Фразеологический словарь азербайджанского языка

  • İKİ GÖZÜ

    ən əzizi, istəklisi, sevimlisi.

    Полностью »
  • İKİ GÖZÜNÜN İŞIĞI

    bax: gözünün işığı.

    Полностью »
  • İKİ KƏLMƏNİ (SÖZÜ) BİR-BİRİNƏ CALAYA BİLMƏMƏK

    nitq qabiliyyəti zəif olmaq, fikrini çatdıra bilməmək.

    Полностью »
  • İKİ KÖNÜL BİR OLMAQ

    birləşmək, sevmək.

    Полностью »
  • İKİ QƏPİYƏ DƏYMƏZ

    bax: bir qara pula dəyməz.

    Полностью »
  • İKİ OD ARASINDA QALMAQ

    çıxılmaz vəziyyətlə üzləşmək, nə edəcəyini bilməmək, seçim etməkdə çətinlik çəkmək; ~ odla su arasında qalmaq

    Полностью »
  • İKİBAŞLI QOHUM

    qız verib qız alan ailə haqqında.           

    Полностью »
  • İKİCANLI OLMAQ

    hamilə olmaq; ~ uşağa qalmaq, boynuna uşaq düşmək.

    Полностью »
  • İKİƏLLİ TUTMAQ

    1. Bir şeydən əl çəkməmək, möhkəm saxlamaq.  2. Əzizləmək; ~  üstündə əsmək.

    Полностью »
  • İKİQAT ƏYİLMƏK (BÜKÜLMƏK)

    yaltaqlanmaq, alçalmaq; ~ baş əymək, ikiqat olmaq.

    Полностью »
  • İKİQAT OLMAQ

    bax: ikiqat əyilmək (bükülmək).

    Полностью »
  • İKİQƏPİKLİK ETMƏK

    hörmətdən, nüfuzdan salmaq.

    Полностью »
  • İKİLİ OYUN OYNAMAQ

    riyakarlıq, ikiüzlülük etmək; münaqişədə olan tərəfləri razı salmaq üçün onların hər biri ilə zahirən xoş münasibətdə olmaq; ~ dovşana qaç deyir, tazı

    Полностью »
  • İKİLİ STANDART

    müxtəlif subyektlərə münasibətdə fərqli şəkildə tətbiq olunan qayda və prinsiplər.

    Полностью »
  • İKİNCİ NƏFƏS

    hər hansı bir işdə uzunmüddətli fasilədən sonra irəliləyiş, coşqu.

    Полностью »
  • İKİTİRƏLİK SALMAQ

    ziddiyyət yaratmaq, araya ədavət salmaq, birliyi pozmaq.

    Полностью »
  • İKRAM QILMAQ

    hörmət etmək, diqqət, sayğı göstərmək; pulsuz, xüsusi maraq güdmədən, təmənnasız xidmət etmək.

    Полностью »
  • İQBALI DÖNMƏK

    bəxti, taleyi dönmək, bəxti gətirməmək.

    Полностью »
  • İL VERMƏK

    xalq adətinə görə, ölən adam üçün ili tamam olduqda ehsan vermək.

    Полностью »
  • İLAN AĞZINDAN QURTARMAQ

    birini zülmdən, əziyyətdən, çətin, təhlükəli vəziyyətdən xilas etmək.

    Полностью »
  • İLAN AĞZINDAN QURTULMAQ

    çox təhlükəli, ağır, olduqca mürəkkəb və çıxılmaz vəziyyətdən xilas olmaq.

    Полностью »
  • İLAN BOĞAZINDAN ÇIXMAQ

    çox zərif, incə və xoşagələn olmaq.

    Полностью »
  • İLAN DİLİ ÇIXARMAQ

    bir şey üçün acizanə yalvarmaq, yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq.

    Полностью »
  • İLAN ƏLİNDƏN QURTARMAQ

    bax: ilan ağzından qurtarmaq.

    Полностью »
  • İLAN KİMİ QABIQDAN ÇIXMAQ

    nəyəsə nail olmaq üçün ciddi çalışmaq.

    Полностью »
  • İLAN MƏLƏYƏN

    çox isti, quraq və susuz yer haqqında deyilən ifadə.

    Полностью »
  • İLANBOĞAN VAXTIDIR

    hələ heç nə başa düşməyən, təhlükəni hiss etməyən körpə uşaq haqqında işlədilən ifadə.

    Полностью »
  • İLANI SEYİD ƏHMƏD ƏLİ İLƏ TUTMAQ

    günahkarı başqasının vasitəsilə tutmaq.

    Полностью »
  • İLANI YUVASINDAN ÇIXARMAQ

    şirin dilini işə salaraq istəyinə nail olmaq, işlərini yoluna qoymağı bacarmaq; ~ dili ilə ilanı yuvasından çıxarmaq

    Полностью »
  • İLANIN QUYRUĞUNU BASMAQ

    maraqlarına toxunaraq qəzəbləndirmək, hirsləndirmək.

    Полностью »
  • İLHAM ALMAQ

    ruhlanmaq, həvəslənmək.

    Полностью »
  • İLHAM VERMƏK

    kimisə həvəsləndirmək, ruhlandırmaq.

    Полностью »
  • İLHAMA GƏLMƏK

    ruhlanmaq, həvəslənmək; ~ təbi gəlmək, cuşa gəlmək, vəcdə gəlmək, eşqə gəlmək.

    Полностью »
  • İLİ ÇIXMAQ

    1. Dünyasını dəyişən adamın ölümünün bir ili tamam olmaq.  2. Köhnəlmək, vaxtı keçmək.

    Полностью »
  • İLİM-İLİM İTİRMƏK

    yox etmək, gedər-gəlməzə göndərmək, öldürmək.

    Полностью »
  • İLİM-İLİM İTMƏK

    yoxa çıxmaq, tapılmamaq, səs-sorağı gəlməmək.

    Полностью »
  • İLİYİNƏ İŞLƏMƏK

    çox dərin təsir etmək, nüfuz etmək.

    Полностью »
  • İLİYİNİ VURMAQ

    bir işi bitirmək, son nöqtəsini qoymaq; son zərbəni vurmaq, öldürmək.

    Полностью »
  • İLK ADDIM ATMAQ

    bir işdə təşəbbüsçü olmaq; ~ yol açmaq, cığır açmaq.

    Полностью »
  • İLQARINA DÜZ ÇIXMAQ

    verdiyi sözə əməl etmək, vəfalı olmaq, əhdini pozmamaq, sözünü tutmaq; ~ sözünün üstündə durmaq (dayanmaq)

    Полностью »
  • İLQARINDAN DÖNMƏK

    verdiyi sözə əməl etməmək, vəfasız olmaq; ~ dönük çıxmaq, sözünü tutmamaq.

    Полностью »
  • İMANA-DİNƏ GƏLMƏK

    bax: imana gəlmək.

    Полностью »
  • İMANA GƏLMƏK

    imanlı, insaflı olmaq, pis işlərdən əl çəkmək; ~ Allahu-əkbər yoluna qayıtmaq, düz yola qayıtmaq.

    Полностью »
  • İMANDAN OLMAQ

    bax: dindən-imandan olmaq (çıxmaq).

    Полностью »
  • İMANIMI YANDIRA BİLMƏRƏM

    “yalan danışa bilmərəm”, “haqqı dana bilmərəm” mənasında işlədilən ifadə.

    Полностью »
  • İMANINA TULA BAĞLAYIM

    imanından, dini əqidə və məsləkindən dönən şəxsə qınaqla deyilən ifadə.

    Полностью »
  • İMANINI İTİRMƏK (SATMAQ)

    əqidəsindən, etiqadından uzaqlaşmaq, məsləkindən dönmək, satılmaq, xain olmaq; ~ imanını yandırmaq.

    Полностью »
  • İMANINI TƏRƏZİYƏ QOYMAQ

    alverdə müştərini aldatmaq, çəkidə aldatmaq.

    Полностью »
  • İMANINI YANDIRMAQ

    bax: imanını itirmək (satmaq).

    Полностью »
  • İMDADI KƏSİLMƏK

    hər şeydən ümidi üzülmək, köməksiz qalmaq.

    Полностью »