Azərbaycan dilinin frazeologiya lügəti

  • HƏCDƏN GƏLƏN MƏN, XƏBƏR VERƏN BU

    bax: Məkkədən gələn mən, xəbər verən bu.

    Tam oxu »
  • HƏDD QOYMAQ

    məhdudlaşdırmaq, məhdudiyyət yaratmaq.

    Tam oxu »
  • HƏDDİNİ AŞMAQ

    1. Qudurmaq; ~ başına çıxmaq, cızığından çıxmaq, cığırından çıxmaq, başından böyük (yekə) qələt eləmək, ölçü-biçi bilməmək, sərhədi keçmək, yüyənini q

    Tam oxu »
  • HƏDDİNİ BİLMƏK

    qaydalardan kənara çıxmamaq; ~ yerini bilmək, ədəb-ərkan gözləmək (saxlamaq).

    Tam oxu »
  • HƏDƏ-QORXU GƏLMƏK

    qorxutmaq, hədələmək; ~ hərbə-zorba gəlmək, ətini qiymə çəkmək, gəliş gəlmək, xox gəlmək, yumruq göstərmək (silkələmək), barmağını gözünə soxmaq

    Tam oxu »
  • HƏDƏR GETMƏK

    heç bir nəticə verməmək, faydası olmamaq; ~ boşa çıxmaq (getmək), puça çıxmaq, heçə çıxmaq, bada getmək

    Tam oxu »
  • HƏFTƏ SƏKKİZ, MƏN DOQQUZ

    həmişə, daim, tez-tez.

    Tam oxu »
  • HƏQİQƏTİN GÖZÜNƏ DİK BAXMAQ

    reallığı qəbul etmək, reallıqla barışmaq.

    Tam oxu »
  • HƏMİN TAS, HƏMİN HAMAM

    bax: köhnə hamam, köhnə tas.

    Tam oxu »
  • HƏNƏK-HƏNƏK, AXIRI DƏYƏNƏK

    “zarafatın sonu dava ilə bitər” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • HƏNGAMƏ QOPARMAQ (ÇIXARMAQ)

    bax: mərəkə qoparmaq.

    Tam oxu »
  • HƏNİRİ KƏSİLMƏK

    təngnəfəs olmaq, tövşümək; bərk yorulmaq; ~ əldən düşmək.

    Tam oxu »
  • HƏR AĞIZDAN BİR AVAZ GƏLİR

    hər hansı məsələdə fikir birliyinin, ümumi razılığın, yekdilliyin olmadığını bildirən ifadə; ~ hərə bir dildə danışır, hərə öz atını çapır

    Tam oxu »
  • HƏR ÇALINAN HAVAYA OYNAMAQ

    öz fikri olmamaq, başqasının sözü ilə iş görmək, başqasının sözü ilə oturub-durmaq; ~ zurnasına oynamaq

    Tam oxu »
  • HƏR SÖZÜN BAŞINA İP SALMAQ

    hər xırda məsələni böyütmək, xırda, boş şeylərə əhəmiyyət vermək, pedantlıq eləmək.

    Tam oxu »
  • HƏR ŞEYDƏN KEÇMƏK

    nəyinsə xatirinə çox güzəştə getmək, özünü bir şey üçün səfərbər etmək.

    Tam oxu »
  • HƏR ŞEYƏ TÜPÜRMƏK

    bezmək, yorulmaq, məşğul olduğu işlərdən əl çəkmək; ~ boğaza yığılmaq.

    Tam oxu »
  • HƏR ŞEYİN YERİNİ BİLMƏK

    bax: yerini bilmək.

    Tam oxu »
  • HƏR YERİNDƏN DURAN

    heç nə ilə fərqlənməyən, xüsusi bacarığı olmayan adamlar haqqında söylənilən aşağılayıcı ifadə; ~ hər yoldan ötən

    Tam oxu »
  • HƏR YOLDAN ÖTƏN

    bax: hər yerindən duran.

    Tam oxu »
  • HƏRBƏ-ZORBA GƏLMƏK

    bax: hədə-qorxu gəlmək.

    Tam oxu »
  • HƏRƏ BİR DİLDƏ DANIŞIR

    bax: hər ağızdan bir avaz gəlir.

    Tam oxu »
  • HƏRƏ ÖZ ATINI ÇAPIR

    bax: hər ağızdan bir avaz gəlir.

    Tam oxu »
  • HƏRƏKƏTDƏN DÜŞMƏK

    zəifləmək, halsız olmaq; ~ əldən düşmək, gücdən düşmək, əhədi kəsilmək (üzülmək), nəfəsi çiyinlərindən çıxmaq, nəfəsi kəsilmək, taqətdən düşmək

    Tam oxu »
  • HƏRƏKƏTƏ GƏLMƏK

    fəaliyyətə başlamaq, müəyyən iş görmək.

    Tam oxu »
  • HƏRƏKƏTƏ GƏTİRMƏK

    işlətmək, iş gördürmək; ~ işə salmaq.

    Tam oxu »
  • HƏRƏNİN AĞZINDAN BİR AVAZ GƏLİR

    bax: hər ağızdan bir avaz gəlir.

    Tam oxu »
  • HƏSƏD APARMAQ

    qibtə etmək, qibtəkeş olmaq, paxıllıq etmək; ~ paxıllığı tutmaq.

    Tam oxu »
  • HƏSİNİ ALMAQ

    elçiliyə gələnlərə qız evindən razılıq verilmək.

    Tam oxu »
  • HƏSRƏT ÇƏKMƏK

    çox arzusunda olduğu, lakin əldə edə bilmədiyi bir şeyin üzüntüsünü yaşamaq, bir şeyi hədsiz dərəcədə arzulamaq; ~ xiffət çəkmək, ləlöyün getmək, bağr

    Tam oxu »
  • HƏSRƏT QALMAQ

    istədiyinə çatmamaq, arzu etdiyi bir şeyə nail ola bilməmək; ~ gözündə qalmaq, ürəyində qalmaq.

    Tam oxu »
  • HƏSRƏT QOYMAQ

    arzu etdiyi, istədiyi bir şeyə nail olmağa imkan verməmək; ~ arzusunu gözündə qoymaq.

    Tam oxu »
  • HƏŞİR SALMAQ

    narazılıq bildirmək, etiraz etmək; ~ hay-küy salmaq, mərəkə qoparmaq.

    Tam oxu »
  • HƏVƏSDƏN DÜŞMƏK

    başladığı işi davam etdirmək istəməmək.

    Tam oxu »
  • HƏYANI YEYİB ABRINI TULLAMAQ

    heç bir şeydən utanmamaq, həyasızlıq etmək.

    Tam oxu »
  • HƏYAT DƏRSİ VERMƏK (KEÇMƏK)

    həyatda yaşamağın, mübarizə aparmağın yollarını öyrətmək, başa salmaq, qandırmaq.

    Tam oxu »
  • HƏYAT QAZANINDA BİŞMƏK

    çox təcrübə qazanmaq, hər işi bacarmaq.

    Tam oxu »
  • HƏYAT MƏKTƏBİ

    böyük təcrübə, sınaq meydanı.

    Tam oxu »
  • HƏYAT SÜRMƏK

    yaşamaq; ~ dövran sürmək, ömür sürmək.

    Tam oxu »
  • HƏYAT VERMƏK

    canlandırmaq, ruhlandırmaq; xilas etmək; ~ nəfəs vermək, cana gətirmək, can vermək.

    Tam oxu »
  • HƏYAT YOLU KEÇMƏK

    böyük təcrübə qazanmaq.

    Tam oxu »
  • HƏYATA GÖZ AÇMAQ

    dоğulmаq.

    Tam oxu »
  • HƏYATA GÖZ YUMMAQ

    bax: həyatla vidalaşmaq.

    Tam oxu »
  • HƏYATA KEÇİRMƏK

    reallaşdırmaq, bir fikri, istəyi, planı gerçəkləşdirmək; ~ əmələ gətirmək, yerinə yetirmək.

    Tam oxu »
  • HƏYATA KEÇMƏK

    icra olunmaq, gerçəkləşmək; ~ yerinə yetmək, həyata vəsiqə almaq.

    Tam oxu »
  • HƏYATA VƏSİQƏ ALMAQ

    reallaşmaq, tətbiq edilmək; ~ həyata keçmək.

    Tam oxu »
  • HƏYATIN HƏR ÜZÜNƏ BƏLƏD OLMAQ

    bax: həyatın hər üzünü görmək.

    Tam oxu »
  • HƏYATIN HƏR ÜZÜNÜ GÖRMƏK

    təcrübəli olmaq, hər şeyin yaxşısına, pisinə bələd olmaq; ~ dünyanın hər üzünə bələd olmaq, dünyanın hər üzünü görmək, həyatın hər üzünə bələd olmaq

    Tam oxu »
  • HƏYATIN NƏBZİNİ TUTMAQ

    bax: zamanın nəbzini tutmaq.

    Tam oxu »
  • HƏYATINI CƏHƏNNƏMƏ ÇEVİRMƏK

    bax: ömrünə zəhər qatmaq.

    Tam oxu »