düçar olmaq, bədbəxt olmaq; ~ bəlaya düşmək.

    Tam oxu »
  • EVİNDƏ BAYQUŞLAR ULAMAQ

    1. Bədbəxt hadisə baş vermək; ~ ocağı sönmək  (qaralmaq).  2. Qarşılaşdıqları pis hadisələrə görə evdə heç kimin yaşamaması

    Tam oxu »
  • EVİNDƏ OCAQ YANMAMAQ

    nəslini davam etdirəcək kimisə qalmamaq; ~ ocağı sönmək (qaralmaq), evi dağılmaq.

    Tam oxu »
  • EVİNDƏ YOX URVALIQ, KÖNLÜNDƏN KEÇİR DARĞALIQ

    əldə edə bilməyəcəyi bir şeyin xəyalı ilə yaşayan imkansız, lakin iddialı və xəyalpərəst adam haqqında deyilən ifadə

    Tam oxu »
  • EVİNDƏN QAÇAQ DÜŞMƏK

    hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, evə gəlməmək, başını götürüb evdən getmək.

    Tam oxu »
  • EVİNƏ ƏZRAİL DADANMAQ

    evində, ailəsində dalbadal adam ölmək, bədbəxt hadisə baş vermək.

    Tam oxu »
  • EVİNİ BAŞINA UÇURMAQ

    ciddi cəzalandırmaq; ~ payını vermək, od qoymaq (vurmaq).

    Tam oxu »