Фразеологический словарь азербайджанского языка

  • GİC ELƏMƏK

    bezdirmək; ~ təngə gətirmək, baş-beynini aparmaq, boğaza yığmaq, zəhlə aparmaq (tökmək).

    Полностью »
  • GİRDƏN DÜŞMƏK

    zəifləmək; ~ taqəti kəsilmək.

    Полностью »
  • GİRƏ KEÇMƏK

    tutulmaq; ~ ələ keçmək, tora düşmək, tələyə düşmək.

    Полностью »
  • GİRƏ VERMƏK

    şər işə qatmaq, heç nədən işə salmaq, ilişdirmək; ~ dolaşığa salmaq, feilə salmaq, zibilə salmaq.

    Полностью »
  • GİRƏVƏ DÜŞMƏK

    bax: fürsət düşmək.

    Полностью »
  • GİRƏVƏNİ ƏLDƏN BURAXMAQ (VERMƏK)

    bax: fürsəti əldən vermək.

    Полностью »
  • GİRƏVƏYƏ SALMAQ

    əlverişli şəraitdən faydalanmaq, fürsətdən bəhrələnmək.

    Полностью »
  • GİRİNƏ KEÇİRMƏK

    özününküləşdirmək, mənimsəmək; ~ təsiri altına salmaq, ələ keçirmək, çənginə keçirmək, pəncəsinə keçirmək

    Полностью »
  • GİRMƏYƏ SİÇAN DEŞİYİ AXTARMAQ

    bax: siçan deşiyi axtarmaq.

    Полностью »
  • GİZLƏNQAÇ OYNAMAQ

    münasibətlərdə qeyri-səmimi olmaq, dəqiq mövqe bildirməmək; hiylə, fənd, fırıldaq işlətmək; ~ nala-mıxa vurmaq

    Полностью »
  • GOPA BASMAQ

    bir şeyi, hadisəni çox şişirdərək mübaliğə ilə danışmaq, basıb-bağlamaq; ~ küyə basmaq (salmaq).

    Полностью »
  • GORU VAR Kİ, KƏFƏNİ DƏ OLSUN

    haqqında danışılan adamın ən adi şeylərə belə malik olmadığını bildirən ifadə.

    Полностью »
  • GORUNA APARMAYACAQSAN Kİ

    mal-dövlət toplayan, bir şeyi cidd-cəhdlə qoruyub saxlayan, onu başqalarına qıymayan adama müraciətlə işlədilən ifadə

    Полностью »
  • GÖBƏK BAĞLAMAQ

    kökəlmək, ətlənmək; ~ ətə-qana dolmaq, ətə-cana gəlmək.

    Полностью »
  • GÖBƏYİNİ YERƏ SÜRTMƏK

    yalvarmaq, xahiş, minnət etmək.

    Полностью »
  • GÖL BAĞLAMAQ

    bir yerə yığılıb qalmaq, axmamaq (mayelər haqqında).

    Полностью »
  • GÖLƏ QƏLƏMƏ SANCMAQ

    zərərli, naqis işlər törətmək, kiməsə ziyan vurmaq.

    Полностью »
  • GÖNÜ SUYA VERMƏK

    işlәri korlamaq; mәğlub və ya təslim olmaq; bəkarəti pozulmaq.

    Полностью »
  • GÖNÜNƏ DÖŞƏMƏK

    bərk danlamaq; ~ qabırğasına döşəmək.

    Полностью »
  • GÖNÜNÜ SOYMAQ

    1. İstismar etmək, var-yoxdan çıxarmaq.  2. Bərk cəzalandırmaq; ~ divan tutmaq.

    Полностью »
  • GÖRDÜ HƏNƏK, GÖRMƏDİ DƏYƏNƏK

    “görsə, zarafat saymaq, görməsə, vurmaq” mənasında işlədilən ifadə.

    Полностью »
  • GÖRDÜYÜNDƏN GÖZKİRƏSİ İSTƏMƏK

    hər gördüyü şeydən istəmək, nəfsini saxlamamaq, tamahkar olmaq; ~ gözü onun-bunun əlində olmaq (qalmaq)

    Полностью »
  • GÖRƏNDƏ GÖZÜ AĞRIMAQ

    xoşlamamaq, görmək istəməmək; ~ zəhləsi getmək, görməyə gözü olmamaq.

    Полностью »
  • GÖRƏSİ GÖZÜ OLMAMAQ

    bax: görməyə gözü olmamaq.

    Полностью »
  • GÖRMƏYƏ GÖZÜ OLMAMAQ

    qətiyyən xoşu gəlməmək, nifrət etmək, dinib-danışdırmamaq; ~ düşmən kəsilmək, zəhləsi getmək, görəndə gözü ağrımaq, ox olub gözünə batmaq

    Полностью »
  • GÖTÜRÜM DÜŞMƏK

    bərk yorulmaq, tərpənməyə halı olmamaq.

    Полностью »
  • GÖVŞƏYİNƏ OD DÜŞMƏK

    hər hansı bir səbəbdən içinə şübhə düşmək, şübhələnməyə başlamaq, bərk narahat olmaq.

    Полностью »
  • GÖY İLƏ YER QƏDƏR

    daha çox, hədsiz, həddən artıq.

    Полностью »
  • GÖY ÜZÜNÜ TUTMAQ

    çox olmaq, hədsiz dərəcədə geniş yayılmaq.

    Полностью »
  • GÖYDƏ AXTARIRDIM, YERDƏ ƏLİMƏ DÜŞDÜ

    çox axtarılan gərəkli bir şey təsadüfən və asanca əldə edilərkən işlədilən ifadə.

    Полностью »
  • GÖYDƏ GETMƏK

    tez satılmaq, müştərisi çox olmaq.

    Полностью »
  • GÖYDƏ TUTMAQ (ALMAQ)

    deyiləni dərhal, o dəqiqə anlamaq, tez başa düşmək; ~ havada tutmaq (qapmaq).

    Полностью »
  • GÖYDƏN DÜŞMƏK

    çox arzu edilən, istənilən və təsadüfən ortaya çıxan, əldə edilən bir şey haqqında.

    Полностью »
  • GÖYDƏN OD YAĞMAQ

    dözülməz dərəcədə isti olmaq.

    Полностью »
  • GÖYDƏN YERƏ ENMƏK

    reallığı, gerçəyi olduğu kimi qəbul etməyə başlamaq.

    Полностью »
  • GÖYDƏN ZƏNBİLLƏ (SƏBƏTLƏ) DÜŞÜB

    ərköyün, ümumi qaydalara və kollektiv iradəyə tabe olmayan, özünü işə-gücə verməyən adam haqqında istehza ilə işlədilən ifadə

    Полностью »
  • GÖYƏ BAŞ ÇƏKMƏK

    yüksəlmək, ucalmaq; uzanmaq.

    Полностью »
  • GÖYƏ ÇƏKİLMƏK (ÇIXMAQ)

    tapılmamaq, qıt olmaq; ~ yoxa çıxmaq.

    Полностью »
  • GÖYƏ ÇIXMAQ

    hirsdən, ağrıdan və s.-dən hədsiz narahat olmaq, bərk qəzəblənmək.

    Полностью »
  • GÖYƏ SOVRULMAQ

    puç olmaq, heç bir nəticə hasil olmamaq.

    Полностью »
  • GÖYƏ SOVURMAQ

    1. Bədxərclik etmək, pulunu hara gəldi xərcləmək.  2. Məhv etmək.

    Полностью »
  • GÖYLƏ GETMƏK

    lovğalanmaq, təkəbbürlü olmaq, özündənrazı olmaq; ~ ədası yerə-göyə sığmamaq, yuxarıdan getmək.

    Полностью »
  • GÖYLƏRƏ QALDIRMAQ (UCALTMAQ)

    çox tərifləmək, şişirtmək.

    Полностью »
  • GÖYÜN YEDDİNCİ QATI

    çox yüksək, çox hündür, əlçatmaz yer.

    Полностью »
  • GÖYÜN YEDDİNCİ QATINDA OLMAQ

    çox sevinmək, ürəkdən şad olmaq, sevincinin həddi-hüdudu olmamaq.

    Полностью »
  • GÖZ AÇA BİLMƏMƏK

    işləri çox olmaq, asudə vaxt tapmamaq; fürsəti olmamaq, imkan, vaxt tapa bilməmək; ~ başını qaşımağa vaxtı olmamaq

    Полностью »
  • GÖZ AÇIB-YUMUNCA

    bax: bir göz qırpımında.

    Полностью »
  • GÖZ AÇMAĞA QOYMAMAQ

    imkan verməmək; ~ qarşısını almaq (kəsmək).

    Полностью »
  • GÖZ ALTINA ALMAQ

    kimisə nəzarətdə saxlamaq; həbs etmək, tutmaq.

    Полностью »
  • GÖZ ALTINDAN BAXMAQ

    başqalarına sezdirmədən, nəzərə çarpdırmadan, gizlicə nəzər yetirmək, süzmək.

    Полностью »