Фразеологический словарь азербайджанского языка

  • HARAY QOPARMAQ

    bax: haray salmaq.

    Полностью »
  • HARAY SALMAQ

    qışqırmaq, bağırmaq, çığırmaq; ~ hay-küy qaldırmaq, hay-küy salmaq, haray-həşir salmaq (qoparmaq).

    Полностью »
  • HARDA AŞ, ORDA BAŞ

    hazırın naziri olan, əziyyət çəkmədən nəyisə əldə edən, göz önündə olmağa can atan adam haqqında deyilən ifadə

    Полностью »
  • HARSI-PARSI BİLMƏMƏK

    kobud, qaba, yerli-yersiz danışmaq, danışığına fikir verməmək; ~ ağızdan yava.

    Полностью »
  • HASAR ÇƏKMƏK

    mane olmaq, maneə yaratmaq; ~ sədd çəkmək.

    Полностью »
  • HASİLƏ ÇATMAQ

    böyümək, boya-başa çatmaq.

    Полностью »
  • HASİLƏ GƏLMƏK

    bitmək, yetişmək; ~ əmələ gəlmək.

    Полностью »
  • HAŞİYƏ ÇIXMAQ

    fikri qüvvətləndirmək məqsədilə əsas mövzuya uyğun əhvalatlar danışmaq, misallar gətirmək; ~ sözün birini qoyub o birinə getmək (keçmək)

    Полностью »
  • HAVA QARALMAQ

    axşam olmaq, qaranlıq düşmək, qaranlıq çökmək; ~ qaş qaralmaq.

    Полностью »
  • HAVA SINMAQ

    soyuqlardan sonra mülayimləşməyə, istiləşməyə başlamaq.

    Полностью »
  • HAVADA AL, TAVADA BUL

    uzağı görməyən, yalnız bu günlə yaşayan adamlar haqqında işlədilən ifadə.

    Полностью »
  • HAVADA ALMAQ

    dərhal başa düşmək, anlamaq, arif olmaq; ~ havada tutmaq (qapmaq).

    Полностью »
  • HAVADA QALMAQ

    heç bir yerdə qeydiyyatda olmamaq; qeyri-müəyyən vəziyyətdə qalmaq, aydınlaşdırılmamış, həll olunmamış vəziyyətdə olmaq; ~ havadan asılı qalmaq, kağız

    Полностью »
  • HAVADA TUTMAQ (QAPMAQ)

    deyilən sözü, fikri, verilən işarəni dərhal anlamaq; ~ sözü göydə tutmaq, göydə tutmaq (almaq), ağızdan qapmaq, havada almaq; bir şeyi tez qavramaq

    Полностью »
  • HAVADAN ASILI QALMAQ

    qeyri-müəyyən vəziyyətdə qalmaq, həll olunmamış vəziyyətdə olmaq; ~ havada qalmaq.

    Полностью »
  • HAVADAN GÖTÜRMƏK

    heç bir əsası olmayan fikir söyləmək, iddia və ya ittiham etmək; ~ özündən toxumaq, öz başından çıxarmaq

    Полностью »
  • HAVADAR ÇIXMAQ

    müdafiə etmək, qorumaq; ~ tərəfdar çıxmaq, tərəf saxlamaq (tutmaq).

    Полностью »
  • HAVASI GƏLMƏK

    bir şeyi istəmək, arzusunda olmaq; ~ ürəyi istəmək, dəmi gəlmək, əsəri gəlmək.

    Полностью »
  • HAVASINA OYNAMAQ

    başqasının sözü ilə oturub-durmaq, hərəkət etmək.

    Полностью »
  • HAVASINI DƏYİŞMƏK

    yerini, mühitini dəyişmək; təmiz hava udmaq.

    Полностью »
  • HAVAYA SOVURMAQ

    lazımsız yerə sərf etmək, hara gəldi xərcləmək, dağıtmaq.

    Полностью »
  • HAY BASMAQ (SALMAQ, VURMAQ)

    dan. qışqırmaq, çığırmaq, xəbər yaymaq, şayiə yaymaq; ~ səs-küy salmaq (qoparmaq), car çəkmək, küyə basmaq (salmaq), zurna çalmaq

    Полностью »
  • HAY DÜŞMƏK

    bəd xəbər yayılmaq, səs-küy düşmək.

    Полностью »
  • HAY-HARAY SALMAQ

    səs-küy eləmək, narazılıq bildirmək, etiraz etmək; ~ hay-küy salmaq.

    Полностью »
  • HAY-HAYI GEDİB, VAY-VAYI QALIB

    xəstə, zəif, əldən düşmüş birisi və tamam sıradan çıxmış, yararsız, xarab olmuş, zayı çıxmış, köhnəlmiş bir şey haqqında işlədilən ifadə; ~ ələyi ələn

    Полностью »
  • HAY-HƏŞİR SALMAQ

    bax: haray-həşir salmaq (qoparmaq).

    Полностью »
  • HAY-KÜY QALDIRMAQ

    bax: hay-küy salmaq.

    Полностью »
  • HAY-KÜY SALMAQ

    səs-küy eləmək, narazılıq bildirmək, etiraz etmək; ~ qiyamət qoparmaq, hay-haray salmaq, hay-küy qaldırmaq, şeypur çalmaq

    Полностью »
  • HAY VERMƏK

    cavab vermək; kömək etmək.

    Полностью »
  • HAYAN DURMAQ

    müdafiə etmək, havadarlıq etmək, himayəçilik etmək; ~ arxa durmaq.

    Полностью »
  • HAYINA QALMAQ

    vəziyyəti ilə maraqlanmaq, qayğı, diqqət göstərmək, haqqında düşünmək; ~ qeydinə qalmaq, fikrini çəkmək

    Полностью »
  • HAZIR AŞIN DİK QAŞIĞI OLMAQ

    bax: hazırın naziri olmaq.

    Полностью »
  • HAZIRIN NAZİRİ OLMAQ

    zəhmət çəkmədən bir şeyə sahib çıxmaq; ~ hazır aşın dik qaşığı olmaq.

    Полностью »
  • HEÇ BİR ÇƏRÇİVƏYƏ SIĞMAMAQ

    normalara uyğun gəlməmək; ədəb-ərkandan uzaq olmaq.

    Полностью »
  • HEÇ DEMƏ

    əslində; ~ sən demə.

    Полностью »
  • HEÇ HƏNANIN YERİDİR

    yersiz bir iş və ya söz haqqında işlədilən ifadə.

    Полностью »
  • HEÇ KƏSİN TOYUĞUNA DAŞ ATMAMAQ

    bax: heç kimin toyuğuna “kiş” deməmək.

    Полностью »
  • HEÇ KİMİN TOYUĞUNA “KİŞ” DEMƏMƏK

    xoşməramlı olmaq, heç kimi incitməmək, heç kimlə işi olmamaq.

    Полностью »
  • HEÇ SAYMAQ

    hesablaşmamaq, hörmət etməmək; ~ adam yerinə qoymamaq.

    Полностью »
  • HEÇ YANINDAN ÖTMƏYİB

    müəyyən meyara qətiyyən uyğun gəlməyən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • HEÇƏ ÇIXARMAQ

    gördüyü işi gözdən salmaq; işləri korlamaq; ~ zəhmətini yerə vurmaq.

    Полностью »
  • HEÇƏ ÇIXMAQ

    puç olmaq, yox olmaq, itmək, nəticəsiz qalmaq; ~ hədər getmək, puça çıxmaq.

    Полностью »
  • HESAB ÇƏKMƏK

    bax: haqq-hesab çəkmək.

    Полностью »
  • HESAB ETMƏK

    fikirləşmək, güman etmək, zənn etmək.

    Полностью »
  • HESABA ALMAMAQ

    saymamaq, nəzərə almamaq.

    Полностью »
  • HESABA VURMAQ

    hesablamaq, haqq-hesab etmək.

    Полностью »
  • HESABI ÇÜRÜTMƏK

    bax: haqq-hesabı çürütmək.

    Полностью »
  • HESABI DÜZ ÇIXMAMAQ

    arzusu, istəyi həyata keçməmək, istədiyi olmamaq.

    Полностью »
  • HESABI İÇƏRİ VERMƏK

    dözmək, səbrini basıb cavab verməmək, dinməmək.

    Полностью »
  • HESABI İTİRMƏK

    borcunun, xərcinin sayını bilməmək, gəlir-çıxarını dolaşdırmaq.

    Полностью »